Vikipediya Heftenin Secilmis Siyahisi Aprel 2023 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
İran azərbaycanlılarının siyahısı — İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15 - 35 milyondur. Bu isə İran əhalisinin 18% - 50%-ni təşkil edir.
Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər. Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.Onlardan 49 nəfərinə sağlığında, 34 nəfərinə isə ölümündən sonra. Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2 nəfəri general-leytenant, 3 nəfəri general-mayor, 10 nəfəri polkovnik, 1 nəfəri 1-ci dərəcəli kapitan, 13 nəfəri polkovnik-leytenant, 18 nəfəri mayor, 13 nəfəri kapitan, 6 nəfəri baş leytenant, 6 nəfəri baş gizir, 2 nəfəri gizir, 5 nəfəri kiçik gizir, 1 nəfəri kiçik miçman, 3 nəfəri isə əsgərdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
"İstiqlal" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsdiq edilən və 06.12.1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992-2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub. 2005-ci ildən bu tərəfə 70 nəfər bu ordenlə təltif edilib.
"İstiqlal" ordeni ilə təltif edilən 70 nəfərdən 61 nəfəri Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı — UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı.
1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə