Vikipediya Inzibatci Muzakiresi Arxiv 2021 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
YM, SM and SS məqalələrin qorunması
Salam. Hamınız bildiyiniz kimi YM, SM və SS məqalələrinin üzərində çoxlu əzablar çəkilir. Statistika göstərir ki, həmin məqalələrdə 95% istifadəçi fəaliyyəti vandalizmdir. Ona görə təklif edirəm ki, ya bu məqalələri müddətsiz mühafizə edək. Demokratiya olsun deyə, avtoistifadəçilər və təsdiqlənmiş istifadəçilərə icazə vermək olar. Xahiş edirəm bütün idarəçilər (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon səs versin.— Azerifactory (müzakirə) 06:56, 31 dekabr 2020 (UTC)
- Lehinə: ip və yeni istifadəçilərdən qorunması məqsədəuyğundur. — Drabdullayev17 (müzakirə) 07:33, 31 dekabr 2020 (UTC)
- Salam. Məncə, ana səhifəyə çıxarılarkən (1 həftəlik) bu mühafizəni tətbiq etmək olar. — Toghrul Rahimli • M/F 07:38, 31 dekabr 2020 (UTC)
- Toghrul Rahimli deyən variant yaxşıdı. — Araz Yaquboglu (müzakirə) 09:08, 31 dekabr 2020 (UTC)
- Mən də ana səhifəyə yerləşdirilən məqalənin ilə daxil olan istifadəçilərdən qorunmasının tərəfdarıyam. Çünki qeyri-aktiv istifadəçilər vikipediyada ana səhifədən yola çıxırlar və ilk gördükləri həmin məqalə olur. Bu il vandalizmlərin sayı dəhşətli dərəcədə artıb. Bununla mübarizə aparan idarəçilərdən biri kimi son olanları karantinlə bağlı insanların evə qapanması ilə əlaqələndirirəm. Məhz bu səbəbdən qeyd olunan səhifələrin mühafizəsini həmişəlik yox, pandemiya bitənə kimi müvəqqəti tətbiq etmək olar. — Babək Akifoğlu (müzakirə) 10:39, 31 dekabr 2020 (UTC)
- Toghrul Rahimli deyən variant yaxşıdı. — Araz Yaquboglu (müzakirə) 09:08, 31 dekabr 2020 (UTC)
- Lehinə:— Nicat49 ⋠müzakirə⋡ 18:39, 31 dekabr 2020 (UTC)
- Lehinə: Bu fikiri dəstəkləyirəm. Ən azından çəkilən zəhmətə xatir bunu etmək lazımdır. Qeydiyyatdan keçməyənlər üçün redaktə qeyri-müəyyən müddətə bağlı olmalıdır.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:30, 31 dekabr 2020 (UTC)
- Lehinə: Razıyam.— Baskervill (müzakirə) 01:58, 2 yanvar 2021 (UTC)
- Lehinə: — NMW03 (müzakirə) 12:23, 2 yanvar 2021 (UTC)
- Mən açığı isti baxmıram bu məsələyə. Hər statuslu məqalədə bu hal yaşanmır, bu hal əsasən aktual, Azərbaycan və siyasət haqqında olan məqalələrdə yaşanır. Məsələn, Pikaçu məqaləsində cəmi belə bir hal yaşanıb, o da ki, 4 il əvvəl. Konkret məqalələrə tətbiq olunmalıdır, hamısına yox.— 127-ci yapon imperatoru 19:56, 2 yanvar 2021 (UTC)
- Əleyhinə: Mən də isti baxmıram. Ümumiyyətlə, mənim fikrimcə, idarəçilər 2 texniki imkandan mümkün qədər az istifadə etməyə çalışmalıdırlar - istifadəçi bloklamaq və məqalə mühafizə etmək. Məqalə inkişaf eləmir onda. Gələcəkdə bəlkə 5000 belə məqaləmiz olacaq, təsəvvür edin ki, hamısını qorumağa alsaq necə olar. Ancaq hansı məqalədə ki, davamsız redaktə müharibəsi gedir, onları müəyyən müddətə mühafizə etsək yaxşıdır. — Sortilegus (müzakirə) 02:32, 8 yanvar 2021 (UTC)
- Şərh: Amma qeyd edim ki, bu cür məqalələr Ana səhifədə olduğu müddətcə mühafizə olunmasına qarşı deyiləm. Belə bir praktika qabaq illərlə olub bizim vikidə. Ancaq ucdantutma həmişəlik hamısını mühafizə etməyə isti baxmıram. — Sortilegus (müzakirə) 02:34, 8 yanvar 2021 (UTC)
- İngiliscə Vikipediyada Ana Səhifədə olan məqalələr mühafizə olunur. NMW03 (müzakirə) 13:48, 19 iyun 2021 (UTC)
- Şərh: Amma qeyd edim ki, bu cür məqalələr Ana səhifədə olduğu müddətcə mühafizə olunmasına qarşı deyiləm. Belə bir praktika qabaq illərlə olub bizim vikidə. Ancaq ucdantutma həmişəlik hamısını mühafizə etməyə isti baxmıram. — Sortilegus (müzakirə) 02:34, 8 yanvar 2021 (UTC)
- Əleyhinə: Mən də isti baxmıram. Ümumiyyətlə, mənim fikrimcə, idarəçilər 2 texniki imkandan mümkün qədər az istifadə etməyə çalışmalıdırlar - istifadəçi bloklamaq və məqalə mühafizə etmək. Məqalə inkişaf eləmir onda. Gələcəkdə bəlkə 5000 belə məqaləmiz olacaq, təsəvvür edin ki, hamısını qorumağa alsaq necə olar. Ancaq hansı məqalədə ki, davamsız redaktə müharibəsi gedir, onları müəyyən müddətə mühafizə etsək yaxşıdır. — Sortilegus (müzakirə) 02:32, 8 yanvar 2021 (UTC)
- Əleyhinə:— Turkmen müzakirə 01:01, 17 yanvar 2021 (UTC)
Qolcomaq-dan idarəçi hüququnun alınması ilə bağlı səsvermə
Müddət: 11 fevral — 26 fevral 2020
Salam hörmətli idarəçilər! Qolcomaq (müzakirə • töhfələr • statistikalar) adlı idarəçimizin idarəçi hüququnun nə üçün alınmalı olduğunu aşağıda qeyd etmişəm:
- İlk olaraq istifadəçinin idarəçi fəaliyyəti çox azdır. buradan da görə bilərsiniz. Vikipediyadakı əsas fəaliyyəti məqalə yaratmaqdan ibarətdir. Bunun üçün idarəçi hüququ lazım deyil. Xüsusi:Log səhifəsində istənilən jurnala baxsaq 2018-də etdiyi fəaliyyətləri görmək mümkündür.
- Hüquqlarını istifadə etməməsi. Yuxarıdakı səbəb ilə eyni görünə bilər amma deyil. Bu və bu redaktədən də görə bilərsiniz ki, idarəçi silmə hüququ olduğu halda məqaləni silmək yerinə {{Sil}} şablonu əlavə edir. Ola bilər ki telefonda olub və silə bilməyib. Amma redaktənin teqlərinə baxdıqda orda Mobil redaktə teqini görmək olmur.
- Bəzi istifadəçilərin redaktəsini səbəbsiz geri qaytarması (daha sonra bloklaması)
- Anonim istifadəçini təhqirə görə qeyri-müəyyən müddətə bloklayıb bloklama səbəbinə təhqir yazması: [2]
- Neytrallıq prinsipinin dəfələrdə pozulması. İstifadəçinin dəfələrlə müzakirələrdə neytrallıq prinsipini pozduğu müşahidə olunmuşdur. Pozmaqla yanaşı neytrallıq prinsipinə əməl etməyə çalışan istifadəçilərə "kin bəsləmişdir". Yuxarıdakı səbəb də bunu sübut edən faktlardan biridir.
- Bütün idarəçilərdən (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Eldarado, Sortilegus, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen) fikirlərini bildirməsini xahiş edirəm. Hörmətlə — NMW03 (müzakirə) 09:04, 11 fevral 2021 (UTC)
Lehinə
- Lehinə: — NMW03 (müzakirə) 09:05, 11 fevral 2021 (UTC)
- Lehinə: Söhbətdən geç xəbər tutsam da, şəxsin idarəçi olmağa layiq olmadığına adım kimi əminəm.— Baskervill (müzakirə) 03:30, 1 mart 2021 (UTC)
Əleyhinə
- Əleyhinə: Bloklamaqla bağlı iradları bəlkə də müzakirə etmək olar, amma ümumilikdə gətirilən dəlilləri statusun alınması üçün yetərli saymıram. — Sortilegus (müzakirə) 10:21, 12 fevral 2021 (UTC)
- Əleyhinə: Sortilegusla razıyam.— Azerifactory (müzakirə) 21:28, 12 fevral 2021 (UTC)
- Əleyhinə: Qolçomaq dəyərli istifadəçidir. Təbii ki, istifadəçi nə qədər çox xeyir verirsə versin bununla yanaşı zərərli fəaliyyəti varsa statusun alınamsı və ya layihədən kənarlaşdırlması barədə düşünmək olar. Lakin indiki halda statusun alınması dərəcədə pozuntular görmürəm. Yaxşı olardı ki, ilkin olaraq ya müzakirəyə çıxarılardı ya da bürokratlara bununla bağlı məlumat verilərdi ki, idarəçiyə hansı anlarda qaydaları pozduğu xatırladılsın. Düşünürəm ki, Qolçomaq artıq özü də yuxarıda qeyd olunan yanlışları anlayır və təkrar etməməyə çalışacaq. Hörmətlə — eldarado ✉ 09:21, 15 fevral 2021 (UTC)
Müzakirə
Şərh: ::) Əsas gətirdiyiniz əsaslandırmalar, onu göstərir ki, mənin sizinlə hacansa münaqişələrim olub. Açığı mənim yadımdan çoxdan çıxıb. Amma görürnən odur ki, bu sizin yadınızdan çıxmayıb. Elə buna görə deyə bilərəm ki, kimim kimi kin bəsləməkdə ittiham etməsi gülüş doğurur. Mənim fəaliyyətimdə səhvlərin ola bilməsi mümkündür, bu texniki, fiziki və s. amillərdən baş verə bilər. Bununla bağlı sizə hesabat verəsi deyiləm. Sizə məsləhətim odur ki, kin bəsləməni kənara qoyub vikipediyanı məqalələrlə zənginləşdirin. Çünki sizin kininizin nə sizə nə də vikipediyaya bir faydası yoxdur. Amma başqa ehtimallarda var, görünür başqa sifarişçilərdə var. Amma ağa qara deməklə qaralmır. Müxalifəti olmayan yerdə inkişaf olmaz.. Mənə müxalif olduğunuzdan dolayı sizə böyük təşəkkür düşür :))__ Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:47, 11 fevral 2021 (UTC)
- Göstərdiyim faktların açıqlamasını versəniz daha yaxşı olar . — NMW03 (müzakirə) 08:56, 12 fevral 2021 (UTC)
Şərh: Hörmətli Sortilegus ikinci redaktəyə diqqət etdiniz? İstifadəçi {{iş gedir}} şablonu qoyub və məqalə üzərində işləyir amma idarəçi bunu geri qaytarır. Bunun nəyini müzakirə edək? Açıq şəkildə idarəçi aləmindən sui-istifadə deyil? — Drabdullayev17 (müzakirə) 11:09, 12 fevral 2021 (UTC)
- Hörmətli Drabdullayev17 qeyd etdiyiniz məsələ ilə bağlı Anar Məmmədovla müzakirəmiz olub. Məqalənin məzmununun silinməsi ilə yanaşı məqalə ilə bağlı mənbələrin silinməsi həyata keçirilmişdir. Üstəlik məqaləyə aiddiyyatı olmayan məsələlərlə bağlı məzmun əlavə olunmuşdur. Məncə sizinlə də bununla bağlı müzakirəmiz olmuşdur. Qaldırılan məsələlərin çoxu ilə bağlı müzakirələr olub. Görünən odur ki, NMW03 ilə yaşadığımız münaqişlər onun hələdə yadından çıxmayıb və çıxası deyil. Bu da onun məsələni qisas xarakterli olaraq qaldırmasının təstiqləyir. O ki, qaldı mənin idarəçi olaraq qeyri-aktiv olmamla bağlı İdarəçinin qeyri-aktivliyə görə statusundan məhrum edilməsi bölməsində bir bəndi qeyd edə bilərsiniz?__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:37, 12 fevral 2021 (UTC)
Şərh: Qolcomaq çox yaxşı istifadəçidir, neçə illərdi aktiv şəkildə Vikipediya üçün məzmun və məqalələr yaratmaqla məşğuldur ki, bizdə belə istifadəçilər çox azdır. Ona görə Qolcomaqa böyük sağ ol düşür. Amma idarəçi fəaliyyətinə gəlsək, açığı, Balazər Xanımla bağlı olan müzakirəni indi gördüm və çox təəccübləndim ki, idarəçi təcrübəli bir istifadəçi xəbərdarlıq etmədən, "vandallıq" səbəbi ilə bloklayıb. Heyif o vaxt münasibət bildirə bilməmişəm. Bloklama şərhinə təhqir yazmaq da Vikipediya üçün yaraşmayan hərəkətdir. Ümumiyyətlə, fikir verdim ki, idarəçinin fəaliyyətində əsas problem bloklamalarla bağlıdır. Əgər növbəti müddətlərdə də bu hallar davam etsə, lehinə səs verə bilərəm. Amma indi məncə istifadəçinin göstərilən tənqidləri nəzərə almasını gözləməyin doğru olduğunu düşünürəm.— 127-ci yapon imperatoru 03:44, 13 fevral 2021 (UTC)
- Qaydalara əməl etməyib öz bildiyinizi etdiyinizin sübutları yuxarıda göstərilib. Yazdıqlarınızdan da görünür ki çox məqalə yazmağı "məharət" hesab edirsiniz və bunla fəxr edirsiniz. Sadəcə məqalə yaratmaqla töhfə verilmir. Hörmətlə — NMW03 (müzakirə) 19:59, 13 fevral 2021 (UTC)
- Qarşınızdakılara hörmət edin. Ağlınıza gələni yazmayın. Mənim nə ilə fəxr etdiyimin sizə aiddiyyatı yoxdur. Mənim prinsipim Az vikini zənginləşdirməkdir. Bunu daha çox məqalə və şablomlarla etməkdir. Öz bildiyini eləmək özbaşnalıq eləmək deməkdir. Nəzakətli olun və yalnış ifadələrdən istifadə etməyin.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:50, 13 fevral 2021 (UTC)
- Mənim yalnız məqalə yazmaqla məşqul olmağımı demək, başdan ayağa absurtdur. 2016-2019-cu illər ərzində mövzulu ayların təşkili və nəticələrin hesablanması, digər vikilərlə qarşılıqlı yarışmaların keçirilməsi və s. Sadəcə son iki ildə vaxt qıtlığı səbəbindən bu istiqamətdən uzaqlaşmışam. Bunları sizə deməyə məcbur edəndə sizsiniz.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 21:41, 13 fevral 2021 (UTC)
- Qəbul edilmədi, Hörmətlə — eldarado ✉ 08:11, 1 mart 2021 (UTC)
Sual
Salam. (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon
Elshad Iman (Elşad İman) ləqəbli istifadəçi yüzlərlə məqalələrdən illərin hyperlink-lərin silib. Məsələn - https://az.wikipedia.org/wiki/?axtar=%C6%8Flia%C4%9Fa_%C5%9E%C4%B1xlinski&diff=5812370&oldid=5715101
Sizcə bu düzdür yoxsa cəzalandırmaq lazımdır istifadəçini? Mənim qarşıma digər vikilərdə belə bir şey çıxmayıb. Əksinə orada hər şeyi hiperlink edirlər — Azerifactory (müzakirə) 06:07, 27 fevral 2021 (UTC)
- Stil kitabçasına görə yox.— NMW03 (müzakirə) 06:32, 27 fevral 2021 (UTC)
- İllərə keçid mətndə lazım deyil, silinməlidir. — Araz Yaquboglu (müzakirə) 07:18, 27 fevral 2021 (UTC)
- Qeyd etdiyiniz dəyişiklik qadcet əsasında həyata keçirilir. Stil kitabçasında illərə keçidlərin ləğv olunması nəticəsində bu proses avtomatlaşdırılıb. Girişdəki illərə keçidi də silir, tək mənfi cəhəti budur, bunu istifadəçinin özü istifadə edərkən yenidən qaytara bilər — Toghrul Rahimli • M/F 07:56, 27 fevral 2021 (UTC)
- Azerifactory, illərə keçid vermək lazım deyil. Məsələn, EnViki də vermir. Mən lap əvvəllər verirdim, indi məqalə yaradanda illərə keçid vermirəm.— 127-ci yapon imperatoru 10:43, 27 fevral 2021 (UTC)
- Məhz bu örnəkdə qayda pozuntusu yoxdur. Çox təəssüf ki, daxili keçidlərdən hələ istifadəçilərimizin çoxu düzgün istifadə edə bilmir. Elə bilirlər ki, məqaləni nə qədər çox "göyərtdin" o qədər yaxşıdır. Bəziləri 1 məqalədə, məsələn, 200 dəfə "Bakı" kəliməsi işlənibsə, 200-nə də daxili keçid verirlər. Bəziləri bütöv anlayışa yox, tək-tək kəlimlərə daxili keçidlər verirlər. Məsələn, [[Bakı Dövlət Universiteti]] yox, [[Bakı]] [[Dövlət]] [[Universitet]]i. Yəni o sahədə xeyli problem var. Bir də "nowiki" teqi ilə şəkilçini sözdən ayırmağı mən heç cür anlamıram. Məsələn, [[Bakı]]da yazmaq yerinə, yazırlar [[Bakı]]<nowiki>da</nowiki>. Nə mənası var ki, o teqi ora əlavə etməyin?— Sortilegus (müzakirə) 16:05, 27 fevral 2021 (UTC)
- Sortilegusun dediyi ilə razıyam. 1 ildən çoxdur ki azwikidə link trail aktivdir. Yəni Bakıda avtomatik Bakıda olur.— NMW03 (müzakirə) 02:36, 1 mart 2021 (UTC)
- Qeyd olunan fikirlərlə razıyam. Ən yaxşı belə ola bilər ki, bir dəfə qeyd olunsun. Misal üçün 2011-cil bir neçə dəfə qeyd olunursa məqalədə ilkində keçid verilsin və ya Bakı sözü 5 dəfə istifadə olunubsa ilkində keçir verilsin. Əksər dil bölmələrində bu cür qeyd olunur. Hörmətlə — eldarado ✉ 08:19, 1 mart 2021 (UTC)
Radikal addımlar
Salam. (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon. İstifadəçi Dr.Wiki54, yüzlərlə məqalələrdə müzakirəsiz addımlar atır.
Məsələn, Hellouin sözünü Hellovin kimi yazır. Hansı ki, Azərbaycan dilində Hellouin kimi gedir. Duayt Yorku "Dvayt York" kimi gedir, hansı ki, hətta Rus vikipediyasında Duayt York gedir. Bundan əlavə, Hacı Hüseyn Əfəndiyev və Üç nöqtə (qəzet) kimi məqalələrə sil şablonu yerləşdirib. Bəli, onlar qaralama formasındadır amma ensiklopedikdirlər. Bəs onda Vikipediya SNS nə üçündür?
Bütün bu amilləri götürüb, mən təkflif edirəm ki, istifadəçini cəzalandırmaq lazımdır. Amma konsensus olmadan bunu etmək istəmirəm. Xahiş edirəm fikirlərinizi bildirəsiz.— Azerifactory (müzakirə) 22:30, 14 iyun 2021 (UTC)
- Bunları istifadəçini cəzalandırmaq üçün ciddi əsaslar saymıram. Müəyyən məsələlərlə bağlı bəlkə müzakirə səhifəsinə xəbərdarlıq yazmaq olar. Amma istifadəçi özü də İdarəçilərə müraciət səhifəsində bəzi anlaşılmazlıqlara aydınlıq gətirib və müəyyən məsələlərdə haqlı olduğu görünür. Hörmətlə:— Sortilegus (müzakirə) 23:06, 14 iyun 2021 (UTC)
- İstifadəçinin w ilə bağlı qeyd etdiklərində haqlıdır, çünki konkret olaraq 2019-cu ilə aid Nazirlər Kabinetinin qərarı var bu haqda. Sil şablonu ilə bağlı məndə narazıyam, amma istifadəçi izah edib müzakirə səhifəsində hər şeyi. Cəzalandırılmalı bir şey görmürəm hələ ki.— 127-ci yapon imperatoru 00:43, 15 iyun 2021 (UTC)
- Nə cəza? İstifadəçi NK-nin qərarına əsasən dəyişir burda heç bir problem görmürəm. Müzakirəyə də ehtiyac yoxdur. Qaralama formasında olub ensiklopedikdirsə silinməlidir. Qaralama şablonu əlavə edib bir qırağa tullayırıq məqalələri. Minlərlə məqalədə {{qaralama}} şablonu var. Heç kim də məşğul olmur həmin məqalələrlə. Həmçinin istifadəçi SNS-da kifayət qədər müzakirə açıb. Özünüz də görə bilərsiniz.— NMW03 (müzakirə) 11:13, 15 iyun 2021 (UTC)
- Mövzuya aydınlıq gətirildikdən, müzakirəni yekunlaşdırıram. — Azerifactory (müzakirə) 23:06, 15 iyun 2021 (UTC)
Azerifactory-dən idarəçi hüququnun alınması ilə bağlı səsvermə
Müddət: 19 iyun — 4 iyul 2021
- Salam hörmətli idarəçilər. Bir il öncə idarəçi Azerifactorynin idarəçilik hüququnun alınması ilə bağlı müzakirə başlanmışdı, lakin qəbul olunmamışdı. O zamandan bu günədək idarəçi fəaliyyətində heç bir düzəliş olunmamışdır. İdarəçi hələ də istifadəçilərlə kobud davranmağa davam edir, xəbərdarlıqlara məhəl qoymur və istədiyi məqalələri öz qərarına əsasən silir. Son olaraq dünən gecə baş verən məsələyə görə idarəçi hüququnun alınmasının azvikinin xeyrinə olacağını qərara aldım. Beləki dünən gecə idarəçi 15 dəqiqə ərzində 70 məqaləni birbaşa silmişdir. Məqalələrin hər birində sil şablonu vardı və demək olar ki, heç biri səbəb qeyd olunmadan silinib. Bu qədər qısa zaman içində məqalələri silməsi idarəçinin nə dərəcədə işinə məsuliyyətlə yanaşmasından xəbər verir. Məqalələr arasında qeyri ensiklopedik sayılan, reklam xarakterli, qaralama halında olan məqalələr olsa belə silinməsi mübahisəli olan məqalələr də az deyil. Bütün bunlardan əlavə kiçik bir araşdırmadan sonra mənə məlum oldu ki, istifadəçinin azvikidə idarəçi olmasının əsas səbəblərindən birinin özünün azvikidə məqaləsi olmasıdır. Hansı ki, bu məqalə envikidə iki dəfə müzakirə olunaraq silinib. Fuad Ələkbərov adlı məqalə idarəçinin özünə aiddir və düşünürəm ki, azviki qaydalarına əsasən qeyri ensiklopedik məqalə sayılır. Beləki məqalədə qeyd olunan şəxsin Şotlandiyanı FİDE şahmat yarışlarında təmsil etdiyi qeyd olunur. Lakin məqalədə də qeyd olunan keçidə baxdıqda aydın olur ki, heç bir rəsmi yarışda iştirak etməyib və reytingi yoxdur. Məqalədə qeyd olunan istinadların əksəriyyəti şəxsin öz məhsuludur. Məqalənin tarixçəsinə nəzər yetirsək isə idarəçiyə aid olan köhnə hesabları görə bilərik. Misal üçün: NovaSkola~azwiki, Yacatisma, Xoncha, Gobustan. Hətta bu hesablardan iksinin "təhqirə görə" bloklandığını da qeyd edə bilərəm: 1, 2. Yeni hesabla fəaliyyətə başlayan istifadəçi artıq idarəçidir. Öz haqqında məqaləsinin olması, yaratması təbii ki, qaydalara zidd deyil. Sadəcə məqsədli şəkildə fəaliyyəti və məqsədli şəkildə idarəçi olması azvikiyə ziyandan başqa bir şey deyil. Düşünürəm ki, artıq bu dəfə izin verməliyik ki, son qərarı istifadəçilər versin.
PS: Hələ istifadəçilərlə kobud rəftarı və digər əsassız sildiyi məqalələr haqqında bənd bənd qeyd etmədim. Bir çoxundan xəbəriniz var zatən. Əgər istəyən olsa onları da vaxt tapıb araşdıraraq buraya qeyd edə bilərəm. Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Toghrul R, Baskervill, NMW03, Drabdullayev17 Hörmətlə — eldarado ✉ 11:40, 19 iyun 2021 (UTC)
Lehinə
- Lehinə: Yuxarıda qeyd etdiyim səbəblərə əsasən.— eldarado ✉ 11:40, 19 iyun 2021 (UTC)
- Lehinə: — Toghrul R (m) 12:16, 19 iyun 2021 (UTC)
- Lehinə: — Azerifactory (müzakirə) 12:59, 19 iyun 2021 (UTC)
- Lehinə: Yazdığı statuslu məqalələrlə dəyərli istifadəçilərimizdən biridir. Amma idarəçi olaraq fəaliyyəti o qədər də yaxşı deyil. İstifadəçiləri blokla hədələmək və s. Ümid edirəm statusu alınandan sonra da redaktə etməyə davam edəcək.— NMW03 (müzakirə) 13:43, 19 iyun 2021 (UTC)
- Lehinə: Qeydlərlə razıyam. — Baskervill (müzakirə) 18:07, 19 iyun 2021 (UTC)
- Lehinə: Bu idarəçidən daim şikayətlər daxil olur və çox vaxt bunu anlayışla qəbul edirəm, çünki adi istifadəçilər qaydaları bilmədikləri üçün idarəçilərdən şikayət edirlər. Ona görə də təkcə belə səbəb göstərilən hallarda tərəddüd edirəm idarəçiyə qarşı irad bildirməyə, amma Eldaradonun qeyd etdiyi digər səbəblər və aşağıda şərh bölməsində idarəçinin Eldaradoya qarşı səsləndirdiyi haqsız iddialar Azerifactory-nin Vikipediya prinsipləri ilə tanış olmadığını aydın göstərir. Ona görə hesab edirəm ki, bir müddət istifadəçi kimi töhfə verib qaydalarla tanış olsa, daha yaxşı olar.--Wertuose (müzakirə) 21:19, 27 iyun 2021 (UTC)
- Lehinə: Öncə yazılan şərhlərin hamsını təkrar etmədən deyim ki, mən də Azerifactory-nin idarəçilik fəaliyyətindən məmnun deyiləm. — Araz Yaquboglu (müzakirə) 05:41, 28 iyun 2021 (UTC)
Əleyhinə
Müzakirə
- Eldarado, mənim haqqımda belə fikiri ermənilər May 2019-da English Wiki-də səsləndirmişdilər: en:Wikipedia:Sockpuppet investigations/NovaSkola/Archive. Nəticədə, gördüyünüz kimi o fikir səhv çıxdı. Özünüz feysbukda mənə qarşə dəstə yaradırsınız və indi də üstümə böhtan atırsınız. Buyurun edin. Mən də sizə qarşı şikayət edəcəm.
Bundan əlavə hər 4-5 aydan bir mənə qarşı belə səsvermə keçirməyiniz, mənə qarşı sizin şəxsi qərəzli olduğunuzu göstərir. Bu hansı qanunla doğrudur?
— Azerifactory (müzakirə) 11:49, 19 iyun 2021 (UTC)
- Dünənki məqalənin silinmə haqqında məsələyə qaldıqda, buyurun. Silinmə şablonu artırılmışdı. Araz Yaquboglu, NMW03, Dr.Wiki54, məni linç etdilər ki, niyə sil şablon olan məqalələri silmirsən. İndi də bunu edirəm, üstümə gəlirsiz.— Azerifactory (müzakirə) 11:55, 19 iyun 2021 (UTC)
- Salam Azerifactory ilk olaraq qeyd edim ki, mən heç bir sosial şəbəkədə qapalı qrupda yoxam və facebookda bir açıq qrupda varam orda da ara sıra oxuyuram və demək olar ki, müzakirələrə qoşulmuram. Özünüzü müdafiə etmək üçün əks iddialar irəli sürməniz başa düşüləndir. Araşdırma keçidini buraya atmanız da yaxşı oldu. Qərar həmin hesabların eyni şəxsə aid olduğunu təsdiqləyir. Şəxsi qərəzliyə gəldikdə isə bundan söhbət belə gedə bilməz. Bürokratam və bu işi görmək borcumdur. Hər maili açanda və ya vikiyə daxil olanda sizdən şikayətlətlə rastlaşıram. Sizi isə ikinci dəfədir ki, müzakirəyə çıxarıram. İlki keçən ilin may ayında olmuşdur. Yəni 4-5 ay yox düz bir il öncə. Hörmətlə — eldarado ✉ 12:02, 19 iyun 2021 (UTC)
- Eldarado Siz feysbuk haqqında dediz, məndə inandım (sarkazm). Halbuki Vikidə milyonlarla AMEA-nın boş boş işçiləri, sifarişlə yazılan məqalələrə aid susursuz. Qınamıram, buna görə pul ayrılır. Gözəl bunu bilirəm və necə hər məqaləni Milli.az kimi saytlarda propaqanda edirsiz ki, sonra jurnalistlər kimi hakimiyyətdən ev alasız.
- Salam Azerifactory ilk olaraq qeyd edim ki, mən heç bir sosial şəbəkədə qapalı qrupda yoxam və facebookda bir açıq qrupda varam orda da ara sıra oxuyuram və demək olar ki, müzakirələrə qoşulmuram. Özünüzü müdafiə etmək üçün əks iddialar irəli sürməniz başa düşüləndir. Araşdırma keçidini buraya atmanız da yaxşı oldu. Qərar həmin hesabların eyni şəxsə aid olduğunu təsdiqləyir. Şəxsi qərəzliyə gəldikdə isə bundan söhbət belə gedə bilməz. Bürokratam və bu işi görmək borcumdur. Hər maili açanda və ya vikiyə daxil olanda sizdən şikayətlətlə rastlaşıram. Sizi isə ikinci dəfədir ki, müzakirəyə çıxarıram. İlki keçən ilin may ayında olmuşdur. Yəni 4-5 ay yox düz bir il öncə. Hörmətlə — eldarado ✉ 12:02, 19 iyun 2021 (UTC)
Əgər mən həmin şəxsəmsə, niyə ban eləmədilər məni?
Yenə də deyirəm, mən idarəçi statusu itirməkdən qorxmuram. Az. məmurları kimi kreslodan bəlk yapışma sindromum yoxdur amma ədalətsizliyi sevmirəm. Bəzi adamlar kimi gedib sosial şəbəkələrdə hamıya yazıb, səs qazanmaq kimi özümü alçaldan deyiləm. Easy come, easy go ;) — Azerifactory (müzakirə) 12:10, 19 iyun 2021 (UTC)
- İstifadəçinin statusunun əlindən alınmasının lehinə vermək istəməzdim, çünki Azerifactory illər ərzində Vikipediyaya çox töhfə verib. Təəssüüf ki, idarəçi olaraq istifadəçilərə dəstək göstərməkdənsə, bir çox halda onların (haqlı) redaktələri geri qaytarır və səbəb də qeyd etmir (nümunə: [3]). Onun yaratdığı məqalələrə demək olar, əl dəymək olmur, qərəzli bir redaktə olsa belə, geri qaytarır və məqaləni mühafizəyə alaraq istifadəçilərin redaktə hüququnun əlindən alır. Bu yaxınlarda Patriot Kor həmkarın müzakirə səhifəsindəki müzakirə isə tərəfimdən heç xoş qarşılanmadı. "Mən də sizə qarşı şikayət edəcəm." cümləsi ilə aşkar formada idarə heyəti və vikicəmiyyəti təhdid etməyə davam edir. Statussuz istifadəçi olsaydı, müddətsiz bloklanmalı idi bu ifadəyə görə, lakin idarəçi statusu var deyə göz yummaq olmaz. — Toghrul R (m) 12:16, 19 iyun 2021 (UTC)
- Xahiş edirəm heç bir idarəçi mənim lehimə səs verməsin, sabah sizi də linç edəcəklər ki, mənə tərəf səs verdiniz, yəqin onu tanıyırsınız. Konstruktiv debat burada onsuzda etmək olmur. Cancel culture baş götürüb gedir)) Uğurlar.— Azerifactory (müzakirə) 12:19, 19 iyun 2021 (UTC)
- Mən öz seçimimlə Az. Vikisindən gedirəm. Ədalətsizlik olan yerdə nəsə bir iş görmək vaxt itkisidir. Fikirimi tam dedim. Eldarado, xahiş edirəm məni idarəçi statusundan çıxarasan. Amma bu hələ güllərdir, meyvələr öndə olacaq. — Azerifactory (müzakirə) 12:25, 19 iyun 2021 (UTC)
- Xahiş edirəm heç bir idarəçi mənim lehimə səs verməsin, sabah sizi də linç edəcəklər ki, mənə tərəf səs verdiniz, yəqin onu tanıyırsınız. Konstruktiv debat burada onsuzda etmək olmur. Cancel culture baş götürüb gedir)) Uğurlar.— Azerifactory (müzakirə) 12:19, 19 iyun 2021 (UTC)
- Azerifactory, xahiş edirəm yalan iddialarla istifadəçilərin fikirlərini qarışdırmayın. Mən yazdıqlarımın hər birini əsaslandırmışam. Əgər qeyd etdiyiniz kimi sosal şəbəkələrdə hər kəsi sizə qarşı birləşdirmişəmsə, içlərindən biri bura bununla bağlı ekran görüntüsü atsın. Əgər bu baş versə öz istəyimlə vikipediyadan uzaqlaşa bilərəm. Hörmətlə — eldarado ✉ 12:46, 19 iyun 2021 (UTC)
- Eldarado, mən öz fikirimi dedim və indi də idarəçilikdən öz istəyimlə gedirəm. Nə kimisə təhqir etdim, nə də kobudluq etmirəm. Ümid edirəm mənim gedişimdən sonra rahat olacaqsınız. Əgər kiminsə xətrinə sözləyirim dəyibsə, pardon))))) Həqiqət həmişə ağır olur)— Azerifactory (müzakirə) 12:52, 19 iyun 2021 (UTC)
- Toghrul R uzun burada söhbət etməyəcəm çünki çat deyil bura. Amma Aydinsalisi məndən 1000 qat ağır sözlərə görə müddətsiz ban etmirsən amma mənim adi mənə qarşı edilən hərəkətə fikir verməyimə belə iti reaksiyan hər şeyi aydın göstərir. Day de ki, səni müddətsiz ban etmək istəyirəm, bəhanə axtarıram.— Azerifactory (müzakirə) 12:55, 19 iyun 2021 (UTC)
- Azerifactory Qeyd etdiyiniz istifadəçinin profilləri fond tərəfindən bloklanıb. Vikipediyadan kənarda istifadəçiləri kəskin təhqir edib və MediaWiki-yə bu istiqamətdə şikayət ünvanlanacaq. Sizin məsələni dramatikləşdirməyə ehtiyac yoxdur. Səhvlərinizi qeyd edirik, hansı ki, içi mən də qarışıq hamımız edə bilirik. Amma sizdəkilər dəfələrlə təkrarlanıb və Vikipediyada mənfi ab-hava yaradır. Mən sizə hörmətlə yanaşmışam, elə axırıncı dəfə bir şey istəmişdiniz, həll edilmişdi. Mənim problemim sizin mənə qarşı deyil, istifadəçilərə qarşı fəaliyyətiniz, bəzən müzakirəsiz qəti qərar verməyinizdir. — Toghrul R (m) 13:10, 19 iyun 2021 (UTC)
- Toghrul R uzun burada söhbət etməyəcəm çünki çat deyil bura. Amma Aydinsalisi məndən 1000 qat ağır sözlərə görə müddətsiz ban etmirsən amma mənim adi mənə qarşı edilən hərəkətə fikir verməyimə belə iti reaksiyan hər şeyi aydın göstərir. Day de ki, səni müddətsiz ban etmək istəyirəm, bəhanə axtarıram.— Azerifactory (müzakirə) 12:55, 19 iyun 2021 (UTC)
- Azerifactory, statusunuzun müzakirədən öncə alınmasını istəyirsinizsə bununla bağlı müzakirə səhifəmdə müraciət edə bilərsiniz. Hörmətlə — eldarado ✉ 13:15, 19 iyun 2021 (UTC)
- Azerifactory bu hesablar (NovaSkola~azwiki, Yacatisma, Xoncha, Gobustan) doğrudan da sizə aiddirmi? — Sortilegus (müzakirə) 00:02, 23 iyun 2021 (UTC)
- Salam Sortilegus, yuxarıda yerləşdirdiyi keçiddən baxa bilərsiz ki, checkuser də təsdiqləyib bunu. Sadəcə eyni vaxtda paralel fəaliyyət göstərmıdiyi üçün hazırki hesabı bloklanmayıb. — eldarado ✉ 08:43, 26 iyun 2021 (UTC)
- Mən qərarsız qaldım. İdarəçi və istifadəçi kimi fəaliyyətini dəyərli hesab edirəm, amma şərhləri oxudum, bu qədər şikayət, ittiham varsa, deməli, ortada nəsə ciddi narazılıq da var. Konkret mövqe bildirmirəm, ümumi alınacaq qərarı dəstəkləyəcəm. Hər halda lap etimadı yeniləmək üçün olsa belə, statusunun səsverməyə çıxarılması məntiqli görünür. Daha 1 "lehinə" səs verilərsə, səsverməni başlatmaq olar.— Sortilegus (müzakirə) 04:03, 2 iyul 2021 (UTC)
- Salam Sortilegus, yuxarıda yerləşdirdiyi keçiddən baxa bilərsiz ki, checkuser də təsdiqləyib bunu. Sadəcə eyni vaxtda paralel fəaliyyət göstərmıdiyi üçün hazırki hesabı bloklanmayıb. — eldarado ✉ 08:43, 26 iyun 2021 (UTC)
- Yekun: Qəbul edildi — eldarado ✉ 05:28, 5 iyul 2021 (UTC)
Eldarado-dan idarəçi hüququnun alınması ilə bağlı səsvermə
Müddət: 19 iyun — 4 iyul 2021
- Bu idarəçi öz vəzifəsindən sui-istifadə edir. Mənə qarşı Vikipediyada bullinq edir və ən əsası sosial şəbəkələrdə konspirasiya qurub, mənim idarəçilikdən mərhum etmək istəyir. Xahiş edirəm, özünüzü mənim yerimə qoyub, ədalətli səs verin. Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Toghrul R, Baskervill, NMW03, Drabdullayev17
Lehinə
- Lehinə: — Azerifactory (müzakirə) 11:58, 19 iyun 2021 (UTC)
Əleyhinə
- Əleyhinə: VP:İBSQ-da yazılıb: "Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır. Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər."— NMW03 (müzakirə) 13:44, 19 iyun 2021 (UTC)
- Əleyhinə: VP:İBSQ-da yazılıb: "Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır. Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər."— Baskervill (müzakirə) 18:10, 19 iyun 2021 (UTC)
- Əleyhinə: Açıq-aydıq qisas xüsusiyyəti daşıdığından əlehinəyəm.Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:34, 19 iyun 2021 (UTC)
- Əleyhinə: Qisas olduğu aydınca görünür. — Araz Yaquboglu (müzakirə) 05:52, 20 iyun 2021 (UTC)
- Əleyhinə: Bu cür qisas xarakterli "qarşı həmlə" uşaq oyununa bənzəyir. Aydın məsələdir ki, azvikinin təcrübəli idarəçilərinin dəstəyini almayacaq. Ümumiyyətlə, müzakirəni açılan kimi qapatmaq da olardı. Amma bu qədər müddət qalıbsa, 2 gün də qoy qalsın onda. — Sortilegus (müzakirə) 04:05, 2 iyul 2021 (UTC)
Müzakirə
- Yekun: Qəbul edilmədi— Sortilegus (müzakirə) 11:11, 5 iyul 2021 (UTC)
Baskervill-dən idarəçi statusunun alınması ilə bağlı səsvermə
Müddət: 5 iyul — 20 iyul 2021
Salam hörmətli idarəçilər. Bundan öncə Baskervillin statusunun alınması ilə bağlı səsvermə açılmışdı amma Baskervill facebookdakı bütün tanışlarına dəvətnamə göndərdiyi (özü şəffaf səsvermə olmasını istəmişdi ) üçün bu baş tutmamışdı. Unudanlar üçün xatırladım. Keçən ilki müzakirə 9 ildir idarəçi olan Baskervillin kukla hesab yaradıb səsvermələrdə iştirak etməsi, istifadəçilərə kobud davranması haqqında idi. İdarəçi bu səsvermədən dərs çıxarıb fəaliyyətinə düzəliş etmək yerinə artıq özbaşınalıq etməyə başlayıb. Beləki SNS-da vikicəmiyyətin qərarına əsasən silinmiş məqalələri (böyük ehtimalla facebookdan edilən xahişlərdən sonra) bərpa edir: [4], [5], [6], [7], [8], [9]. Baskervilldən bunun səbəbini soruşduqda isə onun yox mənim çirkin əməllərlə məşğul olduğumu deyir və şəxsi ensiklopedik etməyə çalışır. Daha sonra facebookdan yazır ki "mən özbaşınalıq etməmişəm. Yenə torbamı tikməyə çalışırsınız zad." Daha sonra isə çox güman ki yenə özbaşınalıq etmək istəyib məni bloklamaq istəyir amma idarəçi olduğum yadına düşür və yazır ki "kaş idarəçi olmamışdan əvvəl də belə danışardın".
Məşhur Nicat Manafov məqaləsi haqqında danışmaq istəyirəm. Belə ki yenə SNS qərarı nəticəsində silinmiş məqaləni (əvvəl özü neçə dəfə silsədə) heç nə olmamış kimi yaradır. Mən sildikdən sonra isə facebookdan yazır ki bəs "bu məqaləni silmə, Fəriddən heç də geri qalan oğlan deyil. Fərid söhbətində 180 dərəcə dönən kimi zəhmət çəkin bunda da geri dönün". 9 ildir idarəçi olan birinin dediyi sözləri görürsünüz? Elə danışır ki sanki heç məqalənin bərpa edilmə prosesindən xəbəri yoxdur. Mən prosesi izah etsəm də yenə öz bildiyini edir və deyir ki: "orasını bilmirəm daha. Sadəcə sizə xəbər verdim ki mən məqaləni yenidən yaratdım) bu qədər".
Keçək Zaur Qəriboğlu məqaləsinə. Bu məqalə də SNS qərarı əsasında silinməsinə baxmayaraq idarəçi tərəfindən özbaşına bərpa edilib. Mən məqaləni sildikdən sonra isə səhərisi gün həmin şəxs öz YouTube kanalında mənim adımı və soyadımı deyərək məni "tənqid edir" və nə üçün ermənilər haqqında olan məqalələri silmədiyimi soruşur. Mənim ad-soyadım Vikipediyada yoxdur. Şəxs bunu burdan öyrənə bilməz. Çox gümanki Baskervill mən məqaləni sildikdən sonra adımı həmin şəxsə verib. Bu sadəcə bir iddiadır və sübutum yoxdur. Türklər demiş, "yemin edebilirim ama kanıtlayamam"
Gördünüyüz kimi idarəçi hüquqlarından sui-istifadə edərək çox sayda qayda pozub Vikipediyanın işini pozmuşdur. Bu qədər özbaşınalıq edən və qaydaları görməzdən gələn bir istifadəçi idarəçi olmamalıdır.
Son olaraq hörmətli Baskervilli VP:SƏSTAYA qaydasıyla tanış etmək istəyirəm. Bu qaydaya sizi dəstəkləyəcək şəxslərə dəvət göndərməməlisiniz. Göndərsəniz bu pozduğunuz qaydalara daha birini əlavə edəcək.
Bütün bu səbəblərə görə bütün idarəçilərdən (Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Toghrul R, Baskervill, NMW03, Drabdullayev17) səsvermədə iştirak etməsini xahiş edirəm. — NMW03 (müzakirə) 14:54, 5 iyul 2021 (UTC)
Lehinə
- Lehinə: — NMW03 (müzakirə) 14:54, 5 iyul 2021 (UTC)
- Lehinə: — Son bir ayda işimlə əlaqədar olaraq, vikipediyaya əvvəlki kimi vaxt ayıra bilmirəm, məsələnin kökü haqqında müfəssəl bilgilərim yoxdur. Amma Baskervillin istifadəçilərlə müzakirələr zamanı eqolu, yuxarıdan aşağı tərzli ifadələri onun idarəçi olması üçün bir maneədir.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:59, 5 iyul 2021 (UTC)
- Lehinə:— 127-ci yapon imperatoru 21:35, 5 iyul 2021 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 12:25, 6 iyul 2021 (UTC)
- Lehinə: 2 il əvvəl qeyd etdiyim qayda pozuntuları, keçən il kukla hesabdan istifadə, indi də idarəçini təhqir edir və özbaşına məqalə bərpa edir. Üstəgəl fb-da Vago ilə bağlı paylaşımı (paylaşım silindi).— Turkmen müzakirə 12:57, 6 iyul 2021 (UTC)
- Lehinə: irəli sürülən arqumentlər əsasında. İştirak etməyəcəyimi qeyd etmişdim, lakin fikrimi dəyişdirdim. --► Hörmətlə: SolaVirum 04:59, 10 iyul 2021 (UTC)
Əleyhinə
- Əleyhinə: Belə kiçik qayda pozuntularına görə statusunun alınmasının tərəftarı deyiləm. Təcrübəli idarəçilərə ehtiyacımız var. Hörmətlə — eldarado ✉ 11:56, 6 iyul 2021 (UTC)
- Əleyhinə: — Azerifactory (müzakirə) 01:19, 16 iyul 2021 (UTC)
Müzakirə
- Baskervill, zəhmətə olmasa, məqalələri müzakirəsiz yenidən bərpa etməyinizin səbəbini öyrənə bilərəm?— 127-ci yapon imperatoru 17:27, 5 iyul 2021 (UTC)
- Salam NMW03 Kukla hesablarla bağlı fikirləriniz sadəcə təxmindir? Yoxsa ortada sübut var? Varsa yerləşdirin zəhmət olmasa. Vikipediyadan kənarda olanların isə buraya daşınması qeyri peşəkar və şəxsi zəmndə atılmış addım olduğunu düşünürəm. Ortada qalan tək qayda pozuntusu silinmiş məqalələri yaratmasıdı. Bunu da bütün idarəçilər dəfələrlə edib. Hətta müzakirəsiz də dəfələrlə məqalə silənlər olub. Ümumiyyətlə belə görürəm ki, ortada vikipediyaya qarşı təhlükə yoxdur və sadəcə şəxsi məsələyə oxşayır. Hər iki tərəfdən açıqlama gəlsə çox yaxşı olar. Hörmətlə — eldarado ✉ 19:41, 5 iyul 2021 (UTC)
- Eldarado, kukla hesablar keçən il olan məsələdir. Ortada şəxsi heç nə yoxdur. İdarəçinin özbaşınalığını görən mən olduğum üçün mənə yazılıb bunlar. Ortada Vikipediyaya qarşı təhlükə var. İdarəçinin məqaləsi silinən şəxslərlə yaxınlığı ortadadır. Müzakirəsiz məqalə silməklə müzakirə nəticəsində silinmiş məqaləni heç nə olmamış kimi bərpa etmək fərqli şeylərdir. NMW03 (müzakirə) 19:57, 5 iyul 2021 (UTC)
- Salam NMW03 Kukla hesablarla bağlı fikirləriniz sadəcə təxmindir? Yoxsa ortada sübut var? Varsa yerləşdirin zəhmət olmasa. Vikipediyadan kənarda olanların isə buraya daşınması qeyri peşəkar və şəxsi zəmndə atılmış addım olduğunu düşünürəm. Ortada qalan tək qayda pozuntusu silinmiş məqalələri yaratmasıdı. Bunu da bütün idarəçilər dəfələrlə edib. Hətta müzakirəsiz də dəfələrlə məqalə silənlər olub. Ümumiyyətlə belə görürəm ki, ortada vikipediyaya qarşı təhlükə yoxdur və sadəcə şəxsi məsələyə oxşayır. Hər iki tərəfdən açıqlama gəlsə çox yaxşı olar. Hörmətlə — eldarado ✉ 19:41, 5 iyul 2021 (UTC)
- Eldarado, mən real həyatda da sizləri tanımışam, hörmətim sonsuzdur və Vikipediya üçün gördüyünüz işləri yüksək qiymətləndirirəm. Amma ortada müəyyən qayda pozuntuları var ki, mən bunu görməzdən gələ bilmirəm bir istifadəçi və idarəçi olaraq. Bu yaxınlarda Azerifactory-un idarəçiliyinin alınmasında və Solavirum-un idarəçilik seçkisində nəzakətsiz davrandıqlarını dilə gətirib idarəçiliyə layiq olmadıqlarını bildirdiyiniz halda niyə bu cür və bu cür kobud danışıq tərzini görməzdən gəlirsiz, anlamıram. İstər şəxsi məsələ olsun, istər yox, qayda pozuntusu qayda pozuntusudur və bir idarəçi kimi yox, adi istifadəçi olaraq Vikipediyada hamının nəzakətlə bir-birinə xitab etdikləri mühit görməyi arzulayıram sadəcə.— 127-ci yapon imperatoru 21:50, 5 iyul 2021 (UTC)
- 3 il bundan əvvəl aparılan müzakirələrin bu gün burada soyuq silah kimi istifadə olunması bir daha bütün bunların əvvəlcədən hazırlanmış növbəti bir təxribat olduğunu deməyə əsas verir. Səhv etmirəmsə, bu əlimdəki idarəçi və bürokrat hüquqların alınması üçün edilən sayca beşinci cəhddir. Faktiki olaraq eyni adamlar gəlir və eyni mövqeydən çıxış edir və bu yoldaşların fəaliyyətləri mənim tam formada zərərsizləşdirilməyim baş tutana qədər də davam edəcəkdir. NMW03 nəzərnizə çatdırım ki, Zaur Qəriboğlunun onlarla jurnalist dostu və tanışı var və bundan əlavə AMEA-da Vikipediya sahəsində çalışmış onlarla adamı şəxsən tanıyır. Onun üçün sizin şəxsiyyətinizi təyin etmək uzağı 1 saatlıq bir işdir. Digər tərəfdən sizin facebook hesabınız mövcuddur və orada onlarla vikipediyaçı ilə virtual formada dostluq edirsiz. İddia edirsiniz ki, güya bütün bu işləri mən düzüb qoşmuşam və sairə. Sonra özünüzdə deyirsiz ki, bunları sübut edəcək faktınız yoxdur, ancaq sizcə elədir.. Bu qədər həvəskər formada etməyin məncə.. Sizdən əvvəlki yoldaşlar daha peşəkar formada yanaşırdı bu işə. Ötən il baş vermiş müzakirələrin yenidən hallanıdırlmasının səbəbi nədir ? İcma məgər həmin hadisələrlə bağlı yekun qiymət verməyibmi ? Bir digər məqam ondan ibarətdir ki, sizə kim ixtiyar verib ki, mənim real ad və soyadım olan screenləri bu formada icma ilə bölüşürsüz ? Facebookda baş verən danışıq tərzi əsasında, şəxsin idarəçilik statusu əlindən alına bilərmi ? Cənab 127-ci yapon imperatoru təqdim etdiyiniz linklərin 3 il bundan əvvələ aid olduğunu yəgin ki, gördünüz. Bütün keçmişdə onları xatırlatmaqda tam olaraq nə etməyə çalışdığınızı anlamıram. — Baskervill (müzakirə) 22:20, 5 iyul 2021 (UTC)
- Baskervill, atdığım linklərdən biri bir neçə gündən öncəsinə aiddir, 3 ilin deyil. İkincisi, məqalələri niyə müzakirəsiz bərpa etdiyinizlə bağlı sualımı cavablandırmadınız. Məqalələr həqiqətən də ensiklopedik ola bilər, amma burda yazdığınız arqumentləri əvvəlcə Bərpa üçün namizədlər üçün göstərməyiniz qaydalar çərçivəsində deyil ki?— 127-ci yapon imperatoru 23:57, 5 iyul 2021 (UTC)
- White Demon, Təşəkkür edirəm hörmətiniz artıq olsun. Qarşılıqlıdır. Yuxarıda qeyd etdiyim kimi hüququn alınması səviyyədə qayda pozuntusu olduğunu düşünmürəm. Kiçik pozuntulardı və Baskervill təcrübəli istifadəçidir, təkrarlayacağına inanmıram. Solavirum isə dəfələrlə istifadəçilərlə kobud davranıb və səsverməsi dövründə də bunu edib. Bu o deməkdir ki, istifadəçi bu cür rəftara meyillidir və hisslərini cilovlamağı bacarmır. Buna görə də mövqeyimi dəyişmişdir. Hörmətlə — eldarado ✉ 11:54, 6 iyul 2021 (UTC)
- Eldarado, keçən ildə belə "kiçik pozuntular" olmuşdu da? Təkrarlanmayıb indi? NMW03 (müzakirə) 12:54, 6 iyul 2021 (UTC)
- Eldarado burada yerləşdirdiyim bu qədər qayda pozuntusu, kukla hesabdan istifadə, indi də idarəçini təhqir edir və özbaşına məqalə bərpa edir. Bu davamlı deyil? Üstəgəl fb-da Vago ilə bağlı paylaşımı. Bu müzakirədə tərəfsiz olduğunuzu düşünmürəm. Hörmətlə, Turkmen müzakirə 13:06, 6 iyul 2021 (UTC)
- Eldarado, keçən ildə belə "kiçik pozuntular" olmuşdu da? Təkrarlanmayıb indi? NMW03 (müzakirə) 12:54, 6 iyul 2021 (UTC)
- Turkmen Tərəfli olduğumu düşünərək yanılırsız. Solavirumun səsverməsində nə qədər tərəfli istifadəçilər olduğunu gördünüz yəqin. Mən də ilk öncə lehinə səs versəmdə fikrimi dəyişdim. Orada əksər tərəfli istifadəçilər öz fikirlərinə əsasən lehinə səs verib problemli istifadəçini idarəçi seçiblərsə, Baskervillin o qədər zərərli olduğunu düşünmürəm. Solavirum, siz də yanlış anlamayın hər müzakirəmdə adınızı çəkdiyim üçün. Sadəcə ən uyğun müqayisə və yaxın səsvermə sizinkidir. Ümid edirəm ki, gələcəkdə fəaliyyətiniz ilə məni yanıldarsız. Hörmətlə — eldarado ✉ 14:02, 6 iyul 2021 (UTC)
- NMW03, qayda pozuntularının böyük əksəriyyəti vikipediyanın işini pozmur. Əsasən bəzi idarəçilərlə bir qədər sərt danışdığının şahidiyəm. Bu da bir qədər şəxsi məsələyə bənzəyir. Sosial şəbəkədə mübahisə edib bura daşımaq isə doğru deyil fikrimcə. İstifadəçilərlə kodub rəftar isə daha ağır qayda pozuntusu sayılır. Bu həmin istifadəçiləri idarəçilərdən fərqli olaraq vikipediyadan soyudur. — eldarado ✉ 14:06, 6 iyul 2021 (UTC)
- Eldarado, mən vallah Solavirum-un seçki gedən zaman digər istifadəçi ilə yazışmasında ciddi qayda pozuntusu görmədim və bunu "tərəf tutmaq" kimi qələm verilməsinin də tərəfdarı deyiləm. Amma bu qədər pozuntunu görməzdən gəlib "ciddi qayda pozuntusu deyil" demək də düzgün deyil. Mənim heç kimlə düşmənçiliyim, prinsipiallığım və ya kiməsə tərəfkeşliyim yoxdur. Heç Facebook-da ya da hansısa sosial şəbəkədə hansısa aktiv istifadəçi və ya hansısa idarəçi ilə aktiv yazışmam yoxdur, əmin ola bilərsiz. Maraqlıdır ki, mənə ən son mesaj yazan aktiv istifadəçi və ya idarəçi elə Nihad olub ki, o da düz 43 həftə olub (indi baxdım). Mənim bütün yazdığım müzakirələr sırf Vikipediyada gördüklərimlə və Facebook qrupundakı postlarla məhdudlaşır.— 127-ci yapon imperatoru 14:52, 6 iyul 2021 (UTC)
- NMW03, qayda pozuntularının böyük əksəriyyəti vikipediyanın işini pozmur. Əsasən bəzi idarəçilərlə bir qədər sərt danışdığının şahidiyəm. Bu da bir qədər şəxsi məsələyə bənzəyir. Sosial şəbəkədə mübahisə edib bura daşımaq isə doğru deyil fikrimcə. İstifadəçilərlə kodub rəftar isə daha ağır qayda pozuntusu sayılır. Bu həmin istifadəçiləri idarəçilərdən fərqli olaraq vikipediyadan soyudur. — eldarado ✉ 14:06, 6 iyul 2021 (UTC)
- White Demon, Təşəkkür edirəm hörmətiniz artıq olsun. Qarşılıqlıdır. Yuxarıda qeyd etdiyim kimi hüququn alınması səviyyədə qayda pozuntusu olduğunu düşünmürəm. Kiçik pozuntulardı və Baskervill təcrübəli istifadəçidir, təkrarlayacağına inanmıram. Solavirum isə dəfələrlə istifadəçilərlə kobud davranıb və səsverməsi dövründə də bunu edib. Bu o deməkdir ki, istifadəçi bu cür rəftara meyillidir və hisslərini cilovlamağı bacarmır. Buna görə də mövqeyimi dəyişmişdir. Hörmətlə — eldarado ✉ 11:54, 6 iyul 2021 (UTC)
- Eldarado, mənim şəxsimlə və ya davranışımla olan probleminiz ayrı məsələ. Bilirsiniz də, 18 ayrı istifadəçini tərəfli olmaqla günahlandırırsınız. --► Hörmətlə: SolaVirum 19:36, 6 iyul 2021 (UTC)
- Eyni dəsti-xətt və eyni ssenari üzrə gedir proseslər. 2020-ci ilin yanvar ayında icma tərəfindən müzakirə edilmiş məsələlər məqsədli formada yenidən gündəmə gətirilir. Cənab Turkmen 1 il bundan əvvəl Vago haqqında edilmiş paylaşımda hansı təhqir edici ifadə mövcuddur ? Az əvvəl yoldaş NMW03 mənə inbox-da yazır ki, nə həyasız adamsan. Məgər mən kiminsə haqqında belə bir ifadə işlətmişəm ? Yoldaşın özü etiraf etdi ki, bu sistemli bir gedişatdır və əsas məqsəd mənim idarəçi və bürokrat hüquqlarımın əlimdən alınmasından sonra qeyri-müəyyən müddətə bloklanmağımdır. Doğrusu mən çox təəssüf edirəm ki, 1 il - 1.6 ildən bir mənim statuslarımın alınması üçün bu qədər ciddi formada çalışırsız. Halbuki mən mövcud idarəçilərdən heç birinin (mövcud müzakirəsi gedən yoldaş xaric) statusunun alınmasında maraqlı deyiləm. Mənə yazılan mesajın özü hər şeyi ifadə edir: Qurduğunuz tanış bazarını dağıdacayıq narahat olmayın - dağıdacayıq ?! Soruşmaq ayıb olmasın necə nəfərsiz ki ? — Baskervill (müzakirə) 23:34, 7 iyul 2021 (UTC)
- Cənab White Demon mənim real həyatda olan adımı niyə yuxardakı şərhinizdə çəkmisiniz ? Mənim adım istifadəçi hesabımda qeyd olunub ? Yoldaş NMW03 yuxarda paylaşmış olduğu screenlər bir başa Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsinə dair müvafiq qanunların tələblərinə ziddir, ancaq görünür ki, yoldaş etmiş olduğu hərəkətin ona yarada biləcək hüquqi nəticələrindən xəbərsizdir. Əlimdə olan statusların alınması üçün ortada ciddi əsas yoxdur. 2 ədəd məqalənin bərpa edilməsinə görə idarəçinin statusu əlindən alınmalıdır ? İcma ötən il statusların saxlanılması haqqında qərar qəbul edib, götürüb yazıblar ki, bəs ötən il belə olmuşdu.. — Baskervill (müzakirə) 23:41, 7 iyul 2021 (UTC)
- İstifadəçi səhifənizdə IMDb profilinizə keçid qoymusuz, keçidə basanda ad və soyadınız yazılır. Hörmətlə, — 127-ci yapon imperatoru 00:21, 8 iyul 2021 (UTC)
- İşin gülməli tərəfi bilirsiniz nədir? Baskervill hələ də ona verilən suallara cavab verməyib. Eləcə deyirki mənim torbamı tikməyə çalışırsız. Siz qaydalara əməl etməyib özbaşına davrandıqdan sonra statusunuz alınırsa bu o demək deyil ki kimsə sizin torbanızı tikir ya da tikməyə çalışır. "İcma", "icma qərarını verib" deyib durursunuz. Bərpa etdiyiniz məqalələrdə icma qərar verməyib bəs? Yoxsa sizə sərf etməyən qərarları saymırsınız? Cənab Baskervill, istifadəçi səhifənizdə adınızdan şəklinizə qədər hər cür məlumat var. Hətta səhifənin əvvəlki versiyalarında oxuduğunuz universiteti və ixtisası da yazmısınız. "Nə həyasız adamsız" sözünü digər idarəçi həmkarlarımızı təhqir etdiyinizə görə yazmışdım. Onu yazdıqdan sonra bloklamışam sizi . Bu arada, bəli dağıdacayıq. Xəbəriniz yoxdur çox güman ki. Son 1-2 aydır bir qrup istifadəçi olaraq qaydalar üzərində işləyirik. Arada Kənd meydanına göz gəzdirin. Burda söhbət tək sizdən yox bu cür fəaliyyətlə məşğul olan digər (yeni istifadəçilər də) istifadəçilərdən gedir. Qısaca müzakirəni başqa tərəfə yönəltməyə çalışmayın və sizə verilən suallara cavab verin zəhmət olmasa. NMW03 (müzakirə) 09:58, 8 iyul 2021 (UTC)
- Cənab White Demon mənim real həyatda olan adımı niyə yuxardakı şərhinizdə çəkmisiniz ? Mənim adım istifadəçi hesabımda qeyd olunub ? Yoldaş NMW03 yuxarda paylaşmış olduğu screenlər bir başa Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsinə dair müvafiq qanunların tələblərinə ziddir, ancaq görünür ki, yoldaş etmiş olduğu hərəkətin ona yarada biləcək hüquqi nəticələrindən xəbərsizdir. Əlimdə olan statusların alınması üçün ortada ciddi əsas yoxdur. 2 ədəd məqalənin bərpa edilməsinə görə idarəçinin statusu əlindən alınmalıdır ? İcma ötən il statusların saxlanılması haqqında qərar qəbul edib, götürüb yazıblar ki, bəs ötən il belə olmuşdu.. — Baskervill (müzakirə) 23:41, 7 iyul 2021 (UTC)
- Eyni dəsti-xətt və eyni ssenari üzrə gedir proseslər. 2020-ci ilin yanvar ayında icma tərəfindən müzakirə edilmiş məsələlər məqsədli formada yenidən gündəmə gətirilir. Cənab Turkmen 1 il bundan əvvəl Vago haqqında edilmiş paylaşımda hansı təhqir edici ifadə mövcuddur ? Az əvvəl yoldaş NMW03 mənə inbox-da yazır ki, nə həyasız adamsan. Məgər mən kiminsə haqqında belə bir ifadə işlətmişəm ? Yoldaşın özü etiraf etdi ki, bu sistemli bir gedişatdır və əsas məqsəd mənim idarəçi və bürokrat hüquqlarımın əlimdən alınmasından sonra qeyri-müəyyən müddətə bloklanmağımdır. Doğrusu mən çox təəssüf edirəm ki, 1 il - 1.6 ildən bir mənim statuslarımın alınması üçün bu qədər ciddi formada çalışırsız. Halbuki mən mövcud idarəçilərdən heç birinin (mövcud müzakirəsi gedən yoldaş xaric) statusunun alınmasında maraqlı deyiləm. Mənə yazılan mesajın özü hər şeyi ifadə edir: Qurduğunuz tanış bazarını dağıdacayıq narahat olmayın - dağıdacayıq ?! Soruşmaq ayıb olmasın necə nəfərsiz ki ? — Baskervill (müzakirə) 23:34, 7 iyul 2021 (UTC)
Mənim Baskervill-ə münasibətim birmənalı deyil, bunu da həmişə bildirmişəm, idarəçi özü də, vikicəmiyyət də bu münasibəti bilir. Amma mən bu cür müzakirələrdə heç vaxt münasibəti əsas almıram, müzakirənin mahiyyətinə fikir verirəm. Bu müzakirə ilə bağlı mövqeyimi bənd-bənd yazacam.
- 1. SNS-dəki müzakirə nəticəsində silinən məqalənin təkbaşına verilən qərarla bərpası səhv addımdır. İdarəçinin bu addımını yanlış sayıram. Əvvəlcə məqalənin bərpası üçün müraciət olunmalı, müzakirə açılmalı idi. Mənim özümə məqaləsi silinən 100 adam müraciət edir sosial şəbəkələrdə, hamısını yönləndirirəm məqalələrin bərpası üçün müraciət səhifəsinə. İdarəçi olaraq hamıdan əvvəl biz özümüz azvikidə qayda-qanunlara əməl etməliyik. Bunu etməsək istifadəçilərdən də tələb edə bilmərik.
- 2. İdarəçinin kukla hesabından istifadə etməsi məsələsi keçən il müzakirə olundu. Kukla hesabının mövcudluğunu və ondan səsvermələrdə, müzakirələrdə aktiv istifadəni mən çox böyük qəbahət hesab edirəm, xüsusilə də idarəçi üçün. Amma bu məsələ ilə bağlı keçən il idarəçilər arasında keçirilən müzakirədən sonra etimad səsverməsi təşkil olundu və çox təəssüf edirəm ki, vikicəmiyyət idarəçiyə etimad göstərdi. Çünki mənim fikrimcə idarəçinin kukla hesabından istifadəsi, silinən 2-3 məqaləni müzakirəsiz bərpa etməsindən qat-qat böyük səhvdir. Ancaq etimad səsverməsi keçirildiyi üçün indiki müzakirədə idarəçini "kukla hesabına" görə təkrar ittiham etməyi düzgün hesab etmirəm. Bu məsələ artıq qapanıb.
- 3. Mənim Baskervill-ə həmişə ən böyük iradım qruplaşma yaratmaqda və onu idarə etməkdə olub. Hətta həmişə deyirdim ki, azvikinin 3 bürokratından 2-nin fikrinin bütün məsələlərdə 100% üst-üstə düşməsi də ciddi problemdir. Baskervill-in o vaxt Cekli ilə mübahisə nəticəsində idarəçi statusunun əlindən alınmasından dərhal sonra da tələm-tələsik yeni seçki təşkil edib idarəçi statusunu bərpa etməsi, ardınca tez-bazar seçki yoluyla bürokrat statusu alması düzgün deyildi, mübahisəli idi və bu gün də o məsələdə yanlış olduğunu düşündüyüm xeyli məqamlar var. O seçkidən bir müddət sonra bir-neçə tanımadığım adam mənə facebook-a həmin seçkilər zamanı Baskervill-in vatsap qrupunda onlara səhər-axşam müraciət edib səsvermədə iştiraka dəvət etdiyini yazmışdılar. Sonra Baskervill o istifadəçilərdən 1-2-sinin yazdığı məqaləni silmişdi, ara dəymişdi və onlar Baskervill-ə qarşı mövqe almışdılar. Əslində, bu həmişə belə olur - bu cür qruplaşmalar tez də dağılır. Azvikidə 13 ildə idarəçi olduğum müddətdə bunun dəfələrlə şahidi olmuşam. Ən azı 10 belə kütləvi qruplaşmanın yaranıb səsvermələrə müdaxilə etdiyinin, sonra isə dağıldığını görmüşəm. Ona görə də xüsusilə idarəçilərimizə həmişə məsləhət görürəm ki, qruplaşma içərisində olmasınlar. Amma son səsvermələrə baxıram, mənimlə yanaşı bürokrat statusu olan digər 2 idarəçimizin mövqelərinin səsvermələrdə artıq 100% deyil, 70-75% üst-üstə düşdüyünü görürəm ki, bu sevindirici haldır. Ümumiyyətlə, son 1 ildə azvikidə olan müəyyən səsvermələri təftiş edəndən sonra belə bir qərara gəlmişəm ki, Baskervill ətrafında olan qruplaşma artıq mövcud deyil. Hətta məndə belə bir təəssürat yaranır ki, Baskervill-ə qarşı müəyyən qruplaşma formalaşmaqdadır. Bu qruplaşma içində bəzi idarəçilərin də ola biləcəyini düşünürəm. Bu bir ehtimaldır, amma yenə də idarəçilərimizdən xahiş edirəm ki, qruplaşma içində olmasınlar. Bu sonra onların özlərinə qarşı çevriləcək, necə ki, böyük ehtimal ki, hazırda Baskervill o problemi yaşayır.
- 4. Baskervill-in kobudluğu ilə bağlı məsələyə gəldikdə - bəli, şərhlərində müəyyən kobudluq elementlərini görürəm. Amma mövcud idarəçilərimiz arasında Baskervill-i heç də ən "kobud" idarəçi adlandırmazdım. Yəni "kobudluq" Baskervill-in fəaliyyətinin əsas cizgisi deyil və kobudluğun onun statusunun alınması üçün səsvermənin təşkilinə əsas olduğunu düşünmürəm.
- 5. Ümumilikdə bir idarəçi kimi Baskervill-in fəaliyyətini azviki üçün faydalı hesab edirəm.
P.S. Yuxarıda yazdıqlarımı özüm də bir daha oxuyandan sonra bu məsələdə də "Azerifactory" ilə bağlı məsələdə olduğu kimi qərarsız qaldığımı bildirməliyəm. Ona görə idarəçilərin ümumi qərarı nə olacaqsa, onu dəstəkləyəcəm, amma özüm səsverməklə münasibət bildirməyəcəm. — Sortilegus (müzakirə) 17:45, 8 iyul 2021 (UTC)
- NMW03 özündən yaşca böyük bir şəxsə "Nə həyasız adamsız" kimi bir ifadəni işlətməyiniz sahib olduğunuz ailə tərbiyənizdən xəbər verir. Nə zaman ? Harada ? Kimi təhqir etmişəm ?! Zəhmət olmasa screen edib, burada paylaşın və qoy vikicəmiyyət qərar versin ki, orada təhqir var ya yox. Utanmadan böhtan atırsız, təhqir edirsiz və elə zənn edirsiniz ki, bütün bunlarla nələrəsə nail olmaq mümkündür. Sözügedən məqalələrin Bərpa üçün namizəd səhifələr bölməsinə təqdim edilmədən tərəfimdən bərpa edilməsi yalnış addım idi və bu hərəkətimdən hansısa vikicəmiyyət mənsubu pis olubsa şəxsən həmin adamdan üzr istəyirəm. Zaur Qəriboğlu və Mətin Quliyev haqqında olan məqalələr müzakirəsiz bərpa edilməməli idi. Cənab Sortilegus maraqlı şərhiniz üçün təşəkkür edirəm. 2021-ci ildə səhətimdə yaranan problemlərdən dolayı demək olar ki, Vikipediyada aktiv fəaliyyət göstərə bilməmişəm. Mart ayının 1-dən etibarən 3 aylıq vikitətildə olmuşam və indidə haqqımda başladılmış növbəti yalan-böhtan kampaniyası ilə mübarizə aparıram. Sortilegus çox dəqiq formada ifadə etdi ki, 2020-ci ilin yanvar ayında icma kukla hesablarla bağlı qərar verdiyi halda, eyni şəxslərin bu söhbəti yenidən gündəmə gətirməsi planlı hərəkət kimi görünür. Son olaraq fikirlərini öyrənmək istədiyim Babək Akifoğlu, Wertuose, Nicat49, Toghrul R, Drabdullayev17, Solavirum və Eminn-də müzakirədə iştirak etsəydi gözəl olardı. Sizlərə bircə sualım var; SNS-in qərarı ilə silinmiş 2 məqalənin bərpa edilməsinə görə idarəçidən statusu alınmalıdırmı ?— Baskervill (müzakirə) 06:54, 9 iyul 2021 (UTC)
- Bu arada Turkmen 2020-ci ilin yanvar ayında, haqqımda bu səsverməni başladan zaman məni facebookdan bloka atmışdı. Sonradan kələk baş tutmadı və blokdan çıxardı, üstəgəl dostluqda göndərdi :)) İndi eyni şeyi NMW03 edib. Yoldaşlar lütfən bir-birinizi bu qədər təkrar etməyin. Bax, aradan 1 il 6 ay vaxt keçib, bir balaca işə yaradıcı yanaşın ki, gələcəkdə müzakirələri oxuyan vikipediyaçılar üçün maraqlı olsun. — Baskervill (müzakirə) 07:10, 9 iyul 2021 (UTC)
- Həqiqətəndə çox gülməli davranırsınız. Düzəməlli cavab verə bilmirsiniz ancaq deyirsiniz ki mənə oyun qurublar, torbamı tikirlər. İndidə gedib Azerifactory-nin səsverməsinə yazmısınız ki bəs hədəf taxtasında 2 idarəçi var biri Azerifactorydir. Bir idarəçi olaraq Azerifactory-nin burdakı müzakirəsində iştirak etmisiniz? Hansı yalan-böhtan kampaniyası? Yuxarıda yazdıqlarım böhtandır? Bu arada üzr istəyirəm təhqir yazmışam. Digər idarəçi həmkarlara qarşı kobudluq etdiyinizi nəzərdə tuturdum. Hansı ki əvvəlki (və indiki) səsvermədə lehinə səs (sizə qarşı) veriblər. Əvvəlki müzakirəni bura qatmamışam. Yazdığıma baxsanız görərsinizki əvvəlki müzakirədə olanları xatırlatmışam sadəcə. Bərpa etdiyiniz məqalələr təkcə Zaur Qəriboğlu və Mətin Quliyev deyil. Tam 6 dənə belə məqalə bərpa etmisiniz. Hamısı ilə də Facebookda dostsunuz. Yuxarıda hamısının linkini yerləşdirmişəm. Nicat Manafov haqqında dedikləriniz bəs? Bəs məqaləni yaradırdız day sonrası sizlik deyildi? İndi nə oldu? Bunada üzr istəyəcəksiniz? Əminəm ki başqa bir nəfər bunları etsəydi utancından bunları yazmazdı hətta statusundan imtina edərdi. NMW03 (müzakirə) 11:42, 9 iyul 2021 (UTC)
- NMW03 özündən yaşca böyük bir şəxsə "Nə həyasız adamsız" kimi bir ifadəni işlətməyiniz sahib olduğunuz ailə tərbiyənizdən xəbər verir. Nə zaman ? Harada ? Kimi təhqir etmişəm ?! Zəhmət olmasa screen edib, burada paylaşın və qoy vikicəmiyyət qərar versin ki, orada təhqir var ya yox. Utanmadan böhtan atırsız, təhqir edirsiz və elə zənn edirsiniz ki, bütün bunlarla nələrəsə nail olmaq mümkündür. Sözügedən məqalələrin Bərpa üçün namizəd səhifələr bölməsinə təqdim edilmədən tərəfimdən bərpa edilməsi yalnış addım idi və bu hərəkətimdən hansısa vikicəmiyyət mənsubu pis olubsa şəxsən həmin adamdan üzr istəyirəm. Zaur Qəriboğlu və Mətin Quliyev haqqında olan məqalələr müzakirəsiz bərpa edilməməli idi. Cənab Sortilegus maraqlı şərhiniz üçün təşəkkür edirəm. 2021-ci ildə səhətimdə yaranan problemlərdən dolayı demək olar ki, Vikipediyada aktiv fəaliyyət göstərə bilməmişəm. Mart ayının 1-dən etibarən 3 aylıq vikitətildə olmuşam və indidə haqqımda başladılmış növbəti yalan-böhtan kampaniyası ilə mübarizə aparıram. Sortilegus çox dəqiq formada ifadə etdi ki, 2020-ci ilin yanvar ayında icma kukla hesablarla bağlı qərar verdiyi halda, eyni şəxslərin bu söhbəti yenidən gündəmə gətirməsi planlı hərəkət kimi görünür. Son olaraq fikirlərini öyrənmək istədiyim Babək Akifoğlu, Wertuose, Nicat49, Toghrul R, Drabdullayev17, Solavirum və Eminn-də müzakirədə iştirak etsəydi gözəl olardı. Sizlərə bircə sualım var; SNS-in qərarı ilə silinmiş 2 məqalənin bərpa edilməsinə görə idarəçidən statusu alınmalıdırmı ?— Baskervill (müzakirə) 06:54, 9 iyul 2021 (UTC)
- Salam. Bir idarəçi kimi müzakirədə iştirak etməyə dəvət olundum deyə burada fikirlərimi qeyd edəcəyəm. İlk öncə müzakirədə iştirak edən hər tərəfdən, xüsusilə də müraciəti edən və sözügedən müraciətin əsas mövzusu olan şəxslərdən xahiş edirəm ki, nəzakət qaydalarını pozmasınlar və bir-birlərinin qəlbini qırmasınlar (baxmayaraq ki, hər iki tərəfin bu xahişi veclərinə almayacaqlarını bilirəm). İndi keçək müraciətə və davam edən müzakirəyə; burada mübahisəli aspektlər var:
- "Baskervill"in Qəriboğlu ilə əlaqədə olub hansısa həmkarının adını verməsi iddiasının qaldırılmasını düzgün hesab etmirəm, xoş niyyət qaydalarına da ziddir. Başa düşürəm, müəyyən bir "travma" var. Hər hansısa şəxs 200 minlik bir kanalda adı çəkilərək təhlükəli formada ittiham edilirsə, özündən çıxar.
- Şəxsi mesajların internetdə yayımlanması, səhv etmirəmsə, Azərbaycan qanunvericiliyinə görə inzibati xəta hesab edilir.
- Kukla hesabdan istifadə etmək qırmızı bayraqdır.
- Qəriboğlu daxil olmaqla bir neçə şəxs haqqında olan məqalələr BNS nəticəsi olmadan bərpa edilməməliydi. Şəxsin özünün ensiklopedik olduğunu düşünürəm, lakin mənəvi aspektlərə görə bir müddət əvvəl həmin səsvermədəki iştirakımdan əl çəkdim.
- Şəxs özü öz istifadəçi səhifəsində ad və soyad kimi şəxsi detallarını yayımlayırsa, kiminsə onun adını çəkməsindən şikayətlənməməlidir. Lakin təməl amillər (məsələn, kiminsə şəxsi həyatındakı və ya Vikipediyadan kənar iş fəaliyyətindəki hadisələri burada müzakirə etmək) var ki, onlara burada toxunmaq olmaz.
- Ümumiyyətlə, hər iki tərəfdə təmək olaraq VP:N pozuntuları müşahidə edirəm.
Uzun sözün qısası, müraciətin edilməsinə səbəb olan hadisələr və müzakirənin gedişatı narahatedicidir. Hər iki istifadəçini tanıyıram, hər iki istifadəçinin fəaliyyəti dəyərlidir, hər iki istifadəçinin tapdaladığı qaydalar var. Fikrimi bildirirəm, lakin müraciətin nə lehinə, nə də ki əleyhinə səs verəcəyəm. Hamınıza uğurlar! --► Hörmətlə: SolaVirum 12:40, 9 iyul 2021 (UTC)
- Hörmətli Baskervill niyə adımı tez-tez teq edib məni narahat edirsiz? Ümumiyyətlə sizi anlamıram, niyə sizi dəstəkləməyən istifadəçilərə qarşı aqressiv davranırsız? Mən və digərləri sizi dəstəkləyəndə yaxşı idik, indi pis? Mən fəaliyyətinizi bəyənmirəm və bunu əsaslandırıram. Çox sayda qayda pozuntularınızın olduğunu düşünürəm və buna aid arqument irəli sürürəm, müvafiq keçidləri səs verərkən qeyd etdim. Özünüz deyirsiz ki, blokunuzu açmışam (bu arada əlavə olaraq qeyd etmisiz ki, sizə dostluq atmışam bu artıq yalan söhbətdir). Bloku açmışamsa deməli sizinlə şəxsi problemim yoxdur. Əvvəllər necə dəstəkləmişəmsə düz hərəkət edəndə yenə də dəstəkləyərəm. Burda nə problem varki? Zəhmət olmasa adımı tez-tez teq etməyin, yaxud müzakirələrdə mənə söz vurmayın. Onsuzda fikir verirsinizsə demək olarki şərhlərinizə cavab vermirəm, çünki arqument irəli sürmürsüz. Fəaliyyətinizdə uğurlar.— Turkmen müzakirə 18:38, 9 iyul 2021 (UTC)
- Baskervill, bu arada keçən səsvermələrdə sizi dəstəkləyən bəzi qeyri-aktiv istifadəçilərin fəaliyyətində hal-hazırda aktivlik müşahidə olunur. Nəzərinizə çatdırım ki həmin istifadəçilər səsvermədə iştirak etsələr Vikipediya:Səs ovçuluğu qaydasına əsasən bloklana bilərlər. NMW03 (müzakirə) 01:06, 12 iyul 2021 (UTC)
- NMW03, söhbət kimlərdən gedir ? Mən heç kimdən girib mənə səsverməsi üçün xahiş etməmişəm. İnsanları niyə töhmət altında buraxırsız ? Sizin məqsədiniz bu səfər məni idarəçilikdən tamamilə uzaqlaşdırmaqdır. Əziyyətinizin yerdə qalmasını istəmirsiz və ona görə də, var gücünüzlə çalışırsız. Konkret başımıza kül olub. Kül olub ki, bir idarəçi bütün fəaliyyətini digər bir idarəçinin statusunun alınmasına yönəldib və əmin olmaq istəyir ki, etimad səsverməsində heç kim ona dəstək olmayacaq. Bu qədər rəzil və rüsvayçı bir günə salmayın özünüzü. Əlinizdə heç bir konkret fakt yoxdur. 3 məqalənin bərpa olunmasına görə 10 illik idarəçi tərcübəsi olan bir adamın statusunun əlindən zorla almaq olmaz. Cənab Sortilegus, lütfən bu yoldaşın canfəşanlığına fikir verin. Adam sanki dünya çempionatının final oyununa hazırlaşır. — Baskervill (müzakirə) 03:41, 12 iyul 2021 (UTC)
- Solavirum kukla hesabdan istifadə edilməsi ilə bağlı vikicəmiyyətin 2020-ci ilin yanvar ayında verdiyi qərar yetərli deyilmi ? Belə çıxır ki, bəzi yoldaşlara lazım olan nəticə əldə edilməyənə qədər bu arqument əldə bayraq ediləcək ? — Baskervill (müzakirə) 03:43, 12 iyul 2021 (UTC)
- NMW03, söhbət kimlərdən gedir ? Mən heç kimdən girib mənə səsverməsi üçün xahiş etməmişəm. İnsanları niyə töhmət altında buraxırsız ? Sizin məqsədiniz bu səfər məni idarəçilikdən tamamilə uzaqlaşdırmaqdır. Əziyyətinizin yerdə qalmasını istəmirsiz və ona görə də, var gücünüzlə çalışırsız. Konkret başımıza kül olub. Kül olub ki, bir idarəçi bütün fəaliyyətini digər bir idarəçinin statusunun alınmasına yönəldib və əmin olmaq istəyir ki, etimad səsverməsində heç kim ona dəstək olmayacaq. Bu qədər rəzil və rüsvayçı bir günə salmayın özünüzü. Əlinizdə heç bir konkret fakt yoxdur. 3 məqalənin bərpa olunmasına görə 10 illik idarəçi tərcübəsi olan bir adamın statusunun əlindən zorla almaq olmaz. Cənab Sortilegus, lütfən bu yoldaşın canfəşanlığına fikir verin. Adam sanki dünya çempionatının final oyununa hazırlaşır. — Baskervill (müzakirə) 03:41, 12 iyul 2021 (UTC)
- Fikrimcə NMW03-ün bu bildirişi: bu arada keçən səsvermələrdə sizi dəstəkləyən bəzi qeyri-aktiv istifadəçilərin fəaliyyətində hal-hazırda aktivlik müşahidə olunur. Nəzərinizə çatdırım ki həmin istifadəçilər səsvermədə iştirak etsələr Vikipediya:Səs ovçuluğu qaydasına əsasən bloklana bilərlər. fəaliyyətini bərpa etmiş istifadəçiləri blokla hədələmək anlamına gəlir. Doğru anladım yoxsa yanılıram? Fəaliyyətini bərpa etmiş istifadəçilər səsvermədə iştirak edə bilməzlər? Etsələr bloklnacaqlar? Hansı qaydaya əsasən? Yaxşı olar ki, həmin istifadəçiləri bir başlıq açaraq teq edin və fikirlərini öyrənək nə üçün fəaliyyətlərini bərpa ediblər :) — eldarado ✉ 05:49, 12 iyul 2021 (UTC)
- Sortilegus, fəaliyyətimi illərə bölsək, heç vaxt heç bir bürokrat ilə fikirlərim il ərzində 100% üst üstə düşməyib :) Bu mövzuda çox danışmışıq deyə yenidən qayıtmaq istəmirəm. Hörmətlə — eldarado ✉ 05:53, 12 iyul 2021 (UTC)
- Baskervill, hələ də 3 məqalə deyib durursunuz. Suallarıma cavab verməkdən boyun qaçırırsınız. Səsvermədə görəcəyik həmin istifadəçiləri . Eldarado, bloklanacaqlar yox bloklana bilərlər yazmışam. Hansı qaydaya əsasən olduğunu da qeyd etmişəm. NMW03 (müzakirə) 13:03, 12 iyul 2021 (UTC)
- NMW03 konkret olaraq hansı sualı cavabsız qoymuşam ? — Baskervill (müzakirə) 02:53, 15 iyul 2021 (UTC)
- Turkmen yuxarıda yazmısınız ki, mən güya idarəçiləri təhqir etmişəm. Nə zaman olub bu hadisə ? Necə utanmadan şər ata bilirsiniz. Sübut edin və bizlərə təhqir olan hissəni göstərin. Gözləyirəm.— Baskervill (müzakirə) 04:12, 16 iyul 2021 (UTC)
- Baskervill elə də uzağa getmək lazım deyil, bu nə danışıq tərzidir ? Vikipediya:Nəzakət qaydalarına əməl edin. Bu artıq idarəçiyə qarşı ikinci pozuntudur. Bu tərzdə davam etsəz sizə blok təyin etməli olacam. Vikipediya:Xoş niyyətli olduğunuzu göstərin. Nümunə istəyirsinizsə buyrun :
- "...məqalələri məqsədli formada silməklə bir daha bu çirkin niyyətini ifadə etmiş olursan".
- "Çox təəssüf edirəm ki, hal-hazırda başım işə və dərsə qarışıb, məni bir az noqalay yerdə yaxalamısan".
- Baskervill elə də uzağa getmək lazım deyil, bu nə danışıq tərzidir ? Vikipediya:Nəzakət qaydalarına əməl edin. Bu artıq idarəçiyə qarşı ikinci pozuntudur. Bu tərzdə davam etsəz sizə blok təyin etməli olacam. Vikipediya:Xoş niyyətli olduğunuzu göstərin. Nümunə istəyirsinizsə buyrun :
- Baskervill, məqalələri niyə müzakirəsiz bərpa etmisiz? NMW03 (müzakirə) 06:11, 18 iyul 2021 (UTC)
- Turkmen yuxarıda yazmısınız ki, mən güya idarəçiləri təhqir etmişəm. Nə zaman olub bu hadisə ? Necə utanmadan şər ata bilirsiniz. Sübut edin və bizlərə təhqir olan hissəni göstərin. Gözləyirəm.— Baskervill (müzakirə) 04:12, 16 iyul 2021 (UTC)
- NMW03 konkret olaraq hansı sualı cavabsız qoymuşam ? — Baskervill (müzakirə) 02:53, 15 iyul 2021 (UTC)
- Hələ bu da var, "Kimlərsə köhnə idarəçiləri yola salır və əvəzinə yeni idarəçiləri namizəd edirlər. Bütün bunları görməmək mümkün deyil". --► Hörmətlə: SolaVirum 08:31, 16 iyul 2021 (UTC)
- Turkmen, noqalay və çirkin niyyət sözləri nə zamandan təhqir hesab olunur ? NMW03 öz ailə tərbiyəsini ifadə edərək mənə həyəsız adam deyir, ancaq siz bunu görməzdən gəlirsiniz. Çünkü indiki vəziyyətdə sizə bütün bunlar sərf edir.
- Solavirum, bəlkə dediklərimdə yalnış nəsə var ? Faktiki olaraq idarəçilik statusunu itirmək istəməyən iki təcrübəli idarəçidən bu status sökə-sökə alınır və əvəzində iki yeni sima idarəçi seçilir. Sizcə bu hal Azviki kimi kiçik bir vikipediya üçün yetərincə qəribə deyilmi ?
- NMW03, Zaur Qəriboğlunun ensiklopedik şəxs olmasına icma qərar verdi. İnanıram ki, oxşar qərarlar digər şəxslər haqqında da veriləcək. Konkret olaraq sizin sualınızın cavabı budur ki, həmin məqalələr siz tərəfdən edilmiş müvafiq təhriklərə görə tərəfimdən bərpa edilmişdir və bu addıma görə icmadan üzr istəmişəm. — Baskervill (müzakirə) 18:20, 18 iyul 2021 (UTC)
- Mən deyəndəki "həyasız adamsız" deyirsiniz ki sən mənə nəzakətsizlik etmisən. İndi də böhtan atıb özünüzü haqlı çıxarmağa çalışırsınız. Təhrik sözünün mənasını bilirsiniz? Bilmirsinizsə deyim: "Hər hansı bir işi görməyə həvəsləndirmək, sövq etmək". Nə vaxt təhrik etmişəm sizi? Harda? Necə? Üzr istədiz vəssalam qurtardı? Mən sizdən soruşanda niyə üzr istəməmişdiniz ki bəs səhv etmişəm zad? Oxşar qərarların digər məqalələr haqqında veriləcəyinə inanırdınızsa niyə müzakirəsiz bərpa edirdiniz? İndi deyin görək həmin məqalələri "həqiqətən" niyə bərpa etmisiniz? NMW03 (müzakirə) 05:09, 20 iyul 2021 (UTC)
- Yanlış çox şey var. Əlinizdə konkret dəlil olmadan böhtan atmaöa haqqınız yoxdur. Özü də bir adama yox haa, bir neçə şəxsə. --► Hörmətlə: SolaVirum 15:58, 19 iyul 2021 (UTC)
- Yekun: Qəbul edildi və ümumi səsverməyə çıxarıldı. — eldarado ✉ 08:09, 23 iyul 2021 (UTC)
Uzun vikitətil :)
Salam hörmətli idarəçilər. Hərbi xidmətə yola düşdüyüm üçün idarəçi statusumdan imtina etmək qərarı aldım. Yaddaşlarda qeyri-aktiv idarəçi olaraq qalmaq istəmədiyim üçün bunu edirəm. Gedib-gəldikdən sonra yenidən səsvermə açıb icmanın qərarını gözləyəcəm. Özünüzə yaxşı baxın.
P.S VP:ŞİRKƏT qaydasını hazırlamışam amma müzakirəyə çıxaracaq qədər vaxtım yoxdur. Ona görə də sizdən (digər istifadəçilər də daxil olmaqla) xahiş edirəm ki müzakirəyə (əgər müzakirə uğurlu alınarsa səsverməyə təbii ki) çıxarın.— NMW03 (müzakirə) 20:41, 1 oktyabr 2021 (UTC)
Sura Shukurlu-nun idarəçi səsverməsi
Salam. Vikipediya:İdarəçilər səsverməsində Sura Shukurlu-nun səsverməsində lehinə səslərin sayı 100 faiz olsa da, minimum 15 səs gəlmədiyi üçün hal-hazırda seçilməmiş sayılır. Daha əvvəlki səsvermələrdə belə halla rastlaşdığımızı xatırlamıram. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarında "Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər." belə bir bənd var. Burda səsvermənin uzadılması qeyd olunmayıb, bu təcrübədən istifadə edilməyib heç. Amma bu halda səsvermənin yenilənməsi yeni namizədlik kimi başa düşülmür, məncə. Bu barədə fikirlərinizi gözləyirəm. Eminn (müzakirə) 16:45, 16 dekabr 2021 (UTC)
- Bir də Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları səhifələrində bir-birinə zidd 2 bənd var: "Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən, lehinə səslərin sayı isə 10-dan az olmasın". Sonra da yazılır ki, "İdarəçiliyə namizəd ən azı 10 səs alarsa və onun seçilməsinə qarşı səs verənlərin sayı etibarlı səslərin sayının 1/3-ni keçməzsə, o seçilmiş, əks halda isə seçilməmiş sayılır". Sura Shukurlu ilə bağlı vəziyyət belədir ki, namizəd 10 səs lehinə alıb (14 səs), əleyhinə səs verən sayı 1/3-i keçməyib (0 səs), amma 15 etibarlı səs yoxdur. — Sortilegus (müzakirə) 17:26, 17 dekabr 2021 (UTC)
- Deməli qaydaya dəyişiklik lazımdı. Get-gedə təkmilləşdirmək lazımdı. — Araz Yaquboglu (müzakirə) 06:06, 18 dekabr 2021 (UTC)