Vasili Qrabin - Wikipedia
Vasili Qavriloviç Qrabin (rus. Васи́лий Гаври́лович Гра́бин; 28 dekabr 1899 (9 yanvar 1900) – 18 aprel 1980, Korolyov[d], Moskva vilayəti) — SSRİ konstruktoru və Böyük Vətən müharibəsi dövründə artilleriya silahlarının istehsalının təşkilatçısı. Sosialist Əməyi Qəhrəmanı (28.10.1940), texniki qoşunların general-polkovniki (30.03.1945), dörd "Stalin" mükafatı laureatı (1941, 1943, 1946, 1950), Artilleriya Elmləri Akademiyasının həqiqi üzvü.
Vasili Qrabin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1899 (9 yanvar 1900) |
Vəfat tarixi | 18 aprel 1980 (80 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | general-polkovnik |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVasili Qavriloviç Qrabin 28 dekabr 1899-cu ildə (9 yanvar 1900) Staronijesteblievskaya kəndində (indiki Krasnoarmeyski rayonu, Krasnodar diyarı) anadan olub. 1921-ci ildən Sov.İKP-nin üzvü olub. 1923-cü ildə Petroqradda artilleriya məktəbini bitirib. Vasili Qrabin bir müddət orduda zabit kimi xidmət edib. Sonra Qrabin təhsilini Dzerjinski adına Hərbi Texnika Akademiyasının artilleriya fakültəsində davam etdirib.
1930-cu ildə akademiyanı bitirdikdən sonra "Krasnıy Putilovets" zavodunun konstruktor bürosunda mühəndis-konstruktor işləyib. Bir il sonra o, "Narkomtyajprom"un (Moskva) Ümumittifaq Silah və Arsenal Assosiasiyasının (VOAO) 2 saylı Konstruktor Bürosuna ezam olunub. Oraya gəldikdən qısa müddət sonra 2 №-li KB VOAO Konstruktor Bürosunun yaradılması ilə 1 saylı KB ilə birləşdirildi.
Qrabinin çox qısa bir müddətdən sonra artilleriya qurğuları və sistemləri ilə bağlı layihələri ən yuxarı dairələrdə diqqəti cəlb edib. Bir neçə il ərzində Qrabinin konstruktoru olduğu toplar sovet ordusunun silah arsenalını zənginləşdirib. Onun növbəti ixtiraları, daha da təkmilləşdirilmiş piyada topları, tank əleyhinə toplar, tank üçün mərmilər və digər qurğular Qrabini SSRİ-nin müdafiə sənayesində birinci simaya çevirib. Hər yeni qurğunun layihəsi birbaşa Stalinin yanında müzakirə edilib. Qrabin öz layihələrini böyük təmkinlə, elmi cəhətdən əsaslandırlmış rəqəmlərlə müdafiə edə bilib. O, Stalinin çoxsaylı suallarının hamısına cavab tapmağı bacarıb. Qrabinin ixtiraları Stalinin xoşuna ona görə gəlib ki, artilleriya qurğuları güclü silah olmaqla yanaşı, həm də onların istehsalına az vaxt və az vəsait tələb olunub.
1942-ci ilin avqust ayında Qrabinin konstruktoru olduğu topların döyüş bölgələrində səmərəliliyi nəzərə alınaraq Stalin Moskva vilayətinin Kalininqrad şəhərində (sonralar Korolyov şəhəri) yeni Mərkəzi Artilleriya Konstruktor Bürosunun açılması haqqında sərəncam imzalayıb və büroya Qrabin rəhbər təyin edilib. Qrabinə fərdi olaraq texnika qoşunları general-polkovniki rütbəsi verilib.[1]
Qələbənin təmin olunmasında Qrabinin topları böyük rol oynayıb, Moskvadan Berlinin küçələrinə qədər gedib çıxan bu toplar İosif Stalin tərəfindən yüksək qiymətləndirilib. Qrabin öz ixtiralarına görə dörd dəfə Stalin mükafatının laureatı olub.
1945-ci ildə ona Texniki Qoşunların general-polkovniki şəxsi hərbi rütbəsi verilib.
Müharibə illərində məmurlar arasında konfliktlər səngiməyib. Qrabinin rəhbərlik etdiyi konstruktor bürosu SSRİ Xalq Silah Komissarlığının (nazirliyinin) tabeliyində olub və bu quruma Dmitri Ustinov (sonralar SSRİ müdafiə naziri) rəhbərlik edib. Qrabinin birbaşa Stalinlə telefon danışıqlarını, görüşlərini Ustinovu qane etməyib. Müşavirələrin birində Stalinin Qrabinə şəxsi avtomobil hədiyyə etməsi isə Ustinovu daha da qıcıqlandırıb.
Stalinin vəfatından sonra Qrabin nadir məmurlardan biri olub ki, o, kabinetindən Stalinin böyük portretini çıxarmayıb və məqamı düşdükcə Nikita Xruşşovun diktəsi ilə Stalinin fəaliyyətinə kölgə salanların cavablarını verib.
1950-ci illərdə artilleriya sistemlərinə maraq kəskin şəkildə azalıb. Əvvəlcə Lavrenti Beriya, sonra isə N.Xruşşov raket sahəsinə yön aldılar. Bu, D.Ustinov ilə uzun müddətdir davam edən münaqişənin marşalın xeyrinə bitməsi ilə nəticələndi.
Ustinov nazir kimi əvvəlcə Qrabinin rəhbərlik etdiyi Mərkəzi Konstruktor Bürosunun profilini dəyişib, 1959-cu ildə isə büronun fəaliyyəti dayandırılıb. Büronun fəaliyyəti bir qurum kimi dayandırıldıqda Ustinovun göstərişi ilə arxiv sənədləri də məhv edilib. Bu sənədlərin arasında Qrabinlə Stalinin yazışmaları da olub. Ustinov qisas hissini gizlətmədən Stalinin Qrabinə hədiyyə etdiyi avtomobili də büronun avtomibili kimi qeydiyyata salaraq onun əlindən alıb. Bununla da 1959-cu ildən Qrabin konstruktor kimi bütün işlərdən uzaqlaşdırılıb. O, “stalinçi” kimi bir daha heç bir vəzifəyə təyinat almayıb.[2]
Nəticədə Grabin tərəfindən hazırlanmış yalnız bir silah, S-60 zenit silahı ordu tərəfindən qəbul əbul olundu. Lakin təcili ehtiyac yarandığı üçün kiçik bir seriyada sonradan C-23-də qismən qəbul edildi. Bununla belə, onun rəhbərliyi altında komanda ordu üçün bir neçə artilleriya silah sistemi hazırlayıb. Bunlar arasında 180 mm-lik S-23 topları, 210 mm-lik S-33 haubitsaları və 280 mm-lik S-43 minaatanları var.[3]
Qrabinin bu gün də ixtiraları dünyanın onlarla ölkəsinin silah arsenalında yer alır. 1960-cı ildən Qrabin Bauman adına Moskva Dövlət Texniki Universitetində professor kimi çalışıb. O, ömrünün son illərində iki cilddən, iki min səhifədən ibarət “Qələbə silahı” adlı memuarlarını qələmə alıb.
Vasili Qrabin 1980-ci ildə, 80 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığnda dəfn olunub.
Xatirəsi
redaktə- Qrabinin adı Korolyov şəhərində küçələrindən birinə və Krasnodarda bir küçəyə verilib.
- Nijni Novqorodda bir meydan Qrabinin adını daşıyır
- Qrabinin və Nijni Novqorod Maşınqayırma Zavodunun işçilərinin şərəfinə Qələbənin 70 illiyi münasibətilə müəssisənin əsas girişində xatirə abidəsi açılıb.[4]
- Korolyov şəhərində Şəhər Şöhrət Memorialında abidəsi ucaldılıb.[5]
- Korolyov şəhərində Ros Energia keçid məntəqəsinin binasında xatirə lövhəsi vurulub.
- Krasnodarda Rusiya Poçtunun Mərkəzi Filialının binasında xatirə lövhəsi asılıb.
İstinadlar
redaktə- ↑ Указ Президиума Верховного Совета СССР от 18.11.1944 — О награждении генералов, офицеров и конструкторов промышленности вооружения и боеприпасов // Газета Красная звезда — 19.11.1944. № 274 (5954)
- ↑ "Взлеты и падения «пушкаря» Грабина". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
- ↑ "А. Широкорад. Секретный сталинский заказ". 2008-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
- ↑ 70-летию Победы открыт мемориал у главной проходной
- ↑ "Памятник советскому конструктору Василию Грабину открыли в Королёве". Официальный сайт администрации города Королёв. 12.01.2021. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-13.
Ədəbiyyat
redaktə- Дынин И. М. Земные громы: Повесть. За честь и славу Родины. М.: . 1986.
- Худяков А. П. В. Грабин и мастера пушечного дела. — М.: Патриот, 2000. — 366 с. — (Отчизны верные сыны).
- Худяков А. П., Худяков С. А. Гений артиллерии (3-е изд 1500 nüs.). М.: РТСофт. 2010. ISBN 978-5-903545-12-4.
- Смирнов Г. В. Рассказы об оружии. — М.: Детская литература, 1976.
- Миренков А. И. Василий Гаврилович Грабин: Человек, инженер, генерал. М.: Кучково поле. 2018. ISBN 978-5-9950-0910-8.
- Позамантир Р. Д. «Ракетно-космический наукоград Королёв». М.: ИП Струченевская О.В. 2018. ISBN 978-5-905234-12-5.