Vii Henri - Wikipedia
VII Henri (ing. Henry VII of England; 28 yanvar 1457[1][2][…], Pembrok qalası[4] – 21 aprel 1509[1][2][…], Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kralı.[5]
VII Henri | |
---|---|
ing. Henry VII | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1457[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1509[1][2][…] (52 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Anası | Marqarita Byufort[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Faəliyyəti
redaktəİngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorlar sülaləsi ilə (1485–1603) sıx bağlıdır. Al qızılgül və ağ qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
Atasının mərkəzləşdirmə siyasətini VIII Henri davam edir. Bu kral dövrünün yüksək təhsil görmüş və mesenat bir adam idi və ingilis humanistlərində bu, böyük ümidlər yaradır. Onu çox vaxt İngiltərənin "renessans" hökmdarı adlandırırlar. VIII Henrinin dövründə onun kansleri T. Kromvelin fəal iştirakı ilə dövlət idarəçiliyində mühüm islahatlar keçirilir. Gizli Şura baş inzibati orqana çevrilir. Şuranın fəaliyyət dairəsi qeyri-məhdud idi: o, xarici və daxili siyasi xətti müəyyən edir, maliyyə və müdafiə işlərinə nəzarət edirdi. Şurada əsas yeri saray nazirləri yox, lord-kansler, lord-xəzinədar, dövlət katibi, lord-admiral və marşal tuturdu. Bütün XVI əsr boyu dövlət katibi vəzifəsi yüksəliş dövrünü keçirirdi: əvvəllər monarxın şəxsi katibi olan bu vəzifəli şəxs tədricən kəşfiyyata və diplomatik idarəyə başçılıq etməyə başlayır.
Tüdorlar monarxiyasının möhkəmləndirilməsində məhkəmə sisteminin inkişafı mühüm rol oynayır. Yerli maqnatların şəxsi ədliyyəsi qəti şəkildə ləğv olunur və mərkəhi məhkəmələr əsas rol oynayır. İngilis bürokratiyasının səciyyəvi cəhəti onda idi ki, o, qapalı kastaya çevrilir və yerli zadəganlarla sıx iqtisadi əlaqələr saxlayır.
İngiltərənin ada vəziyyəti Tüdorların diqqətini ordudan çox donanmaya çəkir. "İngiltərənin taxta divarları" adlandırılan kral donanması VII Henrinin və VIII Henrinin aktları gəmiqayırma işini də inkişaf etdirirdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Myers A. R., Morrill J. S. Henry VII // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Henry VII Tudor, King of England // The Peerage (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Kindred Britain.
- ↑ 1 2 http://www.medievalists.net/2015/08/03/ten-castles-that-made-medieval-britain-pembroke-castle/.
- ↑ "Historical Memorials of Westminster Abbey" by Arthur Penryn Stanley (page 281–282): "His infant daughter Elizabeth, aged three years and two months, was buried, with great pomp, in a small tomb at the feet of Henry III. His infant son, Edward, who died four years afterward (1499), was also buried in the Abbey. The first grave in the new Chapel was that of his wife, Elizabeth of York. She died in giving birth to a child who survived but a short time."