Vikipediya Kend Meydani Arxiv Oktyabr 2024 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Qaralamada olan məqaləni dərc etmək
Salam dostlar. Mən qaralamada İdris Abbasov adında məqalə yaratmışam və iş tamamlanıb. İndi istəyirəm onu əsas səhifəyə yönəldim və dərc edim. Lütfən yolunu göstərin,mən məqaləni dərc edim. Öncədən təşəkkür edirəm Ayten filoloq (müzakirə) 18:03, 1 oktyabr 2024 (UTC)
- @Ayten filoloq Salam, məqalənin çox böyük hissəsi mənbəsizdir. Atakhanli (müzakirə) 19:29, 1 oktyabr 2024 (UTC)
- Salam.Təşəkkür edirəm cavabıniza görə.
- Belə alınır,lütfən.
- Necə edək ki dərc olunsun ? Yolunu bilirsinizsə,lütfən kömək edin dərc edək.
- Qaralamaya düşüb,hərçənd qaralamada yaradılmayıb. Ayten filoloq (müzakirə) 09:32, 2 oktyabr 2024 (UTC)
- hər vaxtınız xeyir olsun, aytən xanım. məsələ elə orasındadır ki, belə alınmır :D məqalənin formatı vikipediya standartlarına uyğun deyil. səbirli olun, tələsməyin; əgər məqalə ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verirsə, lazımi düzəlişlər aparılandan sonra əsas ad fəzasına çıxarıla bilər :3 əkrəm. 12:27, 2 oktyabr 2024 (UTC)
- Salam.
- Təşəkkür edirəm fikir yazdığınıza görə.
- Məqalə 4 gündür ki yazılıb. Mən Wikipediada mənasız,heç bir əsaslara bənd olmayan,yalnış məqalələr görmüşəm ki dərc olunub. Burada informasiya müəllif tərəfdən verilib,bizə sadəcə onu ora yerləşdirimək nəsib olub.Mən ora heçnə əlavə edə bilmirən.
- Mən razıyam tələsmədən siz deyən düzəlişləri edim,amma maraqlıdır ki,sonda məqalənin uyğun ya qeyri uyğun tərtib olunmasına kim qərar verir? Yanı bunu insanmı edir ya robot ?
- Düzəlişləri etməyə hazıram,lütfən yazın və mən çalışım edim.
- Bir daha təşəkkür edirəm. Ayten filoloq (müzakirə) 14:03, 2 oktyabr 2024 (UTC)
- Salam. Məqalə məzmunu Vikipediyanın məqalə tərtibatı və redaktə qaydalarına uyğun olmalı, həmçinin ensiklopediklə yanaşı, digər bir sıra qaydalarının tələblərinə cavab verməlidir. Sizin qaralamada tərtib etdiyiniz məqalə isə dərc olunması üçün kafi deyil. Lütfən digər məqalələrə baxaraq uyğunlaşdırın. Həmçinin ensiklopedik əhəmiyyətlilik qaydalarımızla tanış olun. Məqalələrin qalıb-qalmamasına, silinib-silinməməsinə qaydalarla, həmçinin müvafiq müzakirələrin nəticələri ilə qərar verilir. Vikipediya könüllü layihə olduğu üçün qeyd etdiyiniz problemli digər məqalələr gözdən qaça bilər, bu halda bunları bizə bildirə, yaxud silinmələrini tələb edə bilərsiniz. Mövzular ensiklopedik olduğu halda isə həmin məqalələrə müvafiq xəbərdarlıq şablonları əlavə edilir və həmçinin uyğunsuz müvafiq hissələr də məzmundan çıxarılır. Hörmətlə, Qədir (müzakirə) 14:12, 2 oktyabr 2024 (UTC)
- Salam
- Təşəkkür edirəm diqqətinizə görə.
- Basqa məqalələrə baxmışam.
- Lütfən deyə bilərsinizmi,bizim məqalədə hansı yerlər uyğun deyil və onu necə düzəldək ?
- Lütfən konkret yerləri göstərin,mən çalışım düzəldim. Ayten filoloq (müzakirə) 14:19, 2 oktyabr 2024 (UTC)
- ötəri məlumat kimi qeyd edim, ev tapşırığımı yazandan sonra məqaləyə özüm əl gəzdirəcəyəm:
- zati-alilərinin həyatı ilə əlaqədar hər xırda təfərrüatı qeyd etməyə ehtiyac yoxdur;
- məlumatları siyahı ilə deyil, nəsr şəklində qeyd etmək lazımdır;
- istinad göstərən zaman istinad şablonlarından istifadə etməlisiniz.
- ümumiyyətlə, yuxarıdakı mesajda qeyd etdiyim vikipediya standartları ilə vp:sk (ingiliscə variantı daha genişdir, onu da oxumağınızı məsləhət görərdim) səhifəsindən tanış ola bilərsiniz. fəaliyyətinizdə uğurlar ^^ əkrəm. 15:08, 2 oktyabr 2024 (UTC)
- ötəri məlumat kimi qeyd edim, ev tapşırığımı yazandan sonra məqaləyə özüm əl gəzdirəcəyəm:
- Gadir müəllim
- Siz ya qeyri kimsə bu düzəlişləri edə bilərsə,mən ancaq sevinərdim.
- Məqalədə yetərincə məlumatlar var.Yaqin ki onu Vikipedia standartlarına uyğunlaşdırmaq lazım.
- Lütfən kimsə bunu edə bilsə,mən sevinərdim.
- Təşəkkür edirəm Ayten filoloq (müzakirə) 14:25, 2 oktyabr 2024 (UTC)
- @Ayten filoloq, salam. Nümunə olaraq öz yaratdığım 2 məqaləni sizə misal çəkəcəm: Fərman Mahmudov və Mollalar Əşrəf. Çalışın məqaləniz təxmini bu cür olsun. Xarici keçidləri düzgün qoymamısız məsələn. Bu işarələrdən [] istifadə edilməlidi xarici keçid yerləşdiriləndə. Və Xarici keçidlərə o qədər link əlavə etmək VP:SK-ya uyğun deyil. Ehtiyac yoxdur. 3 dənə seçmə link kifayətdir. Həmçinin şəxsin bütün məqalələrinin siyahısını qeyd etməyə ehtiyac yoxdur. Seçmə məqalələri kifayətdir. Məsələn 10 dənəsi. Məqalə özü siyahı formasında olmamalıdır. Mətn formasında olmalıdır. Nümunə kimi qeyd etdiyim 2 məqaləyə baxın fərqi özünüz görəcək və məqalənizi düzəldə, səliqəyə sala biləcəksiz. Bunu sizin üçün kimsə etməyə bilər. Çünki bu heç kimin borcu və ya vəzifəsi deyil. Kimə hansı mövzu maraqlıdırsa o mövzuda məqalə işləyir. samral müzakirə 21:13, 3 oktyabr 2024 (UTC)
- Salam.
- Təşəkkür edirəm fikirinizə görə.
- Mən baxdım,sizdə əsasən istinadlardır,məndə istinadlar və xarici keçidlər var. Bəyəndim sizin məqalələri!
- Xarici keçid necə düz olmaya bilər ki ? Basırsınız üstünə,atır sizi sayta.
- Mən sizinlə razıyam,amma biz hələ müəllifin mətnini qısaltmışıq biraz.Bir təhər razılaşıb.
- O hər işə illərini sərf edib,bu yaxındada kitabı çıxıb ki,bənzərsiz bir iş görülüb (Həmçinin bax bölməsində).
- İxtisar etsək,daha nə qalır ki ? Mən hesab edirəm ki,alim haqqında yetərli məlumatlar olmalıdır,əks halda bunun nə mənası olur ki ? İnsan istəyir ki,bütün işləri haqqında məlumat verilsin,internetdə onun haqda yazılan məqalələr qeyd olunsun.Vikipedia məlumatın çoxluğuna məhdudiyyət qoyur ki?Elə insanlar olub ki,onların yaşadığı zamannda internet qəzetlər olmayıb.İdris müəllim haqda məqalədə elə qəzetlərdə gedən məqalələrə keçidlər çoxdur(yalnışdırsa ixtisar edək).Sadəcə onun haqqında yazırlar.
- Amma mənim fikirlərimə baxmayaraq,əgər hesab edirsinizsə ki,səbəblər budur,lütfən,bir təcrübəli insan kimi düzəlişlərinizi edin,dərc edək bizim alimimizi.Mənim üçün birdə maraqlı odur ki,mən məqaləni qaralamada yaratmamışam,niyə o qaralamaya gedib?
- Bir daha təşəkkür edirəm və xahiş edirəm,kömək edin,məqaləni dərc edək.Təcrübəli insan üçün o düzəlişləri etmək çətin olmamalı.
- Mənim bacardığım bura qədərdir. Ayten filoloq (müzakirə) 14:26, 5 oktyabr 2024 (UTC)
- Vikipediya məlumat bazası yox, ensiklopediyadır, mənbələrə əsaslanaraq yazılan virtual ensiklopediya. Mənbə yoxdursa, məqalə də olmayacaq, çünki Vikipediya etibarlı mənbə deyil, etibarlı mənbələrin güzgüsüdür. Daha ətraflı buradan tanış ola bilərsiniz: Vikipediya:Vikipediya nə deyil. Hörmətlə, Qədir (müzakirə) 15:15, 5 oktyabr 2024 (UTC)
- Salam.
- Təşəkkür edirəm.
- Lütfən,bildiyinizi düzəliş edin. Amma onu da deyim ki,mən Vikepediada məqalə görmüşəm,heç bir mənbəyə əsası olmadan dərc olunub.Maraqlıdır,elə məqalələr hansı yol ilə keçir ?!
- Həyatdan köçmüş insanlar (alim,aktyor..) haqda mənbələr çox olur.İnandırım sizi onların sağlığında bəlkə bir mənbə tapmaq olmazdı.İnsan ki dünyadan köçür,hamı onun haqda yazmağa başlayır və məlumat mənbəyi artır.
- İdris müəllimə Allah can sağlığı versin,çox pak,dəyərli bir alimdir ki,hər il yazır,yaradır,işləri çıxır,alimlər yetişdirir.Olan məlumatlarımız budur.Lütfən bacardığınız düzəlişləri edin dediyiniz qaydada və əlavə məlumat lazımdırsa,mən onun özündən əldə edə bilərəm. Allah sizin kimi insanların da ömrünü uzun etsin ki,köməyinizi əsirgəmirsiniz.
- Bir daha təşəkkür edirəm. Ayten filoloq (müzakirə) 06:53, 6 oktyabr 2024 (UTC)
- Vikipediya məlumat bazası yox, ensiklopediyadır, mənbələrə əsaslanaraq yazılan virtual ensiklopediya. Mənbə yoxdursa, məqalə də olmayacaq, çünki Vikipediya etibarlı mənbə deyil, etibarlı mənbələrin güzgüsüdür. Daha ətraflı buradan tanış ola bilərsiniz: Vikipediya:Vikipediya nə deyil. Hörmətlə, Qədir (müzakirə) 15:15, 5 oktyabr 2024 (UTC)
- @Ayten filoloq, salam. Nümunə olaraq öz yaratdığım 2 məqaləni sizə misal çəkəcəm: Fərman Mahmudov və Mollalar Əşrəf. Çalışın məqaləniz təxmini bu cür olsun. Xarici keçidləri düzgün qoymamısız məsələn. Bu işarələrdən [] istifadə edilməlidi xarici keçid yerləşdiriləndə. Və Xarici keçidlərə o qədər link əlavə etmək VP:SK-ya uyğun deyil. Ehtiyac yoxdur. 3 dənə seçmə link kifayətdir. Həmçinin şəxsin bütün məqalələrinin siyahısını qeyd etməyə ehtiyac yoxdur. Seçmə məqalələri kifayətdir. Məsələn 10 dənəsi. Məqalə özü siyahı formasında olmamalıdır. Mətn formasında olmalıdır. Nümunə kimi qeyd etdiyim 2 məqaləyə baxın fərqi özünüz görəcək və məqalənizi düzəldə, səliqəyə sala biləcəksiz. Bunu sizin üçün kimsə etməyə bilər. Çünki bu heç kimin borcu və ya vəzifəsi deyil. Kimə hansı mövzu maraqlıdırsa o mövzuda məqalə işləyir. samral müzakirə 21:13, 3 oktyabr 2024 (UTC)
- Salam. Məqalə məzmunu Vikipediyanın məqalə tərtibatı və redaktə qaydalarına uyğun olmalı, həmçinin ensiklopediklə yanaşı, digər bir sıra qaydalarının tələblərinə cavab verməlidir. Sizin qaralamada tərtib etdiyiniz məqalə isə dərc olunması üçün kafi deyil. Lütfən digər məqalələrə baxaraq uyğunlaşdırın. Həmçinin ensiklopedik əhəmiyyətlilik qaydalarımızla tanış olun. Məqalələrin qalıb-qalmamasına, silinib-silinməməsinə qaydalarla, həmçinin müvafiq müzakirələrin nəticələri ilə qərar verilir. Vikipediya könüllü layihə olduğu üçün qeyd etdiyiniz problemli digər məqalələr gözdən qaça bilər, bu halda bunları bizə bildirə, yaxud silinmələrini tələb edə bilərsiniz. Mövzular ensiklopedik olduğu halda isə həmin məqalələrə müvafiq xəbərdarlıq şablonları əlavə edilir və həmçinin uyğunsuz müvafiq hissələr də məzmundan çıxarılır. Hörmətlə, Qədir (müzakirə) 14:12, 2 oktyabr 2024 (UTC)
- hər vaxtınız xeyir olsun, aytən xanım. məsələ elə orasındadır ki, belə alınmır :D məqalənin formatı vikipediya standartlarına uyğun deyil. səbirli olun, tələsməyin; əgər məqalə ensiklopedik əhəmiyyətlilik qaydalarına cavab verirsə, lazımi düzəlişlər aparılandan sonra əsas ad fəzasına çıxarıla bilər :3 əkrəm. 12:27, 2 oktyabr 2024 (UTC)
Ensiklopedik əhəmiyyətliliyinin Təsdiqlənməsi və Qaralamada olan Məqalənin Dərc Edilməsi
Salamlar hər kəsə, mənim sualım bu yaxanlarda hazırladığım Qaralama:Aysel Fikrət məqaləsi ilə bağlıdır. Öncəliklə qeyd edim ki, məqaləni işləyərkən Ensiklopedik Əhəmiyyətlilik qaydaları ilə tanış olmuşam. Şəxsi yaradıcı mütəxəssis hesab etmək olar, bununla bağlı mövcud ədəbiyyatdan əlavə internetdə yer alan resurslar ilə də tanış olaraq bu nəticəyə gəlmək mümkündür. Bu resursların bir qisimini xarici keçid kimi məqaləyə əlavə də etmişəm. Məqalənin müəyyən qədər qısa olmasına baxmayaraq, qeyd olunan hər bir detal, və məlumat da birdən çox mənbə istinad olaraq verilib, bunu da nəzərə almağınızı xahiş edərdim.
Bütün bunlara baxmayaraq, məqalə yuxarıdakı səbəblə qaralama statusına keçirilib. İndi Ensiklopedik Əhəmiyyətliliyin təsdiqlənməsi necə baş verir (?) və nə qədər müddətə bu iki prosedur (təsdiqi və dərc olunma) çəkir (?), xahiş edirəm bununla bağlı məlumat verərdiniz. Kamran.Ahmad1978 (müzakirə) 19:02, 7 oktyabr 2024 (UTC)
- @Kamran.Ahmad1978, salam. Məqaləni qaralamadan çıxartdım. Amma tövsiyə edirəm ki, VP:ŞEƏ qaydasına (məxsusən VP:YAZIÇI bəndinə) uyğun olaraq şəxsin mükafatları və səhnələşdirilən əsərləri filan barədə daha ətraflı, dəqiq və geniş yazasız. Həmçinin VP:SK-ya uyğun olaraq bu qədər xarici keçid düzgün deyil. Yaxşı olar ki, onların çoxunu “Məqalələri və müsahibələri” formasında səhifədə müvafiq bölmədə verəsiz. Xarici keçid kimi 2-3 keçid kifayətdir. Nümunə üçün daha samballı olan başqa məqalələrə də baxa bilərsiz. samral müzakirə 09:21, 9 oktyabr 2024 (UTC)
- @Samral, tövsiyələrinizə və dəstəyinizə görə sizə təşəkkür edirəm. Qeyd etdiyiniz qaydalarla daha dərindən tanış olduqdan sonra, şəxs ilə bağlı detallı araşdırma aparıb, yaxın gələcəkdə məqaləni zənginləşdirməyi planlayıram. Qeyd etdiyiniz təklifi də nəzərimdə saxlayacam. Bir daha təşəkkürlər. Kamran.Ahmad1978 (müzakirə) 15:04, 9 oktyabr 2024 (UTC)
Invitation to Participate in Wiki Loves Ramadan Community Engagement Survey
Dear all,
Apologies for writing in English. Please help to translate in your language. We are excited to announce the upcoming Wiki Loves Ramadan event, a global initiative aimed at celebrating Ramadan by enriching Wikipedia and its sister projects with content related to this significant time of year. As we plan to organize this event globally, your insights and experiences are crucial in shaping the best possible participation experience for the community.
To ensure that Wiki Loves Ramadan is engaging, inclusive, and impactful, we kindly invite you to participate in our community engagement survey. Your feedback will help us understand the needs of the community, set the event's focus, and guide our strategies for organizing this global event.
Survey link: https://forms.gle/f66MuzjcPpwzVymu5
Please take a few minutes to share your thoughts. Your input will make a difference!
Thank you for being a part of our journey to make Wiki Loves Ramadan a success.
Warm regards,
User:ZI Jony 03:19, 6 oktyabr 2024 (UTC)
Wiki Loves Ramadan Organizing Team
Portallarla bağlı
Salam. Bildiyiniz kimi bizdə Portal adlı bir layihə mövcuddur. Məsələn, Portal:Anime və manqa, Portal:Videooyunlar kimi. Portallar olduqca maraqlı bir layihədir, müəyyən bir mövzuya fokuslanmağa imkan verir. Amma təəssüf ki, demək olar ki, AzVikidə artıq uzun müddətdir ki, portallar unudulub və maraq göstərən də yoxdur. Bizdə guya ki, Seçilmiş portallar layihəsi var, 5 portal da guya bu statusu daşıyır. Amma artıq 10 ildir ki, Seçilmiş portallar layihəsinə yaxın duran yoxdur. Qeyd edim ki, EnViki 2017-ci ildə, TrViki isə 2022-ci ildə Seçilmiş portal layihəsini tamamilə ləğv edib. Bundan əlavə, Ana səhifənin başlığında müxtəlif portallara keçidlər verilib, amma portalların demək olar ki, hamısı ölüdür. Həmin portallarda aktivlik yoxdur, oxucu girib 2024-cü ilin yox, 2014-cü ilin vikisini oxuyur elə bil. O qədər yeni məqalə yazılır, status alır, amma heç biri o portallarda yer almır.
Mən ona görə təklif edirəm ki, Seçilmiş portallar layihəsini və Seçilmiş portal statusu olan portalların statusu təmiz ləğv edək, Ana səhifəni başlığındakı portalları da çıxaraq, başlığı başqa cür dizayn edək. Yerinə nəsə qoya bilərik, ya da sadə də ola bilər. Şiroi Akuma 06:32, 5 oktyabr 2024 (UTC)
- İndi dedin yadıma düşdü)). Bəli, doğru deyirsiz inkişaf etmir, ölü layihədi. Araz Yaquboglu (müzakirə) 07:40, 5 oktyabr 2024 (UTC)
- Qeyd edilən arqumentlərlə razıyam və təklifi dəstəkləyirəm. Yeri gəlmişkən, trviki "portal" layihəsini ümumiyyətlə ləğv edib. Köhnələr qalır, amma yeni portal yaradılmır. Ana səhifə isə yenidən dizayn edilməlidir. Bu barədə ayrı başlıqda daha geniş müzakirə aparmaq olar. Hörmətlə, Qədir (müzakirə) 10:06, 5 oktyabr 2024 (UTC)
- Dəstəkləyirəm. Ana səhifəyə bunu əlavə edə bilərik: İstifadəçi:Nemoralis/Ana Səhifə Nemoralis (müzakirə) 15:58, 5 oktyabr 2024 (UTC)
- Yaxşıdır, əlinə sağlıq. Hörmətlə, Qədir (müzakirə) 16:06, 5 oktyabr 2024 (UTC)
- White Demon ilə razıyam, bəlkə də layihənin potensialı var amma indiki vəziyyətdə uğur yolu görünmür. Ana səhifəyə bunu əlavə edə bilərik — Bikar müzakirə 17:12, 5 oktyabr 2024 (UTC)
- razıyam. çoxdan fikirləşdiyim şey idi elə. yerinə düşdü. ləğv olunsun Atakhanli (müzakirə) 18:23, 5 oktyabr 2024 (UTC)
- Ləğv olunmasının tərəfdarıyam. Envikidə bu qərarla bağlı müzakirədə də qeyd edildiyi kimi, portallar təkcə redaktorlar yox, həm də oxucular tərəfindən maraq görmür və uyğun səhifələrin izlənmə sayının azlığından bunu aydın görmək olur. Təklif edilən addımların atılması ilə razıyam. --Sura Shukurlu (müzakirə) 22:31, 5 oktyabr 2024 (UTC)
Yekdilliklə qəbul olundu. Hörmətlə, Qədir (müzakirə) 20:25, 6 oktyabr 2024 (UTC)
- Hara tələsirsiz? Qoyardız müzakirə ən azından 1 həftə davam edərdi də? Bəlkə razılaşmayan biri olacaqdı. Nemoralis (müzakirə) 05:39, 7 oktyabr 2024 (UTC)
- Məncə də tələsik qərardı. Şəxsən mən portalların ləğvinə qarşıyam. Onsuz da dilimizdə məlumat qıtlığı var. Vaxtilə əziyyətlə yaradılan portalları silmək mənasızdır. Elə bil ki hansısa məqalə oxunmur deyə silirik. Rəcəb Yaxşı (müzakirə) 06:18, 7 oktyabr 2024 (UTC)
- Portallar ləğv olunmur ya da silinmir. Söhbət Seçilmiş portal layihəsinin ləğvindən və Ana səhifənin başlığından portalların çıxarılmasından söhbət gedir sadəcə. Şiroi Akuma 06:22, 7 oktyabr 2024 (UTC)
- @Nemoralis, @Rəcəb Yaxşı, kifayət qədər fikir gəldiyini və qarşı fikir də olmadığını nəzərə alıb icra etmişdim, istəyirsinizsə, geri qaytara bilərəm, bir neçə gün sonra tətbiq edərik. Hörmətlə, Qədir (müzakirə) 11:11, 7 oktyabr 2024 (UTC)
- @Gadir, bu hörmətsizlikdir. 2 günə müzakirə yekunlaşdırılmır. Təəssüf ki, siz özfəaliyyəti dayandırmırsınız və istədiyinizi edirsiniz. Turkmen müzakirə 11:27, 7 oktyabr 2024 (UTC)
- @Turkmen, qeyd etdiyiniz niyyətlərlə etməmişəm, SNS-də və müzakirə səhifələrində olduğu kimi burda da ortaq fikir varsa, qərar daha tez tətbiq edilə bilər deyə bilirəm. Burada əsas məsələ iştirakçı sayıdır yoxsa müddət? Hər iki nüansa da diqqət etməyə çalışıram. Bu dəyişikliyi geri alım indi? Hörmətlə, Qədir (müzakirə) 11:35, 7 oktyabr 2024 (UTC)
- Məncə də nəsə qərar qəbul edəndə heç olmasa 1 həftə gözləmək lazımdır. Düzdü, onsuz da nəticə eyni olacaq, amma istifadəçilər etiraz edir. Şiroi Akuma 13:28, 7 oktyabr 2024 (UTC)
- @Turkmen, qeyd etdiyiniz niyyətlərlə etməmişəm, SNS-də və müzakirə səhifələrində olduğu kimi burda da ortaq fikir varsa, qərar daha tez tətbiq edilə bilər deyə bilirəm. Burada əsas məsələ iştirakçı sayıdır yoxsa müddət? Hər iki nüansa da diqqət etməyə çalışıram. Bu dəyişikliyi geri alım indi? Hörmətlə, Qədir (müzakirə) 11:35, 7 oktyabr 2024 (UTC)
- @Gadir, bu hörmətsizlikdir. 2 günə müzakirə yekunlaşdırılmır. Təəssüf ki, siz özfəaliyyəti dayandırmırsınız və istədiyinizi edirsiniz. Turkmen müzakirə 11:27, 7 oktyabr 2024 (UTC)
- Məncə də tələsik qərardı. Şəxsən mən portalların ləğvinə qarşıyam. Onsuz da dilimizdə məlumat qıtlığı var. Vaxtilə əziyyətlə yaradılan portalları silmək mənasızdır. Elə bil ki hansısa məqalə oxunmur deyə silirik. Rəcəb Yaxşı (müzakirə) 06:18, 7 oktyabr 2024 (UTC)
Bu portallarnan çoxdan nəsə etmək lazım idi. Məncə, onların müəyyən mövzularla bağlı yazan istifadəçilər üçün iki üstünlükləri var: 1) həmin mövzuya maraq göstərən istifadəçilər üçün bir-birini tapmağı və bir-birinin fəaliyyəti ilə tanış olmağı asanlaşdırır; 2) həmin mövzu ilə bağlı qaydaların və başqa infrastrukturun tapılmasını asanlaşdırır. Əgər, biz portalları ciddən islahat etmək istəyirik, bu iki üstünlüklərini özəlliklə vurğulamaq lazımdır. --Мурад 97 (müzakirə) 11:52, 7 oktyabr 2024 (UTC)
- Layihəyə maraq yoxdur. Vikilayihələrlə də bu dediyinizi etmək mümkündür. Hətta o, daha genişdir, orada istifadəçilər birləşib məqalə üzrə töhfə verirlər. O layihə də bizdə passiv haldadır. Nümunə kimi baxın: Vikipediya:VikiLayihə Musiqi, Vikipediya:VikiLayihə Film. Hörmətlə, Qədir (müzakirə) 12:05, 7 oktyabr 2024 (UTC)
- Lehinə: @White Demonla razıyam. Ləğv edilsin və Ana Səhifədən çıxarılsın. samral müzakirə 14:40, 9 oktyabr 2024 (UTC)
- Yekdilliklə qəbul edildi.--Turkmen müzakirə 10:53, 15 oktyabr 2024 (UTC)
Təftişçi
Salam. Məncə, bizə iki dənə təftişçi lazımdı. Hörmətlə, Qədir (müzakirə) 14:18, 6 oktyabr 2024 (UTC)
- Məntiqlə hə, vikiicma(ölkə) reallığını nəzərə alsan yox. Şəxsi maraqlar üçün istifadə olunacaq. Hələ ki, müraciətlərdən meta dolub-daşmır. Əleyhinəyəm — Bikar müzakirə 20:37, 6 oktyabr 2024 (UTC)
- Etibarlı şəxslərə etibar edib vermək olar. Bu, çox ciddi hüquqdur, icmada bu hüququn məsuliyyətlərini layiqincə ala biləcək istifadəçilər olduğuna inanıram. Meta verdiyi datalarla iş görmək olmur ki. Hər dəfə başa salmaq da yorur adamı, üstəgəl, buna gec dönüşü də əlavə etsək və s. @Nemoralis və @White Demon, məncə, bu hüquq üçün layiqli namizədlərdir. Hörmətlə, Qədir (müzakirə) 20:46, 6 oktyabr 2024 (UTC)
- Məncə, bizə gizlədən də lazımdı. Çünki inzibatçı aləti ilə gizlədilən məlumatları inzibatçıların da yayma ehtimalı var. Amma o şəxslərin həssaslıqla bir dəfəlik gizlətdiyi məlumatları heç inzibatçılar da görə bilmir, necə ki, mən istifadəçilərin gizliliklərinə xüsusi önəm verirəm. Mən bu hüquq üçün namizəd ola bilərəm, əgər ehtiyac hasil olarsa. Hörmətlə, Qədir (müzakirə) 20:48, 6 oktyabr 2024 (UTC)
- 1. Yenə də razı deyiləm.
2. Hər dəfə söhbət gəlib inzibatçı hüquqların paylanmasına çıxır. Bu hüquq ümumiyyətlə idxal olunub ki?
3. Bütün hüquqlara sahib olmağ istiqamətində gedirsən, yaxşı birşey deyil — Bikar müzakirə 20:57, 6 oktyabr 2024 (UTC)- LOL, hansı hüquqlara sahib olma istiqamətində gedirəm? Bizə əsas təftişçi lazımdı bu dəqiqə. O biri də mənə görə lazımdı, lazım bilinər lap başqası namizəd olar, amma lazımlı məsələdi. Mən bürokrat ya da təftişçi olmağı düşünmürəm. Amma gizlədən olmaq istərdim, çünki o funksiyadan lap çox istifadə edirəm. Hörmətlə, Qədir (müzakirə) 21:00, 6 oktyabr 2024 (UTC)
- Burada bəzi detalları açmaq istəmirəm, amma görürəm ki, məcburam buna. Bir-iki istifadəçi də bu barədə məlumatlıdır. Mənim şəxsi məlumatlarım bu platformada vaxtilə mən tərəfindən qeyd olunmuşdu və mən onları gizlətmək üçün stüard ilə əlaqəyə keçmişəm. Heç şübhə yoxdur ki, bəzi inzibatçılar həmin məlumatları ələ keçirib qarşı tərəfə ötürsəydilər, mənim də olan anonimliyim ifşa olunacaqdı. Hörmətlə, Qədir (müzakirə) 21:03, 6 oktyabr 2024 (UTC)
- Haqqında məlumatı gizlətsinlər, ondan sonra müzakirə eliyərik — Bikar müzakirə 21:17, 6 oktyabr 2024 (UTC)
- Gizlədilib, amma bəlkə də çoxdan stoklayıblar)) Hörmətlə, Qədir (müzakirə) 21:21, 6 oktyabr 2024 (UTC)
- Haqqında məlumatı gizlətsinlər, ondan sonra müzakirə eliyərik — Bikar müzakirə 21:17, 6 oktyabr 2024 (UTC)
- 1. Yenə də razı deyiləm.
- İcamadakı hazırkı şərait bu cür addım üçün həqiqətən də sağlam deyil. --Мурад 97 (müzakirə) 21:37, 6 oktyabr 2024 (UTC)
- @Gadirlə razıyam. Və məncə də Nemoralis və White Demon bu işin öhdəsindən layiqincə gələr. samral müzakirə 13:00, 9 oktyabr 2024 (UTC)
- Bu barədə geniş yazacam. "Bizə təftişçi lazımdır" deməklə nəsə əldə etmək çətindir, gərək nə üçün lazımdır onu da deyəsən. Nemoralis (müzakirə) 13:17, 9 oktyabr 2024 (UTC)
- Yaz görək. Amma məncə, buna baxmaq da kifayətdir. Hörmətlə, Qədir (müzakirə) 13:25, 9 oktyabr 2024 (UTC)
Salam. Planımda olan qaydalardan daha birini hazırlaya bildim nəhayət. Hər birinizi müzakirəyə dəvət edirəm, ardınca səsverməyə çıxaracağam. Hörmətlə, Qədir (müzakirə) 10:42, 23 sentyabr 2024 (UTC)
- Təşəkkür edirəm qayda üçün. Keçən dəfə bu barədə müzakirə gedirdi, yaxşı oldu bunun tərcümə olunmağı. Şiroi Akuma 15:17, 24 sentyabr 2024 (UTC)
- Dəstəkləyirəm. --► Hörmətlə: SolaVirum 14:59, 28 sentyabr 2024 (UTC)
- Şərh: Dəstəkləyirəm. Redivy (müzakirə) 15:35, 14 oktyabr 2024 (UTC)
- @Solavirum, @Redivy, səsvermə başladılıb, orada iştirak edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 03:15, 21 oktyabr 2024 (UTC)
White Demon, Solavirum, müvafiq səsvermə başladıldı. Müddət 25 gün təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 11:13, 29 sentyabr 2024 (UTC)
- @Gadir, 25 niyə? 15 gün özü belə çoxdur, o ki qala 25. 1 həftə və ya 10 gün kifayətdir. samral müzakirə 04:50, 3 oktyabr 2024 (UTC)
- Samral, aktivliyə və marağa görə, həmçinin digər səsvermələri də nəzərə alaraq rahat olsun deyə 25 gün seçmişəm, həm də digər qaydalardan daha uzundur bu. VP:SV-də 7, 15, 25 gün seçimləri var. Məncə, müddətin uzun olması problem deyil. Hörmətlə, Qədir (müzakirə) 10:50, 3 oktyabr 2024 (UTC)
Vikipediya:Təmiz başlanğıc qaydası müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycanca Vikipediyanın rəsmi prinsipi kimi qəbul edilmişdir. Xeyirli olsun. Hörmətlə, Qədir (müzakirə) 00:38, 24 oktyabr 2024 (UTC)
- @Gadir, bu səsvermə bir daha göstərdi ki, mən düz deyirdim. 25 gün kimi fantastik bir müddətə ehtiyac yox imiş. Və nəinki 15-20, hətta 1 həftə - 10 gün belə kifayət imiş. Praqmatik olmaq, AzViki reallıqlarını nəzərə almaq lazımdır. Bura nə EnVikidi, nə də TrViki. samral müzakirə 00:53, 24 oktyabr 2024 (UTC)
- @Samral, mən də sənə deyəcəkdim ki, bax, görürsən, 25 günə 4 səs gəldi, 1 həftəyə-15 günə (10 gün seçimi yoxdur) 1-2 səs gələrdi, ya yox? Yenə 4 səslə qəbulu normaldır. Qayda nisbətən uzun qaydadır, həm də marağı da nəzərə almaq lazımdır. Müddət uzun olanda nə olur ki? İştirak edəcək hamı (neçə nəfər iştirak edirsə) rahat baxa bilsin də. Qəbulu üçün rahat 1 ay çəkdi, 1 həftə də bu başlıq. İndi bu müddət ərzində hamı gördü və iştirak edən etdi, etiraz olmayacaq yəni. Onları da nəzərə almaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 00:58, 24 oktyabr 2024 (UTC)
- @Gadir, əvvəla səs sayı məhdudiyyəti yoxdur. Yəni 1-2 səslə də qayda qəbul oluna bilər. Sabah gəlib kimsə deyə bilməz, “mənim niyə xəbərim olmayıb?”. Aktiv olardı, xəbəri də olardı. İkincisi, 4 səs 25 gün ərzində gəlib, yoxsa ilk 10 gündə? Hətta 4 səsin 3-ü ilk 5 gündə gəlib. Bu o deməkdir ki, qayda lap istəyir 3 metr uzunluğunda olsun, AzVikinin aktivliyi sabitdir. Bunu nəzərə almaq lazımdır. Özümüzdən Amerika çıxarmağa və ya velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur. samral müzakirə 00:25, 25 oktyabr 2024 (UTC)
- @Samral, mən də sənə deyəcəkdim ki, bax, görürsən, 25 günə 4 səs gəldi, 1 həftəyə-15 günə (10 gün seçimi yoxdur) 1-2 səs gələrdi, ya yox? Yenə 4 səslə qəbulu normaldır. Qayda nisbətən uzun qaydadır, həm də marağı da nəzərə almaq lazımdır. Müddət uzun olanda nə olur ki? İştirak edəcək hamı (neçə nəfər iştirak edirsə) rahat baxa bilsin də. Qəbulu üçün rahat 1 ay çəkdi, 1 həftə də bu başlıq. İndi bu müddət ərzində hamı gördü və iştirak edən etdi, etiraz olmayacaq yəni. Onları da nəzərə almaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 00:58, 24 oktyabr 2024 (UTC)
Mənbələrin müzakirəsi
Salamlar. Belə bir səhifə tərtib etməyi düşünürəm. Burada, əsasən, mübahisəli mənbələrin etibarlı olub-olmadıqları və səhifələrdə istifadələrinə icazə verilib-verilməyəcəyinə arqument və müzakirə ilə qərar veriləcək. Fikirləriniz nədir? Hörmətlə, Qədir (müzakirə) 09:48, 12 oktyabr 2024 (UTC)
- Aktivlik yoxdu, indiki vəziyyətdə mənasızdı. Eləmək istiyirsənsə buyur, amma enerjini başqa şeylərə sərf eləməyi məsləhət görürəm. — Bikar müzakirə 10:28, 12 oktyabr 2024 (UTC)
- Ümumiyyətlə mənbələri kateqoriyalaşdırmaq yaxşı olardı. Etibarlı və əksi olan mənbələri rahatlıqla müəyyən etmək üçün. Ümumi bir siyahı hazırlayıb qəbul etmək də olar. Sonra hər hansı bir dəyişiklik və əlavəni burada da müzakirə edib təsdiqləmək olar. Ümumiyyətlə az-viki kiçikdir deyə, çox səhifə bölgüsü olanda istifadəçi aktivliyi çox olmur. İstər-istəməz hamı bir yerdə toplaşır. Ona görə də hələlik KM-da da müzakirə edilib təsdiqlənə bilər. Turkmen müzakirə 07:21, 16 oktyabr 2024 (UTC)
- Məncə ehtiyac yoxdur. Onsuz da mənbə qıtlığı var AzMediada və ümumən Azərbaycanda. Bəzən ürəyim partlayır ən adi şeylərə mənbə tapa bilmirəm. N qədər bloq var ki, bir çox saytlarımızdan yaxşıdı, amma qaydalara ziddir deyə mənbə kimi istinad edə bilmirik məsələn. Həmçinin Azərbaycanın ən reytinqli, ən məşhur 10 xəbər saytına baxsaq görərik ki, onlar belə etibarsız mənbə saya biləcəyimiz məlumat/xəbər dərc edir. Dövlət qurumlarımız belə yalan, qeyri-dəqiq məzmun dərc edir hətta. İndi biz bu kimi mənfi hallara görə o mənbələri tamam etibarsız qəbul etsək, sonra çox çətinlik çəkəcəyik. Məsələn EnViki “DailyMail”, “Sputnik” və s. bu kimi bir çox saytı etibarsız hesab edir və o saytların heç başqa etibarlı mənbədən copy-paste etdiyi xəbərə belə istinad etmir. O saytların adını yazanda səhifə birbaşa xəta verir, spam kimi qəbul edir. Amma biz bunu edə bilmərik. Çünki onsuz da azdı bizdə məsələn “Sputnik” kimi xəbər portalı və ya informasiya agentliyi. Məcburuq ki, 1-1 xəbərlərin, məlumatların özünə diqqət edək. samral müzakirə 03:02, 18 oktyabr 2024 (UTC)
- @Samral ilə razıyam. Reallığa uyğun deyil. Zohrab javad (müzakirə) 06:20, 18 oktyabr 2024 (UTC)
- Samral da düz qeyd edir, amma bu o demək deyil ki, hər önümüzə çıxan saytı istinad kimi verə bilərik. Xeyr. Bloq, azad paylaşım və forum tipli saytlar heç cürə əsaslı mənbə qəbul edilmir və ciddi məlumatlar üçün bu tip istinadlardan istifadə yolverilməzdir. Etibarlı mənbələr üçün də Kömək:Azərbaycan fokuslu mənbələr kimi səhifə yaratmaq olar, amma filtirimizdən keçməyən (həmçinin spam və uyğunsuz) saytları qara siyahıya əlavə edək ki, sabah-birigün problemlərlə qarşılaşmayaq. Onları da hər halda aktivlik yoxdur deyə burada müzakirə etmək olar. Ya da digər müvafiq səhifələrdə. Burada edilməlidir əslində: en:Wikipedia:Reliable sources/Noticeboard. Hörmətlə, Qədir (müzakirə) 03:22, 21 oktyabr 2024 (UTC)
- Ümumiyyətlə mənbələri kateqoriyalaşdırmaq yaxşı olardı. Etibarlı və əksi olan mənbələri rahatlıqla müəyyən etmək üçün. Ümumi bir siyahı hazırlayıb qəbul etmək də olar. Sonra hər hansı bir dəyişiklik və əlavəni burada da müzakirə edib təsdiqləmək olar. Ümumiyyətlə az-viki kiçikdir deyə, çox səhifə bölgüsü olanda istifadəçi aktivliyi çox olmur. İstər-istəməz hamı bir yerdə toplaşır. Ona görə də hələlik KM-da da müzakirə edilib təsdiqlənə bilər. Turkmen müzakirə 07:21, 16 oktyabr 2024 (UTC)
Salam. Belə bir səhifə yaratdım. Yeni, həmçinin təcrübəsiz, yaxud təcrübəsi az olan istifadəçilər Vikipediyanın istifadəsi və redaktə etmə ilə bağlı suallarını, eləcə də bura və VP:İM-yə aid olmayan sualları orada verəcəklər, bir növ mentorluq səhifəsi də deyə bilərik. Elə özümüz də bura aid olmayan mövzuları orada qeyd edə və digər təcrübəli istifadəçilərin fikirlərini ala bilərik. Ana səhifənin başlığına əlavə etməyi də təklif edirəm. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 23:22, 13 oktyabr 2024 (UTC)
- Heç kimin istifadə etməyəcəyi səhifələr siyahısına biri də əlavə olundu. Nemoralis (müzakirə) 07:57, 14 oktyabr 2024 (UTC)
- İstifadəli hala gətirək də, əlimizdə deyil?)) Hörmətlə, Qədir (müzakirə) 11:48, 14 oktyabr 2024 (UTC)
- əməyiniz üçün təşəkkürlər, amma bu tip səhifələr azviki üçün uyğun olmur. boşa səhifə kolleksiyası yaradır. misal üçün VP:Ş. zorla orda da nəsə olsun deyə ordan-burdan mövzu tapıb daşıyırıq ora. Atakhanli (müzakirə) 21:05, 14 oktyabr 2024 (UTC)
- Diqqətiniz üçün təşəkkür edirəm. Açığı, mən VP:Ş-ni əhəmiyyətsiz hesab etmirəm. Çətini alışana qədərdi, təcrübəli istifadəçilər də tez alışar, elə güman edirəm ki, artıq o səhifədən icmanın tamamilə xəbəri var və istifadə olunur. Dediyinizə qayıdası olsaq, bəli, mən əvvəllər bloklama, mühafizə, KM üçün bölmələr və s. üçün müxtəlif səhifələr təklif edirdim və onda indikindən daha aktiv idi vikimiz, amma indi artıq o səhifələrin bir mənası olacağını düşünmürəm. Bu səhifənin məqsədi; əsas yeni və təcrübəsi az istifadəçilərin suallarına cavab tapacağı məkan yaratmaqdır. Bir də arada özümüz də kiçik məsələləri KM yerinə ora yazarıq (ayrıca səhifə yaratmadım, elə burada yazarıq). İM-nin öz mahiyyəti var, KM-nın da elə. İndi bu səhifə işə düşsə digər iki səhifə təyinatı üzrə istifadə olunacaq və necə gəldi əlavə başlıqlarla dolmayacaq. Ümid edirəm ki, fikirlərimi yetərincə aydın izah edə bildim. Hörmətlə, Qədir (müzakirə) 21:23, 14 oktyabr 2024 (UTC)
- Belə bir şablon da yaratmışam: {{başlıq həll edildi}}. Hörmətlə, Qədir (müzakirə) 21:26, 14 oktyabr 2024 (UTC)
- Diqqətiniz üçün təşəkkür edirəm. Açığı, mən VP:Ş-ni əhəmiyyətsiz hesab etmirəm. Çətini alışana qədərdi, təcrübəli istifadəçilər də tez alışar, elə güman edirəm ki, artıq o səhifədən icmanın tamamilə xəbəri var və istifadə olunur. Dediyinizə qayıdası olsaq, bəli, mən əvvəllər bloklama, mühafizə, KM üçün bölmələr və s. üçün müxtəlif səhifələr təklif edirdim və onda indikindən daha aktiv idi vikimiz, amma indi artıq o səhifələrin bir mənası olacağını düşünmürəm. Bu səhifənin məqsədi; əsas yeni və təcrübəsi az istifadəçilərin suallarına cavab tapacağı məkan yaratmaqdır. Bir də arada özümüz də kiçik məsələləri KM yerinə ora yazarıq (ayrıca səhifə yaratmadım, elə burada yazarıq). İM-nin öz mahiyyəti var, KM-nın da elə. İndi bu səhifə işə düşsə digər iki səhifə təyinatı üzrə istifadə olunacaq və necə gəldi əlavə başlıqlarla dolmayacaq. Ümid edirəm ki, fikirlərimi yetərincə aydın izah edə bildim. Hörmətlə, Qədir (müzakirə) 21:23, 14 oktyabr 2024 (UTC)
- Qeyd etdiklərimi nəzərə alaraq səhifənin istifadəyə başlaması üçün səhifəni müvafiq yerlərə keçid olaraq əlavə edirəm və artıq xüsusilə yeni gələn istifadəçiləri Vikipediya ilə bağlı sualları üçün birbaşa həmin səhifəyə yönləndirəcək. Səhifə mənim də diqqətimdə olacaq. VP:TSS üzrə əsaslı təkmilləşdirmələr edib o səhifəni də ora əlavə edəcəyəm. P.S. bu halda buradakı təkliflərlə həmin spesifik məsələlər də qarışmayacaq və həmin səhifədə başlıqlara baxmaq da rahat olacaq. Ümid edirəm ki, nisbətən təcrübəsiz istifadəçilərə uğurlu olar. Hörmətlə, Qədir (müzakirə) 03:48, 23 oktyabr 2024 (UTC)
- Bəlkə mentor sistemini ləğv edək? Ya da onunla paralel olaraq yeni gələnləri başlanğıc vasitəsilə bu səhifəyə də yönləndirək? Mentor sistemini isə ona görə deyirəm ki, bu səhifə daha effektiv ola bilər, çünki əksər mentorlar sualları cavabsız qoyurlar zatən. İndidə də bura suallarla dolub daşmasın amma.)) Hörmətlə, Qədir (müzakirə) 07:00, 23 oktyabr 2024 (UTC)
- Mentorluğun konfiqurasiyasını dəyişdirib fərdi suallar yerinə ümumi səhifəyə yönləndirmək mümkündür. Nemoralis (müzakirə) 07:10, 23 oktyabr 2024 (UTC)
- İndiki vəziyyətdə daha faydalı olacağını düşünürəm. Açıq bir məkan olsun, istəyən baxıb cavablasın. Kənar istifadəçilərin müzakirə səhifələrində də düz olmur. Mən həmin səhifəni izləmə siyahıma almışam zatən. Digər istifadəçilərin də fikirləri maraqlıdır, problem yoxdursa, tətbiq edək deyirəm. Ümumi suallara cavab üçün də panelin daxilinə VP:TSS səhifəsini işləyəndən sonra keçid kimi qoya bilərik. Xeyli də müraciət gələr, amma bəs biz özümüz hara yazacağıq? Bir səhifə var, yaradaq desəm, olmayacaq :d Ona görə də alt səhifə kimi yaratmaq olar, əsas səhifədən daha passiv və az ehtiyac olar necəsə. Hörmətlə, Qədir (müzakirə) 07:31, 23 oktyabr 2024 (UTC)
- Mentorluğun konfiqurasiyasını dəyişdirib fərdi suallar yerinə ümumi səhifəyə yönləndirmək mümkündür. Nemoralis (müzakirə) 07:10, 23 oktyabr 2024 (UTC)
- Bəlkə mentor sistemini ləğv edək? Ya da onunla paralel olaraq yeni gələnləri başlanğıc vasitəsilə bu səhifəyə də yönləndirək? Mentor sistemini isə ona görə deyirəm ki, bu səhifə daha effektiv ola bilər, çünki əksər mentorlar sualları cavabsız qoyurlar zatən. İndidə də bura suallarla dolub daşmasın amma.)) Hörmətlə, Qədir (müzakirə) 07:00, 23 oktyabr 2024 (UTC)
Preliminary results of the 2024 Wikimedia Foundation Board of Trustees elections
Hello all,
Thank you to everyone who participated in the 2024 Wikimedia Foundation Board of Trustees election. Close to 6000 community members from more than 180 wiki projects have voted.
The following four candidates were the most voted:
While these candidates have been ranked through the vote, they still need to be appointed to the Board of Trustees. They need to pass a successful background check and meet the qualifications outlined in the Bylaws. New trustees will be appointed at the next Board meeting in December 2024.
Learn more about the results on Meta-Wiki.
Best regards,
The Elections Committee and Board Selection Working Group
Bərpa üçün namizəd olan səhifələr.
Hər kəsə salam olsun ümumiyyətlə problemlər çoxdur. Qeyd edirəm əsasən BNSdə problem var 4-5 aydan çox müzakirədə qalan məqalələr var. Nə müzakirədə iştirak edən var nədə ki məqalələr qalıb elə müzakirədə yekunlaşdırmalar olmur. Silinməyə namizəd səhifələrdə də eyni qaydada həddən çox məqalələr var. Bir az öncə elə BNS-ə baxırdım həqiqətən 5 ayı tamam olan məqalələr var. → Hersoq01 (müzakirə) 06:42, 15 oktyabr 2024 (UTC)
- BNS-də iştirak edənlərin yoxluğundan şikayətçisiniz ancaq indiyə qədər ordakı heç bir müzakirədə iştirak etməmisiniz. Özünüzdən şikayət edirsiniz? Nemoralis (müzakirə) 10:35, 15 oktyabr 2024 (UTC)
- @Nemoralis istifadəçi səhifəmdə də qeyd etmişəm fəaliyyət mövqeyimi oxumağa dəvət edirəm - Hersoq01 (müzakirə) 11:55, 15 oktyabr 2024 (UTC)
- İstifadəçi səhifənizdə bu gün qeyd etmisiz. Və sualıma cavab vermədiz. Nemoralis (müzakirə) 11:56, 15 oktyabr 2024 (UTC)
- @Nemoralis xeyr özümdən şikayət etmirəm. BNS-dəki 5 aydan çox qalan məqalələrin yekunlaşdırilmaması üçün qeyd etmişəm əsas məsələ qalıb qıraqda bu tip sualların məsləyə nə aidiyyatı var onu anlamdım burada mənim iştirak edib etməməyimdən getmir söhbət. Əgər öz fəaliyyətim barədə şikayət etsəm sizə məlumat verəcəyəm bu barədə rahat olun - Hersoq01 (müzakirə) 12:03, 15 oktyabr 2024 (UTC)
- Şəxsən mənim BNS-dəki müzakirələri yekunlaşdırmama səbəbim iştirak az olduğu üçün marağın az olmasıdır. Birinci şərhinizdə yazmısınız ki "Nə müzakirədə iştirak edən var nədə ki...". Axı müzakirələrdə iştirak etməyənlərdən biri də sizsiz? Nemoralis (müzakirə) 14:18, 15 oktyabr 2024 (UTC)
- @Nemoralis xeyr özümdən şikayət etmirəm. BNS-dəki 5 aydan çox qalan məqalələrin yekunlaşdırilmaması üçün qeyd etmişəm əsas məsələ qalıb qıraqda bu tip sualların məsləyə nə aidiyyatı var onu anlamdım burada mənim iştirak edib etməməyimdən getmir söhbət. Əgər öz fəaliyyətim barədə şikayət etsəm sizə məlumat verəcəyəm bu barədə rahat olun - Hersoq01 (müzakirə) 12:03, 15 oktyabr 2024 (UTC)
- İstifadəçi səhifənizdə bu gün qeyd etmisiz. Və sualıma cavab vermədiz. Nemoralis (müzakirə) 11:56, 15 oktyabr 2024 (UTC)
- @Nemoralis istifadəçi səhifəmdə də qeyd etmişəm fəaliyyət mövqeyimi oxumağa dəvət edirəm - Hersoq01 (müzakirə) 11:55, 15 oktyabr 2024 (UTC)
- Bura könüllü layihə olduğu üçün 1-2 il çəkməsi də normaldır, baxmayaraq ki, bizdə o qədər çəkmir. Siz narahat olmayın, vaxt-vaxt inzibatçılar nəzər yetirirlər sözügedən səhifəyə də. SNS-də iştirakın az olması yekunlaşdırma işlərinə təsir edir, subyektivlikdən çəkinmək çətinləşir. Bu arada, bu növ müraciətləri birbaşa inzibatçıların səlahiyyətində olduğu üçün VP:İM-ə etməyinizi xahiş edirəm. Hörmətlə, Qədir (müzakirə) 18:48, 15 oktyabr 2024 (UTC)
- @Gadir, əslində inzibatçı olmayanlar da yekunlaşdıra bilər. Məqalə müzakirə zamanı Qaralama ad fəzasında bərpa olunubsa yekunlaşmadan sonra adını əsas ada daşıya da bilər. samral müzakirə 02:54, 18 oktyabr 2024 (UTC)
- @Samral, aha, amma bizdə elə bir təcrübə yoxdur, həm də müəyyən etirazlarla qarşılanır. Həm SNS, həm BNS, həm də digər müzakirələr. Konsensus varsa, yaxud əldə edərək icra etmək olar. Hörmətlə, Qədir (müzakirə) 03:04, 21 oktyabr 2024 (UTC)
- @Gadir, təcrübə edildikcə formalaşır. Konsensus yoxdursa, zatən inzibatçı da yekunlaşdıra bilmir. samral müzakirə 13:24, 21 oktyabr 2024 (UTC)
- Mən bu təcrübə ilə bağlı konsensusu nəzərdə tuturam. Belə, mən etiraz etmirəm, müəyyən təcrübəsi olan istifadəçilər bunu eləsin. Yaxşı təcrübə olar, amma öncə konsensus alaq ki, etiraz olmasın sonra. Hörmətlə, Qədir (müzakirə) 16:37, 21 oktyabr 2024 (UTC)
- @Gadir, təcrübə edildikcə formalaşır. Konsensus yoxdursa, zatən inzibatçı da yekunlaşdıra bilmir. samral müzakirə 13:24, 21 oktyabr 2024 (UTC)
- @Samral, aha, amma bizdə elə bir təcrübə yoxdur, həm də müəyyən etirazlarla qarşılanır. Həm SNS, həm BNS, həm də digər müzakirələr. Konsensus varsa, yaxud əldə edərək icra etmək olar. Hörmətlə, Qədir (müzakirə) 03:04, 21 oktyabr 2024 (UTC)
- @Gadir, əslində inzibatçı olmayanlar da yekunlaşdıra bilər. Məqalə müzakirə zamanı Qaralama ad fəzasında bərpa olunubsa yekunlaşmadan sonra adını əsas ada daşıya da bilər. samral müzakirə 02:54, 18 oktyabr 2024 (UTC)
Seeking volunteers to join several of the movement’s committees
Each year, typically from October through December, several of the movement’s committees seek new volunteers.
Read more about the committees on their Meta-wiki pages:
Applications for the committees open on 16 October 2024. Applications for the Affiliations Committee close on 18 November 2024, and applications for the Ombuds commission and the Case Review Committee close on 2 December 2024. Learn how to apply by visiting the appointment page on Meta-wiki. Post to the talk page or email [email protected] with any questions you may have.
For the Committee Support team,
İstifadəsiz qalan hüquqlar
Bir daha salam dəyərli icma. İstifadəsiz qalan hüquqlar çoxdur. Təklif edirəm ki 3-5 ay istifadə olunmayan və yaxud az istifadə edilən hüquqlar istifadəçilərdən alınsın yada ki xəbərdarlıq edilsin əgər istifadə olunmayacaqsa o zaman hüquqlar geri alınsın → Hersoq01 (müzakirə) 13:48, 17 oktyabr 2024 (UTC)
- Nümunə? --► Hörmətlə: SolaVirum 15:28, 17 oktyabr 2024 (UTC)
- Mən razı deyiləm, inzibatçı hüquqlarının öhdəliklərini lazımınca yerinə yetirmədiyi halda statusunu qoruyub saxlayan istifadəçilər olduğu halda, bu, ədalətli olmaz. Bir də inzibatçı hüququ daha çox məsuliyyət tələb edir, digər hüquqların müqayisəsi dəxlisizdir. Bu barədə qəbul olunmuş siyasətimiz də yoxdur. Misal, trvikidə qeyri-aktiv patruldan onun statusunu almırlar, çünki siyasətlərində belə bir şey yoxdur (baxmayaraq ki, onlarda patrul daha çox məsuliyyət tələb edən hüquqdur). Hörmətlə, Qədir (müzakirə) 15:32, 17 oktyabr 2024 (UTC)
- Ümumiyyətlə bu müzakirə "müzakirələrdə iştirak edirmiş" kimi görünmək üçün açılan müzakirəyə oxşayır. Yazılanlar aydın deyil. Hansı hüquqlar istifadəsizdir? Bizdə 10-a yaxın istifadəçi qrupu var, "çoxdur" demək ən azından bu 10 qrupun 5-i deməkdir. İstifadəsizliyini sübut edəcək səbəb və ya analiz də paylaşılmayıb. İstifadəçi necə bir fikir bildirməyimizi istəyir? Nemoralis (müzakirə) 18:06, 21 oktyabr 2024 (UTC)
Yeni blok səbəbi dizaynı və blokdan çıxarma sorğuları
Salam hamıya. MediaViki:Blockedtext səhifəsinin dizaynını yeniləmişəm. Artıq bloklanan istifadəçilər daha yaxşı səbəb interfeysi görəcəklər. Həmçinin bloka etiraz etmək də artıq asanlaşıb, blok səbəbinin altında yerləşən "Blokun açılması sorğusu"na klikləyərək bloka etiraz edə biləcəklər. İnzibatçılardan Kateqoriya:Blokdan çıxma sorğuları kateqoriyasını izləməyə almalarını xahiş edirəm. Nemoralis (müzakirə) 10:56, 21 oktyabr 2024 (UTC)
- @Nemoralis Əllərinə sağlıq. Redivy (müzakirə) 15:03, 21 oktyabr 2024 (UTC)
- Çox gözəl. "Siz redaktələrinizə baxa bilə (redaktələri göstərmək üçün "fərq" keçidlərinə klikləyin), redaktələrinizin digər iştirakçılar tərəfindən niyə ləğv olunduğunu görə bilə və ya yuxarıda göstərilən bloklama səbəbi ilə pozulmuş qaydalara verilmiş keçidlərə klikləyə bilərsiniz." burdakı "bilə"-lər artıqdı — Bikar müzakirə 15:25, 21 oktyabr 2024 (UTC)
- Həll etdim. Nemoralis (müzakirə) 17:57, 21 oktyabr 2024 (UTC)
- @Nemoralis təşəkkürlər. Patriot Kor (müzakirə) 19:53, 21 oktyabr 2024 (UTC)
- cox əla olub bir sözlə mükəmməl - Rosh060 (müzakirə) 17:35, 22 oktyabr 2024 (UTC)
- 👍 Supersən, ağlımda idi. Tam da istədiyim kimi, qüsursuz etmisən. Çox işə yarayacaq. Hörmətlə, Qədir (müzakirə) 06:32, 23 oktyabr 2024 (UTC)
Qaralamadan dərc olunma
Bu başlıq Vikipediya:Yardım masası#Qaralamadan dərc olunma səhifəsinə köçürülmüşdür. Hörmətlə, Qədir (müzakirə) 03:37, 23 oktyabr 2024 (UTC)
- @Gadir, əgər istifadəçiyə cavab yazmayacaqsansa, niyə müraciətini heç kimin bilmədiyi tanımadığı səhifəyə köçürürsən. VP:Ş-ni aktivləşdirməyə çalışdın, indi keçdin buna? Konsensus var bu mövzuda? samral müzakirə 00:20, 25 oktyabr 2024 (UTC)
- @Samral, bəy, yönləndirmə üçün keçid qoyulub da. Layihə könüllüdür, unudursunuz deyəsən bunu bəzən. Müzakirə yuxarıdadır (çox da maraq yoxdur, başa düşürəm, amma yoxlamaq olar, bu səhifəni uğursuz mentor sistemi ilə əvəzləməyi də düşünürük), KM istifadəçiləri müzakirə etmə və köməyə ehtiyacı olan istifadəçilərin müraciət edəcəyi məkan deyil, qarışıqlıqlar yaranır, rahat səhifə nəyi pisdi? Tək cavablıq sadə sualları qoy ora qeyd etsinlər də, yığılıb qalmasın burada. Biz də burada daha vacib məsələləri, Vikipediyanın inkişafı üzrə təklifləri müzakirə edək. İndiyə kimi bizdə, türklər demiş, "tək çatı altında" yığmışıq, əslində, elə olmalı deyil. Təyinatı üzrə müxtəlif səhifələr var və onlar istifadəyə verilir, demirəm, bütün səhifələrin hamısını yaradaq, ən azından lazımlı olan olmalıdırlar axı, ki, layihədə müsbət yöndə inkişaf olsun, vaxtla da alışılacaq. ADM, İM, İHM, istiqaməti üzrə istifadə olunur və bunların hamısının öz yeri var. Siz VP:Ş-dən narazısınız? Halbuki İMZ-ni əvəz edir o səhifə və uğursuz da deyil. Hörmətlə, Qədir (müzakirə) 03:34, 25 oktyabr 2024 (UTC)
'Wikidata item' link is moving, finally.
Hello everyone, I previously wrote on the 27th September to advise that the Wikidata item sitelink will change places in the sidebar menu, moving from the General section into the In Other Projects section. The scheduled rollout date of 04.10.2024 was delayed due to a necessary request for Mobile/MinervaNeue skin. I am happy to inform that the global rollout can now proceed and will occur later today, 22.10.2024 at 15:00 UTC-2. Please let us know if you notice any problems or bugs after this change. There should be no need for null-edits or purging cache for the changes to occur. Kind regards, -Danny Benjafield (WMDE) 11:29, 22 oktyabr 2024 (UTC)
- @Danny Benjafield (WMDE), hi. After this change, will it finally be possible to add foreign language links to articles on the mobile wiki as well? samral müzakirə 00:55, 24 oktyabr 2024 (UTC)
- Hello @Samral, I'm sorry but it still isn't possible to add sitelinks through MinervaNeue skin. Danny Benjafield (WMDE) (müzakirə) 09:53, 24 oktyabr 2024 (UTC)
Vikipediya qəzet və təsadüfi məlumat bazası deyil
Salamlar. Vikipediya:Vikipediya nə deyil qaydasının bəzi siyasətləri əskik idi, bir neçəsini qəbul etdik, son ikisi qaldı, onları hazırlamışam. Müzakirələrinizə təqdim edirəm: Vikipediya:Səsvermə/Vikipediya qəzet deyil və Vikipediya təsadüfi məlumat bazası deyil siyasətlərinin qəbulu ilə bağlı səsvermə. Hörmətlə, Qədir (müzakirə) 12:52, 26 oktyabr 2024 (UTC)
- Hər iki siyasət də qəbul edilərək Vikipediya:Vikipediya nə deyil qaydası tək parça halına gətirilmişdir, diqqətinizə çatdırıram. Bunu həm də qeyd üçün bura qeyd edirəm, illər sonra baxacam və xatırlayacam. :)) Hörmətlə, Qədir (müzakirə) 20:38, 11 noyabr 2024 (UTC)
Salam. Təklif edirəm ki, bu bölmənin səhifələrinin adlarını "ay və gün" şəklindən "gün və ay" şəklinə dəyişdirək. Birinci versiya üçün heç bir məntiqi səbəb yoxdur və bu, dil qaydalarının pozulmasıdır. Çox güman ki, ingilis dilindən kopyalayıblar. Layihənin daxilindəki əlavə edilən fakt sayı da azaldılmalıdır və faktlar qiymətləndirilərək yenidən tərtib olunmalıdır. Kütləvi dəyişiklik olduğu və layihənin müzakirə səhifəsində mövzu diqqətdənkənar qala bilər deyə müzakirəni burada başladıram (yekunda köçürə də bilərik ora). Hörmətlə, Qədir (müzakirə) 03:15, 28 oktyabr 2024 (UTC)
- Bu işi kim görəcək? Haradasa 365 səhifə var, hamısının adı dəyişdirilməlidir. Sonra da aylar üzrə olan 12 səhifənin hərəsindəki təxminən 150 keçid düzəldilməlidir. Yəni ümumilikdə 1800 keçidə düzəliş verilməlidir. Mənə şəxsən bu işlə məşğul olmaq maraqlı gəlmir, bu prosesə vaxt sərf etmək əvəzinə maraqlı məqalələr işləmək həvəsindəyəm. Amma kim görəcəksə, yarımçıq görməsin, işini tam görsün. Şiroi Akuma 03:28, 28 oktyabr 2024 (UTC)
- Bot vasitəsilə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 04:42, 28 oktyabr 2024 (UTC)
- Naxçıvan keysindəki kimi olmaz ümid edirəm. Şiroi Akuma 05:25, 28 oktyabr 2024 (UTC)
- Yox, bu, belə olmaz. Onu da @Nemoralis həll etdiyini demişdi, amma hələ də arada qarşılaşıram o problemlə. Həll edib, amma yəqin ki, hələ də var. Bir də lazımsız yerdəki keçidləri də silməliyik, "Naxçıvan Dövlət Tarix Muzeyi" yazılır, "Naxçıvan"a keçid verilir, nə əlaqə? Hörmətlə, Qədir (müzakirə) 05:44, 28 oktyabr 2024 (UTC)
- Naxçıvan keysindəki kimi olmaz ümid edirəm. Şiroi Akuma 05:25, 28 oktyabr 2024 (UTC)
- Bot vasitəsilə həll etmək olar. Hörmətlə, Qədir (müzakirə) 04:42, 28 oktyabr 2024 (UTC)
Final Reminder: Join us in Making Wiki Loves Ramadan Success
Dear all,
We’re thrilled to announce the Wiki Loves Ramadan event, a global initiative to celebrate Ramadan by enhancing Wikipedia and its sister projects with valuable content related to this special time of year. As we organize this event globally, we need your valuable input to make it a memorable experience for the community.
Last Call to Participate in Our Survey: To ensure that Wiki Loves Ramadan is inclusive and impactful, we kindly request you to complete our community engagement survey. Your feedback will shape the event’s focus and guide our organizing strategies to better meet community needs.
- Survey Link: Complete the Survey
- Deadline: November 10, 2024
Please take a few minutes to share your thoughts. Your input will truly make a difference!
Volunteer Opportunity: Join the Wiki Loves Ramadan Team! We’re seeking dedicated volunteers for key team roles essential to the success of this initiative. If you’re interested in volunteer roles, we invite you to apply.
- Application Link: Apply Here
- Application Deadline: October 31, 2024
Explore Open Positions: For a detailed list of roles and their responsibilities, please refer to the position descriptions here: Position Descriptions
Thank you for being part of this journey. We look forward to working together to make Wiki Loves Ramadan a success!
Warm regards,
The Wiki Loves Ramadan Organizing Team 05:11, 29 oktyabr 2024 (UTC)
Yaxınlarda ölən
Salam. şablon:Yaxınlarda ölən şablonunun məqalədə nə qədər müddətə qalması ilə bağlı qayda, qeyd yoxdu. Təklif eliyirəm ki, bu şablon məqalədən, şəxsin vəfatından ruvkidəki kimi 10 (və ya 7) gündən gec olmayaraq çıxarılsın. Və bu cümlə (Şablon şəxsin vəfatından 10 gündən gec olmayaraq məqalədən çıxarılmalıdır.) şablonun içərisində qeyd olunsun. Aşağı vaxt limitini(nə qədər müddətə çıxarılmamalıdır) də təyin edə bilərik, amma lüzum görmürəm. (Qeyd: White Demon-un deyəcəyi ölüm tarixi yoxsa ölümün açıqlandığı tarix məsələsi ilə bağlı fikrim yoxdu.) — Bikar müzakirə 12:24, 27 oktyabr 2024 (UTC)
- Şablonda bu barədə qeydə ehtiyac olduğunu düşünmürəm, şablon kifayət qədər məzmunludur, bir də bu qeydə yer versək vizual olaraq da uyğun olmayacaq. Səhifə yaradılaraq necə silinə biləcəyi ilə bağlı ora yönləndirmək olar amma. Müddət vəziyyətə görə dəyişə bilər, konkret vaxt demək çətindir. Bu arada, bu şablon hər ölən şəxs üçün, hər məqaləyə də əlavə olunmamalıdır. Hörmətlə, Qədir (müzakirə) 06:04, 28 oktyabr 2024 (UTC)
- Orası düzdür, tez-tez dəyişikliyə məruz qala bilən şəxslərin məqalələrinə əlavə edilməlidir. Unkillable Demon King 01:04, 3 noyabr 2024 (UTC)
Ana səhifə
Salamlar. Etirazınız yoxdursa, ana səhifənin məqalə bölmələrini bacara bildiyim qədər doldurmaq istəyirəm ki, ana səhifə boşda olmasın və birinci gün qırmızı keçidlər görüncə əlavələr edilməsin. Aktivlik olmaması səbəbilə bunu icra etmişdim, yaxşı məqalə 2025-ci ilin martına kimi hazırdır, digər bölmələr də bu ay üçün tam hazırdır. Bu fəaliyyətdə "Turkmen"dən başqa istifadəçilərdən etiraz gəlməyib, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 03:02, 21 oktyabr 2024 (UTC)
- Əleyhinə: Qiymətləndirmədə məqalə olmadığı təqdirdə bir neçə həftəni nəzərə alıb artırmaq olar. Lakin bütün yarım ilin, və ya bütün il intervalının köhnə məqalələr ilə doldurulmasını dəstəkləmirəm. Az-vikidə kifayət qədər məzmun hazırlayan istifadəçi var. Layihə o qədər də deaktiv deyil ki, oraya 1 il intervalında köhnə məqalələr əlavə edək ki, birdən heçkim olmayanda boş qalmasın. Turkmen müzakirə 06:31, 21 oktyabr 2024 (UTC)
- Yeni məqalələrdirsə onsuz da əlavə edilməlidir, köhnə məqalələri doldurmağa isə qarşıyam Nemoralis (müzakirə) 08:50, 21 oktyabr 2024 (UTC)
- Gəlin onda belə edək, bir və ya bir neçə ayı hazır vəziyyətdə saxlayaq öncədən. Çünki hər həftə yeni məqalə gözləsək orası boş qalacaq. Hörmətlə, Qədir (müzakirə) 09:22, 21 oktyabr 2024 (UTC)
Addəyişmə bürokratiyası
Bu dəqiqə bizdəki problemli sahələrdən biri budur. Səhifənin adının dəyişdirilməsi çox uzun çəkir, hüququn yoxdursa vay halına, get müraciət aç, addəyişdiricilər görməsə ya bəyənməsə səhifənin adı elə də qalacaq. 2022-ci ildə yaradılması üçün açılan müzakirədə "Qaralama" ad fəzasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmalı olduğu bildirilib, amma bu daha böyük problem yaradıb. Normalda bir kliklə səhv adı geri qaytarmaq mümkündür amma belə bir sadə proses lazımsız yerə uzadılıb. Bizdə heç vaxt addəyişmə vandalizmi olmur. Axırıncı vandalizmi də elə addəyişdirici hüququ olan istifadəçi etmişdi. Qaralama və istifadəçi səhifəsi adlarınının dəyişdirilməsinin qarşısını süzgəc ilə almaq olar(dı). Buna görə də təklif edirəm ki,
- Bu hüququ əvvəlki vəziyyətinə, yəni avtotəsdiqlənmiş istifadəçilərə qaytaraq. Burda dəyişən şey odur ki, avtotəsdiqlənmiş almaq üçün artıq 10 redaktə etməlisən (əvvəl sadəcə 4 gün əvvəl hesabı yaratmış olmaq kifayət idi): Xüsusi:DaimiKeçid/7778766#Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
- Fayl addəyişdiricisi də məncə artıqdır və demək olar ki, heç istifadə edilmir. Bu qrupun hüquqlarını yeni yaradılmış yükləyici qrupuna verə bilərik. Fayl yükləyə bilən adını da dəyişdirə bilməlidir. Bizdə gərək bir istifadəçiyə hər iki hüququ da verəsən ki, ikisini də edə bilsin.
- Bunlardan əlavə təklif edirəm ki, addəyişdiricilərə sonradan əlavə etdiyimiz "suppressredirect" hüququnu təcrübəli istifadəçilər qrupuna verək. Bu zaman dəyişən bir şey olmayacaq və təcrübəli istifadəçilər də bundan istifadə edə biləcək.
P.S Təcrübəli istifadəçilərə sadəcə bir redaktədən ibarət olan yönləndirmə səhifələrini silib addəyişməni davam etmə imkanı verən delete-redirect
hüququnu da verə bilərik. [1] Nemoralis (müzakirə) 16:45, 28 oktyabr 2024 (UTC)
- Məncə bütün problemlər aktivliyin olmamasına görədir. Adlarla bağlı vandalizmin olması qaçınılmazdı.
- Addəyişdirmə hüququnu ləğv etsək gərək avtotəsdiqlənmişin redaktə sayını bir az da artıraq.
- Fayl addəyişdiricisinin, yükləyiciyə verilməsi ilə razıyam
- suppressredirect-lə də razıyam
- delete-redirectin nə olduğunu başa düşə bilmədim. — Bikar müzakirə 17:03, 28 oktyabr 2024 (UTC)
- Addəyişmə vandalizmi bu sistemdən əvvəl tez-tez olurdu. IP-ləri keçirəm, təcrübəli istifadəçilər də birdən görürdün heç bir əsas bildirmədən dəyişirdi adları. Bu, adi vandalizmdən daha baş yorandır. --► Hörmətlə: SolaVirum 17:03, 28 oktyabr 2024 (UTC)
- @Bikar, @Solavirum, addəyişmədə mübahisəli məqamlar (vandalizm ayrı şeydi) varsa bu müzakirə səhifəsində müzakirə olunmalıdır. Bəyənmədiyimiz addəyişmələrin qarşısını almaq üçün hamının əlindən addəyişmə hüququnu almaq düzgün deyil. Vandalizm isə həmişə olan bir şeydi və edilən vandalizmi bir düymə ilə geri qaytarmaq mümkündür. Vikipediya:Addəyişmə müraciətləri səhifəsində müraciət, uzun uzadı müzakirə, məqaləyə müzakirə ilə bağlı şablon əlavə etmək/silmək daha qısa yoldur yoxsu bir kliklə vandalizmi geri qaytarmaq? Həmçinin dediyim kimi axırıncı vandalizmi də elə addəyişdiricilərdən biri etmişdi. Vandalizmdən bu qədər qorxuruqsa onda gərək ən birinci elə yeni istifadəçilərə redaktə etməyi qadağan edək ancaq özümüz olaq. Vandalizmlə mübarizə üçün N qədər mexanizm var, heç birini istifadə etməyib baltanı kökündən vururuq. Nemoralis (müzakirə) 08:13, 29 oktyabr 2024 (UTC)
- Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)
- @Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)
- Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)
- Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)
- Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)
- Səbəb-nəticə əlaqəsini başa düşə bilmədim. Mən də vandal IP-ləri blokluya bilmirəm, çıxım gedim vikidən? — Bikar müzakirə 16:08, 29 oktyabr 2024 (UTC)
- Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)
- Mən şəxs addəyişə hüququnun ləğv olunmasını dəstəkləyirəm. Mən xatırlayıram ki, addəyişmə hüququ gələnə qədər vikidə ciddi vandalizm halları olmayıb bunla bağlı. Olanda da vandalı bloklayırdıq və ya addəyişmə mühafizəsi qoyurduq. Addəyişmə mühafizəsi bunun üçün var. Yanlış addəyişmə başqa məsələdir, vandalizm başqa. Ona qalsa, mən indi də yanlış addəyişmələr görürəm arada. Şiroi Akuma 16:18, 29 oktyabr 2024 (UTC)
- Mən o vaxt olmamışam, gələnnən sora da mənə problem yaratmıyıb. — Bikar müzakirə 16:49, 29 oktyabr 2024 (UTC)
- Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)
- Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)
- @Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)
- Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)
- Həmçinin, artıq istifadəçilərin addəyişmə hüququnu bloklamaq mümkündür. Misal üçün: Nem0ralis hesabındakı bloka baxın: [2] Nemoralis (müzakirə) 16:23, 29 oktyabr 2024 (UTC)
- @Araz Yaquboglu, @Atakhanli, @Eldarado, @Firuza, @Nicat49, @Sortilegus, @Sura Shukurlu, @Toghrul R, @Turkmen, @Wertuose, @Yousiphh, @Freiheiten, @Мурад 97, @Rəcəb Yaxşı, @Qızılbaş, @Həsən İmanov, @NurAy, @Sebirkhan, @Sword313, @Əkrəm Cəfər, @C Mirəli2001, @Verman1, @A.Aida88, @En Merker, @Abutalub, @Qraf və digər istifadəçilər. Zəhmət olmasa müzakirədə iştirak edin. Kənd meydanında tez-tez müzakirələr açılır amma fikir bildirən həmişə eyni istifadəçilər olur. Biraz aktiv olaq. Nemoralis (müzakirə) 19:41, 2 noyabr 2024 (UTC)
- 10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)
- Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)
- Həm də dediyim kimi, istifadəçilərin addəyişmə icazəsini bloklamaq da mümkündür. Bu qədər vandalizmlə mübarizə mexanizm var, 1-2 nəfər ortaya düşüb ki, yox gəlin ümumiyyətlə 10 redaktə tələbini də biraz qaldıraq. Mən inanıram ki əllərində olsa redaktəni də bağlayarlar ki, amandı birdən vandalizm olar. Nemoralis (müzakirə) 19:54, 2 noyabr 2024 (UTC)
- Mən ehtiyac görmürəm. İndiyə qədər bunun vikiyə nə zərəri olub? Şiroi Akuma 19:49, 2 noyabr 2024 (UTC)
- Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)
- Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)
- Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)
- Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
Heç kim səhv etməsin halı bizim vikiyə uyğun deyil. O vikiyə uyğun olardı ki, vikidə heç aktiv inzibatçı, istifadəçi olmayaydı. Bizdə tam olmasa da nəzarət var.
2022-ci ildəki səsverməyə də baxıram, səs verənlər elə o vaxt da təcrübəsiz deyildi. Gəlib bura da şərh bildirsinlər, görək nə fikirləşirlər — Bikar müzakirə 20:32, 2 noyabr 2024 (UTC) - İndiki şərtlərdə əleyhinə: Çünki, çünki orada addəyişmə edəndə bir vaxt sonra baxılıb təsdiqlənir və sənə bildiriş gəlir bu barədə, mən özümdən bilirəm, neçə dəfə addəyişmə etmişəm ki, təsdiqlənmə bildirişi gəlib mənə. Orada da bu hüquq var, amma müəyyən səhifələrə şamil olunur, hər səhifə bağlı deyil yəni. Amma idarəetmə sxemləri var da, bizdə o da yoxdur, olsaydı dərd yarıydı. İndiki halda buna təkcə addəyişmə jurnalı, son dəyişikliklərdə xüsusi filter və xüsusi teqlərlə nəzarət etmək olar (o da inanmıram faydalı və maraqlı ola). Mən belə təklif edərdim ki, səhifələrdə "Adını dəyiş" düyməsi daxil olmuş, həmçinin IP-lərə belə görünsün, ora klikləyəndə avtomatik ADM-dəki kimi panel açılsın və ora qeyd etsin, sonra da müraciəti əlavə olunsun ADM-ə. Ya da başqa sistem inkişaf etdirmək də olar. Məsələn, envikidəki kimi, necə ki, yaradılan yeni səhifə (addəyişmə də daxil) və müəyyən şablonlarda redaktələr edəndə tələb göndərilir və onlar da bir müddət gözlənilib yoxlanılır və qəbul edilir, biz də o formada edə bilərik, ümumiyyətlə redaktələri, addəyişmələr də düşər ora. "Sürüm kontrolü" kimi bir sistemə ehtiyac duyduğumuz halda bu məhdudiyyəti götürmək bizə yaxşı heç nə gətirməyəcək. Mən özüm məhdudiyyətlərə qarşıyam, amma baxır məhdudiyyətə, bu məhdudiyyət hazırda vikinin xeyrinədir, zərərinə yox. Daha vacib məsələlər var, məsələn, SNS-dəki 500 redaktə limiti ləğv olunmalıdır. Ümumiyyətlə, vaxt-vaxt statuslu məqalələrə və s. mühafizə tətbiq edilməsi təklif olunur, mən belə təkliflərə qarşı mövqedəyəm. Amma faktiki olaraq addəyişdirici hüququları indiki vəziyyətində Azərbaycanca Vikipediyaya lazımdır və boş deyil. "Filan vandala görə filan xoşniyyətli addəyişmə"dən söhbət gedəcəksə, bura digər mühafizəli səhifələr və IP-ləri də əlavə etmək olar, bir sözlə bu düşüncə ilə getsək siyahı bitməz. Xoşniyyətlilər üçün ADM deyə bir səhifəmiz var axı. Bəzən belə istisnalar lazımdır, həm Vikipediyanın cari vəziyyətini də düzgün dəyərləndirmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 3 noyabr 2024 (UTC)
- Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
- Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)
- Vikipediyada heç nə itmir. Addəyişmə qeydlərinə baxa bilərsiz. Məsələn, mən 2016-cı ilin yanvarındakı bütün addəyişmələrə baxdım. Ancaq bir vandalizm var idi, məqalənin adını "Şfşf" etmişdi, biri də (nazir) dəqiqləşdirməsini (partiya sədri müavini) etmişdi. Bu qədər. Şiroi Akuma 22:06, 2 noyabr 2024 (UTC)
- @White Demon, indi trollar və vikiyə qərəzli şəxslər artıb, özü də təcrübələri də az deyil. Adicə səhifələrə olunan redaktələrdən görürük, diapazon bloku tətbiq edirik neçə-neçə IP-lərə, indi sən əlavə vaxt ayır, ki, oturub bir-bir addəyişmələri təftiş edəsən. İndi heç bir problem yoxdur, bunu tətbiq etsək əlavə yük olacaq. Belə deyim, yuxarıda da yazmışam, bəzən müəyyən məhdudiyyətlər Vikipediyanın vəziyyətinin dəyərləndirilib daha yaxşı halda qalması üçün tətbiq olunur, bu da onlardan biri. Bu funksiyaların idxalını, səhv etmirəmsə, @Turkmen irəli sürmüşdü. Onun da o vaxtdan bu yana fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:23, 3 noyabr 2024 (UTC)
- Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)
- Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)
- Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)
- Salam hörmətli həmkarlar. Məni müzakirəyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən bir dəfə addəyişmə hüququ ilə bağlı müraciət etdim, mənə bildirdilər ki, hələ tezdir. Halbuki əvvəl bu hüququm olub. Düzdür, səhvlərim də çoxdur, səhv edərək düzgünləri öyrənirəm. Hörmətli və dəyərli həmkarlarımda bu işdə mənə öz köməkliklərini göstərirlər. Çox sağ olsunlar. Dediyim budur ki, təcrübəli, ən azı bir neçə aylıq təcrübəsi olan və yaxud da 100-dən, 1000-dən çox redaktəsi olan istifadəçilərə bu hüquq verilə bilər. Bu sadəcə olaraq bir təklifdir. İstəsəniz nəzərə ala bilərsiniz. Hörmətlə Tarixçi (müzakirə) 20:32, 2 noyabr 2024 (UTC)
- @Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)
- Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)
- Burda təklif odur ki, avtotəsdiqlənmiş olan hamı ad dəyişə bilsin, əvvəlki kimi. Təkcə 100 və ya 1000 redaktəsi olan yox. Kimin hansısa addəyişməyə etirazı varsa özü müzakirə etsin. Hamısını bir mərkəzə yönəldib ordan nəyisə idarə etmək ya da hansısa mövcud olmayan vandalizmin qarşısını almağa çalışmaq mənasızdır və bürokratiyadır. Nemoralis (müzakirə) 20:49, 2 noyabr 2024 (UTC)
- Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)
- @Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)
- Salam. Addəyişmənin xüsusi şəxslərə şamil olmasının tərəfdarıyam. Onsuzda vandalizmlə məşğul olanlar var,əksi olsa problem bir az da artacaq. Sword313 (müzakirə) 01:45, 3 noyabr 2024 (UTC)
- salammm :3
- düşünürəm, vp:MA avtotəsdiqlənmiş istifadəçilərin (4 gün + 10 edit) riayət etməsini gözləmək üçün kifayət qədər mürəkkəbdir. status-kvonu saxlamağın, mütləq dəyişiklik aparılmalıdırsa da, hüququn avtotəsdiqlənmişlər əvəzinə təcrübəli istifadəçilərə verilməsinin tərəfdarıyam :3 əkrəm. 09:10, 3 noyabr 2024 (UTC)
- Salam, mən Nemoralis istifadəçisi ilə razı oldum. Həm də öz fikirimi deyim: onsuzda vandalizmdən söhbət getsə - vandallar (və yalnız onlar deyil) qısa bir müddətdə IP və hesab blok olunur.
- Ad narazılığı olsa və ya bir səhifədə tez-tez addəyişmə olsa onu müzakirə edib uyğun nəticə seçib və səhifə adını təzədən dəyişmədən qorumaq olar məncə.
- Ayrıca, mənim fikrim odur ki bir çox səhifə adlarını ruscadan götürüb hərfi tərcümə edirlər, halbuki ingiliscədən (və ya türkcədən, fransızcadan, latıncadan və s.) tərcümə olunsa başqa bir termin alınır (amma təəsüf ki, bu rəsmi Azərbaycan dilinə aid bir haldır). Məncə belə olmamalıdır, səhifənin adı nə qədər uzun müddət bir adla getsə də, narazılıq olan halda bu geniş müzakirə olunmalıdı. Sebirkhan (müzakirə) 10:28, 3 noyabr 2024 (UTC)
- 10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)
Açığı, fikrimcə, hazırda heç bir qayda dəyişikliyi üçün vaxt deyil. Müzakirə təxirə salınsa, yaxşı olardı. Konkret olaraq, indiki addəyyişmə qaydaları isə məni qane edir. Həm vandalizmin, həm redaktə müharibələrin, həm də bir sıra başqa problemlərin qarşısını alır. Məsələ doğrudan da, aktivliyin azalmasındadır, qaydalanın özündə deyil. --Мурад 97 (müzakirə) 22:16, 2 noyabr 2024 (UTC)
- Mən artıq həqiqətən düşünməyə başlayıram ki, müzakirənin girişini heç kim oxumur. @Мурад 97, nə qaydası? Yuxarıda texniki dəyişiklikdən bəhs edilir. Lap qayda olsa belə niyə bunun üçün indi vaxt olmasın? Nemoralis (müzakirə) 22:19, 2 noyabr 2024 (UTC)
- VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)
- @Мурад 97, orada qeyd olunub axı, ikinci sətirə nəzər yetirin.: "Bunun üçün siz müvafiq olaraq səhifə addəyişdirisi və ya fayl addəyişdiricisi hüquqularına sahib olmalısınız. Əgər bu hüquqlara sahib deyilsinizsə və ya sadəcə oxucu isəniz, Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. İstifadəçi adınızın dəyişdirilməsi üçün Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.". Hörmətlə, Qədir (müzakirə) 06:27, 3 noyabr 2024 (UTC)
- Nemoralisin yazdığı bəndlərlə tanış oldum və uyğun hesab edirəm. Araz Yaquboglu (müzakirə) 05:38, 3 noyabr 2024 (UTC)
- Səhifənin adının dəyişdirilməsi çox uzun çəkməsinin səbəbi ilə Nemoralis qeyd etdiyi bəndləri tam uyğun hesab edirəm --NurAy (müzakirə) 04:48, 4 noyabr 2024 (UTC)
- Əleyhinə: bu yaxınlarda təcrübəsizlərin və IP-lərin redaktələrini yoxladım bir neçə dəfə. Həmin redaktələrin son 3 gün əvvəlinə qədər heçbir yoxlama olmamışdı. İndi addəyişmə belə rahat, hər kəsə açıq olsa heç kim prosesə nəzarət etməyəcək. Hələlik bu qaydada qalmasını daha uyğun görürəm. Turkmen müzakirə 06:29, 4 noyabr 2024 (UTC)
- VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)
Əleyhinə: Bu məsələ ilə bağlı çox yazmaq istəmirəm. Amma, xatırladım ki, burda məlum istifadəçilər var, kimi ki, biz artıq elə burda, Kənd meydanında, bu il müzakirə etmişik. Bu məsələ ilə bağlı Vikicəmiyyətdə şübhələr var (zaman ilə həmin müzakirə elə bu cür şübhələrə görə açılmışdı). Yəni, həm təcrübəsizlik problemi var, həm də bu. --Мурад 97 (müzakirə) 11:25, 4 noyabr 2024 (UTC)
- Lehinə: Təklifi dəstəkləyirəm, bu mövzu ilə bağlı ciddi problemlərlə üzləşdiyimizi xatırlamıram. Nəzərə alsaq ki, artıq istifadəçilər üzərində sadəcə addəyişmə funksiyasını məhdudlaşdırmaq mümkündür, buna ehtiyac görmürəm. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:22, 5 noyabr 2024 (UTC)
- Yekun: Ortada konkret olaraq fikir birliyinin olmamasını və müzakirəyə artıq 21 gündür şərh yazılmamasını nəzərə alaraq, nəticəsiz olaraq bağlayıram.--Turkmen müzakirə 06:10, 27 noyabr 2024 (UTC)