Vikipediya Heftenin Yaxsi Meqalesi 40 Hefte 2016 - Wikipedia
Vrangel — Rusiyaya məxsus olan, Şimal Buzlu okeanında, Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında yerləşən ada. Ada rus dənizçisi və dövlət xadimi, XIX əsrdə yaşamış Ferdinand Pyotr Vrangelin şərəfinə аdlandırılmışdır.
Vrangel şərq və qərb yarımkürələrinin qovuşduğu yerdə yerləşir və 180-ci meridianla təxminən iki bərabər hissəyə bölünür. Ada Çukot yarımadasından Lonq boğazı vastəsi ilə ayrılır. Boğazın ən dar yerində məsafə 140 km təşkil edir. Herald adasından 60 km qərbdə yerləşir. Ada inzibati cəhətdən Çukotka Muxtar Dairəsinin İultinski rayonuna daxildir. Vrangel adasının ərazisində eyni adlı qoruq yaradılmışdır. Vrangel adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Arxeoloji qazıntılar zamanı adada yaşayış məntəqələrinin qalıqları aşkarlanmışdır. Adanın ilk əhalisi Paleoeskimoslar olmuşlar və orada ov etmişlər. Burada ilk yaşayış 1750 il b.e. əvvələ aiddir. Paleoeskimosların daimi dayanacaq yeri Çyortov ovraq adlı ərazidə aşkarlanmışdır. Rusların ada yaxınlıqlarından keçməsi hələ XVII əsrin əvvəllərində baş verməsinə baxmayaraq, adanın xəritəyə salınması 200 il sonraya aiddir. |