Tehran Kommunikesi - Wikipedia
Tehran Kommünikesi (fars. بیانیه تهران; erm. Թեհրանի կոմյունիկե) — Tehranda dövlət başçılarının Birgə Bəyanatı olaraq da bilinən, İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə və Azərbaycan Prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən 7 may 1992-ci ildə imzalanan ortaq bildiridir. Ermənistan və Azərbaycan arasında Azərbaycan SSR-in keçmiş muxtar vilayəti olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı dörd ildir davam edən düşmənçiliyə son qoymaq niyyəti ilə imzalanmışdır.[1][2][3]
Tehran Kommünikesi | |
---|---|
İmzalanma tarixi | 7 may 1992 |
İmzalanma yeri | Tehran |
İmzalayanlar |
Əli Əkbər Haşimi Rəfsəncani Yaqub Məmmədov Levon Ter-Petrosyan |
Məqsədi | Azərbaycan və Ermənistan arasında sülh |
Arxa plan
redaktə1988-ci ilin əvvəllərində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində çıxan qarşıdurma böyümüş[4] və bir çox mülki şəxsin, daxili qoşunların və ordudakı bir çox şəxsin həlak olması ilə nəticələnmişdir. İran tərəfinin təşəbbüsü ilə, Dağlıq Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin normallaşdırılmasına dair diplomatik səylər çərçivəsində Azərbaycan və Ermənistan liderləri 7 may 1992-ci il tarixində danışıqlar üçün Tehrana dəvət edildi.[3] Dəvət İranın başlatdığı sülh səylərinin üçüncü mərhələsi kimi qəbul edildi. İlk vasitəçilik mərhələsi fevral ayında İran elçisi Əli Əkbər Vilayətinin həm Bakıya, həm İrəvana, həm də Qarabağa getməsi ilə başladı, lakin Xocalı soyqırımı və Xocalının Ermənistan qoşunları tərəfindən ələ keçirilməsinə görə dərhal dayandırıldı.[5][6] Mart ayında İran səfiri Mahmud Vaezinin hər iki ölkəni gəzərək bir neçə görüş keçirməsi və bu ilin mayında Azərbaycan və Ermənistan liderlərinin Tehrana rəsmi dəvət edilməsinə səbəb olan ikinci səy göstərildi.
İmzalanma
redaktəAzərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı hər iki ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən hərbi heyət arasında görüşlərin təşkil ediləcəyi və tərəflər arasındakı bütün mübahisələrin ATƏT-in prinsipi və beynəlxalq qanunlar əsasında sülh yolu ilə həll ediləcəyi razılaşdırıldı. Tərəflər sülh və sərhədlərin sabitliyini təmin etmək və davam edən qaçqın böhranını həll etmək üçün beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə sadiqdirlər. Müzakirələr nəticəsində tərəflər İran səfiri Mahmud Vaezinin Bakı, Xankəndi və İrəvana sonrakı səfərindən sonra bütün rabitə əlaqələrini açmağı və vasitəçilik səylərinin davam etdirilməsi üçün ATƏT müşahidəçilərini cəlb etməyi qəbul etdilər.[3]
Lakin sülh səyləri ertəsi gün, erməni qoşunlarının 8 may 1992-ci ildə atəşkəs razılaşmasını pozaraq Şuşanı işğal etməsi nəticəsində uğursuz oldu.[6][7][8] Bu, sülh səylərinin nəticələrini xeyli zəiflətdi.[9] Rəsmi Bakı atəşkəsin qorunması barədə Tehranın verdiyi zəmanətlərə güvənirdi, lakin Şuşanın itkisi ilə, Yaqub Məmmədov Bakıya qayıtmazdan əvvəl də, İran, Azərbaycan hakimiyyətinə görə mənəvi məsuliyyət daşıyırdı.[10] Vaezinin Bakı və İrəvana səfəri ilə Şuşanın işğalından sonra atəşkəsə vasitəçilik etmək üçün son səyləri, münaqişənin böyüməsi və 18 may 1992-ci ildə Laçının işğalı səbəbindən baş tutmadı.[11] Nəticə olaraq, İran rəsmiləri İranın sərhəd dəyişikliklərini qəbul etməyəcəyini vurğuladı.[12]
İstinadlar
redaktə- ↑ "Peacekeeper.ru. Хронология событий в конфликтных точках СНГ" [Chronology of events in conflict zones of CIS]. November 22, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2010.
- ↑ "Conciliation Resources. Chronology". 13 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 may 2010.
- ↑ 1 2 3 Abasov, Ali; Khachatrian, Haroutiun. The Karabakh conflict. Variants of Settlement: Concepts and reality. Appendix 3. Joint Statement of the heads of state in Tehran (PDF). Baku and Yerevan: CA&CC Press AB Publishing House. 2006. səh. 90. 14 March 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 may 2010.
- ↑ Карабах: хронология конфликта [Karabakh: Chronology of the conflict] (rus). BBC News. 2005-08-29. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.
- ↑ Dr. Mahmood Vaezi. Vice-President of the Center for Strategic Research and Head of Foreign Policy Research. "Mediation in the Karabakh Dispute". Center for Strategic Research. July 22, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2010.
- ↑ 1 2 Jean-Christophe Peuch. "Caucasus: Iran Offers To Mediate In Nagorno-Karabakh Dispute". RFE/RL. 2001-07-25. 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.
- ↑ Michael P., Croissant, The Armenia-Azerbaijan Conflict: causes and implications, United States of America: Praeger Publishers, 1998, səh. 99, ISBN 0-275-96241-5, 2022-04-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-01-13
- ↑ "Тегеран считает, что урегулированием конфликта в Карабахе должны заниматься страны региона" [Tehran thinks that conflict resolution in Karabakh should be handled by countries in the region]. 2009-09-15. 2012-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2010.
- ↑ "UN Chapter VIII. Consideration of questions under the responsibility of the Security Council for the maintenance of international peace and security. The situation relating to Nagorny-Karabakh. Initial proceedings" (PDF). March 1, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 6, 2010.
- ↑ Arif Yunus. "Azerbaijan – Between America and Iran". Russia in Global Affairs. 2006-07-06. 2008-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-06.
- ↑ "Важный документ по Карабаху или ничего особенного?" [An important document on Karabakh or one of no significance?]. June 11, 2008. May 29, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 2010.
- ↑ Banuazizi, Ali; Weiner, Myron. The New geopolitics of Central Asia and its borderlands. Great Britain: I.B. Tauris & Co, Ltd. 1994. səh. 207. ISBN 0-253-20918-8. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2010.