Vikipediya Heftenin Yaxsi Meqalesi Dekabr 2016 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 49. Həftə
Gürcü yazıları — gürcü dilində yazmaq üçün istifadə olunan üç yazı sistemidir: Asomtavruli, Nusxuri və Mxedruli. Hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.
Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərdfən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan filləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf və də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur. Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 50. Həftə
Tenqriçilik — Göy Tanrı dini — Türk və monqolların indiki inanc sistemindən öncəki dinidir. Tanrıya ibadət etməklə yanaşı Animizm, Şamanizm və Totemizm bu inancın əsas xəttini təşkil edir. Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş şəklidir. Orxon abidələrində ilk oxunan sözdür və yazılışı "" şəklindədir.
Bu inanca görə Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken və insanları qoruyan atalarının ruhları arasında güvəndə hiss edib, onlara və digər təbiət ruhlarına dua edərdilər. Böyük dağların, ağacların və bəzi göllərin güclü ruhları özündə saxladığına inanılaraq dualar bəzən bu cismlərə edilsə də, onlar tanrı olaraq qəbul edilmirdi. Sadəcə onun yerdəki varlığının göstəricisi idi. Göyün və yeraltının yeddi qatı olduğuna və hər qatda çeşidli ruhların mövcud olduğuna inanılırdı. İnsanlar təbiətə, ruhlara və digər insanlara hörmət bəsləyib müəyyən qanunlara riayət edərək dünyalarını tarazlıqda saxlamaları ilə fərdi güclərinin özünün zirvəsinə çatıb xaricə əks olunduğuna inanırdılar. Əgər bu tarazlıq pis ruhların hücumu və ya bir fəlakət səbəbindən pozulardısa bir şamanın köməyi ya da Tanrıya verilən qurban ilə yenidən nizamlanırdı. Bu inancın qalıqlarına monqollarda və hələ də təbiətə bağlı, köçəri həyat tərzi yaşayan bəzi türk xalqlarında rast gəlmək mümkündür. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 51. Həftə
Kuk adaları mədəniyyəti — (ing. Culture of the Cook Islands) — Sakit okeanda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adalarının mədəniyyəti. Kuk adaları Yeni Zelandiyanın müstəmləkəsidir. Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib.
Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir. Reqbi və boulinq Kuk adalarında ən məşhur idman növləridir. Kuk adalarında 1986-cı reqbi üzrə Sakit Okean Kuboku, 1998-ci ildə futbol üzrə Polineziya Kuboku yarışları keçirilib. Kuk adalarının parlament orqanı Ariki Evi adlanır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 52. Həftə
Teddi Riner — (fr. Teddy Pierre-Marie Riner; 7 aprel 1989) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Fransalı cüdoçu. İkiqat olimpiya, səkkizqat dünya, beşqat Avropa və dəfələrlə Fransa çempionu. Cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançı. O, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa bayrağını daşıyıb.
Riner cüdo aləmi üçün unikal sayıla biləcək nəticəyə malikdir. Belə ki, o, bu günədək peşəkar səviyyədə yalnız iki dəfə: 15 avqust 2008-ci ildə Pekin Olimpiadasının yarımfinalında Özbəkistanlı Abdulla Tanqriyevə və 13 sentyabr 2010-cu ildə Tokio mundialının finalında yerli Dayki Kamikavaya məğlub olub. 2010-cu ildən tatamidə məğlubiyyətlə qarşılaşmayıb. Teddi Riner 7 aprel 1989-cu ildə Qvadelupa adasının Puent-a-Pitr şəhərinin yaxınlığında yerləşən Lez-Abim kommunasında doğulub. Onun doğumundan az sonra ailəsi Parisə, XVIII dairədə yerləşən La-Şapel məhəlləsinə köçüb. 5 yaşında olarkən valideynləri onu XV dairədə yerləşən "Akvabulvar" (fr. Aquaboulevard) idman klubuna yazdırıblar. |
bax – müzakirə et – redaktə et – tarixçə