Etolin Adasi - Wikipedia
Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir.
Etolin adası | |
---|---|
ing. Etolin Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 878,1 km² |
Uzunluğu |
|
Eni | 35.405,568 m |
Hündür nöqtəsi | 822 m |
Əhalisi | 15 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°05′52″ şm. e. 132°21′37″ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur[1]. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır[2]. Ada yeni adını 1840–1845-ci illərdə Rusiya Amerikasının qubernatoru Adolf Etolinin şərəfinə almışdır.
Adanın bütün ərazisi Tonqass Milli Meşəsinin bir hissəsidir.
Braunson adası Etolin adasının cənub-şərq sahillərində yerləşir, adalar ensiz Kanoe boğazı ilə ayrılır.
İstinadlar
redaktə- ↑ Vancouver, George, and John Vancouver. A voyage of discovery to the North Pacific ocean, and round the world. — London: J. Stockdale, 1801.
- ↑ "Statement of facts regarding the Alaska boundary question, p.1383". 2011-05-27 tarixində arxivləşdirilib., Alexander Begg, Report to the Attorney-General of British Columbia, 1902.