Vikipediya Heftenin Secilmis Siyahisi Aprel 2018 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 14. Həftə
ABŞ milli parklarının siyahısı — ABŞ-da yerləşən 59 milli parka verilən ümumi ad.
ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu. Qanunda hədəf belə açıqlanmışdır: "Milli parklardakı təbii mənzərələr və təbii dekorasiya ilə tarixi və təbii ünsürlərin qorunması. Parkların idarəetməsinin hazırda insanların həzz alması üçün təşkili. Müasir dövrümüzdə bu idarəetmə elə bir üsulda və elə bir şəkildə olmalıdır ki, gələcək nəsillər eyni şəkildə milli parkdan həzz alsınlar." Müasir dövrümüzdə milli park adı ilə qorunan parkların çoxu ABŞ Konqresinin qanunu ilə qurulmuşdan qabaq xüsusi qanunla ABŞ prezidentinin təsdiqi ilə Milli Abidə statusu alaraq federal hökumətin qorunmasına alınmışdılar. Ən son milli park statusu almış park Pinnakles Milli Parkıdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 15. Həftə
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 16. Həftə
Asiya ölkələrinin siyahısı — Asiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.
Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır. Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, Monqolustan və Misir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 17. Həftə
Kventin Tarantinonun filmoqrafiyası — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi.
1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib. Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub. 1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. |
bax – müzakirə et – redaktə et – tarixçə