Vyetnam Xalq Ordusu - Wikipedia
Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf. Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı.
Vyetnam Xalq Ordusu | |
---|---|
Quân đội nhân dân Việt Nam | |
Yaranma tarixi | 22 dekabr 1944 | )
Ölkə | |
Daxildir | Vyetnam Xalq Silahlı Qüvvələri |
Qərargah | Milli Müdafiə Nazirliyi, Nquyen Tri Fuonq yolu nömrə 7, Badin, Hanoy |
Şüarı | Quyết thắng ("Qazanmaqda qərarlı") |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir.[1]
Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur.
1945-ci ilin aprelində Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.[2]
15 may 1945-ci ildə "Vətəni xilas edən" və azadlıq dəstələrinin birləşməsi nəticəsində "Vyetnam Azadlıq Ordusu" yaradılmışdır.[3][4]
İstinadlar
redaktə- ↑ История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 9. М., Воениздат, 1978. стр.327
- ↑ История Второй Мировой войны 1939–1945 (в 12 томах) / редколл., гл. ред. А. А. Гречко. том 11. М., Воениздат, 1980. стр.109–114
- ↑ История Вьетнама, середина XIX — середина XX в. (пер. с вьетнам. И.Д. Бакшт и В.И. Мещерякова). М., "Наука", 1991. стр.321
- ↑ "Early Days: The Development of the Viet Minh Military Machine". 2010-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.
Əlavə ədəbiyyat
redaktə- The Years of Fighting and Building of the Vietnamese People's Army. Ha-noi, 1951.
- Nguyen Cong Luan. The NVA: A New Look. // Infantry. — March-April 1975. — Vol. 65 — No. 2.
- Придыбайло А. Вьетнамская Народная армия. — М., 1974.
- Марков М., Корин А. Вооружённые силы Вьетнама // Зарубежное военное обозрение. — 1994. — № 3. — С. 8–13.