Torpagimiz Tariximiz Taleyimiz Film 2015 - Wikipedia
Torpağımız... tariximiz... taleyimiz... — İlk dəfə 2015-ci il aprel ayının 13-dən may ayının 14-nə kimi Lider TV-də yayımlanan çoxseriyalı sənədli film. Filmin müəllifi və rejissoru Füzuli Sabiroğludur.[1]
Torpağımız... tariximiz... taleyimiz... | |
---|---|
Janr | sənədli film |
Rejissor | Füzuli Sabiroğlu |
Əsərin müəllifi | Füzuli Sabiroğlu |
Ssenari müəllifi | Füzuli Sabiroğlu |
Operatorlar |
Mir Rəsul Cəfərov Sədrəddin Mirzəyev |
İstehsalçılar |
Lider Qrafika, "Azərbaycan" redaksiyası |
İlk baxış tarixi | 13 aprel 2015 |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Bölüm sayı | 20 |
Rəng | rəngli |
Çəkiliş yeri | Tərtər rayonu, Bərdə rayonu, Gəncə |
Film ikinci dəfə 8 iyun 2016-cı ildən yayımlanmağa başlamışdır.
Məzmun
redaktəFilm Heydər Əliyevin nitqi ilə başlayır:
"Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməlyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq. Biz bununla heç vaxt razılaşa bilmərik. Tarix böyükdür. Bir əsrdə olan hadisələr də sonrakı əsrdə dəyişilə bilir. Biz sadəcə, bu həqiqətləri əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq, — bunu tarix göstərəcəkdir."
Bu filmlərdə əsas xətt tarixi faktlar və sənədlər üzərində qurulmuşdur. Sadəcə bəzi bölgələrin folklorundan filmin müəllifi elementlər kimi istifadə etmişdir ki, bu da süjet xəttindəki gərginliyi yumşaltmağa xidmət edir.
Film Qərbi Azərbaycanın gizli işğalı haqqında cəmiyyətin qarşısında duran bir çox tarixi suallara cavab verir. Sensaion arxiv sənədlərinə söykənən tarixi faktlar, şahidlərin ifadələri filmi daha da dəyərli edir. Tarixi Azərbaycan ərazilərində eramızdan əvvəlki dövrdən başlayaraq XX əsrin sonlarınadək olan bir zaman kəsiyindəki tarixi proseslər filmdə xronoloji ardıcıllıqla göstərilir.
Haqqında
redaktəFilmin baş məsləhətçisi İsrafil Məmmədovdur. Filmin çəkilməsində Mahmud Məmmədov və Yaşar Əliyev dəstək göstərmişlər.
Filmdə Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin, Rusiya Dövlət Kino və Foto Arxivinin, Ermənistan Kino və Televiziya Arxivlərinin materiallarından, eləcə də, Azərbaycan Milli Dövlət Arxivi və Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivindəki sənədlərdən, Ermənistan Dövlət Arxivinin və Gürcüstan Dövlət Tarix Arxivinin sənədlərindən istifadə olunmuşdur.
Film tanınmış alimlər tərəfindən tarixi-elmi əsər kimi də qiymətləndirilir.
Seriyaları
redaktə- Bizi birləşdirən Ağrı: İki seriyalı bu hissə 13 – 14 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə
- Zəngəzur: Filmin Zəngəzur mahalına aid hissələri 15 – 16 aprel tarixlərində yayımlanmışdır. Seriyanın məsləhətçiləri Musa Urud və Əziz Ələkbərlidir. İzlə
- Dərələyəz: İki seriyalı bu hissə 20 – 21 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə: 1-ci seriya və İzlə: 2-ci seriya
- Göyçə: İki seriyalı bu hissə 22 – 23 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə: 1-ci seriya və İzlə: 2-ci seriya
- Şəmşəddil-Qaraqoyunlu: Bir seriyalı bu hissə 27 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə
- Loru-Pəmbək: İki seriyalı bu hissə 28 – 29 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə: 1-ci seriya və İzlə: 2-ci seriya
- Dərəçiçək-Qırxbulaq: Bir seriyalı bu hissə 30 aprel 2015-ci il tarixində yayımlanmışdır. İzlə
- Ağbaba-Şörəyel: İki seriyalı bu hissə 4 – 5 may 2015-ci il tarixində yayımlanmışdır. İzlə: 1-ci seriya və İzlə: 2-ci seriya
- Vedibasar-Gərnibasar: İki seriyalı bu hissə 6 – 7 may 2015-ci il tarixində yayımlanmışdır. İzlə: 1-ci seriya və İzlə: 2-ci seriya
- Zəngibasar-Sərdarabad: Bir seriyalı bu hissə 11 may 2015-ci il tarixində yayımlanmışdır.
- İrəvan şəhəri: Üçseriyalı bu hissə 12, 13, 14 may 2015-ci il tarixində yayımlanmışdır. İzlə
İstinadlar
redaktə- ↑ "Центр истории Кавказа принял участие в ряде фильмов и передач, посвященных 1915 году и армянскому вандализму" (rus). rizvanhuseynov.com. 27 апреля 2015. 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.