Vaynsberq - Wikipedia
Vaynsberq (alm. Weinsberg) — Almaniyanın Baden-Vürtemberq torpağında şəhər. Şəhər öz şərabı ilə tanınır.
Şəhər | |
Vaynsberq | |
---|---|
Weinsberg | |
49°09′07″ şm. e. 9°17′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 219 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +49 7134 |
Poçt indeksi | 74189 |
Nəqliyyat kodu | HN |
Digər | |
weinsberg.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Ştutqart inzibati ərazi dairəsinin Haylbronn rayonunda yerləşir və Raum-Vaynsberq bələdiyyələr birliyinə daxildir. Əhalisi 2012-ci ilin sonuna olan məlumata görə 11349 nəfərdir. Sahəsi 22,22 km² təşkil edir. Şəhər üç rayona bölünmüşdür.
Şəhərin hündür yerində Vaybertroy (alm. Weibertreu — qadın sədaqəti) qalasının qalıqları yerləşir.
Vaynsberqin mühasirəsi
redaktəKöln kral salnaməsində (lat. Chronica regia Coloniensis) yazılanlara görə, 21 dekabr 1140-cı ildə Vaynsberqi mühasirəyə alan imperator III Konrad şəhərin sərt müqavimətindən qəzəblənərək oranın bütün kişi sakinlərinə ölüm hökmü çıxarır və yalnız qadınlara bellərində apara biləcəkləri qədər yüklə şəhəri tərk etməyə icazə verir. Qadınlar isə öz ərlərini bellərinə alaraq şəhəri tərk etməklə onların həyatını xilas edirlər. Kral isə sözünə sadiq qalaraq buna mane olmur. Şəhərin kilsəsində həmin hadisəni təsvir edən 1659-cu ildə çəkilmiş rəsm asılmışdır.
Qardaşlaşmış şəhərlər
redaktəVaynsberq Fransanın Arden departamentində yerləşən Karinyan və İtaliyanın Asti əyalətindəki Kostilyole-d'Asti şəhərləri ilə rəsmi əlaqələrə malikdir. Şəhər, həmçinin Böyük Britaniyanın Keyvort və ABŞ-nin Minnesota ştatının Leyk-Kristal şəhərləri ilə qeyri-rəsmi əlaqələr yaratmışdır ki, bu da şəhərlər arasındakı tələbə mübadilə proqramları nəticəsində mümkün olmuşdur.
ABŞ-nin Ohayo ştatındakı Vaynsburq (ing. Winesburg) şəhəri XIX əsrin əvvəllərində Vaynsberqin şərəfinə adlandırılmış, 1833-cü ildə isə adı indiki yazılış formasına dəyişdirilmişdir.