Vikipediya Heftenin Secilmis Siyahisi Yanvar 2020 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — Zlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.
2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
UEFA Superkuboku oyunlarının siyahısı — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.
Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Asiya ölkələrinin siyahısı — Asiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.
Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır. Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük Britaniya və Birləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir:
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.
Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir. Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. |
bax – müzakirə et – redaktə et – tarixçə