Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2023 Oktyabr - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yaratdığım eyni adlı məqalə silinməyə namizəd məqalələr siyahısına salınmış, müzakirə edilmiş və səsvermə təşkil edilmişdir. Məqalənin silinməsinə 1 nəfər, saxlanılmasına 3 nəfər, digər məqalələrlə birləşdirilməsinə isə 3 nəfər səs vermişdir. Baxmayaraq ki, məqalənin saxlanılmasına və birləşdirilməsinə bərabər sayda səs verilmişdir, məqalə çox ixtisar olunaraq ADA Universiteti məqləsi ilə birləşdirilmişdir.
Bu təhsil müəssisəsi ADA Universitetinə tabe olsa da, yerləşdiyi region üçün mühüm əhəmiyyətə malikdir, müəssisə ensiklopedik əhəmiyyətə malikdir. AzViki-də digər universitetlərin regionlarda yerləşən filiallarına həsr olunuş xeyli məqalələr var. Məsələn: Bakı Dövlət Universitetinin Qazax filialı , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı , Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı , Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı , Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı və s. Əgər bu struktur tam müstəqil olmadığına görə ona həsr olunmuş məqalə silinibsə, onda digər universitetlərin də, regionlarda yerləşən struktur/filiallarına dair məqalələr də silinməlidir.
Region üçün əhəmiyyətinə, ümumölkə miqyasında işlər həyata keçirməsinə, internetdə ona dair axtarış verərkən yüzlərlə nəticələr çıxmasına, həmçinin digər universitetlərin də, regionlarda yerləşən strukturlarına/filiallarına dair məqalələr olmasına əsaslanaraq xahiş edirəm ki, məqalə bərpa olunsun. Mardan Alizada (müzakirə) 15:04, 9 oktyabr 2023 (UTC)
- Silinsin: Grenzsoldat 15:11, 9 oktyabr 2023 (UTC)
- Nə üçün silinməyini istəyirsiz? O zaman digər universitetlərin də, regional filiallarının səhifəlıri silinməli deyilmi? Mardan Alizada (müzakirə) 17:09, 9 oktyabr 2023 (UTC)
- @Burocan fikirləriniz maraqlıdır. Atakhanli (müzakirə) 21:31, 9 oktyabr 2023 (UTC)
- @Atakhanli, məncə əsas məqalənin tərkib hissəsi olaraq qalmalıdır, indiki halda. Burocan (müzakirə) 23:51, 13 oktyabr 2023 (UTC)
- @Burocan Axı, qısa və genişləndirilməsi mümkün olmayan məqalələr daha böyük məqalələrə və ya siyahılara birləşdirilə bilər. Birləşdirilmiş məqalə normal həcmdədir və ən müxtəlif rəsmi mənbələrdən istinadları var idi. Heç ADA Universitetinin öz məqaləsi belə intensiv yenilənmirdi. Mardan Alizada (müzakirə) 13:38, 14 oktyabr 2023 (UTC)
- @Mardan Alizada, bəli, qeyd etdiyiniz filial məqalələri də filialı olduqları universitet məqalələrinə birləşdirilməlidir əslində. samral müzakirə 19:55, 25 noyabr 2023 (UTC)
- @Samral bəy, ADA Qazax Mərkəzi digər universitetlərin filiallarından daha çox işlər görür, yerli və beynəlxalq layihələr həyata keçirir, Borçalıda yaşayan soydaşlarımız üçün bir sıra tədbirlər həyata keçirir. Məqaləni də, ətraflı yazıb, rəsmi mənbələrdən istinadlar yerləşdirmişdim, tez-tez yeniləyirdim. Eyni kateqoriyada olan və uzun müddət səhifləri yenilənməyən, həm də əhəmiyyətli layihələr həyata keçirməyən (ən azı mətbuatda işıqlandırılmayan) universitet filiallarının məqalələri dura-dura bu məqalənin silinməsi təəccüblü oldu. Əgər yazdığım 3 məqalədən 2-si silinməsəydi (başa düşürəm ki, silinən digər məqaləm xeyli dəyişdirilməli idi və bunu etməyi planlaşdırırdım), xarici universitetlər, tarix, tarixi şəxsiyyətlərin bioqrafiyaları, şəcərələri barədə məqalələr yazmaq niyyətində idim (əlbəttə tez-tez olmasa da). Mardan Alizada (müzakirə) 16:57, 27 noyabr 2023 (UTC)
- @Mardan Alizada, o zaman adminlərdən biri (rəy bildirib deyə @Atakhanlinın adını teq edirəm) bu məqaləni qaralama ad fəzasında bərpa etsin, daha rahat müzakirə edib, daha dəqiq rəy bildirək inşallah. samral müzakirə 19:22, 27 noyabr 2023 (UTC)
- Təşəkkür edirəm, @Samral bəy! Mardan Alizada (müzakirə) 10:31, 28 noyabr 2023 (UTC)
- @Samral salam bəy. digər həmkarımız həmin məqaləni ADA Universiteti məqaləsinə köçürdüb. buyurun. Atakhanli (müzakirə) 10:36, 28 noyabr 2023 (UTC)
- @Atakhanli, @Mardan Alizada yuxarıda qeyd etmişdi ki, çox müxtəsər şəkildə köçürülüb. Ona görə dedim müzakirə edilən məqalə müvəqqəti olaraq qaralama ad fəzasında bərpa olunsaydı daha rahat müzakirə edilərdi bərpası. samral müzakirə 11:22, 28 noyabr 2023 (UTC)
- həmin versiyanı bərpa etdim Atakhanli (müzakirə) 11:24, 28 noyabr 2023 (UTC)
- @Atakhanli, @Mardan Alizada yuxarıda qeyd etmişdi ki, çox müxtəsər şəkildə köçürülüb. Ona görə dedim müzakirə edilən məqalə müvəqqəti olaraq qaralama ad fəzasında bərpa olunsaydı daha rahat müzakirə edilərdi bərpası. samral müzakirə 11:22, 28 noyabr 2023 (UTC)
- @Mardan Alizada, o zaman adminlərdən biri (rəy bildirib deyə @Atakhanlinın adını teq edirəm) bu məqaləni qaralama ad fəzasında bərpa etsin, daha rahat müzakirə edib, daha dəqiq rəy bildirək inşallah. samral müzakirə 19:22, 27 noyabr 2023 (UTC)
- @Samral bəy, ADA Qazax Mərkəzi digər universitetlərin filiallarından daha çox işlər görür, yerli və beynəlxalq layihələr həyata keçirir, Borçalıda yaşayan soydaşlarımız üçün bir sıra tədbirlər həyata keçirir. Məqaləni də, ətraflı yazıb, rəsmi mənbələrdən istinadlar yerləşdirmişdim, tez-tez yeniləyirdim. Eyni kateqoriyada olan və uzun müddət səhifləri yenilənməyən, həm də əhəmiyyətli layihələr həyata keçirməyən (ən azı mətbuatda işıqlandırılmayan) universitet filiallarının məqalələri dura-dura bu məqalənin silinməsi təəccüblü oldu. Əgər yazdığım 3 məqalədən 2-si silinməsəydi (başa düşürəm ki, silinən digər məqaləm xeyli dəyişdirilməli idi və bunu etməyi planlaşdırırdım), xarici universitetlər, tarix, tarixi şəxsiyyətlərin bioqrafiyaları, şəcərələri barədə məqalələr yazmaq niyyətində idim (əlbəttə tez-tez olmasa da). Mardan Alizada (müzakirə) 16:57, 27 noyabr 2023 (UTC)
- @Mardan Alizada, bəli, qeyd etdiyiniz filial məqalələri də filialı olduqları universitet məqalələrinə birləşdirilməlidir əslində. samral müzakirə 19:55, 25 noyabr 2023 (UTC)
- @Burocan Axı, qısa və genişləndirilməsi mümkün olmayan məqalələr daha böyük məqalələrə və ya siyahılara birləşdirilə bilər. Birləşdirilmiş məqalə normal həcmdədir və ən müxtəlif rəsmi mənbələrdən istinadları var idi. Heç ADA Universitetinin öz məqaləsi belə intensiv yenilənmirdi. Mardan Alizada (müzakirə) 13:38, 14 oktyabr 2023 (UTC)
- @Atakhanli, məncə əsas məqalənin tərkib hissəsi olaraq qalmalıdır, indiki halda. Burocan (müzakirə) 23:51, 13 oktyabr 2023 (UTC)
- @Burocan fikirləriniz maraqlıdır. Atakhanli (müzakirə) 21:31, 9 oktyabr 2023 (UTC)
- Nə üçün silinməyini istəyirsiz? O zaman digər universitetlərin də, regional filiallarının səhifəlıri silinməli deyilmi? Mardan Alizada (müzakirə) 17:09, 9 oktyabr 2023 (UTC)
Əleyhinə: Bu mərkəz hələ yeni fəaliyyətə başlayıb. Hazırda məqalə sadəcə reklam xarakterlidir, çünki hələ məzunları olmayan bir təhsil müəssisəsi hansı göstəriciyə görə ensiklopedikdir? Binasının qədim olması, yaxud hansısa başqa müəssisənin bazasında yaradılmış olması, avtomatik olaraq bu təhsil müsəssisəsini ensiklopedik etmir. Vikipediya "Yellow pages" deyil ki, hər müəssisə özü haqda məlumat yerləşdirsin. Təhsil müəssisəsinin gərək əvvəlcə məzunları hansısa böyük nailiyyətləri olan şəxslər olsun ki, həmin şəxslərin məqaləsində bu müəssisəyə istinad olsun və bu göstərici əsasında da məqalə yaratmağa əsas yaransın. Bəlkə 3-5 ildən sonra ensiklopedik olacaq, amma hazırda deyil.--Wertuose (müzakirə) 08:06, 29 noyabr 2023 (UTC)
- Salam, hörmətli @Wertuose. Münasibət bildirdiyiniz üçün sizə təşəkkür edirəm. AzViki-də hər hansı təhsil müəssisəsinin ensiklopedik olması üçün meyarlar müəyyən olunubmu? Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı 2016-cı ildə təsis olunub, təsis olunduğu ildə də, Vikipediya səhifəsi yaradılıb. Lakin yaradılan kimi məzunu yox idi, bununla belə bu filialın, həmçinin ona bənzər filialların səhifələri yaradılıb sonra isə onların ensiklopedikliyi şübhə altına alınıb silinmədi. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı da, Azərbaycan Müəllimlər İnstitunun bazasında yaradılması o və onun kimi müəssisələri ensiklopedik edirmi? Əgər edirsə, bu ADA Qazax Mərkəzinə də, şamil olunmalı və səhifəsi bərpa olunmalıdır. Əgər etmirsə, bu kimi səhifələrin hamısı silinməlidir.
- Məqalə isə heç bir halda reklam xarakterli hesab olunmamalıdr. Çünki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytında belə bu müəssisəni ziyarət etməsi barədə məlumat var. Buradan oxuya bilərsiz: İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. "Google"-da axtarn zaman bu mərkəz haqqında xeyli rəsmi mənbədən axtarış nəticələri çıxır. Buradan baxa bilərsiz: ADA Qazax Mərkəzi "Google"-da.
- Yazdığım məqalədə ən müxtəlif mənbələrdən, o cümlədən rəsmi mənbəlrdən istinad var. Mərkəzdə bu il iki magistr ixtisası üzrə məzunların buraxılışı olacaq. Nəzərə alın ki, heç bir univeristet filialında magistr proqramları tədris olunmur, olunsa belə bu müəssisənin fəaliyyətinin əhəmiyyətini azlatmır.
- Yuxarıda, həmçinin sizə yazdığım bu cavabda gösərdiyim arqumentləri nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Mardan Alizada (müzakirə) 19:13, 1 yanvar 2024 (UTC)
- @Wertuose ilə razıyam. @Mardan Alizada qeyd etdiyiniz filial məqalələrinin əksəriyyəti filialı olduqları universitetlərin məqalələrinə birləşdirilməlidir. samral müzakirə 01:09, 28 yanvar 2024 (UTC)
Yekunlaşdırma: Bərpa olunmamasına qərar verildi. Nemoralis (müzakirə) 07:04, 7 mart 2024 (UTC)
- Bərpa olunmasın: fikrimcə şəxs ensiklopedik deyil Memoli13 (müzakirə) 08:17, 23 oktyabr 2023 (UTC)
- Bərpa olunsun:, kifayət qədər tanınmış televiziya aparıcısıdır. Sadəcə məqalədəki "Maraqlı faktlar", "sosial şəbəkələr" kimi bölmələr onun loru dillə desəm ciddiyyətinə, elmi dillə desəm, ensiklopedikliyinə xələl gətirir. Məqalə bir az redaktə olunsa yaxşı olar. — Sortilegus (müzakirə) 14:24, 27 oktyabr 2023 (UTC)
- Bərpa olunmasın: Şəxsin aparıcı kimi fəaliyyəti tələbləri ödəmir. Haqqında mövcud olan mənbələr də müsahibələri və avroviziyada səsləri elan edən şəxs olması ilə bağlıdır ki, bu fakt da şəxsi ensiklopedik etmir. Fəaliyyətinin xüsusi, əhəmiyyətli başqa bir yönü də yoxdur, olduğu ilə bağlı fikir bildirilsə belə, mənbələrlə təsdiqlənmədiyi üçün sadəcə şəxsi fikir olaraq qalır. — surə m 14:21, 13 noyabr 2023 (UTC)
- Bərpa olunsun: ensiklopedik şəxsdir. — Xeyal (müzakirə) 15:58, 13 noyabr 2023 (UTC)
- Şərh: Məqalə CV formasında tərtib olunub və çox sayda neytrallığı pozan ifadələr işlənib. Məqalədə təqdim edilən məlumatlara əsasən qərar verəsi olsaq, məncə ensiklopedik deyil. Jurnalist olduğunu nəzərə alaraq, məqalə sözügedən şəxsin "İTV Xəbər"in 21:00 buraxılışının aparıcısı və Avroviziyada xalları elan edən şəxs olması ətrafında qurulmalı olduğu halda, onun yüksək intellektə malik olması, babasının və anasının məşhur şəxslər olması üzərində qurulmağa çalışılıb. Fikrimcə bütün kənar məlumatları silib, təkcə jurnalist fəaliyyəti barədə fikirlərə yer vermək və artıq bundan sonra müzakirəyə davam etmək lazımdır. Həmçinin, məqalədəki xeber24 linki açılmır, azerforum linki isə ana səhifəyə yönləndirilir.--Wertuose (müzakirə) 08:26, 29 noyabr 2023 (UTC)
Bərpa olunmasın: yuxarıdakı şərhlərə əsasən — Tarixi Nadir (müzakirə) 19:01, 17 dekabr 2023 (UTC)
- Bərpa olunmasın: @Sura Shukurlu və @Wertuose ilə tam razıyam. VP:JURNALİST qaydasına əsasən şəxs qeyri-ensiklopedikdir. samral müzakirə 01:06, 28 yanvar 2024 (UTC)
Yekunlaşdırma: Bərpa olunmamasına qərar verildi. Nemoralis (müzakirə) 12:17, 28 yanvar 2024 (UTC)
Bərpa olunsun: Assalam aleykum azərbaycanlı qardaşlar! Təəssüf ki, srağagün Atakhanli İkinci Dünya Müharibəsi illərində qazax tanker ace ilə bağlı məqaləni silib. Məqalədə şablonlar var: (qaralama, Mənbə azlığı, vikiləşdirmək) Bu o deməkdir ki, məqalə təkmilləşməyə davam edirdi. Məqalə xəbərdarlıq edilmədən, müzakirə edilmədən silindi. Qaliy Adilbekov vəfat edən zaman Orta Asiya xalqlarının bütün nümayəndələri arasında ayrıca tank briqadasının yeganə komandiri idi. Müharibənin lap əvvəlində SSRİ-nin mərkəzi qəzetlərində onun haqqında artıq iki ayrı-ayrı nəşrlər var idi. Qazaxlar həmişə azərbaycanlıların dostu olublar. Azərbaycan Vikisini yoxsullaşdırmağa ehtiyac yoxdur. Ona görə də Qaliy Adilbekovun məqaləsini geri qaytarmağınızı xahiş edirəm. Hörmətlə, Don-Doka (müzakirə) 13:22, 27 oktyabr 2023 (UTC)
- Don-Doka, məncə, şəxs ensiklopedik şəxsdir. Sadəcə siz yaratdığınız məqalənin dili Azərbaycan dilinin qanunlarına uyğun deyil. Ciddi redaktə olunsa, dəyərli məqalədir.— Sortilegus (müzakirə) 14:03, 27 oktyabr 2023 (UTC)
- Təşəkkürlər Sortilegus!
- Mən səninlə razıyam. Məqalə redaktə edilə və əlavə edilə bilər. Çoxlu arxiv materialları var. Cavabınıza görə təşəkkür edirəm, sizə uğurlar arzulayıram! Don-Doka (müzakirə) 14:11, 27 oktyabr 2023 (UTC)
- Don-Doka, Sortilegus, dəyişikliklər etdim. Bərpa olunsun: --► Hörmətlə: SolaVirum 14:15, 27 oktyabr 2023 (UTC)
- Bu məqalənin ingiliscə, qazaxca, rusca vikilərə intervikiləri də var. Sadəcə bizdəki "Qaralama" fəzasına interviki əlavə etmək düzgün deyil. Maraqlanan redaktorlarımız o vikilərə də baxa bilərlər. — Sortilegus (müzakirə) 14:19, 27 oktyabr 2023 (UTC)
- Qardaşlar, köməyinizə görə çox sağ olun! Don-Doka (müzakirə) 14:31, 27 oktyabr 2023 (UTC)
- @Don-Doka Salam bəy, məqalə Azərbaycan dilinin qaydalarına uyğun deyildi deyə və intervikisi yox idi deyə silmişdim. Sürətli silmə kriteryalarında belə bənd var və həmin bəndə əsasən silmişdim. Fəaliyyətinizdə uğurlar diləyirəm. Atakhanli (müzakirə) 17:18, 27 oktyabr 2023 (UTC)
- Atakhanli, cavab üçün təşəkkürlər! Məqalədə kömək etsəniz çox şad olaram. Don-Doka (müzakirə) 03:45, 28 oktyabr 2023 (UTC)
- @Don-Doka Salam bəy, məqalə Azərbaycan dilinin qaydalarına uyğun deyildi deyə və intervikisi yox idi deyə silmişdim. Sürətli silmə kriteryalarında belə bənd var və həmin bəndə əsasən silmişdim. Fəaliyyətinizdə uğurlar diləyirəm. Atakhanli (müzakirə) 17:18, 27 oktyabr 2023 (UTC)
- Qardaşlar, köməyinizə görə çox sağ olun! Don-Doka (müzakirə) 14:31, 27 oktyabr 2023 (UTC)
- Bu məqalənin ingiliscə, qazaxca, rusca vikilərə intervikiləri də var. Sadəcə bizdəki "Qaralama" fəzasına interviki əlavə etmək düzgün deyil. Maraqlanan redaktorlarımız o vikilərə də baxa bilərlər. — Sortilegus (müzakirə) 14:19, 27 oktyabr 2023 (UTC)
- Don-Doka, Sortilegus, dəyişikliklər etdim. Bərpa olunsun: --► Hörmətlə: SolaVirum 14:15, 27 oktyabr 2023 (UTC)
Yekunlaşdırma: məqalənin SNS ilə silinməməsi və məqalədəki problemlərin həll olunması nəzərə alınmaqla bərpa edildi. Atakhanli (müzakirə) 19:03, 2 noyabr 2023 (UTC)