Qalaktika Topasi - Wikipedia
Qalaktika topası tipik kütləsi 1014–1015 günəş kütləsinə bərabər olan cazibə qüvvəsi ilə bir-birinə bağlı yüzdən minə qədər qalaktikadan ibarət bir strukturdur.[1] Bunlar kainatdakı cazibə qüvvəsi bağlı bilinən ən böyük quruluşlardır və supertopaların kəşf edildiyi 1980-ci illərədək kainatdakı bilinən ən böyük quruluşlar olduğuna inanılırdı.[2] Qalaktika topalarının əsas xüsusiyyətlərindən biri interqalaktik mühitdir (ICM). İnterqalaktik mühiti qalaktikalar arasında qızdırılmış qazdan ibarətdir və topanın ümumi kütləsindən asılı olan 2-15 keV arasında pik temperaturu var. Qalaktika topaları qalaktikalar daxilindəki ulduz quruluşları olan ulduz topaları ilə qarışdırılmamalıdır. Kiçik qalaktikaların cəmi qalaktika topası deyil, qalaktika qrupları adlandırılır. Qalaktika topaları və qrupları yığışaraq supertopalar yarada bilirlər.
Əsas xüsusiyyətlər
redaktəQalaktika topaları aşağıdakı xüsusiyyətlərə malikdir:
- Qlaktika topalarının tərkibində 100-1000 qalaktika, isti rentgen şüası yayan qaz və çox miqdarda qaranlıq maddə var.[4]
- Üç komponentin paylanması qalaktika topalarında təxminən eynidir eynidır.
- Kütlələri 1014 - 1015 günəş kütləsinə bərabərdir.
- Tipik olaraq 1-5 Mparsek diametrə sahibdirlər (məsafə müqayisəsi üçün bax 1023 m).
- İndividual qalaktikaların sürəti təqribən 800–1000 km/san-dir.
İstinadlar
redaktə- ↑ 1 2 "Hubble Pinpoints Furthest Protocluster of Galaxies Ever Seen". ESA/Hubble Press Release. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2012.
- ↑ Kravtsov, A. V.; Borgani, S. "Formation of Galaxy Clusters". Annual Review of Astronomy and Astrophysics. 50. 2012: 353–409. arXiv:1205.5556. Bibcode:2012ARA&A..50..353K. doi:10.1146/annurev-astro-081811-125502.
- ↑ "Galaxy cluster IDCS J1426". 25 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2016.
- ↑ "Chandra :: Field Guide to X-ray Sources :: Groups & Clusters of Galaxies". 2012-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.