Vikipediya Heftenin Secilmis Siyahisi Noyabr 2017 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 45. Həftə
Nürnberq prosesində təqsirləndirilən şəxslərin siyahısı — Bu siyahıda Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək təqsirləndirilən şəxs qismində beynəlxalq hərbi tribunal qarşısında dayanmış Üçüncü Reyxin ali dövlət və hərbi xadimləri göstərilib. Hələ 1942-ci ildə SSRİ nasist cinayətkarlarını mühakimə etmək üçün hərbi tribunal yaradılması barədə fikir bildirmişdi. Stalin bir neçə dəfə bildirmişdi ki, İkinci dünya müharibəsinə səbəb olan şəxslər beynəlxalq məhkəmədə əməllərinə görə cavab verməlidirlər.
Çörçill düşünürdü ki, əsas hərbi cinayətkarları əsir götürən kimi edam etmək lazımdır. Ruzvelt isə hesab edirdi ki, prosedur çox hüquqi olmamalı və məhkəməyə müxbirlər və fotoqraflar buraxılmamalıdır. İkinci dünya müharibəsində qalib gələn dövlətlər 1945-ci ilin iyun-avqust aylarında keçirilən London konfransında beynəlxalq hərbi tribunalın yaradılması barədə razılığa gəldilər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 46. Həftə
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı — Nickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.
Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens). |
bax – müzakirə et – redaktə et – tarixçə
- 47. Həftə
ABŞ milli parklarının siyahısı — ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir.
Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 48. Həftə
[[Şəkil:|left|150px]] Premyer Liqa Qızıl Butsu — İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır.
Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir. Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. |
bax – müzakirə et – redaktə et – tarixçə