1 Manatliq Esginas - Wikipedia
Bu məqalə Azərbaycanda istifadə olunan manat haqqındadır. Türkmənistan manatı üçün baxın: 1 manatlıq əsginas (Türkmənistan)
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
1 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 1 manat |
Eni | 120 mm |
Uzunluğu | 70 mm |
Təhlükəsizlik ünsürləri | gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehrli xətlər |
Nəşr illəri | 1992, 1993, 2005, 2009 |
Ön tərəf | |
Dizayn | Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri |
Dizayner | Robert Kalina |
Dizayn tarixi | 2005 |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Qədim Azərbaycan xalçasının naxışları; Azərbaycanın milli ornamentləri |
Dizayner | Robert Kalina |
Dizayn tarixi | 2005 |
Vikianbarda əlaqəli mediafayllar |
1 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir və dövriyyəyə ən çox — 4 dəfə (1992, 1993, 2005 , 2009-cu illərdə) buraxılmış əsginasdır. 1 manat 100 qəpiyə bərabərdir.
Tarixi
redaktə1 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına[1] müvafiq olaraq 15 avqust 1992-ci ildə buraxılmışdır ki, həmin əsginaslardan biri 1 manatlıq əsginas idi. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. 1 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].
-
1992-ci ildə buraxılmış ilk 1 manatlıq əsginasların ön tərəfi
-
1992-ci ildə buraxılmış ilk 1 manatlıq əsginasların arxa tərəfi
1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1 manatlıq əsginaslar da dövriyyədə qaldı.
-
1993-cü ildə buraxılmış 1 manatlıq əsginasların ön tərəfi
-
1993-cü ildə buraxılmış 1 manatlıq əsginasların arxa tərəfi
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992 və 1993-cü illərdə dövriyyəyə buraxılmış 1 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış[6], 2005-ci ildə yeni 1 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 1 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
-
2005-ci ildə buraxılmış 1 manatlıq əsginasların ön tərəfi
-
2005-ci ildə buraxılmış 1 manatlıq əsginasların arxa tərəfi
Pulun yeni dizaynı dünyada ən yeni cərəyanları və "vahid ailə" prinsipi nəzərə alınmaqla hazırlanmışdır[2]. Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın "OeBS" şirkətinin dizayneri, Avro əsginaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir[2].
Mövzusu
redaktəHazırda dövriyyədə olan 1 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar mədəniyyət mövzusuna həsr olunmuşdur[7].
Təsviri
redaktəİlk 1 manatlıq əsginas sadə dizayna malik olmuş[8], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[8].
İkinci 1 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır[8]. Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir[8]. Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir[8].
Ağ kağızda, əsas rəngi boz olmaqla 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların ön tərəfində Azərbaycanın milli musiqi alətlərinin – muğam üçlüyündə istifadə olunan tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir[7].
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da bu əsginasların ön tərəfdədir.
18 sentyabr 2023-cü il tarixindən Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları dövriyyəyə buraxılıb.[9]
Bu əsginasların arxa fonunda isə qədim Azərbaycan xalçasının naxışları vardır[7]. Həmçinin əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir[7].
Son iki əsginasın əsas fərqi belədir: 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2009 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır. 2009-cu ildə bu əsginasların yenidən buraxılmasının əsas səbəbi elə həmin il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər olmuşdur. Belə ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə bağlı olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir[10]. Hansı ki, bu Azərbaycan Milli Bankının adının dəyişdirilərək Azərbaycan Mərkəzi Bankı adlandırılması deməkdir.
Ölçüləri
redaktəİlk iki 1 manatlıq əsginasların ölçüləri 125×63 mm idi[11].
2005 və 2009-cu illərdə dövriyyəyə buraxılmış 1 manatlıq əsginasların ölçüləri isə 120×70 mm-dir[7].
Mühafizə elementləri
redaktəSaxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 1 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[12].
2005 və 2009-cu illərdə çap olunmuş yeni nəsil pul nişanlarının texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə, mühafizə sistemi də xüsusi "mühafizə fəlsəfəsinə" uyğun həmin bank ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır[2]. Bu pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilmiş, həm istehsal, həm də istehsaldan sonra əsginasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılmışdır[2]. Bu əsginasların üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır[7].
Yeni nəsil əsginaslar 4 pilləli mühafizə sisteminə malikdir[2]:
- 1-ci dərəcəli mühafizə sistemi xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən;
- 2-ci dərəcəli mühafizə sistemi ticarət müəssisələri tərəfindən sadə cihazlarla;
- 3-cü dərəcəli mühafizə sistemi banklar tərəfindən xüsusi avadanlıqlarla;
- 4-cü dərəcəli mühafizə sistemi yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir.
Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir[2].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Arxivləşdirilib 2018-12-31 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli, 48 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011 (az.)
- ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016 (az.)
- ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
- ↑ 1 2 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012 (az.)
- ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 5 6 Dövriyyədə olan əskinaslar — AZN Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine. cbar.az (az.)
- ↑ 1 2 3 4 5 Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com (az.)
- ↑ "Azərbaycanda pul nişanlarının üzərində yeni imza - FOTO". Oxu.Az (az.). 2023-09-18. 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə" Arxivləşdirilib 2021-07-12 at the Wayback Machine Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli, 19/86 nömrəli Qərarı ("Azərbaycan" qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 03, maddə 158)
- ↑ Dövriyyədən çıxarılmış əskinaslar — AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az (az.)
- ↑ Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az (az.)