Teymur Kerimli - Wikipedia
Teymur Kərimli (tam adı: Kərimli Teymur Həşim oğlu; 2 oktyabr 1953, Nürgüt, Ordubad rayonu) — filologiya üzrə elmlər doktoru, akademik, tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvü (2014).[1][2] Hazırda AMEA Əlyazmalar İnstitutunun direktorudur.
Teymur Kərimli | |
---|---|
Teymur Həşim oğlu Kərimli | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nürgüt, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adları | direktor, AMEA-nın həqiqi üzvü |
İş yeri | |
Təhsili | |
Tanınmış yetirməsi | Əzizağa Nəcəfov[d] |
Üzvlüyü | |
Mükafatları |
“TÜRKSOY 30 illiyi (1993–2024)” yubiley medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTeymur Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində doğulmuşdur.[3] Teymur Kərimli orta məktəbi qızıl medalla bitirib (1970), indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış (1975), Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlayaraq iki il orta məktəbdə müəllim işləmişdir.
Teymur Kərimli 1977–1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Teymur Kərimli Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), AMEA-nın həqiqi üzvüdür (2014). 2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına (həmmüəlliflərlə) görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.[4]
Teymur Kərimli otuz ildən artıq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edib. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktoru vəzifəsində (2002–2003-cü və 2012–2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı işləyib) çalışmışdır.
Teymur Kərimli eyni vaxtda "Elm" nəşriyyatının baş redaktoru işləmiş (1990–2000), bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik "Azərbaycan Ədəbiyyatı tarixi"-nin bəzi cildlərinin məsul redaktoru, "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olmuşdur.
2007-ci ildə Humanitar və İctimai elmlər bölməsi, ədəbiyyatşünaslıq ixtisası üzrə AMEA-nın müxbir üzvüdür. 2014-cü ildən isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir.
Teymur Kərimli müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, Fransada, İtaliyada və Hindistanda, MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
Elmi fəaliyyəti
redaktəTeymur Kərimli "Nizami və tarix", "Görünməyən Füzuli", "Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası", "Gözəllərin axıra qalmışı", "Şərqin qapısından dünyaya", "Hicran ömrü", "Akademik Əhməd Mahmudov", kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün "Ədəbiyyat" dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.
Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır.
Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M. P. Vaqif, S. Ə. Şirvani, M. Ə. Sabir, M. Şəhriyar, H. Cavid kimi görkəmli söz ustalarının ədəbi irsini tədqiq etmişdir.[1]
Mükafatları
redaktə- "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatına layiq görülmüşdür. 2010.
- AMEA Rəyasət Heyəti tərəfindən məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındaki xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.2013.
- Ümumtürk mədəniyyətinə, ədəbiyyatına xidmətlərinə görə Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən "Mahmud Kaşğari" medalı ilə təltif olunmuşdur. 2018.
- Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində "Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi" nin qurulması, Azərbaycan və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı yubiley medalı ilə təltif olunmuşdur. 2018.
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" (1918–2018)" Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. 2018.
- Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən elmi simpoziumda iştiraki zamanı Serbiya Kral Akademiyasının təsis etdiyi "İvo Andriç" yubiley medalı ilə təltif olunmuşdur. 2019.
- Moldovanın paytaxtı Kişniyovda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə iştirakina görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur. 2019.
- Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elan olunmuş "Nəsimi ili" nin nəticələrinə əsasən "Fəxri Ferman" la təltif olunmuşdur. 2020.
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
- Azərbaycan dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərman"ı ilə təltif olunmuşdur.
- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Nizami Gəncəvi" medalı ilə təltif edilmişdir.
- "Nizami Gəncəvi İli"ndə xüsusi fəaliyyətinə görə AMEA-nın "Fəxri Fərman"ı ilə təltif edilmişdir.
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilmişdir. 2022.
- Azərbaycan Respublikasının Prezidentinin elan etdiyi "Şuşa ili"ndə məhsuldar fəaliyyətinə görə AMEA-nın "Fəxri Fərman"ı ilə təltif olunmuşdur. 2022.
- Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyat Universitetinin təsis etdiyi "Əlişir Nəvai" medalı ilə təltif olunmuşdur. 2023.
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Elm günü və Həmkarlar İttifaqı işində iştirakına görə "Fəxri Fərman"la təltif edilmişdir. 2023.
- 2 oktyabr 2023-cü — ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib
- 2 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.[5]
Kitabları
redaktə1. Nizami və tarix. Bakı, Elm, 2002
2. Görünməyən Füzuli. Bakı, Elm, 2003
3. Akademik Akif Əlizadə: İstedadla enerjinin harmoniyası. Bakı, Nafta-Press, 2004
4. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2007
5. Şərqin qapısından dünyaya. Bakı, Çaşıoğlu, 2009
6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, 2009.
7. Gözəllərin axıra qalmışı. Bakı, Çaşıoğlu, 2010.
8. Hicran ömrü. Bakı, Çaşıoğlu, 2010.
9. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün dərslik. Bakı, Çaşıoğlu, [Azərbaycan Respublikası Təhsil Nazirliyi], 2012.
10. Teymur Kərimli: Akademik Əhməd Mahmudov. Bakı, İndiqo, 2013.
11. Akademik Mirzə İbrahimov. Bakı, Elm, 2015
12. Teymur Kərimli. Çağdaşımız Nəsimi. Bakı, Elm və təhsil, 2019.
13. Teymur Kərimli: Nizami və tarix, monoqrafiya. Bakı, Elm, 2021
14. Teymur Kərimli. Şuşanamə, Şuşa ilinə. Bakı, Elm və təhsil, 2022.
15. Teymur Kərimli. Heydər Əliyev və klassik irs. Bakı. Elm və təhsil, 2023.
16.Керимли Т. Академик Ахмед Махмудов. Баку, 2013.
Filmoqrafiya
redaktəMəqalələr
redaktə1. Nizami və təbiət: Yeddi Gözəl poeması üzrə. Azərbaycan təbiəti. 1980. № 21, S. 34–35.
2. Yeddi gözəl poeması və folklor. Aspirantların respublika konfrans materialları. Bakı, 1980. S. 107–110.
3. Nizaminin "Yeddi gözəl" poeması ilə Firdovsi "Şahnamə"si arasında bəzi paralellər. "Nizami və dünya ədəbiyyatı" beynəlxalq elmi konfrans materialları. Bakı, 1982. S. 56–57.
4. Nizaminin "Yeddi gözəl" poeması və Şərq tarixi xronikaları. Bakı şəhər gənc alimlərinin elmi-praktik konfrans məruzələrinin tezisləri. Bakı, 1982. S.56.
5. Yeddi gözəl poemasının bədii dil xüsusiyyətləri. Gənc alimlərin III respublika konfrans məruzələrinin tezisləri. Bakı, 1982. S.5.
6. Yeddi gözəl poemasının yarandığı tarixi şərait. Azərbaycan, SSR. EA-nın xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 1982. № 2. S. 9–12
7. Qızıl döyüşçü kimdir? Ədəbiyyat və incəsənət. 1984. 21 dekabr
8. Məlik bəy Avçı. Ədəbiyyat və incəsənət. 1984. 15 iyun.
9. Nizami lirika və liriklik haqqında. "Dünya ədəbiyyatında lirikanın inkişafında Nizaminin rolu və "Xosrov və Şirin" poemasının 800 illiyi" mövzusunda ümumittifaq elmi konfrans məruzələrinin tezisləri. Bakı, 1984. S. 43–44.
10. Şərq ədəbiyyatlarında "Bəhramnamə" sujetinin bəzi inkişaf xüsusiyyətləri. Gənc ədəbiyyatşünasların IV respublika məruzələrinin tezisləri. Bakı, 1984. S.96
11. Nizami irsinə məhəbbət: (Dünya ədəbiyyatında lirik janrın inkişafında Nizaminin roluna və "Xosrov və Şirinin" poemasının 800 illiyinə həsr olunmuş konferans haqqında) Elm, 1985–22 aprel. S.3
12. Nizami ənənələri haqqında yeni tədqiqat.(Q. Əliyevin Moskvada nəşr olunan "Şərq xalqları ədəbiyyatlarında Nizami mövzuları və süjetləri" monoqrafiyasi haqqında) Kitablar aləmində. 1986, № 1. S. 9–11.
13. Klassik irsin nəşri. Ədəbiyyat və incəsənət. 1987–13 fevral.
14. "Mətləül-etiqad"ın yeni tərcüməsi. Ədəbiyyat və incəsənət. 1988, 17 iyun.
15. Xətai yaradıcılığında sufizmə dair bəzi polenik qeydlər. Azərbaycan mədəniyyəti tarixi məsələləri: Gənc alimlərin elmi-nəzəri konferanas materialları. Bakı, 1988. S. 5–7.
16. Azərbaycan ədəbiyyatında rübai və tuyuq janırları. Azərbaycan ədəbiyyatının taruxu poetikası. Bakı, 1989. K.1, S. 66–83.
17. "Leyli- Məcnun" poeamsı və tarix. "Leyli-Məcnun" poemasının 800 illiyi və nizamişünaslığın aktual problemləri" beynəlxalq elmi konferans materialı. Bakı, 1989. S. 26–27
18. VII–XII əsrlər Azərbaycan şeiri: müqəddimə. Azərbaycan klassik ədəbiyyatından seçmələr. 20 cilddə, C2, VII–XII əsrlər Azərbaycan şeiri.tərtib edən: Ə. Mirəhmədov, S. Xanbabayeva. Bakı, 1989. S. 5–15
19. Dahi şair, böyük mütəfəkkir: (Nİzami Gəncəvi haqqında) Azərbaycan məktəbi, 1992, № 1–2. S.27.
20. Çağdaş füzulişunaslığa bir nəzər. Elm, 1993–14 noyabr.
21. Nizaminin "İskəndərnamə" poeması və tarix. Nizami Gəncəvi: Elm və ədəbi-bedii jurnalı. 1993, № 3.
22. Füzuli irsinin tədqiqi problemləri. Gənc ədəbiyyatşünasların respublika konferans materialları. Bakı, 1994. S. 50–51.
23. Füzuli qəzəllərində təcnis. Azərbaycan EA xəbərləri. Xüsusi buraxılış: Füzuli 500. Bakı, 1996. S. 29–34.
24. Qazi Bürhaneddin və Azərbaycan ədəbiyyatında tuyuq janrı. Ana sözü. 1996. № 5–6. S. 17–20.
25. Poetik obrazlarda gözlənilməzlik effekti. Xalq qəzeti. 1996–4 noyabr.
26. Fərdin tarixliyi və Füzuli "Leyli və Məcnun"unda tarix. Məhəmməd Füzuli — 500 : Beynəlxalq Füzuli simpoziumunun mater. (Bakı, 7–8 noyabr,1996) Bakı, 1997. S. 165–170.
27. Füzuli Azərbaycan poeziya məktəbinin yeni mərhələsidir. "Can sözdür, əgər bilirsə insan": məqalələr məcmuəsi. Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyi, Gənc Alimlər Şurası. Bakı, 1997. S. 80–82.
28. Füzuli poetik obrazlarında gözlənilməzlik effekti. Elm, 1999–5 may.
29. Son illərin ədəbiyyatşünaslığı ətrafında düşüncələr. Çağdaş ədəbiyyatşünaslığın problemləri: məqalələr toplusu. AMEA, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı, Elm, 2000. S. 33–38.
30. Görünməyən Füzuli:(tekstologiya probıemləri haqqında) Ədəbi-nəzəri fikir iki əsrin qovşağında. Bakı, 2001. S. 85–101.
31. "Xəmsə"də meracnamə janrı. Azərbyacan MEA məruzələri. 2001. № 3–4. S. 201–209.
32. Nizami "Xəmsə" sində Tanrı obrazı. Azərbaycan MEA Xəbərləri: ədəbiyyat, dil, incəsənət seriyası. 2001 — № 3–4. S. 42–53.
33. "Xəmsə"də tarixi şəxsiyyətin bedii təqdimi: mif və antimif. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı, 2002. C.13. S. 190–205.
34."Xəmsə"nin poetikası. Azərbaycan MEA Xəbərləri: humanitar və ictimai elmlər seriyası. 2002. № 2. S. 11–14.
35. Nizami tarixdə. Kontekst: toplu, Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr Mərkəzi. Bakı, 2002 № 2. S. 11–14. fransız dilində.
36. Nizami və tarix. Elm və heyat. 2002, № 4. S. 27–28.
37. Nizzami və türk tarixi. Türkologiya. 2002. № 3–4. S. 112–114.
38. Nizami yaradıcılığında bəşər tarixinin fərddə ifadə tərzi. Ənənə və Qlobballaşma: beynəlxalıq elmi simpoziumun mater. (Bakı,24–25 aprel, 2002-ci il) Bakı, 2002. S. 105–106
39. Nizami yaradıcılığında monumental tarixilik. AMEA-nın Məruzələri. 2002, № 3–4. S. 227–230.
40. Nizaminin hökümdar obrazlarının qlobal əhatə dairəsi. Ənənə və Qloballaşma: beynəlxalq elmi simpoziumun mater. (Bakı, 24–25 aprel, 2002-ci il) Bakı, 2002. S. 102–104.
41. Nizami və tarix. (ikinci məqalə). Elm və həyat. 2003 — № 1–2, S. 29–30.
42. Nizami yaradıcılığının ideya-bədii xüsusiyyətlərinin formalaşmasında tarixin rolu. Ədəbi-nəzəri məcmuə. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu. Bakı, 2003, K.1, S. 94–103.
43. Nizami yaradıcılığında tarixə obrazlı baxış. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin əsərləri. Bakı, 2003. S. 43–45.
44. "Xəmsə"nin yazıldığı dövrdə Azərbaycanda tarixi-siyasi şərait. Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. Bakı, 2004, C-17. S. 45–68.
45. Hüseyn Cavidin yaradıcılığı. Y. Qarayev. Cavid H. Əsərləri: 5 cilddə, Hüseyn Cavid. Bakı, 2005, C-1. S. 11–40.
46. Hüseyn Cavidin həyat və yaradıcılığı. G. Babaxanlı, T. Kərimli. Cavidşünaslıq: araşdırmalar toplusu. C-14. AMEA, Hüseyn Cavidin Ev Muzeyi; tərt. müəl., ön söz.müəl. G. Babaxanlı; layihə rəhb. T. Kərimli; ideya A. Əlizadə; elmi məsl. İ. Həbibbəyli; nəşr hazırl. C. Cəfərov. Bakı, Elm və təhsil, 2019. S. 5–19. Hüseyn Cavid: həyat və sənət yolu. Bakı, Elm, 2005. S. 1–18.
47. Nurəngiz Günün poeziyası. 525-ci qəzet. 2005 17 sentyabr. S.41.
48. VII–XII ısrlırdı Azərbaycan şeiri. Azərbaycan klassik ədəbiyyatından seçmələr. Bakı, 2005, C-1.
49. Varisliyin dialektikası: Azərbaycan epik şeiri və klassik irsi. AMEA, Hüseyn Cavid Ev Muzeyi-BAkı, 2005.
50. Azadə Cəfər qızı Rüstəmova. Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. Bakı, 2006, C-19.
51. "Xəmsədə"də bədii şərtilik. "Nizami irsi milli müstəlillik dövründə" mövzusunda respublika elmi konfrans materialı. (Bakı, 10 iyun 2005-ci il) AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006.
52. XX əsr Azərbaycan nizamişünaslığı. XX əsr Azərbaycan ədəbiyyat əsələləri: K.1 XX asr Azərbaycan ədəbiyyatı: yeni baxş və ədəbi-metodoloji dəyərləndirmə meyarları. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006, K_1.
53. Mənzum heykayə. Azərbaycan ədəbiyyatının tarixi poetikası: poetik fikrin təkamülü. AMEA, Nizami adına Ədəbiyyat İnsatitutu. Bakı, Elm, 2006, K-2.
54. Müxəmməs. Azərbaycan ədəbiyyatının tarixi poetikası: poetik fikrin təkamülü. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2006, K-2.
55. Azədələrin yeri ədəmdir: Azədə Rüstəmova-75, Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. 2007, C-20.
57. Ədəbiyyat. Azərbaycan Milli Ensiklopediası, 25 cilddə: "Azərbaycan cildi", "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Bakı, 2007.
58. Füzuli Məcnunu və Cavid Sənani. Hüseyin Cavidin anadan olmasının 125 illiyinə həsr edilmiş. "Hüseyn Cavid irsi və müasir dövrü" beynəlxalq elmi konfurans materialları. (Bakı, 26 oktayabr 2007-ci il), məqalələr toplusu, AMEA, Hüseyn Cavidin Ev Muzeyi,
59. Görkəmli mediyavist alim: Mirağa Quluzadə- 100, Ədəbiyyat qəzeti,2007 7 dekabr.
60. Hüseyn Cavidin həyat və yaradıcılığı: Əsərləri 5 cilddə, şeirlər və poemalar. Hüseyn Cavid Ev Muzeyi. Bakı, Elm, 2007.
61. Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı. O, həm də vətənpərvər alimdir. Olaylar. 2007 9 noyabr.
62. Mevlanə və müasirlik. Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun Elmi əsərləri. Bakı, 2007, C-20.
63. Qəzəl yazarkən. Ədalət. 2008 8 noyabr.
64. Qloballaşma dövrünün tənqidçisi. 525-ci qəzet. 2008 27 sentyabr.
65. Məhəmmədhüseyn Şəhriyar və klassik irs. Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. Bakı, 2008, C-21. S. 15–20.
66. Nəsimmi humanizmi. Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş beynəlxalq elmi konfrans materialları. Hələb. 2008.
67. Akademik Bəkir Nəbiyev məktəbi. Akademik Bəkir Nəbiyev haqqında soraq kitabı. Bakı, Nafta-Press, 2009.
68. Arazdan soy alan böyük alim. Elm, 2009 27 fevral. S.9.
69. Heydər Əliyev və klassik ədəbiyyat. Teymur Kərimli, Vilayət Quliyev. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Bakı, Şərq-Qərb. 2009. S. 91–203.
70. Nizami və Şekspir: ədəbi fenomenin formalaşması tipologiyası. Ədəbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. B. Nəbiyev, T. Kərimli (məsul red), M. Qasımlı və b. Bakı, Elm, 2009, C-XXII. S. 19–32.
71. Yığcam ölçülü sanballı araşdırma: (Nikpur Cabbarlı Abay Dağlının mühacirət dövrü yaradıcılığı. Elm, Bakı, 2009) Ədəbiyyat məcmuəsi: Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri. AMEA, Nizami ad. Ədəbiyyat İn-tu, hey: B. Nəbiyev, T. Kərimli (məsul red) M. Qasımlı və b. Bakı, Elm, 2009. C-XXII. S. 143–145.
72. Azərbaycan və Frasız maarifçiliyi: qarşılıqlı əlaqələr. Elm, 2010, 21 aprel. S.10.
73. Elmimizin gələcəyini düşünərək. 525-ci qəzet, 2010, 6 mart. S.26.
74. Heydər Əliyevin Füzuli sevgisi. Elm, 2010, 10 may. S. 11–12.
75. Sözün işığı: yubiley (Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev haqqında) Ədəbiyyat qəzeti. 2010, 13 avqust. S.3.
76. Zamanlara körpüdü söz yaxşı ki. Ədəbiyyat qəzeti. 2010, 5 mart. S. 4.
77. Böyük kitab sevgisi: İllər, pilələr. ədəbiyyat qəzeti, 2011 3 iyun.
78. Nizami Gəncəvi dühasına yeni baxış. Sirr və açar: Qız qalası "Leyli və Məcnun"un məqbərəsidir. İ. M. Əliyev. Bakı, 2011. S. 5–7
79. Nizami və Şekspir: Ədəbi obrazın formalaşması tipologiyası.(Məcnun, Bəhram, Hamlet) Nizamişünaslıq: Elmi əsərlər. AMEA, Gəncə Regional Mərkəzi, Bakı, 2011, № 1. S. 27–35
80. İki dilin məna dərinliklərinə dərindən bələdliyin bəhrəsi. 525-ci qəzet, 2012, 11 avqust. S.8.
82. Vahiddən "Böyük" Zahid? 525-ci qəzet. 2011 21 fevral. S.7.
83. Bəkir Nəbiyev: Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları. Ədbiyyat məcmuəsi. Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Əsərləri. Bakı, 2013. C-24. S. 161–165.
84. Nizaminin yaradıcılığında Azərbaycançılıq önəmli yer tutur. Azərbaycan Milli Elmlər Akademiyası Xəbərlər məcmuəsi, elmi-ictimai jurnal. AMEA Rəyasət Heyəti; baş red. A. Əlizadə. 2014, C-1, № 1. S. 56–57
85. Ana dilimizə yüksək qayğının parlaq nümunəsi. Azərbaycan. 2015, 14 noyabr. S.7.
87. Hüseyn Cavid irsində ətraf mühit gözəliyinin bədii tərənnümü. "Hüseyn Cavid və müasir gənclik": Hüseyn Cavid-134: respublika elmi konfrans materialları (Bakı, 21 oktyabr 2016-cı il) AMEA, Hüseyn Cavidin Ev Muzeyi. Bakı, 2016. S. 9–12.
89. Yaşar Qarayevin ağ işığı. Teymur Kərimli, Yaşar Qarayev: yaxından və uzaqdan: məqalələr, xatirələr. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu. tərt. ed: Ş. Alışanlı, A. Bağırlı; red, ön söz.müəl. İ. Həbibbəyli. Bakı, Sabah, 2016. S. 316–321.
90. Hüseyn Cavid və sələfləri. "Hüseyn Cavid və müasir gənclik". Hüseyn Cavid-135: beynəlxalq elmi konfrans materialları. (Bakı, 23 oktyabr 2017-ci il) AMEA, Hüseyn Cavid Ev Muzeyi. Bakı, 2017. S. 8–9.
91. Böyük şairin layiqli xələfi: "Çömçə" müəllifi Nizami Gəncəvi yaradıcılığı haqqında. Piyus bədii yaradıcılıq: ədəbi almanax. AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi; ideya və ön sözün müəl. İ. Həbibbəyli; tərt. ed. V. Əhməd; red. M. Əliyev. Bakı, Elm və təhsil, 2017, K-1. S. 60–67.
92. Epik şeirə yeni şivə gətirən sənətkar. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. ön söz. müəl. İ. Həbibbəyli; red. T. Kərimli; fars dilində rərc. ed. X. Rza. Bakı, Şərq-Qərb, 2017. S. 17–22.
93. Yaşar Əlişir Nəvai. "Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans materialları. (Bakı, 16 noyabr 2016-cı il) AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; Özbəkistan Respublikasının Azərbaycandaki Səfirliyi. Bakı, Elm və təhsil, 2017. S. 16–17.
94. Ərəb paltarlı türkün talesizliyi. Nizami Gəncəvi. Leyli və Məcnun. AMEA; layihə rəhb. A. Əlizadə; red. İ. Həbibbəyli; ön söz. müəl. T. Kərimli; tərc. ed. S. Vurğun; tərt. rəssam F. Əli. Bakı, Şərq-Qərb, 2018. S. 7–12
95. Füzulinin yazıçı qardaşı. Ədəbiyyat qəzeti. 2018, 10 mart. S.27.
96. Xətlərin izi ilə: Azərbaycanın görkəmli şəxslərinin avtoqraf və epistolyar irsinin axtarışında. Əlyazmalar yanmır. AMEA, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. 2018, № 1, (6). S. 4–9.
97. Məhəbbət və insanlıq dastanı. Xosrov və Şirin. Nizami Gəncəvi; layihə rəhb. A. A. Əlizadə; tərc. R. Rza; ön söz. müəl. T. Kərimli; red. İ. Ə. Həbibbəyli. Bakı, 2018. S. 7–12.
100. Ədəbi irsimizin və ədəbiyyatşünaslıq elmimizin böyük hamisi. Heydər Əliyev akademik yaddaşda. tərt. Ş. Cəlilli (son söz); elmi red, baş məsl. R. Mehdiyev. İstanbul: (İmakofset), 2019. S. 141–149.
102. İki dünyanı insanda görən şair.(İmadəddin Nəsimi-650) İmadəddin Nəsimi-650: biblioqrafiq göstərici. layihə rəhb. İ. Həbibbəyli; elmi məsl, ön söz. müəl. T. Kərimli; elmi red. A. Əliyeva-Kəngərli; tərt: Q. Cəfərov, F. Hüseynova. Bakı, Elm, 2019. S. 12–18.
103. Nəsimi irsi və Azərbaycan ədəbiyyatında hökümdar-sənətkar bağları. Elm, 2019, 4 oktyabr. S.4.
106. Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi. 2019, 6 mart.
107. Çalışıram ki, insanların ürəyində milliliyin sönməsinə imkan verməyim. 525-ci qəzet, 2020, 3 aprel.
111. "Qurbani" dastanın İstanbul çapı. Ədəbiyyat qəzeti. 2020, 11 yanvar. S. 22–23.
112. Unutmağa əsas yox… (Kamal Abdulla-70) Ədəbiyyat qəzeti: xüsusi buraxılış. 2020, 5 dekabr. S.13.
113. Ümummilli lider Heydər Əliyevin solmaz obrazı. Xalq qəzeti. 2020, 14 fevral. S.13.
114. Ayrılıq buludu və qovuşma umudu: Sabir Rüstəmxanlı haqqında. Ədəbiyyat qəzeti. 2021,22 may. S.27
115. Böyük humanist sənətkar Nizami Gəncəvi. Nizamişünaslıq:elmi əsərlər: Nizami Gəncəvi- 880, AMEA, Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzi. Gəncə. 2021. № 6. S. 3–7.
116. Nizami dühasının mükəmməl elmi təqdimatı. Elm. 2021, 19 noyabr. S.7.
117. Nizami dünyası və dünyanın Nizamisi. Nizami Gəncəvi-880: "Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər": məqalələr toplusu, elmi red. K. Abdulla; layihə rəhb. R. Həsənov; red: F. Uğurlu, T. Kazımlı. Bakı: Mütərcim, 2021. S. 8–12.
118. Nizaminin "Yeddi gözəl"i Mir Cəlalın tərcüməsində. 525-ci qəzet. 2021, 16 yanvar. S.8.
119. Nizaminin İsgəndərnamə poemasında qıpçaq çölünün təsviri. Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Əmir Əlişir Nəvainin anadan olmasının 580 illiyi münasibətilə keçirilən "Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq" mövzusunda beynəlxalq konf. mater. (Bakı, 8 fevral 2021-ci il). Bakı: Daşkənd, 2021. S. 45–48.
120. Türkoloji Qurultay-minillik türk mədəniyyətinin yüksək zirvəsi. Birinci Türkoloji Qurultayın 95-illik yubileyinə həsr olunmuş "Türk dillərinin və ədəbiyyatının tədqiqi və tədrisinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konf. mater. (Bakı, 20–21 may 2021-ci il), Azərbaycan Respublikası Təhsil Nazirliyi; Sumqayıt Dövlət Universiteti; Türkiyə Cümhuriyyəti, Hacettepe Universiteti. Bakı, 2021.
121. Ədəbi irsimizin cəfakeşi: Əkrəm Bağırovun 70 yaşına. 525-ci qəzet. 2022. 20 oktyabr. S.13.
123. Görkəmli alim, elm təşkilatçısı və pedaqoq akademik Ağamusa Axundov / Teymur Kərimli // AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovun 90 illik yubileyi münasibətilə keçirilmiş elmi-praktik konf. mater. (Bakı, 25 aprel 2022-ci il) / AMEA, Nizami Gəncəvi ad. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani ad. Aran Regional filialı. Bakı, 2022.
124. Görkəmli mətnşünas alim: [Tərlan Quliyev-60], Ədəbiyyat qəzeti. 2022. 24 sentyabr. № 37 (5375). S.13.
125. Görkəmli şərqşünas alim akademik Vasim Məmmədəliyev / Teymur Kərimli // Akademik Vasim Məmmədəliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən "Şərqşünaslıq: yeni istiqamətlər" mövzusunda respublika elmi konf. mater. (Bakı, 15–16 noyabr 2022-ci il). Bakı: BDU, 2022.
126. Ürəklərdə yanan işıq . "Hüseyn Cavid sənəti: ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi-nəzəri konf. mater. (Bakı, 24 oktyabr 2022) / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi; Hüseyn Cavidin Ev Muzeyi; AMEA, Nizami Gəncəvi ad. Ədəbiyyat İn-tu. — Bakı: Elm və təhsil, 2022. S. 14–20.
129. Heydər Əliyev və Əlyazmalar İnstitutu. "Heydər Əliyev və Əlyazmalar İnstitutu" mövzusunda elmi-nəzəri konf. mater. (Bakı, 7 iyul 2023-cü il) / təşk. kom.: T. Kərimli [sədr], üzvlər: P. Kərimov, N. Babaxanova, A. Nəcəfova, Ə. Nəcəfov [ məs. katib]; nəşr. hazırl. C. Cəfərov; AMEA, Məhəmməd Füzuli ad. Əlyazmalar İn-tu. Bakı, 2023. S. 3–10.
130. İmadəddin Nəsimi irsinin təbliği Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm tərkib hissəsi kimi. Heydər Əliyevin mədəniyyət siyasəti: Şuşadan Lənkərana mövzusunda respublika elmi-nəzəri konf. mater. (Bakı-Lənkəran, 7 may 2022-ci il) / AMEA, Məhəmməd Füzuli ad. Əlyazmalar İn-tu; Lənkəran şəh. Heydər Əliyev Mərkəzi. Bakı: Elm və Təhsil, 2023. S. 8–15.
131. İmadəddin Nəsimi irsinin təbliği Heydər Əliyevin mədəniyyət siyasətinin mühüm tərkib hissəsi kimi. "Heydər Əliyev və mədəniyyət siyasəti" adlı beynəlxalq elmi-nəzəri konf. mater / Azərbaycan Respublikası Elm və Mədəniyyət Nazirliyi; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Bakı, 2023. S. 13–16.
133. Керимли Т. Поэтические особенности текстов азербайджанских мугамов. Материалы международного научного симпозиума "Мир мугама". (Баку, 18–20 марта 2009 г.). / НАНА; Минво образования АР, Фонд друзей культуры Азербайджана. Баку: Шарг-Гарб, 2009. С. 246–252.
134. Керимли Т. Тысячелетняя школа гуманизма и красоты. Теймур Керимли, Бекир Набиев. Звездная гроздь: фольклор и литературные памятники Азербайджана. сост. А.Багиров; авт. вступ. ст.: Б.А. Набиев, Т. Керимли. М: Худ. лит-ра, 2009. С. 6–18. (Классика литератур СНГ: Азербайджан).
135. Керимли Т. Художественные образы переходного периода. Теймур Керимли, Бекир Набиев. Послание в будущее: отрывки из азербайджанского фольклора и классической литературы. М: Худ. лит-ра, 2011. С. 6–14.
136. Керимли Т. Сеид Имадеддин Насими. Материалы IV международной научно-теоретической конференции "Азербайджанские рукописи в библиотеках мира", посвященной 650-летию Имадеддина Насими (Баку, 12 октября 2019 г.) Институт рукописей НАНА. Баку, 2019. С. 15–19.
137. Керимли Т. Демократизм Низами Гянджеви как качественно новое явление в классической мировой литературе. Теймур Керимли. Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri: XX Beynəlxalq elmi-praktiki konf. mater. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Un-ti. Bakı: ADMİU-nun mətbəəsi, 2021. С. 105.
138. Edebiyatta mistisizm: dünü, bugünü ve yarını, Doğu ve Batı. Teymur Kerimli Ortak manevî değerler, bilimsel-kültürel ilişkiler: Prof. Aida İmanguliyeva’nın Doğumunun 70 yılı Anısına Düzenlenen Uluslararası İbn Arabi Sempozyumu Makaleleri. (Bakü, 9–11 ekim 2009-cu yıl). Bakü, 2009. S. 179–182.
139. Kerimli T. Nizami ve Shakespeare. Teymur Kerimli. Kardeş kalemler: Aylık Avrasya edebiyat dergisi: Büyük Azerbaycan Şairi Nizami Gencevinin Doğumunun 880 Yılı Anısına. 2021 sayı 174 (haziran). S. 14–18.
140. Karimli T. The poetic characteristics of Azerbaijani mugham texts. Teymur Karimli. Proceedings of international musicological symposium "Space of mugham". Baku, 2009. P.244–250.
141. Karimli T. At poetry sources on the native language / Teymur Karimli // Qasanoglu, Kazi Burhaneddin. Imadeddin Nasimi . — Baku: Chashioglu, 2010. — P.3–20.
142. Karimli T. Nizami — Poet for all humanity. Visions of Azerbaijan. 2011. march-april. P.64–68
143. Karimli T. Nizami and Shakespeare: Typology of formation of literary phenomenon. Rome: Mediterranean Journal of Social Sciences. 2015. Vol. 6, № 3. P.465–470.
144. Karimli T. Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS: one of the greatest wonders of human hand / Teymur Karimli, Nigar Babakhanova. Regional Innovations. 2018. № 2. P.5–7.
145. Karimli T. Seyid Imadeddin Nasimi / Teymur Karimli // Materials of the IV international scientific-the-oretical conference on "Azerbaijani manuscripts in world libraries" dedcated to the 650th anniversary of Imadeddin Nasimi. (Baku, october 12, 2019 y.) Institute of Manuscripts of ANAS. Baku, 2019. P.11–14.
146. Karimli T. The Fight Against Evil in Nizami and Shakespeare: A Typology of the Development of Literary Characters (Majnun, Bahram and Hamlet) / T. Karimli // The Interpretation of Nizami's Cultural Heritage in the Contemporary Period: shared past and cultural legacy in the transition from the prism of national literature criteria / R. Geybullayeva, E. Tarasti, A. Galiyev [et. al.]; ed.: R. Geybullayeva, Ch. Ruymbeke. Berlin, 2020. P.255–265.
147. Karimli T. Nizami Ganjavi’s democratism as a qualitative new phenomenon in classical World literature. Manuscripts don’t burn — 2021. Vol. 7, No 1. P.5–13.
148. Kerimli T. Predgovor / Tejmur Kerimli // Sejjid Imadeddin Nasimi Stihovi koji pozivaju na savršenstvo / sast. A. Bagirov. Sarajevo: Blicdruk, 2019. P.3–8.
149. Kerimli T. Nizami dans l’istoire / Teymour Kerimli // Context: collectıon / The Azerbaijan-European literary cultural relations Centre. Bakou, 2002. № 2. P.11–13.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
- ↑ "Arxivlənmiş surət". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
- ↑ "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.
- ↑ "Ədəbiyyatşünas alimin 60 illik yubileyi qeyd olunmuşdur". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.
- ↑ "AKADEMİK TEYMUR KƏRİMLİ "HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923–2023)" MEDALI İLƏ TƏLTİF OLUNUB". AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. 28.03.24. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.