Tanri Illuziyasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tanrı illüziyası (ingilis. The God Delusion) — Britanyalı məşhur etoloq Riçard Dokinzin 2006-cı ildə Birləşmiş Krallıqda The God Delusion adı ilə yayınladığı, beynəlxalq səviyyədə ən çox satılanlar siyahısında olmuş kitab. Tanrının mütləq şəkildə var olmadığını, dinin, cəmiyyət və xüsusilə də uşaqlar üzərində zərərli təsirləri olduğunu iddia edən fiksiya olmayan elmi əhəmiyyətli kitabdır. Azərbaycanda Qanun nəşriyyatı tərəfindən 2018-ci ildə nəşr olunmuşdur.
Tanrı illüziyası | |
---|---|
The God Delusion | |
Müəllif | Riçard Dokinz |
Janrlar | Din, Fəlsəfə, Elm |
Orijinalın dili | The God Delusion |
Ölkə | |
Orijinalın nəşr ili | 2 oktyabr 2006 |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Nəşr | 2018 |
Səhifə | 300 |
Növ | kitab |
ISBN | ISBN 0-618-68000-4 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəKitab 10 əsas başlıqdan ibarətdir
- İçdən inanan bir inancsız
- Tanrı fərziyyəsi
- Tanrının varlığı üçün göstərilən sübutlar
- Nə üçün hardasa dəqiq olaraq tanrı yoxdur?
- Dinin mənşəyi
- Əxlaqın mənşəyi: Nə üçün yaxşıyıq?
- "Yaxşı" kitab və dəyişkən əxlaq anlayışı
- Dinin problemi nədir? Nə üçün bu qədər düşmən olmaq lazımdır?
- Uşaqlıq, istismar və dindən qaçış
- Çox vacib boşluq var?
Şərhlər
redaktəKitab haqqında edilmiş bəzi şərhlər[1]
— "Hamının oxumalı olduğu bir əsərdir." The Economist
— "Əyləncəli, olduqca dolğun və görkəmli formada yazılıb. Aldığımız ilk dini təhsildən bu yana başımıza bəla olan boş inanclardan qaynaqlanan bu uydurmalara inandığımız üçün yaxşıca danlanırıq." Rod Liddle, Sunday Times
— "Həyəcanlı və şən kitabdır. Dokinz, güclü aqrumentlərini bütün gücü ilə kükrəyərək gəlir." Joan Bakewell, Guardian
İstinadlar
redaktə- ↑ Riçard Dokinz — Tanrı illüziyası