Vikipediya Heftenin Yaxsi Meqalesi 51 Hefte 2016 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/51._Həftə_2016 - Haqqında Məlumat
Kuk adaları mədəniyyəti — (ing. Culture of the Cook Islands) — Sakit okeanda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adalarının mədəniyyəti. Kuk adaları Yeni Zelandiyanın müstəmləkəsidir. Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib.
Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir. Reqbi və boulinq Kuk adalarında ən məşhur idman növləridir. Kuk adalarında 1986-cı reqbi üzrə Sakit Okean Kuboku, 1998-ci ildə futbol üzrə Polineziya Kuboku yarışları keçirilib. Kuk adalarının parlament orqanı Ariki Evi adlanır. |