Verona - Wikipedia
Verona — (ven. Veròna) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir.[3] Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib.
Verona | |
---|---|
Verona Veròna | |
45°26′19″ şm. e. 10°59′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | təq. e.ə. 550 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 59 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 045 |
Poçt indeksi | 37100, 37121–37142 |
Nəqliyyat kodu | VR |
Digər | |
comune.verona.it | |
Vikianbarda əlaqəli mediafayllar |
13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu.[4] Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır.
Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib. Verona həm də ilk böyük qadın humanist və İntibah dövrünün ən mühüm humanistlərindən biri olduğu deyilən İzotta Noqarolanın doğulduğu yerdir.[5] 2000-ci ilin noyabrında şəhər strukturuna və memarlığına görə YUNESKO tərəfindən Ümumdünya irsi obyekti elan edilmişdir.
Şəhərdə 2026 Qış Olimpiya Oyunlarının bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.
Coğrafiya
redaktəİqlimi
redaktəVerona Şimali İtaliyanın daxili düzənlikləri üçün xarakterik olan rütubətli subtropik iqlimə malikdir, isti yayı, sərin və rütubətli qışı var, baxmayaraq ki, Qarda gölünün şəhərə qismən təsiri var[6]. Nisbi rütubət il boyu yüksəkdir, bu da qışda əsasən axşamdan səhərə qədər dumana səbəb olur, buna baxmayaraq son illərdə bu fenomen getdikcə daha az baş verir.
Veronanın iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 14 | 20 | 21 | 27 | 31 | 34 | 36 | 35 | 33 | 26 | 18 | 14 | 36 |
Maksimum orta, °C | 5,2 | 8,5 | 13,0 | 17,3 | 22,3 | 26,2 | 28,9 | 28,1 | 24,4 | 18,4 | 11,1 | 6,0 | 17,5 |
Orta temperatur, °C | 2 | 3 | 8 | 13 | 17 | 21 | 23 | 23 | 19 | 13 | 7 | 3 | 13 |
Minimum orta, °C | −2 | 0,1 | 3,4 | 7,0 | 11,4 | 15,2 | 17,7 | 17,2 | 13,7 | 8,4 | 3,4 | −1,2 | 7,9 |
Mütləq minimum, °C | −10 | −7 | −2 | 0 | 2 | 8 | 11 | 11 | 7 | −2 | −7 | −7 | −10 |
Yağıntı norması, mm | 54,5 | 47,8 | 57,8 | 68,8 | 85,4 | 86,2 | 61,5 | 87,5 | 62,6 | 81,5 | 75,3 | 50,6 | 819,5 |
Mənbə: meteoAM Weatherbase |
İdman
redaktəŞəhərdə iki peşəkar futbol komandası var. Tarixən şəhərin əsas komandası Hellas Verona FK olub. 1984-85-ci mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandı və növbəti il Çempion Klublar Kubokunda iştirak etdi. Kyevo Verona FK Veronanın məhəllələrindən biri olan Kyevonu təmsil edirdi və 1929-cu ildə yaradılmışdı. Lakin, ödənilməmiş vergi səbəbindən bu klub 2021-ci ildə mövcudluğunu dayandırdı. 2022-23 mövsümü etibarı ilə Hellas İtaliya A Seriyasında, şəhərin digər klubu olan Virtus isə İtaliya C Seriyasında oynayır. Hellas və Kyevo komandaları Derbi della Scala kimi adlandırılan derbidə güclərini sınayırdı və 1990 FİFA Dünya Kubokunda məkan kimi istifadə edilən 38,402 yerlik Markantonio Benteqodi stadionunu (indi Kyevo ləğv olunduğuna görə yalnız Hellas ev sahibliyindədir) ortaq istifadə edirdi.
Veronada Marmi Lanza Verona voleybol komandası (indi A1 Seriyasında), reqbi komandası Franklin and Marshall Cus Verona Rugby (indi A1 Seriyasında) və Scaligera Basket basketbol komandası (Legadue) yerləşir.
Şəhər iki dəfə 1999-cu ildə (Trevizo ilə birgə ev sahibi kimi) və 2004-cü ildə UCI Yol üzrə Dünya Çempionatına ev sahibliyi etmişdir . Şəhər həmçinin müntəzəm olaraq Giro d'Italia illik velosiped yarışının mərhələlərinə ev sahibliyi edir. Verona 2009-cu ildə beysbol üzrə dünya kubokuna və 2010-cu ilin sentyabr-oktyabr aylarında Voleybol üzrə Dünya Kubokuna, 2014-cü ilin sentyabr-oktyabr aylarında Voleybol üzrə Qadın Dünya Çempionatına ev sahibliyi etmişdir.[7]
İstinadlar
redaktə- ↑ Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
- ↑ https://demo.istat.it/?l=it.
- ↑ "Verona Guide". verona.com. 2009-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2021.
- ↑ "Verona city – Tourism". www.turismoverona.eu. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2020.
- ↑ "Isotta Nogarola". Encyclopedia.com. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
- ↑ Thomas A. Blair, Climatology: General and Regional, Prentice Hall pages 131–132; Adriana Rigutti, Meteorologia, Giunti, p, 95, 2009.
- ↑ "Volleyball Women's World Championship 2014". FIVB. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2014.