Tarix Kirakos Qandzaketsi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Tarix — Gəncəli Kirakosun müəllifi olduğu əsər. Bu, monqol basqını və monqol hökmranlığı dövründə Qafqaz xalqlarının tarixini öyrənmək üçün qiymətli mənbədir. Quruluşuna görə Tarix əsəri 66 fəsildən ibarətdir. (Lakin heç də nəşrlərin hamısında 66 fəslin hamısı yoxdur) Onlardan 22-si Ermənistana, 18-i Qafqaz Albaniyasına, 7-si isə Gürcüstana həsr edilmişdir. Qalan fəsillər Qafqaz xalqlarının ümumi dini problemlərinə, eləcə də Hülakülər dövlətinin siyasi tarixinin bəzi məsələlərinə, onların vergi siyasətinə və Kiçik Asiyanın, Mesopotomiyanın Hülakülər tərəfindən işğalına həsr olunmuşdur.
Kirakos kitabın Albaniyaya aid olan bölmələrində mifoloji dövrdən tutmuş, monqol basqınına qədər alban tarixinin kompilyativ icmalını verir. Əsərdə Qafqaz Albaniyasının ərazisinin monqollar tərəfindn işğal edilməsi haqqında, Xaçın knyazı Həsən Cəlalın hakimiyyəti dövrü və onun tərəfindən tikilmiş Gəncəsar monastrının inşası haqqında müstəqil fikirlər maraq doğurur. Kirakos həm də erməni tarixini, onlar tərəfindən xristianlığın qəbul edilməsindən başlayaraq tatarların gəlişinə qədərki dövrü qısaca şərh edir.
Fəridə Məmmədovaya görə Kirakosun əsas məqsədi Cənubi Qafqaza, Kiçik Asiyaya və Mesopotomiyaya monqol basqınının təsviri olmuşdur. Tarix əsərinin məzmunu və kompozisiyası aydın göstərir ki, erməni tarixçilərinin ciddi cəhdlə çalışmalarına baxmayaraq Kiraosun əsərini Ermənistan tarixi adlandırmaq son dərəcə yanlışdır. Fəridə Məmmədova T. İ. Ter-Qriqoryan tərəfinədn Kirokosun bu əsərinə verilən adı daha düzgün hesab edir: Kirakos Qanzaketsinin "Tarix"i. T. İ. Ter-Qriqoryan qeyd edir: XIII əsrdə işlədilən mənada Kirakos bir alban kimi, habelə XIII əsrin I yarısında və II yarısının əvvələrində Qafqaz Albaniyası ərazisində baş verən hadisələrin şahidi kimi Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz üçün mühüm tarixi əhəmiyyət kəsb edən əsər yaratmışdır. Dini, ilahiyyat sənədləri, rəvayətlər, müqəddəs, dini kitablar, kilsələrin kanonik yazıları, Yevsefi Kesariyski, Sokrat Sxolast, Musa Kalankatlı, İovannes Sarkavaq kimi tarixçilərin və V–VII əsr erməni müəlliflərinin əsərləri müəllif üçün mənbə rolunu oynamışdır. Gəncəli Kirakosun bu kitabı haqqında Süleyman Əliyarlının "Azərbaycan tarixi üzrə qaynaqlar" kitabı da bu kitabın öyrənilməsində müstəsna rol oynayır. Həmçinin kitabın 65 nəşrinin olduğu L. A. Xanlaryan tərəfindən işlənmiş önəmli dərəcədə təhrif olunmuş mənbə də günümüzdə təəssüf ki, hələ də istinad mənbəsi olaraq göstərilməkdədir.[1][1]
Mənbə
redaktə- Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993.
- Süleyman Əliyarlı "Azərbaycan tarixi üzrə qaynaqlar"
- http://armenianhouse.org/gandzaketsi/history-ru/contents.html (1976-cı il önəmli dərəcədə təhrif olunmuş nəşr)