Vikipediya Kend Meydani Arxiv Dekabr 2024 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Statuslu məzmunun mühafizəsi
Salam, az-vikidə müxtəlif dövrlərdə redaktələrə nəzarət etmə ilə bağlı çətinliklərimiz olur. IP/təcrübəsizlər/öyrənənlərin redaktələrini daimi nəzarətdə saxlayan bir neçə istifadəçi var və bəzən digərləri də kömək edir. Amma nəticə etibarı ilə bu iş çox adamın etmədiyi, biraz bezdirici işdir. Həmin yöndə fəaliyyət göstərən istifadəçilərin bəzi vaxtlarda aktiv olmamaları isə ciddi problem yaradır, redaktələrə baxan olmur və məqalələrdəki vandalizm uzun müdddət qalır. Təbii ki, heç kimin belə bir öhdəliyi yoxdur. Təklif edirəm, ən azından seçilmiş məzmunu yarımmühafizəyə (yalnız avtotəsdiqlənmişlər üçün redaktə icazəsi) alaq. Düşünürəm ki, hazırki vəziyyətdə Vikipediyanın nüfuzu və ən azından istifadəçi aktivliyi və redaktələrə nəzarət edilmədiyi vaxtlarda həmin məqalələr qorunmada olsa yaxşı olar. Turkmen müzakirə 08:32, 6 dekabr 2024 (UTC)
- Əleyhinə: Bu barədə bir neçə dəfə müzakirələr gedib, əleyhinəyəm. Elə olur həmin istifadəçilər gəlir məqalədəki qrammatik səhvlərə düzəliş verirlər. Hörmətlə, Qədir (müzakirə) 08:35, 6 dekabr 2024 (UTC)
- @Gadir, sizi başa düşə bilmirəm. Onda şablonları niyə ikiqat mühafizə edirdiniz? Orda qrammatik düzəliş edilə bilməzdi? Turkmen müzakirə 09:47, 6 dekabr 2024 (UTC)
- @Turkmen, şablonla məqalə birdi? Şablon hazır olmadan istifadə olunmur, amma statuslu məqalələrdə sonradan səhvlər də ortaya çıxır. Hörmətlə, Qədir (müzakirə) 11:17, 6 dekabr 2024 (UTC)
- @Gadir, statuslu məqalə də hazır olandan sonra ona status verilmir? Qəribədir... Turkmen müzakirə 11:31, 6 dekabr 2024 (UTC)
- Turkmen, şablonlar bir çox səhifələrdə istifadə olunur, edilən dəyişikliklər həmin səhifələrə də təsir edə bilir. Həm məzmun baxımından da məqalə şablondan daha böyükdür, şablonda çox redaktə etməyə ehtiyac olmur, amma məqalə elə deyil. Yaxşı, digər layihələrdə belə bir təcrübə var? Hörmətlə, Qədir (müzakirə) 11:38, 6 dekabr 2024 (UTC)
- @Gadir, statuslu məqalə də hazır olandan sonra ona status verilmir? Qəribədir... Turkmen müzakirə 11:31, 6 dekabr 2024 (UTC)
- @Turkmen, şablonla məqalə birdi? Şablon hazır olmadan istifadə olunmur, amma statuslu məqalələrdə sonradan səhvlər də ortaya çıxır. Hörmətlə, Qədir (müzakirə) 11:17, 6 dekabr 2024 (UTC)
- @Gadir, sizi başa düşə bilmirəm. Onda şablonları niyə ikiqat mühafizə edirdiniz? Orda qrammatik düzəliş edilə bilməzdi? Turkmen müzakirə 09:47, 6 dekabr 2024 (UTC)
- Lehinə: qrammatik səhvlər səsverməyə qədər və səsvermə zamanı düzəlməli idi — Bikar müzakirə 09:50, 6 dekabr 2024 (UTC)
- Şərh: əslində aşağıdakı təklif reallaşsa, buna ehtiyac yoxdur. O daha unikal variantdır. Düşünürəm ki, hələlik bu müzakirəni təxirə salmaq olar. Turkmen müzakirə 21:52, 6 dekabr 2024 (UTC)
- Lehinə: razıyam, çox vaxt sadəcə vandalizm olur. --► Hörmətlə: SolaVirum 23:30, 6 dekabr 2024 (UTC)
- Sözlərin yazılışı dəyişəndə necə edək bəs?) Əvvəllər "ABŞ-da" yazırdıq, indi "ABŞ-də". Əvvəl "heykəltəraş" yazırdıq, indi lüğətdə "heykəltaraş" ediblər. Unkillable Demon King 00:51, 7 dekabr 2024 (UTC)
- Şərh: əslində aşağıdakı təklif reallaşsa, buna ehtiyac yoxdur. O daha unikal variantdır. Düşünürəm ki, hələlik bu müzakirəni təxirə salmaq olar. Turkmen müzakirə 21:52, 6 dekabr 2024 (UTC)
- Əleyhinə: vandalizmlə mübarizə aparmaq lazımdır. IP redaktələr mübarizə aparmaq çətin deyil. Son dəyişikliklər bölməsində sadəcə IP redaktələri göstərən süzgəc yaradırsan, son versiyaları yaşıl rənglə seçdirirsən. Belə edəndə IP hərəkətlərini izləmək asandı. Məsələ odur ki, bunu etmək istəyən demək olar ki, yoxdur və ya azdır. Unkillable Demon King 00:56, 7 dekabr 2024 (UTC)
Silinməyə namizəd səhifələr
Hər kəsi SNS müzakirələrində iştiraka dəvət edirəm. Fikir bildirilməyən kifayət qədər müzakirə var, hansı ki, qaydaya görə yekunlaşdırılmalıdır artıq. Nemoralis (müzakirə) 15:48, 1 dekabr 2024 (UTC)
Çətin redaktələr etməyə hazır redaktorlar və çətin bloklar tətbiq etməyə hazır inzibatçılar
Salam. Vikipediyaçıların bir-birinə dəstək vermə məqsədi daşıyan iki səhifəni diqqətinizə çatdırıram. Vikipediya:Çətin redaktələr etməyə hazır redaktorlar və Vikipediya:Çətin bloklar tətbiq etməyə hazır inzibatçılar. Diqqət yetirə və adlarınızı əlavə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 12:59, 3 dekabr 2024 (UTC)
- Blok məsələsində az-vikidə inzibatçılar arasında da stabil ortam yoxdur. Bu gün kiməsə blok təyin edirsən, qıraqdan başqası gəlir ki, "mən bu bloku dəstəkləmirəm". Halbuki, bunun standart prosedurları var. Məsələn, inzibatçı tərəfindən müddətsiz blok təyin edilən istifadəçi prosedur başladaraq bunu digər müstəqil administrator ilə müzakirə edə bilər. Yoxsa 50 nəfəri teq edib orada müzakirə aparmaq, nəticədə kimisə səhv-düz çıxarmağa gətirib çıxarır və müzakirə olur mübahisə. Turkmen müzakirə 13:23, 3 dekabr 2024 (UTC)
- @Turkmen, düzü, bu məsələ buna görə açılmayıb, amma bir halda ki yazdınız, fikrimi bildirim, necə olsa əlaqəlidir məsələ ilə. Mənim inzibatçılar içərisində etibar etmədiyim istifadəçilər var, açığı, vəziyyət məncə, əvvəlkinə baxanda yenə yaxşıdı, neytrallıq daha çoxdu və obyektiv ortam daha yaxşıdır. Əslində burda məsələ fərqli şeydən gedir, məsələn, biri gəlir məqaləsi ya da hansısa məsələ ilə bağlı icmanı və ya istifadəçiləri təhdid edir, onu bloklamaqdan gedir söhbət. Açıq sübut varsa onsuz da müzakirə lazım deyil, qalır addım atmaq. Müzakirə lazımdırsa onsuz da müzakirə gedəcək, yekunda biri də bloku tətbiq edəcək. Hörmətlə, Qədir (müzakirə) 13:32, 3 dekabr 2024 (UTC)
- @Gadir, bu məsələ əslində toxunulmamış məsələdir və dediyiniz kimi dolayısı ilə aidiyyəti olduğu üçün buraya yazdım. Halbuki, ciddi məsələdir, çünki xaos vəziyyəti yaradır. Fərdi olaraq kimisə nəzərdə tutmuram, elə başa düşməyin. Sadəcə ümumi mənzərəni yazdım. Belə məsələlər, digər böyük layihələrdəki kimi fərdi həll edilməlidir.Turkmen müzakirə 13:45, 3 dekabr 2024 (UTC)
- Başa düşürəm və haqq da verirəm sizə, mən sadəcə fikrimi bildirdim. Qeyd etdiyiniz məsələnin elə bir səbəbi də qayda boşluqlarının ortaya çıxardığı çuxurlardır. Bizdə inzibatçılarla əlaqəli vəziyyət digər vikilərə müqayisə ilə heç ürəkaçan deyil, dediyiniz kimi. Hər halda, bu, belə bir səhifəyə əngəl deyil. Digər tərəflər də vaxt ilə düzələr deyə düşünürəm və ümid edirəm. Hörmətlə, Qədir (müzakirə) 13:54, 3 dekabr 2024 (UTC)
- @Gadir, bu məsələ əslində toxunulmamış məsələdir və dediyiniz kimi dolayısı ilə aidiyyəti olduğu üçün buraya yazdım. Halbuki, ciddi məsələdir, çünki xaos vəziyyəti yaradır. Fərdi olaraq kimisə nəzərdə tutmuram, elə başa düşməyin. Sadəcə ümumi mənzərəni yazdım. Belə məsələlər, digər böyük layihələrdəki kimi fərdi həll edilməlidir.Turkmen müzakirə 13:45, 3 dekabr 2024 (UTC)
- @Turkmen, düzü, bu məsələ buna görə açılmayıb, amma bir halda ki yazdınız, fikrimi bildirim, necə olsa əlaqəlidir məsələ ilə. Mənim inzibatçılar içərisində etibar etmədiyim istifadəçilər var, açığı, vəziyyət məncə, əvvəlkinə baxanda yenə yaxşıdı, neytrallıq daha çoxdu və obyektiv ortam daha yaxşıdır. Əslində burda məsələ fərqli şeydən gedir, məsələn, biri gəlir məqaləsi ya da hansısa məsələ ilə bağlı icmanı və ya istifadəçiləri təhdid edir, onu bloklamaqdan gedir söhbət. Açıq sübut varsa onsuz da müzakirə lazım deyil, qalır addım atmaq. Müzakirə lazımdırsa onsuz da müzakirə gedəcək, yekunda biri də bloku tətbiq edəcək. Hörmətlə, Qədir (müzakirə) 13:32, 3 dekabr 2024 (UTC)
Salam. Hazırda bu səhifə üzərində işləyirəm. Sizcə, bu siyasət olmalıdır, yoxsa esse? Envikidə esse kimi, trvikidə isə siyasət kimi qəbul ediblər. Məncə, qayda kimi qəbul etsək, səs ovlarının qarşısını almaq olar müəyyən qədər, həm də əsaslandırılmış arqumentlər tələb ediləcək bu dəfə. Yəni məhdudiyyət olmadan qaydalara uyğun nisbətən obyektiv mühitdə olacaq səsvermələr. Hər halda, azvikiyə uyğunlaşdırmaq və tərtib etmək mümkündür. Hörmətlə, Qədir (müzakirə) 18:13, 8 dekabr 2024 (UTC)
- Essedi, @White Demon, sən də bax — Bikar müzakirə 18:17, 8 dekabr 2024 (UTC)
- Trvikidə qayda kimi qəbul ediblər amma, oradakı sistemlə tanışam, yaxşı da işləyir. Hörmətlə, Qədir (müzakirə) 18:17, 8 dekabr 2024 (UTC)
- Yeri gəlmişkən, bəzi esseləri qayda kimi götürmüşük onsuz, nümunə kimi Vikipediya:Vikimübaliğə, Vikipediya:Burada ensiklopediyanı genişləndirmək üçün olmaq səhifələrini göstərə bilərəm. Hörmətlə, Qədir (müzakirə) 18:19, 8 dekabr 2024 (UTC)
- Qayda kimi necə qəbul oluna bilər ki? Məsələn, essedə yazılıb ki, fikir bildirmədən səs verməkdən çəkinmək lazımdır. Kimsə gəlib fikir bildirmədən səs versə, onu bloklamalıyıq? Və ya səsini saymamalıyıq? Və ya xəbərdarlıq etməliyik? Qayda kimi qəbul olunması məntiqli deyil. Unkillable Demon King 18:36, 8 dekabr 2024 (UTC)
- Bloklamaq yoxdur, səsi etibarsız hesab olunacaq. Trvikidəki sistemlə tanış olmağı məsləhət görürəm. Hörmətlə, Qədir (müzakirə) 18:37, 8 dekabr 2024 (UTC)
- Təcrübə məqsədilə tətbiq etmək olar ki, necə alınır. Unkillable Demon King 19:22, 8 dekabr 2024 (UTC)
- Amma mən düşünmürəm ki, nəsə effekti olsun. TrViki deyirsən, amma orada da namizədlikdə adamlar şablon sözləri yazıb çıxır gedirlər. Unkillable Demon King 19:25, 8 dekabr 2024 (UTC)
- Namizədlikdə əsasən qarşı şərhlərə baxılır, yəni problem yoxdursa dəstəkləyir, problem varsa qarşıdır. Hörmətlə, Qədir (müzakirə) 19:32, 8 dekabr 2024 (UTC)
- Amma mən düşünmürəm ki, nəsə effekti olsun. TrViki deyirsən, amma orada da namizədlikdə adamlar şablon sözləri yazıb çıxır gedirlər. Unkillable Demon King 19:25, 8 dekabr 2024 (UTC)
- Təcrübə məqsədilə tətbiq etmək olar ki, necə alınır. Unkillable Demon King 19:22, 8 dekabr 2024 (UTC)
- Bunu səhifənin girişinə qoymaq lazımdır, ki, səsvermələrdə diqqətə çarpsın bu. Sizcə, belə yaxşıdır, yoxsa sadəcə əsaslandırılmamış "əleyhinə" səslər? Çox vaxtı da düz olmur və nəticəyə təsir edir. Hörmətlə, Qədir (müzakirə) 18:38, 8 dekabr 2024 (UTC)
- Bloklamaq yoxdur, səsi etibarsız hesab olunacaq. Trvikidəki sistemlə tanış olmağı məsləhət görürəm. Hörmətlə, Qədir (müzakirə) 18:37, 8 dekabr 2024 (UTC)
- Qayda kimi qəbul edilə bilməz. Ağzınızda səsvermə deyirsiniz. Heç kimə deyə bilmərik ki, sənin filan fikrinə görə səsini saymırıq. Maksimum esse ola bilər məsləhət xarakterli olması üçün. Nemoralis (müzakirə) 16:43, 9 dekabr 2024 (UTC)
- İşləyərkən bir az düşündüm, mən də o qənaətə gəldim ki, esse olsun. Hardasa hazırdı, uyğun yerə əlavə edərik, oxunması üçün. Hörmətlə, Qədir (müzakirə) 16:45, 9 dekabr 2024 (UTC)
Avtomoderatorun aktivləşdirilməsi
Salam hər kəsə. Təklif edirəm ki, vikidə Avtomoderatoru aktivləşdirək. Maşın öyrənməsi əsasında əldə etdiyi xal əsasında vandalizm hesab etdiyi redaktələri geri qaytarır və konfiqurasiyaya uyğun olaraq müzakirə səhifəsi mesajı göndərir. Botu istədiyimiz kimi konfiqurasiya etmək mümkün olacaq. İstəsək geri qaytarma nisbətini ən yüksəyə çəkərək dəqiqliyi tam artıra bilərik, problemlər (səhv geri qaytarmalar) olduqda elə redaktənin yanında yerləşən (adətən təşəkkür düyməsinin yerləşdiyi hissə) yerdən birbaşa xətanı bildirmək olacaq. Bu xüsusilə gözdən qaçan 100% vandalizm olan redaktələrlə mübarizədə faydalı ola bilər. Tezliklə bizdəki dəyişiklik süzgəclərini də yeniləməyi planlaşdırıram, o zaman vandalizmin necə deyərlər kökünü tam kəsmiş olacayıq.
Nümunə olaraq türkcə vikipediyadakı fəaliyyətinə baxa bilərsiniz: tr:Special:Contributions/Otomoderatör Nemoralis (müzakirə) 09:01, 6 dekabr 2024 (UTC)
- Onda inzibatçılara ehtiyac qalmayacaq?)) Hörmətlə, Qədir (müzakirə) 09:27, 6 dekabr 2024 (UTC)
- Məzmuna baxır ya təkcə redaktəyə, yəni azərbaycancaya uyğun olacaq ya dildən asılı deyil? — Bikar müzakirə 09:36, 6 dekabr 2024 (UTC)
- Trvikidə baxdım, əsasən geniş məzmunu geri qaytarır. Düşündüyümdən daha aşağı səviyyəli imiş(ya da hələ train olmuyub). Qoşağ — Bikar müzakirə 09:41, 6 dekabr 2024 (UTC)
- Səviyyəni təyin etmək olur. Bu şəklə baxın: Fayl:Automoderator CommunityConfiguration page en.beta September 2024.png Nemoralis (müzakirə) 09:42, 6 dekabr 2024 (UTC)
- Çox gözəl, ən aşağı səviyyədən başlıyırıq. Lehinəyəm — Bikar müzakirə 09:46, 6 dekabr 2024 (UTC)
- @Bikar, product manager ilə danışdım. Bunu atdı: meta:Machine learning models/Production/Language-agnostic revert risk. Hər dilə uyğundur deyir. Nemoralis (müzakirə) 11:52, 6 dekabr 2024 (UTC)
- Siyahıda az var burda, meta:Machine learning models/Production/Multilingual revert risk. Maşındı da, lazım olsa söndürmək olur — Bikar müzakirə 12:14, 6 dekabr 2024 (UTC)
- Lehinə: Yaxşı fikirdi, təşəkkürlər. Turkmen müzakirə 12:37, 6 dekabr 2024 (UTC)
- Siyahıda az var burda, meta:Machine learning models/Production/Multilingual revert risk. Maşındı da, lazım olsa söndürmək olur — Bikar müzakirə 12:14, 6 dekabr 2024 (UTC)
- @Bikar, product manager ilə danışdım. Bunu atdı: meta:Machine learning models/Production/Language-agnostic revert risk. Hər dilə uyğundur deyir. Nemoralis (müzakirə) 11:52, 6 dekabr 2024 (UTC)
- Çox gözəl, ən aşağı səviyyədən başlıyırıq. Lehinəyəm — Bikar müzakirə 09:46, 6 dekabr 2024 (UTC)
- Səviyyəni təyin etmək olur. Bu şəklə baxın: Fayl:Automoderator CommunityConfiguration page en.beta September 2024.png Nemoralis (müzakirə) 09:42, 6 dekabr 2024 (UTC)
- Trvikidə baxdım, əsasən geniş məzmunu geri qaytarır. Düşündüyümdən daha aşağı səviyyəli imiş(ya da hələ train olmuyub). Qoşağ — Bikar müzakirə 09:41, 6 dekabr 2024 (UTC)
- Mən dəstəkləyirəm. Son vaxtlar vandalizm halları daha da artıb və demək olar ki, heç kim vandalizm halları ilə mübarizə aparmır. Nə qədər məqalədə söyüş, trol redaktə qalıb. Unkillable Demon King 15:57, 6 dekabr 2024 (UTC)
- Lehinə: yazdığım məqalələrə aylar sonra baxıram ki, vandalizm halı yaşanıb və heç kəs görməyib. Yaxşı təşəbbüsdür. --► Hörmətlə: SolaVirum 15:59, 6 dekabr 2024 (UTC)
- Lehinə: dəstəkləyirəm. — Sofia (müzakirə) 22:47, 16 dekabr 2024 (UTC)
- Lehinə: sınayaq. Hörmətlə, Qədir (müzakirə) 17:03, 17 dekabr 2024 (UTC)
- Lehinə: dəstəkləyirəm. — Sofia (müzakirə) 22:47, 16 dekabr 2024 (UTC)
- Lehinə: yazdığım məqalələrə aylar sonra baxıram ki, vandalizm halı yaşanıb və heç kəs görməyib. Yaxşı təşəbbüsdür. --► Hörmətlə: SolaVirum 15:59, 6 dekabr 2024 (UTC)
- Aktivləşdirildi: Xüsusi:Töhfələr/Avtomoderator. Turkmen müzakirə 05:42, 19 dekabr 2024 (UTC)
- Nemoralis, Avtomoderatorun lokalda müzakirəsi harda olsun? — Bikar müzakirə 20:06, 20 dekabr 2024 (UTC)
- Kənd meydanında ola bilər, hər halda istənilən ediləcək dəyişiklikdə icmanın fikrini almaq önəmlidir. /Xətalar səhifəsi botun etdiyi səhv redaktələr (yalan müsbət) üçündür, inanmıram müzakirələr üçün faydalı olsun. Nemoralis (müzakirə) 23:09, 20 dekabr 2024 (UTC)
- @Turkmen, Bikar haqlıdır, belə hallarda müzakirə səhifəsini istifadə etmək olar. Hörmətlə, Qədir (müzakirə) 20:19, 20 dekabr 2024 (UTC)
- Təkmilləşdirmə və xətalar üçün: İstifadəçi:Avtomoderator/Xətalar Turkmen müzakirə 20:57, 20 dekabr 2024 (UTC)
- Ora adından da göründüyü kimi, xətalar üçündür, bəs təkmilləşdirmə ilə bağlı daha ümumi müzakirələri harada aparaq? Hörmətlə, Qədir (müzakirə) 20:58, 20 dekabr 2024 (UTC)
- Səhifənin məzmunu ilə tanış olun. Turkmen müzakirə 20:59, 20 dekabr 2024 (UTC)
- Bildim onu, o, təcrübəsi nisbətən az olan istifadəçilərdən gələcək mümkün geri dönüşlər üçün nəzərdə tutulub. Bəs icma üzvləri harada müzakirə apara bilər bu barədə? Bunu soruşuruq əslində. Hörmətlə, Qədir (müzakirə) 21:06, 20 dekabr 2024 (UTC)
- Nemoralis daha təcrübəlidir bu işdə, necə ki, Bikar da normal olaraq ondan soruşub. Mənim hərhansı dəyişiklikliyə deyəcək bir sözüm yoxdur. Ümumi praktikada həmin səhifə işlədilir. Necə məsləhət bilirsiniz elə edin.--Turkmen müzakirə 21:10, 20 dekabr 2024 (UTC)
- Yox, bildim onu, sadəcə yönləndirməni siz verdiniz deyə mən də sizə dedim. Məncə, uzatmadan elə oradaca (müzakirə səhifəsi) müzakirələri apara bilərik, xəbərdarlıq şablonu da yaradıb ora əlavə edərik, digər səhifə bir qədər qarışıq görünür bunun üçün. Hörmətlə, Qədir (müzakirə) 21:16, 20 dekabr 2024 (UTC)
- Bir daha təkrar edirəm, hərhansı dəyişikliyə etiraz etmirəm. Funksiyanı Nemoralis import etdirib. Ümumi praktikada yönləndirmə var. Siz də məsləhət edin, istəsəz silin yönləndirməni. Şablon yaradın, xəbərdarlıq verin, necə istəyirsiniz elə edin. Turkmen müzakirə 21:37, 20 dekabr 2024 (UTC)
- Başa düşdüm, mən də belə yönləndirmə vermədən müzakirə edildiyi hallara rast gəlmişdim, indi xatırlamıram. Gərilməyə ehtiyac yoxdur, uzatmadan deyəndə onu nəzərdə tuturam ki, ayrıca səhifə falan açmaq yerinə qısa yoldan belə edək. Hörmətlə, Qədir (müzakirə) 21:41, 20 dekabr 2024 (UTC)
- Bir daha təkrar edirəm, hərhansı dəyişikliyə etiraz etmirəm. Funksiyanı Nemoralis import etdirib. Ümumi praktikada yönləndirmə var. Siz də məsləhət edin, istəsəz silin yönləndirməni. Şablon yaradın, xəbərdarlıq verin, necə istəyirsiniz elə edin. Turkmen müzakirə 21:37, 20 dekabr 2024 (UTC)
- Yox, bildim onu, sadəcə yönləndirməni siz verdiniz deyə mən də sizə dedim. Məncə, uzatmadan elə oradaca (müzakirə səhifəsi) müzakirələri apara bilərik, xəbərdarlıq şablonu da yaradıb ora əlavə edərik, digər səhifə bir qədər qarışıq görünür bunun üçün. Hörmətlə, Qədir (müzakirə) 21:16, 20 dekabr 2024 (UTC)
- Nemoralis daha təcrübəlidir bu işdə, necə ki, Bikar da normal olaraq ondan soruşub. Mənim hərhansı dəyişiklikliyə deyəcək bir sözüm yoxdur. Ümumi praktikada həmin səhifə işlədilir. Necə məsləhət bilirsiniz elə edin.--Turkmen müzakirə 21:10, 20 dekabr 2024 (UTC)
- Bildim onu, o, təcrübəsi nisbətən az olan istifadəçilərdən gələcək mümkün geri dönüşlər üçün nəzərdə tutulub. Bəs icma üzvləri harada müzakirə apara bilər bu barədə? Bunu soruşuruq əslində. Hörmətlə, Qədir (müzakirə) 21:06, 20 dekabr 2024 (UTC)
- Səhifənin məzmunu ilə tanış olun. Turkmen müzakirə 20:59, 20 dekabr 2024 (UTC)
- Ora adından da göründüyü kimi, xətalar üçündür, bəs təkmilləşdirmə ilə bağlı daha ümumi müzakirələri harada aparaq? Hörmətlə, Qədir (müzakirə) 20:58, 20 dekabr 2024 (UTC)
- Təkmilləşdirmə və xətalar üçün: İstifadəçi:Avtomoderator/Xətalar Turkmen müzakirə 20:57, 20 dekabr 2024 (UTC)
- "Botun İP-lərə xəbərdarlıq etməməli olduğu qənaətindəyəm. İP-lər statik deyil, yanlış anlaşılmaya səbəb ola bilər" - bunu hara uyğun bilirsiz köçürün, yazmağa yer tapmadım — Bikar müzakirə 21:08, 20 dekabr 2024 (UTC)
- Müzakirə səhifələrində əslində bu bərədə xəbərdarlıq olur, bu mesaj sizə aid olmaya bilər deyə. Təklif edirəm ki, bu tip mesajlar müəyyən müddət qalsın və daha sonra silinsin. Hörmətlə, Qədir (müzakirə) 21:11, 20 dekabr 2024 (UTC)
- Nemoralis, Avtomoderatorun lokalda müzakirəsi harda olsun? — Bikar müzakirə 20:06, 20 dekabr 2024 (UTC)
- Anonimlər onsuz da bir müddət sonra müvəqqəti hesablar ilə əvəz olunacaq, yəni hər anonimin öz müzakirə səhifəsi olacaq, söndürməyə ehtiyac yoxdur, onsuz da sadəcə anonimlərə söndürmək funksiyası da yoxdur. Sadəcə ümumilikdə söndürmək mümkündür: Xüsusi:İcmaKonfiqurasiyası/AutoModerator Nemoralis (müzakirə) 23:14, 20 dekabr 2024 (UTC)
Qlobal inzibatçılar Azərbaycanca Vikipediyaya müdaxilə edə bilməsinlər
Salam. Təklif edirəm ki, qlobal inzibatçılardan bu hüququ alaq. Qlobal inzibatçılar adətən kiçik vikilərdə nəzarət məqsədli fəaliyyət göstərirlər. Azərbaycanca Vikipediya kiçik viki deyil və təklif qəbul olunarsa, azviki kiçik viki olaraq qəbul edilmir və qlobal inzibatçıların layihə üzərində fəaliyyətləri məhdudlaşdırılır. Bizdə aktivlik zəif də olsa, fəaliyyət həmin vikilər qədər "ölü" deyil və həmin inzibatçılar buradakı proseslərə hakim deyillər. Lütfən, aşağıda fikirlərinizi qeyd edin, daha sonra müraciət edək.
- Lehinə: Hörmətlə, Qədir (müzakirə) 00:26, 21 dekabr 2024 (UTC)
- Əleyhinə: azərbaycanlı vikipediyaçılara əmin-amanlıqla güvənmək mümkün deyil, onlar ya öz xoşlarıyla, ya da təhdidlərlə nəsə mənfi addım ata bilərlər. Qlobal inzibatçıları məhdudlaşdırmaq optimal variant deyil. --► Hörmətlə: SolaVirum 02:37, 21 dekabr 2024 (UTC)
- Qlobal inzibatçılar o vikiyə lazımdır ki, orada lokal inzibatçı azdır, ya da ki heç yoxdur. Azvikidə belə bir problem yoxdur, yəni nəzarət problemi yoxdur. Lokal olaraq atılmayan hansısa addımları onlar atacaq deyil. Qlobal inzibatçılar nə edəcək? Burada məğz tamam başqadır. Azviki kiçik viki deyil. Hörmətlə, Qədir (müzakirə) 02:49, 21 dekabr 2024 (UTC)
- Əleyhinə: niyə? Qlobal inzibatçıların redaktələri hansı problem yaradıb? — Bikar müzakirə 08:22, 21 dekabr 2024 (UTC)
- Qlobal adminlərin yanlış redaktələrinə dair nümunələr var? Unkillable Demon King 09:15, 21 dekabr 2024 (UTC)
- Şərh: Bizdə qlobal inzibatçıların müdaxiləsi ilə əlaqədər problemimiz olmuşdu, heç? Bu cür nümunələr mənim də yadımda deyil. --Мурад 97 (müzakirə) 10:02, 21 dekabr 2024 (UTC)
- @White Demon, @Мурад 97, @Bikar, problemə görə yox, sadəcə onların müdaxiləsi bizə lazım deyil, biz kiçik viki deyilik, hesab edirəm ki, həmin müdaxilələr belə bir kiçik olmayan, mütəmadi öz inzibatçıları iş görən viki üçün uyğun deyil. Hörmətlə, Qədir (müzakirə) 13:34, 21 dekabr 2024 (UTC)
- Biz kiçik vikiyik. Keçən dəfə nə qədər məqalədə söyüş aşkarlamışdım, 4-5 gün idi ki, orada dururdular, qaytaran yox idi. Bilirsinizmi bölməsinə fakt təqdim edən yoxdu, SNS-də, Məqalə namizədlərində passivlikdir. Qayda səsverməsi keçirirsən, az adam iştirak edir, gərək hamını tag edəsən. Daimi məqalə yaradanlarımızın sayı barmaqla sayacaq qədərdir. Biz ölü viki deyilik, amma böyük də deyilik. Unkillable Demon King 15:00, 21 dekabr 2024 (UTC)
- @White Demon, @Мурад 97, @Bikar, problemə görə yox, sadəcə onların müdaxiləsi bizə lazım deyil, biz kiçik viki deyilik, hesab edirəm ki, həmin müdaxilələr belə bir kiçik olmayan, mütəmadi öz inzibatçıları iş görən viki üçün uyğun deyil. Hörmətlə, Qədir (müzakirə) 13:34, 21 dekabr 2024 (UTC)
- Əleyhinə: Lazım olanda gəlib vandalları bloklayırlar, nə ehtiyac var əllərindən almağa? Nemoralis (müzakirə) 13:57, 21 dekabr 2024 (UTC)
- Vandalizmin qarşısı demək olar ki o dəqiqə alınır. Sizcə, kənar müdaxiləyə həqiqətən ehtiyac var? Bu arada, bu o deməkdir ki, onlara hər bir hüququ vermiş oluruq. Yaxşı, mən belə görürəm, əsasən bu təklifə qarşısınız. Hörmətlə, Qədir (müzakirə) 14:00, 21 dekabr 2024 (UTC)
- Pis edirlər gəlib bloklayanda? Kənar müdaxilə nədir? Hansısa təcrübəli istifadəçini bloklamırlar ki, vandalı bloklayırlar, əsasən də geri qaytarma edirlər. Prinsip aparmaq lazım deyil. Nemoralis (müzakirə) 14:02, 21 dekabr 2024 (UTC)
- İnzibati əməliyyatlardan danışıram, biz kiçik viki deyilik axı. Heç trvikiyə də müdaxilə edənmirlər. Azvikini kiçik vikilər siyahısından çıxarmaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 14:05, 21 dekabr 2024 (UTC)
- "çıxarmaq lazımdır", niyə? Bunun səbəbini deyə bilmirsiz. Kiçik viki olmamağımız səbəb deyil. Ortada sui-istifadə halı yoxdur ki, ləğv edək. Dediyiniz siyahının adı "kiçik vikilər" yox "qlobal inzibatçılardan imtina etmiş vikilər gedir": meta:Special:WikiSets/7. Etdikləri tək şey bəzən vandalları bloklamaqdır, onu da prinsipə düşüb deyirsiz ki, xeyr ola onlar bizdə kimisə bloklayır? Nemoralis (müzakirə) 14:09, 21 dekabr 2024 (UTC)
- Hələ-hələ bizdə aylıq əməliyyat sayı 10-u belə keçməyən, hətta heç aktiv olmayan inzibatçılar olduğunu nəzərə alsaq, heç lazım deyil. Onsuz bizdə istifadəçi bloklayan lokal inzibatçı sayı barmaqla sayılacaq qədərdir. Nemoralis (müzakirə) 14:16, 21 dekabr 2024 (UTC)
- "çıxarmaq lazımdır", niyə? Bunun səbəbini deyə bilmirsiz. Kiçik viki olmamağımız səbəb deyil. Ortada sui-istifadə halı yoxdur ki, ləğv edək. Dediyiniz siyahının adı "kiçik vikilər" yox "qlobal inzibatçılardan imtina etmiş vikilər gedir": meta:Special:WikiSets/7. Etdikləri tək şey bəzən vandalları bloklamaqdır, onu da prinsipə düşüb deyirsiz ki, xeyr ola onlar bizdə kimisə bloklayır? Nemoralis (müzakirə) 14:09, 21 dekabr 2024 (UTC)
- İnzibati əməliyyatlardan danışıram, biz kiçik viki deyilik axı. Heç trvikiyə də müdaxilə edənmirlər. Azvikini kiçik vikilər siyahısından çıxarmaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 14:05, 21 dekabr 2024 (UTC)
- Pis edirlər gəlib bloklayanda? Kənar müdaxilə nədir? Hansısa təcrübəli istifadəçini bloklamırlar ki, vandalı bloklayırlar, əsasən də geri qaytarma edirlər. Prinsip aparmaq lazım deyil. Nemoralis (müzakirə) 14:02, 21 dekabr 2024 (UTC)
- Vandalizmin qarşısı demək olar ki o dəqiqə alınır. Sizcə, kənar müdaxiləyə həqiqətən ehtiyac var? Bu arada, bu o deməkdir ki, onlara hər bir hüququ vermiş oluruq. Yaxşı, mən belə görürəm, əsasən bu təklifə qarşısınız. Hörmətlə, Qədir (müzakirə) 14:00, 21 dekabr 2024 (UTC)
- Əleyhinə: Buranın inzibatçılarına güvənmirəm. İstifadəçiləri tapıb dənləmək istəyənlərə (üslub problemi), pulla məqalə yaradanlar, kin saxlayıb blok alətindən oyuncaq kimi istifadə edənlərə etibar etmək nonsensdir —gabbani ∆ mesaj 15:49, 21 dekabr 2024 (UTC)
- Qlobal adminlər bunun qarşısını alırlar ki məgər? Unkillable Demon King 16:47, 21 dekabr 2024 (UTC)
- Birinci dediyiniz sözü mən demişəm. Mən və bir qrup Vikipediyaçı hədəf göstərilən vaxt səsini çıxartmayanlar zəhmət olmasa burda hansısa etibardan danışmasın. Belə etibar gözləyirdiz o vaxtı səsinizi çıxardardız. Dediyim sözlərin hələ də arxasındayam. Qaldı ki, qlobal adminlərə. Onların lokal müzakirələrə müdaxilə etmək hüququ yoxdur, lokal inzibatçılar qədər səlahiyyətləri yoxdur. Nemoralis (müzakirə) 21:08, 21 dekabr 2024 (UTC)
- @Gabbani, qlobal inzibatçılar heç bilirsiniz nə üçündür? Onlar vandalizmlə mübarizə aparırlar, nisbətən aktivlik az olan və lokal inzibatçı olmayan vikilərdə. Hörmətlə, Qədir (müzakirə) 21:28, 21 dekabr 2024 (UTC)
- @White Demon, @Nemoralis, @Gadir, bu istifadəçi vaxtilə "məlum şəxsin" verdiyi komandalar əsasında hərəkət edirdi. Hansı ki, indi həmin adam müddətsiz blokdadır. Yəni ki, problemi, dərdi başqadır. Öz fikri olmayan şəxslər elə bizə güvənməsə yaxşıdır.)) Turkmen müzakirə 06:15, 22 dekabr 2024 (UTC)
- Təəccüblənmədim. Ayrı vaxtı qruplaşma-qruplaşma deyənlərin necə olursa buna heç səsi çıxmır heç. :) Nemoralis (müzakirə) 18:12, 22 dekabr 2024 (UTC)
- @White Demon, @Nemoralis, @Gadir, bu istifadəçi vaxtilə "məlum şəxsin" verdiyi komandalar əsasında hərəkət edirdi. Hansı ki, indi həmin adam müddətsiz blokdadır. Yəni ki, problemi, dərdi başqadır. Öz fikri olmayan şəxslər elə bizə güvənməsə yaxşıdır.)) Turkmen müzakirə 06:15, 22 dekabr 2024 (UTC)
- Əleyhinə: fəaliyyətlərində ciddi zərərverici heç bir şeyə rast gəlməmişəm. --Tarixi Nadir (müzakirə) 08:31, 22 dekabr 2024 (UTC)
- Əleyhinə: Qlobal inzibatçıların fəaliyyəti ilə bağlı mənfi presedent olmadığını, və AzVikidəki bir sıra problemin olduğunu (fəaliyyət azlığı, vandallıq, bu bölmədə bəziləri tərəfindən ifadə olunan güvən azlığı) nəzrə alaraq belə səs verirəm. --Мурад 97 (müzakirə) 08:16, 23 dekabr 2024 (UTC)
- Qlobal inzibatçıların fəaliyyətində hansı mənfi hallar olub? Eminn (müzakirə) 10:41, 23 dekabr 2024 (UTC)
Yerinə yetirilmədi: Vaxtından əvvəl yekunlaşdırılır, görünür heç kim razı deyil. Hörmətlə, Qədir (müzakirə) 14:14, 23 dekabr 2024 (UTC)
Salam. Bu qayda da hazırdır. Əlavə edəcəkləriniz varsa, buyurun, daha sonra rəsmi olaraq qəbulu üçün səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 09:30, 3 dekabr 2024 (UTC)
- @Turkmen, uyğun bilirsinizsə, bunu səsverməyə çıxarardınız zəhmət olmasa. Hörmətlə, Qədir (müzakirə) 10:56, 14 dekabr 2024 (UTC)
- Salam, mətndə problemlər var. Turkmen müzakirə 11:02, 14 dekabr 2024 (UTC)
- Nə kimi problemlər? Kiçik düzəlişlərlə həll olacaqsa özünüz əl ata bilərsiz? Oxuyub üstündən bir də keçək. Hörmətlə, Qədir (müzakirə) 11:07, 14 dekabr 2024 (UTC)
- Kiçik deyil. Elə olsa onsuz da adətən özüm həll edirəm. Turkmen müzakirə 15:28, 15 dekabr 2024 (UTC)
- Ok. Yenidən baxaram, amma mümkün qədər aydın və etinayla yazmağa çalışıram. Ciddi problem görmürəm açığı, istərdim ki, başqaları da bu barədə fikir bildirsinlər. Hörmətlə, Qədir (müzakirə) 15:31, 15 dekabr 2024 (UTC)
- Düzəlişlər etdim. Təkrar nəzər yetirərdiniz zəhmət olmasa, məqbul hesab edirsinizsə səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 22:42, 15 dekabr 2024 (UTC)
- Ok. Yenidən baxaram, amma mümkün qədər aydın və etinayla yazmağa çalışıram. Ciddi problem görmürəm açığı, istərdim ki, başqaları da bu barədə fikir bildirsinlər. Hörmətlə, Qədir (müzakirə) 15:31, 15 dekabr 2024 (UTC)
- Kiçik deyil. Elə olsa onsuz da adətən özüm həll edirəm. Turkmen müzakirə 15:28, 15 dekabr 2024 (UTC)
- Nə kimi problemlər? Kiçik düzəlişlərlə həll olacaqsa özünüz əl ata bilərsiz? Oxuyub üstündən bir də keçək. Hörmətlə, Qədir (müzakirə) 11:07, 14 dekabr 2024 (UTC)
- Salam, mətndə problemlər var. Turkmen müzakirə 11:02, 14 dekabr 2024 (UTC)
Səsvermə başladılmışdır: Vikipediya:Səsvermə/Hücum səhifəsi. Hər kəsi iştiraka dəvət edirəm. Hörmətlə, Qədir (müzakirə) 22:36, 21 dekabr 2024 (UTC)
Yeni il loqosu
Salam hərkəsə. Adətən loqo dəyişikliyini "Yeni il"ə 1-2 gün qalmış, tələsərək müzakirə edirik. Düşündüm ki, indidən rahat müzakirə edək, əgər uyğun görürüksə dəyişdirək (həmişəki kimi, 3 günlük, 31 dekabr - 3 yanvar). Mən dəstəkləyirəm, onsuz da il boyu Vikipediyada dəyişən birşey olmur, arada belə dəyişikliklər oxucular üçün yaxşıdır. Turkmen müzakirə 07:11, 20 dekabr 2024 (UTC)
- Lehinə: — Bikar müzakirə 07:27, 20 dekabr 2024 (UTC)
- Əleyhinə: loqonun sadəcə Vikipediya ilə bağlı mövzularda dəyişdirilməsini dəstəkləyirəm. P.S. "Azad Ensiklopediya"nın E-si kiçik olmalıdır. Hörmətlə, Qədir (müzakirə) 13:27, 20 dekabr 2024 (UTC)
- Əleyhinə: dəstəkləmirəm. — Sofia (müzakirə) 16:35, 20 dekabr 2024 (UTC)
Lehinə: razıyam. oxuyucular üçün də maraqlı olar Atakhanli (müzakirə) 17:20, 20 dekabr 2024 (UTC)
- Əleyhinə: təyyarə qəzası ilə əlaqədar mövqeyim dəyişib. Atakhanli (müzakirə) 19:37, 30 dekabr 2024 (UTC)
Lehinə: — Görünüşü pis deyil. Dəstəkləyirəm. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 20:21, 20 dekabr 2024 (UTC)
- Əleyhinə: — Mövqeyimi dəyişirəm. Təyyarə qəzasında dünyasını dəyişənlərin ailəsinə səbr diləyirəm. Allah rəhmət eləsin. Yaralanlara da Allah şəfa versin. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 04:19, 31 dekabr 2024 (UTC)
- Əleyhinə: əvvəlki illərdə də bənzər müzakirələrdə mövqeyim eyni idi. Mən vikipediya loqosunun ancaq vikipediya ilə bağlı məsələlərdə dəyişdirilməsini dəstəkləyirəm.--Unkillable Demon King 21:19, 20 dekabr 2024 (UTC)
- Əleyhinə: dəxlisizdir. --► Hörmətlə: SolaVirum 21:50, 20 dekabr 2024 (UTC)
- Lehinə: 3 günlük, həm də bayram ərəfəsində logo dəyişilsə dünya dağılmaz.--namikilisu 08:58, 21 dekabr 2024 (UTC)
- Lehinə: Gərək, ənənəmizi pozmayaq. Keçən Çillə gecəsi mübarək olsun, bu arada. --Мурад 97 (müzakirə) 10:04, 21 dekabr 2024 (UTC)
- Lehinə: - maraqlı olar --A.Aida88 (müzakirə) 17:27, 21 dekabr 2024 (UTC)
Lehinə: Dəyişdirilməsinin tərəfdarıyam. --Sura Shukurlu (müzakirə) 21:48, 24 dekabr 2024 (UTC)
- Əleyhinə: Məlum təyyarə qəzası və matəm günündən sonra fikrimi dəyişdirdim. --Sura Shukurlu (müzakirə) 19:17, 30 dekabr 2024 (UTC)
- Əleyhinə: indiki vaxtda bunun yeri deyil. — Xeyal (müzakirə) 19:27, 30 dekabr 2024 (UTC)
- imtina edildi.--Turkmen müzakirə 19:52, 30 dekabr 2024 (UTC)
Yeni iliniz mübarək
Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Ümid edirəm Vikipediya bu il də fəaliyyətinə həmişəki kimi davam edər. Qoy bu il heç kim Vikipediya redaktələrinə görə təhqir olunmasın. Yeni ildə bu ilki kimi fürsətcil donosbazların sayında azalma müşahidə etmək ümidi ilə Nemoralis (müzakirə) 18:07, 31 dekabr 2024 (UTC)
- çox sağ ol, sənnən bahəm :D mən də öz adımdan təbrik edirəm icmamızı, səfeh pişiklərlə dolu il arzu edirəm hər birimizə :3 əkrəm. 18:19, 31 dekabr 2024 (UTC)
- Bahəm! — Bikar müzakirə 18:26, 31 dekabr 2024 (UTC)
- Mən də bütün icmanı təbrik edirəm, 2025-ci ildə daha da uğurlu həyat və karyera arzu edirəm. Bu il ötən illəri axtartmasın. Vikipediyamızın daha da inkişaf etməsi diləyi ilə, Ən xoş arzularla, Hörmətlə, Qədir (müzakirə) 16:26, 1 yanvar 2025 (UTC)
BNS ilə bağlı
Salam hamıya. Bir müddət əvvəl bu barədə bəzi digər istifadəçilərlə də söhbətimiz düşdü. Faktiki SNS-də qeyri-ensiklopedik olduğu sübut olunan məqalə ya da ensiklopedik olmayan məqalə nəyə görə bura çıxarılmalıdır? Həm əlavə iş yüküdür, həm də heç bir məntiqi yoxdur. Bura envikidəki kimi dil probleminə görə, texniki silmələr, tərk edilmiş qaralama və digər səhifə növündəki səhifələrin çıxarılmasını təklif edirəm, üzərində işləyən istifadəçi müraciət edəcək və inzibatçılar da məzmunu bərpa edəcək. Dediyim kimi, səhifə bu məqsədə xidmət edəcək. Yoxsa burda belə silinir, orada dəfələrlə başlıq açılır bərpası üçün, özü də əksər hallarda düzəlişlər də edilmir və sadəcə xahişlər əlavə olunur. SNS-də vəziyyətinə görə silinən ensiklopedik məqalələr də eləcə, istifadəçi müraciət edəcək və qaralamada işləyəcək, daha sonra da uyğundursa yayımlanacaq. Fikirləriniz? Hörmətlə, Qədir (müzakirə) 11:06, 14 dekabr 2024 (UTC)
- Salam. Qeyri-ensiklopedik olmayan məqalə birdən dönüb ensiklopedik ola bilir. Məsələn, hansısa şəxsdir, qeyri-ensiklopedik hesab olunub və haqqındakı məqalə azvikidən silinib. 6 ay sonra nəsə mükafat, fəxri ad və s. alıb - ensiklopediklik şərtlərini ödəyib, ona görə də məqaləsi BNS ola bilər.--Sortilegus (müzakirə) 20:02, 14 dekabr 2024 (UTC)
- Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)
- Etiraz yoxdursa, bunu konsensus kimi qəbul etmək istəyirəm, səhifəni başdan tərtib etməyi də öz üzərimə götürürəm. Nəzarətimdə də olacaq. Hörmətlə, Qədir (müzakirə) 18:13, 27 dekabr 2024 (UTC)
- Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)
Ümumi ad dəyişmə
Salam. Bildiyiniz kimi, bizdə əsginas adları rəqəmlə yazılır, hərflə yox. Məsələn, 1 manatlıq əsginas və ya 200 manatlıq əsginas, həmçinin 10000 yenlik əsginas. Təklif edirəm ki, bunları rəqəm yox, hərflə yazaq, yəni ki, "200 manatlıq yox", "İki yüz manatlıq" olmalıdır. Nə düşünürsünüz? Nümunə kimi Bir dollarlıq əsginas (ABŞ) məqaləsini nümunə çəkə bilərəm. --► Hörmətlə: SolaVirum 17:52, 25 dekabr 2024 (UTC)
- Dəstəkləyirəm. Bizdə o vaxt bu məqalələr türk dili bölməsinə əsaslanaraq yaradılırdı. Patriot Kor (müzakirə) 18:01, 26 dekabr 2024 (UTC)
- Bunun Azərbaycan dilinə görə əsaslandırması var? Əgər dil qaydaları bizdən necə tələb edirsə, elə də yazaq. Hörmətlə, Qədir (müzakirə) 18:04, 26 dekabr 2024 (UTC)
- Niyə məhz rəqəmlə yox, hərflə? Səbəbi nədir? Əsaslandırması nədir? Unkillable Demon King 10:09, 2 yanvar 2025 (UTC)
Fərqi yoxdur. İkisi də düzdür. Ancaq, məncə AzVikidə bir standart olmalıdır. Bütün valyutaların əsginasları üçün ya rəqəm, ya da hərf işlətməliyik. --Мурад 97 (müzakirə) 13:09, 2 yanvar 2025 (UTC)
- Mənbələr hər iki cürə də qeyd edir. Qaydalar baxımından hər iki versiya üçün də problem yoxdursa, standart tətbiq edib birini yazmaq olar. Amma əsaslandırması varsa, mənə də maraqlıdı. Bir də, tətbiq etdiyimiz formaya digər formadan istiqamətəndirmələr də vermək olar. Hörmətlə, Qədir (müzakirə) 19:56, 2 yanvar 2025 (UTC)
- Mən ədədin tərəfdarıyam. Çünki əsginasın üstündə də ədədlə yazılır. Düzdür, hərflə də yazırlar, amma əsasən kiçik fontla olur. Əsas vurğulanan ədəd olur. Adicə 100 dolların ön hissəsinə baxırsan, 5 dəfə 100 yazıblar, 100-ü gözə soxurlar. İnsanlar əsginasları adətən ədədə əsasən identifikasiya edirlər, ona görə mənə məntiqli gələn bu variantdır. Ümumiyyətlə, EnVikiyə fikir verdim, Solavirumun dediyi şeyi əsasən dollarla bağlı məqalələrdə tətbiq ediblər. Məsələn, yenlə bağlı məqalələrdə hərf deyil, rəqəmlə veriblər. Unkillable Demon King 20:11, 2 yanvar 2025 (UTC)
Hamıya salam. Belə bir səhifə hazırladım. Qərarları koordinasiya etmək və nəzərdən qaçırmamaq üçün faydalı ola biləcəyini düşünürəm. Mən bura hələlik ağlıma gələn iki istifadəçini əlavə etmişəm, aşkarladıqca əlavələr edəcəyəm, lütfən, siz də bildiyiniz keysləri səhifəyə əlavə edin, xüsusən də köhnə istifadəçilər keçmişdən gələn müddətsiz sanskiya və qadağalar var isə, onları əlavə etsinlər. Səhifə ilə bağlı təklifləriniz də maraqlı olardı. Səhifə ilə bağlı ətraflı şəkildə müzakirə səhifəsində də müzakirə aparmaq olar. Məsələn, müddətsiz bloklanmış istifadəçilər bura əlavə olunmalıdırmı? Yoxsa yeni səhifə açmaq lazımdır? Səhv etmirəmsə, fəaliyyəti nəzarətdə olan istifadəçilər üçün də bir səhifə var idi, indi tapa bilmirəm. Hörmətlə, Qədir (müzakirə) 00:56, 31 dekabr 2024 (UTC)
vector 2022
salammm :3
vector 2022 təzə gələndə səsvermədə iştirak edən istifadəçilərin əksəriyyəti narazılıqlarını bildirdikləri üçün üzlüyün ümumi tətbiqinə başlanıla bilməmişdi. həmin səsvermənin üstündən 2 ildən artıq vaxt keçib və bu gün çooooox az sayda viki qalıb ki, vector 2022-ni defolt kimi qəbul eləməsin. elə-belə bilmək istəyirdim, vikipediyaçılar vector 2022 haqqında bu gün nə düşünür? :3 əkrəm. 15:57, 31 dekabr 2024 (UTC)
- Təbii ki qəbul etməliyik. Cari defolt dizayn çox köhnədir və insanlarda azviki köhnəlmiş saytdır təəssüratı yarada bilər. Həmçinin yeni əlavə olunacaq bir çox funksiya, misal üçün müvəqqəti hesablar köhnə dizaynda işləməyəcək. Onsuz da biz qəbul etməsək 2025-in iyununa kimi Fond tərəfindən məcburi olaraq ediləcək. Nemoralis (müzakirə) 17:52, 31 dekabr 2024 (UTC)
- sorğunu başlatmaqda məqsədim elə o idi — əgər icma üzvlərinin yeni skin haqqındakı rəyləri müsbətdirsə, növbəti addıma — konsensus əldə edilməsi üçün səsverməyə keçə bilək. fond, ümid edirəm, öz icbari qərarlarını saxlayacaq o biri vikilərə, azviki özü konsensusla dəyişikliyi qəbul edəcək :D
- yeri gəlmişkən, bu dizayn mövzusu təkcə vector 22 ilə də bitmir, köhnədən qalan ooui-zadı codex-ə çevirmək lazımdır. "kopoğlunun urusu" ana səhifəsinə codex tətbiq eləyib, məncə, çox da gözəl alınıb. 11-in imtahanlarından sonra çalışacağam, onlara da bir qədər vaxt ayırım :3 əkrəm. 18:17, 31 dekabr 2024 (UTC)
- Onsuz da istəyən yenə köhnə dizaynı nizamlamalardan dəyişməklə istifadə edə biləcək. Uyğunlaşdırma məsələsində isə razıyam. Mən özüm yavaş yavaş ən çox istifadə olunan şablonları tünd rejimə uyğunlaşdırıram. Nemoralis (müzakirə) 18:48, 31 dekabr 2024 (UTC)
- Vector 2022 mənə çox narahat gəlir (bəlkə də yaşla əlaqədardı), vikiyə yeni gələnlərə də çətin gələcək. "Divara dirəniriksə" dəyişək. Ana səhifə ilə bağlı razıyam, ruvikidəki daha səliqəlidi. — Bikar müzakirə 18:30, 31 dekabr 2024 (UTC)
- 22 təzə-təzə elan olunanda özümdə manual dəyişib başlamışdım işlətməyə, haradasa 1 həftə-zad dil selektorunun yerini səhv salırdım, amma sonra öyrəşəndə köhnə vektordan min qat rahat gəlir :3 əkrəm. 18:42, 31 dekabr 2024 (UTC)
- Vector 2022 olduqca yaxşıdır indi. Mən neçə aydır ki, istifadə edirəm. Düzdür, bir neçə texniki problemini görmüşəm, amma müasir və rahatdır. Köhnəfikirli olmamalıyıq, öyrəşəndən sonra rahatdır. Unkillable Demon King 10:08, 2 yanvar 2025 (UTC)
Salam. Məsələnin yenə də ümumi konsensusla həll olunmasının tərəfdarıyam. Yox əgər 2025-in iyununa kimi Fond tərəfindən məcburi olaraq dəyişiləcəksə, o zaman başqa məsələ. Hazırda Ru Vikidə də Köhnə Vektordu (2010), Nemoralis, orda da məcburiyyət olacaq, ya necə, məlumatlısız ?--Nicat49 ⋠müzakirə⋡ 15:01, 2 yanvar 2025 (UTC)
- @Nicat49, phab:T377500. Hər yerdə defolt Vector 2022 olacaq. İstəyən təbii ki, yenə köhnə dizayndan istifadə edə biləcək. Nemoralis (müzakirə) 15:13, 2 yanvar 2025 (UTC)