Telavi Qezasi - Wikipedia
Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi.
Telavi qəzası | |
---|---|
41°55′ şm. e. 45°29′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Telavi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1801 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Əhalisi
redaktə1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılar[2], 132 nəfərini isə almanlar təşkil edirdi.[3]
1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.[4] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[5] Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[4] Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.[5] Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı.[4]
Həmçinin bax
redaktəMənbə
redaktə- О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 – 141. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
İstinadlar
redaktə- ↑ http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=69.
- ↑ Qeyd: mənbədə tatarlar olaraq göstərilib. Azərbaycan türklərinin Zaqafqaziya tatarları və ya sadəcə tatarlar adlandırılması haqqında məlumatlara nümunə —>Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав. Исторический очерк. Составитель делопроизводитель канцелярии Наместника Его Императорского Величества на Кавказе Линден В. Тифлис. Издание Канцелярии Наместника Е.И.В. на Кавказе. 1917 год: Оглавление—>Глава II. Мусульманские районы Закавказья, входящие в состав Эриванской, Елисаветпольской, Бакинской и отчасти Тифлисской губерний, стр. 21Orijinal mətn (rus.)
Главную массу населения восточной половины Закавказья, входящей в состав Эриванской, Елисаветпольской, Бакинской и отчасти Тифлисской губерний, составляют адербейджанские турки, называемые обыкновенно закавказскими татарами.
- ↑ Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 4. Телавский уезд, VII. Жители. стр. 369
- ↑ 1 2 3 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
- ↑ 1 2 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.