Vi David - Wikipedia
VI David Narın (1225, Gürcüstan – 1293, Kutaisi) — Səlcuq-Baqrationi sülaləsinə mənsub gürcü kralı. Gürcüstan krallığını 1245-1259-cu illəri arasında idarə etmiş, Monqol imperatorluğunun onu qovmasından sonra 1259-cu ildən ölümünə qədər İmereti krallığının hökmdarı olmuşdur.[1]
VI David Narın | |
---|---|
დავით VI ნარინი | |
| |
1245 – 1259 | |
Əvvəlki | Rusudan |
Sonrakı | VII David |
1259 – 1293 | |
Sonrakı | I Konstantin |
Şəxsi məlumatlar | |
Doğum adı | დავით VI ნარინი |
Doğum tarixi | 1225 |
Doğum yeri | |
Vəfat tarixi | 1293 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | Qiyasəddin Türkanşah |
Anası | Rusudan |
Həyat yoldaşları |
Tamar Amanelisdze Teodora Dukaina Paleologina |
Uşaqları |
I Konstantin I Mixail II Vaxtanq Aleksandri |
Ailəsi | Baqrationi, Səlcuqlular |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKraliça Rusudan ilə Anadolu Səlcuq Dövləti hökmdarı II Qılınc Arslanın nəvəsi olan səlcuqlu şahzadəsi Qiyasəddin Türkanşahın oğlu olaraq 1225-ci ildə dünyaya gəlmişdir. Monqol işğalından sonra paytaxt Tiflisi tərk edərək Kutaisiyə qaçan Kraliça Rusudan 1230-cu ildə oğlunu vəliəhd elan edir.Rusudan özündən sonra qardaşı oğlunun taxta keçməsinə maneə törətmək üçün onu Səlcuq sultanı II. Qiyasəddin Keyxosrovun sarayına əsir olaraq göndərdi. Öz oğulunu da Moğollar tərəfindən qanuni kral olaraq tanınmaq üzrə Qızıl Orda hökmdarı Batı xanın sarayına göndərdi. Rusudan 1245-ci ildə ölüncə onun yerinə taxta VI David keçdi. Ondan əvvəl taxta keçməsi lazım olan VII David ortalarda görünmədiyindən Gürcü zadəganları bu keçişi təsdiqlədilər. Ancaq Moğol hökmdarlarından Küyük xan VII Davidi də kral təyin etdi,beləliklə krallıq iki kral tərəfindən 1259-cu ilə qədər idarə olundu. VI David Narın 1259-cu ildə Monqol boyunduruğuna qarşı üsyan qaldırıb məğlub oldu və Kutaisiyə qaçdı. Beləliklə ölkə iki yerə bölündü.
İmereti kralı
redaktə1270-ci illərdə Monqol hücumlarına qarşı qalib gələn David, 1282-ci ilin aprelində Trabzon imperiyasına hücum etdi. Şərqdəki torpaqlarını işğal etdi, Teodoranı imperatriça elan edərək İmeretiyə qayıtdı. 1293-cü ildə vəfat etdi və yerinə oğlu Konstantin keçdi.
İstinadlar
redaktə- ↑ "TBİLİSİ YMCA". Archived from the original on 2004-09-20. İstifadə tarixi: 2022-09-24.