Iultinski Rayonu - Wikipedia
İultinski rayonu — Rusiyanın Çukot Muxtar Dairəsinə daxil olan inzibai rayon.
İultinski rayonu | |
---|---|
66°40′ şm. e. 179°00′ q. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1953 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəİultinski rayonu Çukot Muxtar Dairəsinin şimal-şərqində yerləşir. Şimaldan Çukot və Şərqi Sibir dənizləri onun sahillərini yuyur.
Bu ərazinin özünə məxsusluğu ondadır ki, ərazi qütb en dairəsi daxilində, üstəlik 180-ci meridianda yeeləşir. Ərazinin bir hissəsi şərqdə, bir hissəsi isə qərb yarımkürrəsində yerləşir.
Təbiəti
redaktəRayonun ərazisindən Oxot-Çukot vulkanik xətti keçir. Bu ərazilərfə volfram və qalay kifayət qədər zəngindir. Üstəlik kömür olan ərazilər vardır.
Təbiəti elədə rəngarəng deyildir. Ərazi əsasən dağ tundrası və Arktik zonalardan ibarətdir. Rayonun ən zəngin əraziləri əsasən Amquema çayı hövzəsi gözəl dağ mənzərələri və dağ gölləri ilə seçilir. Rayonun ərazisinə daxil olan Vrangel adası UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.
Faydalı qazıntılar
redaktəİultinski rayonu faydalı qazıntılarla zəngindir
Faydalı qazıntılar | Ümumi ehtiyat, t. | İstifadəsi |
---|---|---|
Qalay | 95000 | 1992 ildən |
Voolfram | 150000 | 1992 ildən |
Qızıl | 210 | hazırlıq işləri gedir |
Mobilden | 40000 | ehtiyat |
Gümüş | 2000 | ehtiyat |
Sürmə | 31000 | ehtiyat |
Sinq | 3100000 | ehtiyat |
Civə | ? | 1978 ildən |
Üstəlik ərazidə qonur kömür, tikinti daşı, gil ehtiyatları vardır. Qaz və neft ehtiyatlarının olması ehtimal edilir.
Tarixi
redaktə1953-cü ilin 2 dekabrında RSFSR-nın qərarı ilə Xabarovsk diyarının tərkibində rayonların yaradılması haqqında qərara əsasən təşkil edilmişdir. Rayonun mərkəzi Eqvekinot qəsəbəsidir.
1953-cü ili 3 dekabrında növbəti qərarla Maqadan vilayətinin təşkil olması ilə rayon Çukot Muxtar Diyarının tərkibində Maqadan vilayətinə daxil edilir.
1973-cü ilin 27 dekabr qərarı ilə İultinski rayonu yeni təşkil olunmuş Şmidtov rayonunun tərkibinə qatılır. 30 may 2008 ildə Çukot Muxtar Diyarının № 40 qərarı ilə hər iki rayon Şərq rayonu adı ilə bir inzibati mərkəzdə birləşdirilir.
18 noyabr 2008 ildə № 146 qərarla Şərq rayonu yenidən İultinski rayonu adlandırılır.
1 yanvar 2010 il məlumatına əsasən inzibati cəhətdən rayon 8 bölgəyə ayrılır: İki şəhər tipli qəsəbə :Eqvenikot və Şmidt burnu; altı kənd: Amquema, Vankarem, Konerqino, Nutepelmen, Rırkaypiy, Uelkal.
Billinq əvvələr Şmidt rayonuna daxil edilsədə sonradan 2009-cu ildən Çaun rayonuna daxil edilmişdir[4].
oktyabr 2010 ildə Nutepelmen kəndi İultinski rayonunun ərazisinə daxil edilir[5].
Nəqliyyat
redaktəYerli əhəmiyyətli avtomobil yolunun uzunluğu 415 km təşkil edir. Rayonun əsas arteriya damarı il boyu açıq olan İultin-Eqvekinot avtomobil yoludur. Digər yollar isə mövsümü yollar hesab edilir. Əsas dəniz limanları Eqvekinot və Şmidt burnu limanlarıdır.
Digər rayonlar və ölkənin başqa bölgələr ilə əlaqə xüsusi ilə sərnişin daşımada hava nəqliyyatı ilə əlaqə yaradılır.
Rayonda dəmiryolu nəqliyyatı yoxdur. Rayonun əsas gəlir sahəsi maralçılıq, balıqçılıq və hasilat sənayesi vastəsi ilə əldə olunur.
Mətbuatı
redaktəRayonun gündəlik qəzeti "Zaliv Kresta"dir (1994 ilə qədər. — "Qornyak Zapolyarnıy"), qəzet rayonun rəmi mətbu orqanıdır[6].
İstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Численность населения Чукотского автономного округа по городским округам и муниципальным районам на 1 января 2023 года и в среднем за 2022 год (с учётом итогов ВПН-2020).
- ↑ Министерство Юстиции РФ [ölü keçid] — Закон Чукотского автономного округа от 15.12.2009 № 160-ОЗ "О внесении изменений в некоторые законодательные акты Чукотского автономного округа, регулирующие отношения в сфере местного самоуправления"
- ↑ Закон Чукотского автономного округа от 20 октября 2010 г. № 85-ОЗ Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine "Об упразднении сельского поселения Нутэпэльмен Иультинского муниципального района Чукотского автономного округа и о внесении изменений в отдельные законодательные акты Чукотского автономного округа"
- ↑ "Реестр печатных СМИ России". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
Mənbə
redaktə- İultinski rayonunun rəsmi saytı Arxivləşdirilib 2013-04-08 at the Wayback Machine
- Официальный сайт муниципального образования.
- Форум жителей посёлков Иультинского района.
- О районе на сайте Чукотизбиркома. Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine
- Muzey mərkəzi "Naslediye Çuketki" Arxivləşdirilib 2017-05-25 at the Wayback Machine