Webb S First Deep Field - Wikipedia
Webb's_First_Deep_Field - Haqqında Məlumat
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723?! qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.
Əhəmiyyəti
redaktəŞəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.[1]
Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur.[2]
İstinadlar
redaktə- ↑ Ashley Strickland. "President Biden reveals the James Webb Space Telescope's stunning first image". CNN (ingilis). 2022-07-12 tarixində arxivləşdirilib.
- ↑ Overbye, Dennis & Chang, Kenneth & Tankersley, Jim. "Biden and NASA Share First Webb Space Telescope Image". The New York Times (ingilis). 2022-07-11. 2022-07-12 tarixində arxivləşdirilib. (#redundant_parameters)
Xarici keçidlər
redaktə- Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında. (ing.)