Vikipediya Heftenin Secilmis Siyahisi Sentyabr 2023 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
"Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilən "Heydər Əliyev" ordeni Azərbaycanın ən ali dövlət təltifi hesab olunur. 2005-ci ildən bu tərəfə 26 nəfər bu ordenlə təltif edilib.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib.
Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər. Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Böyük Moğol imperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.
Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.Onlardan 49 nəfərinə sağlığında, 34 nəfərinə isə ölümündən sonra. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri general-leytenant, 3 nəfəri general-mayor, 10 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 18 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir. |
bax – müzakirə et – redaktə et – tarixçə