Tac - Wikipedia
Tac - Haqqında Məlumat
Avropada feodalizm dövründə XI əsrdən başlayaraq monarxlar: krallar, knyazlar, hersoqlar, çarlar tərəfindən tətbiqini tapmışdır.
Tac (lat. corona — çələng) — Monarx hakimiyyətinin rəmzi. Əsasən qiymətli metallardan: qızıl və gümüşdən, daş-qaşlardan, (almaz, yaqut, firuzə, sapfir və s.) papaq, çələng, çalma, baş örtüyü formasında hazırlanır. Meydana çıxma tarixi Qədim Misir, Şumer, Qədim Roma dövlətləri ilə əlaqələndirilir.
- Atef Qədim Misir tanrısı Osirisə məxsus yan tərəfləri iki dəvə quşu lələyi ilə bəzədilmiş ağ tac.
- Deşret Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə mäxsus hökmdar tacı olub, "qırmızı tac" deməkdir.
- Hecet Sülalə öncəsi dövrdən başlayaraq Yuxarı Misirə mäxsus hökmdar tacı olub, "ağ tac" deməkdir.
- Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
- Xepreş Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.