Tariyel Veliyev - Wikipedia
Vəliyev Tariyel Təyyar oğlu — Azərbaycan televiziya rejissoru, Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri, professor.
Tariyel Vəliyev | |
---|---|
Tariyel Təyyar oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | İmişli rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşaqları |
Vüqar Vəliyev İlqar Vəliyev Elmar Vəliyev |
Fəaliyyəti | rejissor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3296458 |
Həyatı
redaktəTariyel Vəliyev 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olmuşdur. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. Rejissor öncə yalnız 1-ci filmi çəkməyi planlaşdırıb, lakin "Səni axtarıram" efirdə yayımlanandan sonra AzTV-yə çoxsaylı tamaşaçılar ardı-arası kəsilməyən məktublar yazır və beləliklə 2-ci hissə "Bağışla" çəkilir. Eyni hal yenidən baş verir, tamaşaçılar Elçinlə (Yaşar Nuri) Gülnarın (Firəngiz Mütəllimova) qovuşmağını arzulayır. Beləliklə 3-cü hissə "Səndən xəbəriz" çəkilir. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Gənclik macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib. Bundan başqa Azərbaycan prezidenti Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyilə bağlı "Xalqa həsr olunmuş ömür" televiziya verişinin, Qurtuluş günü ilə bağlı "Xilas günü", eləcə də "Heydər Əliyev-75", "Əbədiyyət" verilişlərinin, "Ata" klipinin (musiqisi və ifası Niyaməddin Musayevin, sözləri Fikrət Qocanın), Yeni il və Novruz bayram proqramlarının quruluşçu rejissoru olmuşdur.[1]
1988-ci ildən[2] etibarən həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, sonradan "Kinoşünaslıq" kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonra universitetdə "Televiziya Rejissoru" kafedrası yaradılır. 2007-ci ildən Tariyel Vəliyev kafedranın müdiri təyin olunur. Ömrünün son günlərinə kimi bu kafedrada çalışıb, professor idi. Tariyel Vəliyev yüksək mədəniyyətə sahib gözəl müəllim-pedaqoq idi. Onun yetişdirdiyi onlarca tələbələr bu gün Azərbaycan teleməkanında müxtəlif kanallarda rejissor, operator, aparıcı, baş rejissor və s. vəzifələrdə çalışırlar.
6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb[3]
Tariyel Vəliyev 24 aprel 2012-ci ildə Bakıda vəfat etmişdir.
Filmoqrafiya
redaktə- Atayevlər ailəsi (film, 1978)
- Bağışla (film, 1983)
- Bir gün olmasam... (film, 2012)
- Dəfn edilməmiş ölülər (film, 1988)
- Duel (film, 1995)
- Evləri köndələn yar (film, 1982)
- Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Göz həkimi (film)
- Gün keçdi (film, 2012)
- Qalalı dağlar (film, 1995)
- Ləyaqət hücrəsi (film, 2011)
- Liftçi qız (film, 1966)
- Mehmanxana sahibəsi (film, 1978)
- Mənim ömür nəğmələrim (film, 2003)
- Muğam (film, 1995)
- Ötən ilin son gecəsi (film, 1978)
- Pəncərədə işıq (film, 1987)
- Sən həmişə mənimləsən (film, 1987)
- Səndən xəbərsiz (film, 1985)
- Səni axtarıram (film, 1981)
- Səni axtarırıq... (film, 2013)
- Tanrı payım, telli sazım (film, 2007)
- Yad qızı (film, 1990)
- Yaşıl eynəkli adam (film, 1987)
İstinadlar
redaktə- ↑ "Tariyel Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək". 2016-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.
- ↑ "Səda - Tariyel Vəliyevin Xatirə Gecəsi (25.02.2016)". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-25.
- ↑ "T. T. Vəliyevə, S. Q. İbrahimova (Sadıq Elcanlıya) və İ. X. Adıgözəlova Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.