Ulduzlu Comcexul - Wikipedia
Ulduzlu çömçəxul (lat. Benthophilus stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Ulduzlu çömçəxul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ulduzlu çömçəxul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəQara, Azov, Xəzər dənizləri hövzələrində yayılmışdır.
Morfoloji əlamətləri
redaktəD III-IV,I 8-9, A I 7-9-dur. Bel sırasında 27-30, qarın sırasında 22-25 ziyil olur. Belində qonur rəngli 3 xal vardır. Uzunluğu 107 mm-ə qədər olur. Enlənmiş başı ilə seçilir. Bunların üzərində daha çox inkişaf etmiş tikancıqlar vardır. Rəngi bozdur. Bədəndə iri lövhəciklər üç sıra əmələ gətirir. Bel sırasında lövhəciklərin sayı (25) 20-30 (31), qarın sırasında (20) 22-25-dir.
Yaşayış yeri və həyat tərzi
redaktəXəzər dənizində 2 yarımnövü yaşayır: Xəzər ulduzlu çömçəxulu -Benthophilus stellatus leobergius Iljin və Qazan çömçəxulu B.s.casachius Rahimov. Onlardan ancaq biri Azərbaycan sularında yayılmışdır. Nominativ yarımnövdən başda nizamsız yerləşmiş daha iri çoxsaylı sümük lövhəcikləri və yuxarıdan baş ilə bədən arasında zəif əyinti ilə fərqlənir. B.s.casachius yarımnövünün yaşadığı Orta Xəzərin şərq sahilindən başqa bütün dənizdə yayılmışdır. Azərbaycan sahillərində Yalamadan Sumqayıta, Küryanı rayondan Astaraya qədər azsaylıdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.