Vrangel Adasi Abs - Wikipedia
Vrangel adası (ing. Wrangell Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Vrangel adası | |
---|---|
ing. Wrangell Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 544 km² |
Uzunluğu |
|
Eni | 23 km |
Hündür nöqtəsi | 957 m |
Əhalisi | 2.401 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°15′ şm. e. 132°10′ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəAdanın uzunluğu 45 km, eni isə 8–23 km arasında dəyişir, sahəsi 544 km²-dir. Bu da onu ABŞ-də 29-cu ən böyük ada edir. Materiklə məsafəsi Bleyk boğazının ən dar hissəsində təxminən 300 metr, Etolin adasına olan məsafə isə Zimoviya boğazının ən dar hissəsində təxminən 700 metrdir. Adanın yaxınlığında Stikin çayının mənsəbi yerləşir.
Tarix
redaktəAda 1793-cü ildə Vankuver ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun tərəfindən kəşf edilmişdir. Constoun açıq ərazinin ada olduğunu sübut etmədən yalnız şərq sahil xəttinin xəritəsini çəkir.
1834-cü ildə Dionisiya qalasını tikən ruslar adaya admiral və səyyah Ferdinand Vrangelin şərəfinə adaya indiki adı verirlər. 1867-ci ildə ada Rusiya İmperiyasından ABŞ-yə keçir və 1877-ci ilə qədər Amerika ordusu onun ərazisində yerləşdirilir, daha sonra ada ovçular, araşdırmaçılar və mədənçilər üçün daşıma bazası kimi xidmət edir.
Yaşayış məntəqələri
redaktəƏn böyük yaşayış məntəqələri: Vrangel (2308 nəfər) və Toms-Pleys (22 nəfər). Vrangel şəhərində eyni adlı hava limanı yerləşir.
İqtisadiyyat
redaktəAdada balıqçılıq və mədənçilik yaxşı inkişaf etmişdir. 1990-cı illərə qədər adada meşəkəsmə müəssisəsi işləmişdir. Əl dəyməmiş meşələr, çoxsaylı göllər, çaylar, mağaralar, çoxlu vəhşi heyvanlar - xüsusən də çoxlu qonur ayı, baribal, qartal, sığın, tirəndaz, adaya çoxlu turist cəlb edir[1].
Ədəbiyyat
redaktə- Corc və Con Vankuverlər, «A voyage of discovery to the North Pacific ocean, and round the world», 1801
Mənbə
redaktə- "Остров Врангеля". 2010-09-18 tarixində arxivləşdirilib.
- Остров Врангеля
- Wrangell Island and Alaska Summers
- График приливов и отливов
İstinadlar
redaktə- ↑ Things to Do in the Wrangell Area Arxivləşdirilib 2019-01-09 at the Wayback Machine на сайте wrangell.com