Viktor Astafyev - Wikipedia
Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı.
Viktor Astafyev | |
---|---|
Виктор Петрович Астафьев | |
| |
Doğum tarixi | |
Doğum yeri | Krasnoyarsk diyarı, Ovsyanka k. |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Krasnoyarsk diyarı |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | rus |
Atası | Петрович Астафьев |
Fəaliyyəti | nasir, dramaturq, esseist |
Fəaliyyət illəri | 1951-ci ildən |
Əsərlərinin dili | rus |
Janrlar | roman, povest |
Üzvlüyü | |
Mükafatları | SSRİ (1978, 1991), RF (1995; 2003, ölümündən sonra) Dövlət mükafatı laureatı |
Lib.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Məlumat
redaktəViktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır.
1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir. Onun əsərlərində rus psixoloji nəsrinin ənənələri inkişaf etdirilir, kənd həyatı geniş təsvir olunur. “Sonuncu təzim” (1968–78; son fəsilləri 1992-ci ildə çap olunmuşdur) kitabında avtobioqrafik material (Sibir kəndindəki uşaqlıq və yeniyetməlik dövrü, müharibə və müharibədən sonrakı həyat haqqında xatirələr) rus kəndinin yarım əsrlik tarixi fonunda verilmişdir. “Çoban və çoban qız” (1971; sonuncu redaktəsi 1989) pastoral povestində “kənd nəsri” motivləri mənəvi aspektdə işlənmiş müharibə mövzusu nəzərə alınaraq şərh olunmuş, kəndli dünyagörüşünün bəşəri mahiyyəti mifoloji, bibliya simvolları vasitəsilə açılmışdır.
Klassik “ov əhvalatları” ənənəsini davam etdirən kəskin süjetli “Çar-balıq” (1976) əsəri ciddi diskussiyaya səbəb olaraq cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmişdir. “Həyatı yaşamaq” (1985), “Şən əsgər” (1998) povestləri, “Lyudoçka” (1989) novellası, “Qəmli detektiv” (1986), “Lənətlənmiş və öldürülmüşlər” (c. 1–2; 1992–94) romanları var. Astafyevin bir çox əsəri səhnələşdirilmiş və ekranlaşdırılmış, pyesləri ölkə teatrında və xarici teatrlarda tamaşaya qoyulmuşdur. Kitablrı bir sıra Avropa dillərinə tərcümə edilmişdir. [1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 141. ISBN 978-9952-441-05-5.