Vikipediya Heftenin Secilmis Siyahisi 14 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_siyahısı/14._Həftə_2020 - Haqqında Məlumat
Bakının görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır.
Ümumi məlumat olaraq qeyd etmək lazımdır ki, sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. |