Behaviour Interactive - Wikipedia
Behaviour Interactive (fr. Behaviour Intéractif Inc.) — videooyunlarının inkişafında ixtisaslaşan müstəqil Kanada şirkəti. 1992-ci ildə təsis edilən şirkətin baş qərargah Kanadanın Monreal şəhərində yerləşir. Şirkətin Çilinin Santyaqo şəhərində bir filialı var.
Behaviour Interactive Inc. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Özəl şirkət |
Sənaye | Kompüter oyunları sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 1992 ) |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 375 (2014) |
Rəhbərlik | |
Təsisçi | Remi Rasin |
bhvr.com |
Tarix
redaktəŞirkət "Megatoon Entertainment Group" adıyla Remi Rasin tərəfindən 1992-ci ildə Kvebek şəhərində təsis edilmişdir.[1][2] 1994-cü ildə Rasin, CD-ROM üçün interaktiv əyləncə proqram təminatları üzrə ixtisaslaşan Monreal-əsaslı "Multimedia Interactive" (MMI) şirkətinin təsisçilərindən biri olmuşdur.[3] 1996-cı ildə şirkətlərin ikisi də, "Malofilm Communications" şirkətinə satılmış, 1997-ci ildə isə "Behaviour Interactive" adı altında birləşmişdilər.[3] 1999-cu ildə Rasin və bir neçə səhmdar studiyanı geri almış, 2000-ci ildə isə adını "Artificial Mind & Movement Inc." (A2M) qoymuşdular.[1][3] 2008-ci ilin noyabr ayında şirkət Santyaqo-əsaslı "Wanako Games" studiyasını "Activision Blizzard"dan almışdır.[4] 2010-cu ildə şirkət adını yenidən "Behaviour Interactive" olaraq dəyişmişdir.[1]
Qalmaqal
redaktə21 iyun 2018-ci ildə "Bethesda Softworks" şirkəti "Behaviour Interactive" studiyasını və "Warner Bros." şirkətini müəllif hüquqları və müqavilə pozuntusu iddialarına görə məhkəməyə vermişdir.[5] "Bethesda" bu şirkətlərin vaxtilə "Behaviour Interactive"in hazırladığı "Fallout Shelter" videooyununun buraxılış-əvvəli kodundan əsaslanaraq "Qərb dünyası"-mövzulu bir videooyunu buraxdıqlarını iddia etmişdir. Bu müəllif hüquqlarının pozuntusuna oyunun qeympleyi, animasiyaları və interfeys dizaynı kimi amillərinin "Fallout Shelter"dəki ekvivalentlərinə çox bənzəməsi daxildir.[6]
15 yanvar 2019-cu ildə "Westworld" applikasiyası Google Play və App Store onlayn satış platformalarından çıxarılmışdır. Oyun daxilində verilən açıqlamada oyunçuların oyunu ləğv edilənə qədər, yəni 16 aprel 2019-cu ilə qədər oynaya biləcəkləri bildirilmişdir.[7]
Məhsullar
redaktəArtificial Mind & Movement
redaktəBehaviour Interactive
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Qrant, Kristofer. "Artificial Mind and Movement rebrands; (re)introducing Behaviour Interactive". Joystiq. 19 aprel 2018. October 14, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2014.
- ↑ "Gamasutra Jobs - Behaviour Interactive". Gamasutra. 2018-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2014.
- ↑ 1 2 3 "Our History". Behaviour Interactive inc. 1 sentyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2018.
- ↑ A2M. "A2M Acquires Chilean Developer Wanako Games". Bloomberg. 19 aprel 2018. 2015-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2014.
- ↑ Makuertor, Maykl. "Bethesda sues Warner Bros, calls its Westworld game 'blatant rip-off' of Fallout Shelter date=22 iyun 2018". Polygon. 24 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2018. (#missing_pipe)
- ↑ COMPLAINT FOR BREACH OF CONTRACT, INDUCEMENT TO BREACH OF CONTRACT, COPYRIGHT INFRINGEMENT, MISAPPROPRIATION OF TRADE SECRETS, AND UNFAIR COMPETITION (PDF) (ingilis), Rokvil, Merilend: Bethesda Softworks, 2018, 2018-06-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-06-24
- ↑ Aleksandr, Culiya. "Westworld mobile game is shutting down following lawsuit settlement". www.theverge.com. The Verge. 16 yanvar 2019. 17 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
Xarici keçidlər
redaktə- bhvr.com — "Behavious Interactive"in rəsmi saytı