Vikipediya Heftenin Secilmis Siyahisi 9 Hefte 2018 - Wikipedia
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr — Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda cəmi 10 yazılı başdaşı və cəmi bir digər təyinatlı epiqrafik abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. Qəbiristanlıqdakı digər bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir: Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Yalnız ehtimal edilir ki, qəbiristanlıqdakı oxunmamış başdaşı Məhəmmədhəsən xanın başdaşısı ola bilər. |