Xususi Serheget C Chaniscaucasi 20250113181000 Saxlanilma - Wikipedia
Vikipediyadan istifadə ilə bağlı suallarınızı Vikipediya:Yardım masası səhifəsində qeyd edin.
Mobil versiya düymələrinin hər kəsə görünməsi
Salam. Təklif edirəm ki, hazırda sadəcə daxil olan istifadəçilərə görünən bu düymələri envikidəki kimi biz də həm də anonimlər üçün aktiv hala gətirək. Şəkildə qeyd olunub: üst hissədəki "Article" və "Talk" bölmələrini nəzərdə tuturam, müvafiq olaraq.
- Lehinə: təklifi verən olaraq. Hörmətlə, Qədir (müzakirə) 17:48, 27 dekabr 2024 (UTC)
- Lehinə: Sofia (müzakirə) 22:03, 27 dekabr 2024 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 22:08, 27 dekabr 2024 (UTC)
- Lehinə: Bəlkə istifadəçiləri dolayı yolla müzakirəyə təşviq edə. Anonimlərin də məqalələr barəsində fikir bildirməsinə köməklik edəcək. Nemoralis (müzakirə) 23:34, 27 dekabr 2024 (UTC)
- Lehinə: əla Atakhanli (müzakirə) 20:01, 28 dekabr 2024 (UTC)
- Lehinə: olsun — Bikar müzakirə 20:03, 28 dekabr 2024 (UTC)
- Lehinə:--Turkmen müzakirə 06:28, 30 dekabr 2024 (UTC)
- Lehinə:--Unkillable Demon King 10:09, 2 yanvar 2025 (UTC)
Tətbiq olundu. Nemoralis (müzakirə) 22:22, 14 yanvar 2025 (UTC)
Freiheiten-in fəaliyyəti ilə bağlı
Salamlar. Qısa bir müddət əvvəl istifadəçiyə fəaliyyəti ilə bağlı belə bir xəbərdarlıq etmişdim və bəzi reaksiyalarla üzləşdim. Bu barədə icmanı açıq şəkildə məlumatlandıracaqdım və bunu edirəm. Əvvəla bu ifadəyə aydınlıq gətirim: "hər siyasi məhbus barədə məqalə yazmayın" — burada onu nəzərdə tuturam ki, istifadəçi bu platformanı konkret tərəfli şəkildə təbliğat məqsədilə istifadə edir, yəni nə mənada? O mənada ki, onun siyasi mövqeyi siyasi mövzularda olan töhfələrinə təsir edir, məsəlçün, müxalif mövzularda yazdığı məqalələrə bildiyi halda müəlliflik hüquqlarını pozan fayllar əlavə edir, SNS-dəki iqtidaryönümlü şəxslərin məqalələrinin silinməsi və müxaliflərin də qalması istiqamətində şərhlər yazır və s. Məzmun da tərəfli olur, məsələn, siz sadəcə bu üç məqaləyə nəzər yetirin: Emin İbrahimov, Elnarə Qasımova, Nərgiz Absalamova. Məzmun tərəfli və ancaq əks mövqe ilədir, tərəfsiz deyil. Məsələ məqalələrin ensiklopedikliyi yox, məzmunu və istifadəçinin bu istiqamətdəki fəaliyyətidir. Mənim mövqeyimə qalsa, mən şəxsən beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" kimi tanınan adamları ensiklopedik hesab edirəm və onsuz da mənbə olduğu üçün də elədir ("birbaşa onların ensiklopedik olmaqları demək deyil" cümləsinə vurğu edirəm), fərqi yoxdur, şəxs sadəcə həbsinə görə tanınsın ya da yox. Özüm də bu barədə məqalələr yazmışam, bax: Fuad Qəhrəmanlı, Seymur Həzi. Hələ bu fikri çox öncədən — "siyasi məhbus kimi tanınan adamları ensiklopedik hesab edirəm" burada da ifadə etmişəm. Şəffaflıq üçün nəzərinizə çatdırıram. Hörmətlə, Qədir (müzakirə) 11:27, 10 yanvar 2025 (UTC)
- Tərəfli necə olur? Haqlarında olan mənbələrdə istifadə edir də. Əgər xatırlayırsansa, Türkcə Vikipediyada Mübariz İbrahimov məqaləsinin tərəfli olduğunu deyirdilər, çünki erməni mənbəsi azdır. Absurdluğu özün də görmüsən. --► Hörmətlə: SolaVirum 03:06, 11 yanvar 2025 (UTC)
- Yeganə problem odur ki, SNS-dəki məqalədə yalnız "yerli" istinadlar var. İnternetdə axtarış etmədikcə əmin olmaq çətindi. — Bikar müzakirə 08:06, 11 yanvar 2025 (UTC)
- Mən bu barədə iradın Ermənistanın mövqeyinin məqalədə verilmədiyinə ya da kifayət qədər verilmədiyinə görə bildirildiyini xatırlayıram, sırf mənbələrə görə yox. Amma mənbə çeşidliliyi nə qədər geniş olarsa, o qədər yaxşı olar. Sadəcə yerli mənbələr olması da bəs edir, ona qalsa, neçə-neçə şəxslər var ki, ensiklopedikdirlər, amma haqlarında olan mənbələr azərbaycanca ilə məhduddur. Tərəfliliyə gəlincə, məqalələrin preambulalarına baxmaq kifayət edir. Hörmətlə, Qədir (müzakirə) 10:25, 11 yanvar 2025 (UTC)
- @Gadir, nümunə kimi qeyd etdiyin məqalələrin preambulalarına 1-1 baxdım. Heç birində heç bir problem yoxdur. MH ilə qorunan fayllar istisna istifadəçinin fəaliyyətində də heç bir ciddi problem yoxdur. Kim istəsə iqtidar nümayəndələri barədə məqalə yazar, kim istəsə müxalifət, kim istəsə müstəqil jurnalistlərdən yazar, kim istəsə hakimiyyətyönümlü media zurnalistlərindən. Qədir, iradın çox yersiz və əsassızdır. Sırf şəxsi mülahizə və spekulyasiyalara söykənir. Yaxşı olar ki, faydalı inzibatçı fəaliyyəti göstər, nəinki başqa istifadəçilərə ağıl öyrətmə ki, kim nə barədə necə yazsın və ya əksinə yazmasın. samral müzakirə 05:35, 12 yanvar 2025 (UTC)
- @Samral, burda heç kimə deyilmir ki, sən bu mövzuda yazma. Problem o yox, istifadəçinin siyasi baxışlarını Vikipediyaya əks etdirməsidir, bu mövzularda tərəfsizlik sərgiləyə bilmir. Preambulalar isə problemlidir, girişə belə ancaq həbs və əks mövqe barədə yazılıb, belə şey olmur. Digər istifadəçilərin də fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 12 yanvar 2025 (UTC)
- @Gadir, nümunə kimi qeyd etdiyin məqalələrin preambulalarına 1-1 baxdım. Heç birində heç bir problem yoxdur. MH ilə qorunan fayllar istisna istifadəçinin fəaliyyətində də heç bir ciddi problem yoxdur. Kim istəsə iqtidar nümayəndələri barədə məqalə yazar, kim istəsə müxalifət, kim istəsə müstəqil jurnalistlərdən yazar, kim istəsə hakimiyyətyönümlü media zurnalistlərindən. Qədir, iradın çox yersiz və əsassızdır. Sırf şəxsi mülahizə və spekulyasiyalara söykənir. Yaxşı olar ki, faydalı inzibatçı fəaliyyəti göstər, nəinki başqa istifadəçilərə ağıl öyrətmə ki, kim nə barədə necə yazsın və ya əksinə yazmasın. samral müzakirə 05:35, 12 yanvar 2025 (UTC)
Bravo (supermarket)
salamlar bir mövzü hakkında sizlerden kömək isdəyirəm trwiki'ye bravo (supermakret) haqqında azwiki'den məqaləni çevirdim ama məqalə silinməyə namizəd olaraq gösdərildi və yetərli mənbə yoxdu deyildi. Fikrimcə bu haqqda mənbələr var ama mən axdarışım nəticəsində tapa bilmədim buna oxşar mənbələr lazımdı bu haqqda mənə kömək edə bilərsiz? Bu mövzü "Oba Market" və "Al Market" üçün də keçərlidi Qədir sizdə trwikidə devriyəsiz bu məsələ haqqında sizin də fikirlərinizi almağ daha yaxşı olar Çınarcan (müzakirə) 15:00, 11 yanvar 2025 (UTC)
- Salam. Sual qəribə gələ bilər: Həmin məqalə ilə bağlı hər hansı başqa marağınız var? — Bikar müzakirə 15:28, 11 yanvar 2025 (UTC)
- Nə demək isdədiyinizi rahatlığla başa düşürəm ama bu məqalə haqqında başqa bir marağım yoxdu. Sadəcə Azərbaycan haqqında olan məqalələri trwikiyə çevirirəm, (Bravo supermarket) məqaləsinin ensiklopedi olduğu haqqında əminəm ama isdənilən mənbələri tapmadığım üçün sadəcə kömək isdədim (qeyd edim ki birtək bravo supermarket üçün deyil "Oba Market" və "Al Market" qeyd etmişəm oba market məqaləsini belə mən yazmamışam sadəcə ensiklopedi olduğlarını düşündüyüm üçün kömək isdədim Çınarcan (müzakirə) 15:43, 11 yanvar 2025 (UTC)
- Azad mənbələrlə zənginləşdirməlisiz. Unkillable Demon King 15:35, 11 yanvar 2025 (UTC)
- Azwikidə olduğu kimi çevirmişəm və burda olan mənbələrin tamamını məqalədə gösdərmişəm Çınarcan (müzakirə) 15:49, 11 yanvar 2025 (UTC)
Saxlanılma
Salam. Bu gün mən və Nemoralis Bakı Şəhər Baş Polis İdarəsində beş saat saxlanıldıq, dindirilmə prosesi həyata keçirildi. Vikipediya ilə əlaqədar olduğu üçün bura qeyd edirəm. Bu məsələ sadəcə şəxsi məlumatların yayılması və kütləvi təhqir halı deyil. Bu işdə "əməyi" olanların Vikipediyada qalması, icmanın sakit qalması üzücüdür. --► Hörmətlə: ChanisCaucasi 18:10, 13 yanvar 2025 (UTC)
- Bu hadisələr zamanı sosial şəbəkələrdə "at oynadan", qarşı tərəflə əməkdaşlıq edən, məlumat ötürən neçə illərin istifadəçiləri heç vaxt əsl vikipediyaçı olmayacaqlar. Əsl vikipediyaçı heç bir halda digər vikipediyaçıların təhlükəsizliyinə zərər gələcək açıqlamalar verməməlidir! Bir daha keçmiş olsun! Unkillable Demon King 19:23, 13 yanvar 2025 (UTC)
- Keçmiş olsun. --Мурад 97 (müzakirə) 20:08, 13 yanvar 2025 (UTC)
- @ChanisCaucasi @Nemoralis Çox keçmiş olsun və bu hadisədən sizli bizli dərs almalıyıq və daxildə olan bəzilərinə ömürlük dərs verilməlidir. Redivy (müzakirə) 09:50, 14 yanvar 2025 (UTC)
- Keçmiş olsun! — Bikar müzakirə 12:20, 14 yanvar 2025 (UTC)
- Keçəcək. Hörmətlə, Qədir (müzakirə) 12:44, 14 yanvar 2025 (UTC)
- Keçmiş olsun. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 12:45, 14 yanvar 2025 (UTC)
- buna inana bilmirəm. bu doğru ola biməz 🤯🧢 Sofia (müzakirə) 17:53, 15 yanvar 2025 (UTC)
Launching! Join Us for Wiki Loves Ramadan 2025!
Dear All,
We’re happy to announce the launch of Wiki Loves Ramadan 2025, an annual international campaign dedicated to celebrating and preserving Islamic cultures and history through the power of Wikipedia. As an active contributor to the Local Wikipedia, you are specially invited to participate in the launch.
This year’s campaign will be launched for you to join us write, edit, and improve articles that showcase the richness and diversity of Islamic traditions, history, and culture.
- Topic: Wiki Loves Ramadan 2025 Campaign Launch
- When: Jan 19, 2025
- Time: 16:00 Universal Time UTC and runs throughout Ramadan (starting February 25, 2025).
- Join Zoom Meeting: https://us02web.zoom.us/j/88420056597?pwd=NdrpqIhrwAVPeWB8FNb258n7qngqqo.1
- Zoom meeting hosted by Wikimedia Bangladesh
To get started, visit the campaign page for details, resources, and guidelines: Wiki Loves Ramadan 2025.
Add your community here, and organized Wiki Loves Ramadan 2025 in your local language.
Whether you’re a first-time editor or an experienced Wikipedian, your contributions matter. Together, we can ensure Islamic cultures and traditions are well-represented and accessible to all.
Feel free to invite your community and friends too. Kindly reach out if you have any questions or need support as you prepare to participate.
Let’s make Wiki Loves Ramadan 2025 a success!
For the International Team 12:07, 16 yanvar 2025 (UTC)
Vector 2022
Salam. Biz Vikimedia Fondunun Veb komandasıyıq. Defolt sayt dizaynı mövzusuna yenidən nəzər salmaq (son müzakirəyə baxın) və Vector 2022-nin bazar ertəsi, 20 yanvar tarixində defolt dizayn olacağını elan etmək istəyirik. Eyni zamanda, tünd rejim hesabdan çıxış etmiş istifadəçilər üçün əlçatan olacaq. Şablonların və məqalələrin tünd rejimə uyğunlaşdırılmasına görə hər birinizə minnətdarıq. Xüsusilə, Nemoralisə bu işə və Azərbaycanca Vikipediyada tünd rejimin aktiv edilməsini xahiş etdiyinə görə təşəkkür edirəm.
Dəyişiklikdən sonra hazırda Köhnə Vektordan istifadə edən və onu qlobal nizamlama seçimi kimi seçməyən qeydiyyatdan keçmiş istifadəçilər, eləcə də bütün hesabdan çıxış etmiş istifadəçilər defolt versiya olaraq Vector 2022-də olacaqlar. Əgər siz Köhnə Vector-u istifadə edirsinizsə, özünüzü yeni Vector 2022-də tapa bilərsiniz. Hesabınaa daxil olmuş istifadəçilər istənilən vaxt istənilən digər mövcud dizaynlara keçə və ya Vector 2022-də qalaraq onun gündüz və gecə rejimi arasında seçim etməkdən istədikləri qədər istifadə edə bilərlər. Digər dizaynların istifadəçiləri heç bir dəyişiklik görməyəcək.
Hesabına daxil olmuş istifadəçilər istənilən vaxt digər mövcud dizaynlara, o cümlədən Köhnə Vector, Timeless və Monobook-un cari versiyasına keçə bilərlər. Bu görünüşlərin istifadəçiləri üçün heç bir dəyişiklik gözlənilmir.
Suallarınızı, narahatlıqlarınızı və ya əlavə fikirlərinizi məmnuniyyətlə cavablandıracağıq! Biz həmçinin Vector 2022-nin uyğun gəlmədiyi şeyləri tənzimləməkdə sizə kömək edəcəyik. Tez-tez verilən suallara baxın – orada çoxlu faydalı cavablar tapa bilərsiniz.
Texniki səbəblərə görə (aşağıda sadalanmışdır), dizaynı tezliklə tətbiq etməliyik. Tətbiq edilmədən sonra biz dizayn ilə bağlı məsələləri və sualları müzakirə etməyə davam edəcəyik və qadcet uyğunluğu kimi müxtəlif məsələlərdə sizinlə işləməyə hazır olacağıq. Oxumağı və ya redaktə etməyi qeyri-mümkün edən və ya məzmunu səhifədən aşağı itələyən məlumat qutusu kimi çox çətin olan asanlıqla nəzərə çarpan səhvlər varsa, tətbiqi qısa müddətə dayandıra bilərik.
Dizaynı niyə yerləşdirməli olduğumuzun təfərrüatları ilə maraqlanırsınızsa, burada daha çox məlumat var:
- Yalnız Vector 2022 görünüşündə mövcud olan yeni funksiyaların buraxılışlarına görə, defolt versiya olaraq hər iki dizaynı dəstəkləmək üçün texniki imkanımız sona çatır. Fərqli vikilərdə qeyri-müəyyən müddətə birdən çox dizaynı standart olaraq saxlamaq mümkün deyil. Bu, dizaynlarımızın arxitekturasına aiddir. Fond və ya ümumiyyətlə hərəkat olaraq bizim müxtəlif dizaynlarla işləyən proqram təminatını standart olaraq inkişaf etdirmək və saxlamaq imkanımız yoxdur. Bu o deməkdir ki, birdən çox dizaynları defolt versiya olaraq nə qədər uzun müddət saxlasaq, dəstək və ya düzəltmək üçün resurslarımız olmayan səhvlər, reqressiyalar və digər şeylərin pozulması ehtimalı bir o qədər yüksəkdir.
- Vector 2022 demək olar ki, bütün vikilərdə bir ildən artıqdır ki, defolt versiyadır. Bu müddət ərzində dizayn inkişaf edərkən oxuculara təkmilləşdirmələr təmin etdiyi sübut edildi. Əksər vikilərdə qurduqdan və yerləşdirdikdən sonra qaranlıq rejim funksionallığı ilə Görünüş menyusu kimi yeni funksiyalar əlavə etdik. Biz bu görünüş üzərində işləməyə davam edəcəyik və yerləşdirmə mövcud problemlərin həll edilməyəcəyi demək deyil. Məsələn, "Oxumaq üçün əlçatanlıq" layihəsi üzərində işimizin bir hissəsi olaraq, biz tünd rejimi qurduq, əsas səhifənin enini yenidən tam olaraq dəyişdirdik (T357706) və sağ sütun menyuları ilə üst-üstə düşən geniş cədvəllərlə bağlı məsələləri həll etdik (T330527).
- Köhnə Vektorun kodu bəzi mövcud, gələcək və ya gələcək proqram təminatı ilə uyğun gəlmir. Bu dizaynı defolt versiya olaraq saxlamaq əksər istifadəçiləri bəzi təkmilləşdirmələrdən kənarlaşdıracaq. Köhnə Vector tərəfindən dəstəklənməyən funksiyaların mühüm nümunələri bunlardır: müzakirə səhifələrində zənginləşdirilmiş məzmun cədvəli, tünd rejim, həmçinin hüquqi səbəblərə görə aktiv etməli olacağımız müvəqqəti hesab sahibi təcrübəsi. Başqa sözlə, müvəqqəti hesab sahibləri üçün ("Salam, müvəqqəti hesabdan istifadə edirsiniz" bildirən bannerlər kimi) yeganə dizayn dəstəkləyici funksiyalar Vector 2022-dədir.
Hər hansı mühüm texniki problemin qaldığını düşünürsünüzsə, bizə bildirin – bəlkə də nəyisə qaçırmışıq. Tətbiq edilmədən sonra şərhlərinizi və oxucuların müsbət reaksiyalarını gözləyirik. Təşəkkürlər! (Translated by Mehman and Nemoralis) – OVasileva (WMF) və SGrabarczuk (WMF) (müzakirə) 21:26, 16 yanvar 2025 (UTC)
- Lehinə: xeyirlisi ilə. ilk dəstək məndən olsun. Hörmətlə, Qədir (müzakirə) 21:43, 16 yanvar 2025 (UTC)
Müzakirə
Xeyirli olsun.--Unkillable Demon King 01:47, 17 yanvar 2025 (UTC)
Vikimedia Gənclər Konfransı - Praqa 2025
Salam. Bəzilərinin bildiyi kimi 16-18 may 2025-ci illər tarixlərində Praqa şəhərində ilk Vikimedia Gənclər Konfransı baş tutacaq. Sabah təqaüdə müraciət etmək sonuncu gündür. 26 yaşından kiçik olan, ingilis dili səviyyəsi yaxşı olan, növbəti 12 ay ərzində vikimedia layihələrində aktiv olmağa hazır olan, Çexiyaya səyahət edə biləcək, oflayn təşkilatçılıq işlərində özünə güvənən gənc vikipediyaçıların müraciət etməsi xoş olardı. Aktiv olan gənc vikipediyaçılardan @ChanisCaucasi, @Nemoralis, @Atakhanli, @Sura Shukurlu, @Gadirin diqqətinə. Unkillable Demon King 16:14, 17 yanvar 2025 (UTC)
- Elə deyirsən, sən də gəncsən də =)) Hörmətlə, Qədir (müzakirə) 16:49, 17 yanvar 2025 (UTC)
- Mən qocayam artıq, 26 yaşım var demək olar ki)) Unkillable Demon King 18:13, 17 yanvar 2025 (UTC)
- Mən qeydiyyatdan keçmişəm :) Nemoralis (müzakirə) 17:07, 17 yanvar 2025 (UTC)
- Salam. Kimlər iştirak edərlərsə Gənclər Konfransında uğurlar arzulayıram. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 17:50, 17 yanvar 2025 (UTC)
Ay da, qocalmışam, LOL. --Мурад 97 (müzakirə) 19:23, 17 yanvar 2025 (UTC)
Sual
Qarabağdakı sabiq separatçı qurumun liderlərinin məhkəməsi başlayıb. Hadisə ensiklopedikdir. Məqalənin adında tərəddüd edirəm. Hələlik "Qarabağdakı sabiq separatçı qurumun liderlərinin məhkəməsi" adlandırdım. Kimin təklifi var? --Tarixi Nadir (müzakirə) 16:02, 18 yanvar 2025 (UTC)
- Məhkəmə işləri üçün şablon yaratmaq təklif edirəm. --Мурад 97 (müzakirə) 16:28, 18 yanvar 2025 (UTC)