Vikipediya Heftenin Yaxsi Meqalesi 22 Hefte 2019 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/22._Həftə_2019 - Haqqında Məlumat
Fallout Shelter — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya video oyunu. "Fallout" video oyun seriyasınının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması və son olaraq 7 fevral 2017-ci ildə Xbox One platforması üçün buraxılmışdır. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.
Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas qeympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikro-ödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikro-ödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır. |