Velixan Qarayev - Wikipedia
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru.[1] İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır.
Vəlixan Qarayev | |
---|---|
Qarayev Vəlixan Novruz oğlu | |
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Milliyyəti | azərbaycanlı |
İxtisası | müalicə işi |
Təhsili | N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu |
Elmi dərəcəsi |
Həyatı
redaktəVəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur.
Karyerası
redaktə1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir.
1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır.
1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir.
2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib.
2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2012-ci ildən 01.01.2020-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzinin Baş həkimi, 01.01.2020-ci ildən indiyədək Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır.[2].
Elmi fəaliyyəti
redaktə1999-cu ildə namizədlik dissertasiyasını, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
1998-ci ildən ali dərəcəli həkim-cərrahdır. Qarın və döş boşluğları orqanlarında, ətraflarda, damarlarda təcili və planlı cərrahi əlaməliyyatları açıq və endoskopik üsullarla tam həcmdə yerinə yetirir.
49 elmi işin, 1 monoqrafiyanın, 17 ixtira və 5 tədris vəsaitinin müəllifidir.
Mükafatları
redaktəAiləsi
redaktəAiləlidir, bir oğlu və bir qızı var.
İstinadlar
redaktə- ↑ Рауф Гараев: "За бой в тюрьме я заработал 1200 долларов. На воле лишь однажды было больше" Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine. business-gazeta.ru (rus.)
- ↑ Şamaxı rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir. shamaxi-ih.gov.az, 04.04.2014 (az.)
Müəllif hüquqları
redaktə- : [email protected] (Simral Mahmudov)
- Facebook profili