U Tan - Wikipedia
U Tan (22 yanvar 1909[1][2][…] – 25 noyabr 1974[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) Birləşmiş Millətlər Təşkilatının üçüncü baş katibi olmuş (1962-1971) birmalı pedaqoq olmuşdur.
U Tan | |
---|---|
birm. ဦးသန့် | |
30 noyabr 1961 – 31 dekabr 1971 | |
Əvvəlki | Daq Hammarşeld |
Sonrakı | Kurt Valdheym |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1909[1][2][…] |
Vəfat tarixi | 25 noyabr 1974[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | siyasətçi, diplomat, yazıçı |
Dini | Theravada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
O, 1931-1952-ci illər arasında ölkəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. O, 1952-1953-cü illər ərzində BMT-də Birma nümayəndələri arasında olmuşdur. 1957-ci ildə Birmanın BMT-dəki daimi nümayəndəsi olan U Tan, 1959-cu ildə BMT Baş Assambleyasının vitse-prezidenti təyin edilmişdir.
BMT-nin Baş katibi Dag Hammarskjöld vəfat etdikdən sonra o, ABŞ və Sovet İttifaqı tərəfindən baş katibin səlahiyyətlərini icra etmək üçün bu vəzifəyə irəli sürülmüşdür. 1961-ci ildə bu vəzifəyə seçilmiş U Tan 1962-ci ildə daimi baş katib olmuşdur. O, 1966-cı ildə yenidən beş il müddətinə eyni vəzifəyə seçilmişdir. O, bu vəzifədə 1971-ci ilə qədər qalmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Sithu Thant // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Brozović D., Ladan T. U Thant // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ 1 2 Istituto dell'Enciclopedia Italiana Thant, Sithu U // Enciclopedia on line (it.).