Valeri Pekress - Wikipedia
Valeri Pekress (fr. Valérie Pécresse, anadan olanda Valeri Ru fr. Valérie Roux; 14 iyul 1967[1][2][…], Nöyi-sür-Sen, Fransa) — fransız siyasətçisi, Frnasua Fiyon hökumətində 2007–2012-ci illərdə nazir, 2015-ci ildən İl-de-Frans regional şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının nazmizədi, 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib[3].
Valeri Pekress | |
---|---|
fr. Valérie Pécresse | |
18 dekabr 2015 – hal-hazıradə | |
Şəxsi məlumatlar | |
Doğum adı | Valérie Anne Émilie Roux |
Doğum tarixi | |
Doğum yeri | Fransa, Nöyi-sür-Sen, İl-de-Frans, Fransa |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, nazir, magistrate |
Uşaqları | 3 |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət |
valeriepecresse.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi-halı
redaktəTəhsili
redaktəParisdə Ali Kommersiya Məktəbini və İnzibatçılıq Mili Məktəbini bitirib[4]. 1998-ci ilədək Fransa Dövlət Şurasında auditor, Prezident Jak Şirakın məsləhətçisi işləyib. Ana dili olan fransız dili ilə yanaşı, ingilis, rus və yapon dillərini bilir[5].
Siyasi karyerası (2002–2021)
redaktə2002, 2007 və 2012-ci illərdə İveliyadan Fransa Milli Məclisinin deputatı seçikib. 2004-cü ildə İl-de-Frans regionu şurasının üzvü seçilib. Xalq hərəkatı uğrunda ittifaqın mətbuat katibi işləyib.
2007-ci ildə Fransanın ali təhsil və elmi tədqiqatlar naziri təyin edilib, bu vəzifədə 2010-cu ildə hökumət dəyişiliklərindən sonra da işləyib. 2011-ci ildə büdcə naziri və hökumətin mətbuat katibi təyin edilib. 2012-ci ildə hökuməti tərk edib.
2015-ci ilin dekabrında Fransada regional seçkilərdə ikinci turda İl-de-Fransda onun rəhbərliyi ilə sağ mərkəzçi "Respublikaçılar" partiyası 43,8 % səs topladı. Sosialist Partiyası Klod Bartoloninin rəhbərliyi ilə 42,18 % səs, Milli Cəbhə isə 14,02 % səs topladı[6]. 18 dekabrda Valeri Pekress İl-de-Frans regional şurasının 119 səslə (209 deputatadan 140 nəfəri səsvermədə iştirak etdi) sədri seçilir[7].
10 sentyabr 2017-ci ildə "Biz azadıq" hərəkatını yaradır. Məqsəd sağ qüvvələrə "təmiz hava" vermək, "güclü, sosial və islahatçı" gücü qorumaq və bununla da partiyadailix mübarizdədə "Respublikaçılar"ın görkəmli nümayəndəsi Loran Bokyeyə əks güc yaratmaq idi[8].
26 may 2019-cu ildə "Respublikaçılar" Avropa parlamentinə seçkilərdə 8,48 % səs topladıqdan sonra 5 iyun tarixində partiyadan çıxır. O sağ ideyaları bərpa etməyin və partiya daxilində siyasi strukturu yeniləmək mümkün olmadığından bu addımı atdığını bildirdi.[9].
27 iyun 2021-ci ildə Fransada regional seçkilərdə Valeri Pekressin rəhbərliyi ilə respublikaçılar yenidən İl-de-Fransda qələbə qazandılar — onları 45,92 % seçkiyə gələnlər dəsətəklədilər. Onlar regional parlamentdə 125 yer əldə etdilər. Julyen Bayunun rəhbərlik etdiyi sol blok 33,68 % (53 mandat), Jordan Bardellanın rəhbərlik etdiyi Milli Birlik — 10,79 % (16 mandat) və Loran Sen-Martenin vətəndaş siyahısı isə — 9,62 % (15 mandat) qazandılar[10].
2 iyulda Pekress 125 səslə regional şuranın sədri seçilir. Onun yeganə rəqibi, "Məğlubedilməz Fransa" blokunun namizədi Pol Vanye cəmi 12 səs topladı.[11].
2022-ci il prezident seçkilərində iştirakı
redaktə2021-ci lin dekabrında "Respublikaçılar" partiyası adından 2022-ci ildə ölkədə keçirləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün prosesə qoşuldu.[12]. 4 dekabr 2021-ci ildə ikinci turda 114 min səs toplayaraq 60,95 % respublikaçının səsini ala bildi və Erik Syuttiyə qalib gəldi[13]
Siyasi baxışları
redaktəZamanında o qənaətə gəlib ki, azadlıq daha çox sağ ideologiyanın əsasını təşkil edir.[14]. O dövlət büdcəsini azaltmağı, 250 min dövlət qulluqçusunu ixtisar etməyi, pensiya və müavinətlərə dövlət müdaxiləsini təklif edir. Bu isə onun opponentlərinin fikrincə kəskin sosial partlayışa səbəb ola bilər[15].
Valeri Pekress Fransada ermənipərəstliyi və islam dininə qarşı kəskin mübarizəsi ilə tanınır. 2017-ci ildə Pekress islam imamlarına büdcədən maaş verilməsini bəyənmir və onların moizələrini fransız dilində aparmalı olduqlarını bildirir[16]. 20–21 dekabr 20222-ci ildə Ermənistana səfəri zamanı "Mən islamçılığın yüksəlişini dayandırmaqda qərarlıyam" kimi fikirlər səsləndirib[17].
V. Pekressin ermənipərəst mövqeyi
redaktəPekress Vətən müharibəsi zamanı Fransa erməni təşkilatları koordinasiya şurasını dəsətələyərək 175 siyasətçi ilə birlikdə Fransa hökumətinə müraciət ünvanlamışdı. Müraciətdə Pekress Fransa hökumətini Qarabağ münaqişəsində bitərəf mövqeyini dəyişərək "Azərbaycanın ermənilərə qarşı təcavüzünə görə" birtərəfli qaydada Ermənistanı dəsətəkləməyə çağırmışdı[15].
Ermənistana seçkiöncəsi səfəri zamanı Parisdə Ermənistanı dəstəkləmək üçün beynəlxalq konfransın təşkilini planlaşdırdığını bildirib. O, qeyd edib ki, konfransın gündəliyində duran əsas məsələ — Ermənistan və Qarabağda xristian mədəniyyətinin və irsinin qorunmasıdır[17].
Valeri Pekressin Azərbaycan ərazisinə qanunsuz səfəri
redaktə22 dekabr 2021-ci il tarixində Valeri Pekress fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması kimi qiymətlədndirildi.
Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Eyni zamanda Azərbaycan ərazilərinə qanunsuz səfər edən Valeri Pekrez və onu müşayiət edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib[3].
Pekressin iki fransız deputatı ilə birlikdə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərini öz həmkarları təxribat adlandırdılar[18].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Valérie Pecresse // Sycomore (fr.). / Assemblée nationale
- ↑ Répertoire national des élus. 2019.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
- ↑ "Valérie Pécresse, la guerrière". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
- ↑ "Valérie Pécresse :Et Dieu créa la femme, Le nouvel economiste". 2007-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
- ↑ "Résultats des élections régionales 2015 Ile-de-France" (fransız). L'Express. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
- ↑ Dominique Malécot. "Ile-de-France : les urgences de Valérie Pécresse" (fransız). Les Echos. 2015-12-18. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
- ↑ "Pécresse lance son mouvement Libres! pour "oxygéner la droite"" (fransız). Le Point. 2017-09-10. 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.
- ↑ "Valérie Pécresse annonce sa démission des Républicains" (fransız). Le Monde. 2019-06-05. 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.
- ↑ "Ile-de-France : résultats des élections 2021" (fransız). Le Monde. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ Martine Bréson. "Ile-de-France : Valérie Pécresse réélue présidente du conseil régional" (fransız). France blue. 2021-07-02. 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ Gaël Vaillant. "Congrès LR : ce qui différencie Eric Ciotti et Valérie Pécresse, tous deux qualifiés pour le second tour" (fransız). Le Journal du dimanche. 2021-12-02. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.
- ↑ Sarah Belouezzane. "Election présidentielle 2022 : Valérie Pécresse, au défi du rassemblement de la droite" (fransız). Le Monde. 2021-12-04. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-05.
- ↑ Mathilde Siraud. "Adolescente, Valérie Pécresse fréquentait les camps des jeunesses communistes en URSS" (fransız). Le Figaro. 2016-03-27. 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
- ↑ Gaël Vaillant. "Islam de France : "un débat inflammable" chez Les Républicains" (fransız). Le Journal du Dimanche. 2018-02-12. 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-16.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
- ↑ "Arxivlənmiş surət". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.