Svaneti Knyazligi - Wikipedia
Svaneti knyazlığı (gürcücə:სვანეთის სამთავრო) — Gürcüstanın Svaneti bölgəsində Gürcüstan çarlığının XV əsrin sonlarında bölünməsi ilə ortaya çıxmış orta əsrlər knyazlığıdır. Gelovani və Dadeşkeliani sülalələri tərəfindən idarə edildikdən sonra 1858-ci ildə Rusiya imperiyası tərəfindən varlığına son qoyulmuşdur.[1]
Svaneti knyazlığı | |||||
---|---|---|---|---|---|
| |||||
İdarəetmə forması | knyazlıq |
Tarixi
redaktəSvaneti Elbrus dağının cənubunda iki geniş yüksək vadi boyunca - qərbdə Enquri vadisi, şərqdə Tşenistskali və onun qolu Heladulada yerləşib. Birləşmiş Gürcüstan çarlığı dövründə XI əsrin sonlarından XIX əsrə qədər Vardanidzelər tərəfindən idarə edilən knyazlıq olmuşdur. Gürcüstan çarlığının bölünməsi ilə birlikdə özlərini müstəqil knyazlar elan edən Gelovani sülaləsi tərəfindən idarə edilməyə başlanmışdır.
Qərbi Gürcüstandakı bir sıra Osmanlı imperiyası işğalları və daxili müharibələr əlaqələrin qopmasına və dağlıq bölgələrin daha da izolyasiya olmasına səbəb oldu. Svanetidə orta əsrlər feodal sistemi təsirli formada çökdü və inkişaf etməkdə olan Gürcü ortodoks mədəniyyəti bəzi paqan adətlərinə dönüş nöqtəsinə gerilədi. Bu dövrün Svaneti haqqındakı məhdud yazılı qaynaqlarına görə Svaneti dağlıları Svaneti qüllələri ilə gücləndirilmiş, çatılması çətin kəndlərdə özlərini təcrid etdilər. Qafqaz dağlarının digər yaxasındakı qonşuları Kabardin və Balkarlarla olan əlaqələri dağ keçidləri üzərindən ticarətin və soylu ailələr arasındakı evliliklərin yayqın olmasına baxmayaraq, çox zaman düşməncə idi.[2]
Daxili müharibə və Rusiya imperiyasının işğalı
redaktəXVII və XIX əsrlər arasında Svaneti üç siyasi bölgəyə bölündü. İlki Gelovani və Qardabhadze klanları tərəfindən idarə edilən Tşenistskali vadisinin yuxarısındakı Aşağı Svanetidir. Aşağı Svaneti Dadiani sülaləsi tərəfindən idarə edilən Sameqrelo knyazlığı tərəfindən mərhələ-mərhələ zəbt edildiyi üçün Dadiani Svaneti olaraq bilinir. İkincisi Dadeşkeliani və Riçgviani ailələri tərəfindən idarə edilən Yuxari Svanetidir. Yuxarı Svaneti Enqurinin qərbində Dadeşkeliani sülaləsinin 1720-ci illərdə sonda qələbə qazananlar olaraq öz hakimiyyətlərini elan etmələri ilə Dadeşkeliani Svaneti olaraq bilindi. Enqurinin şərqindəki klanlar hər hansı bir mərkəzi hakimiyyətə qarşı Azad Svaneti olaraq bilinən konfederasiya yaratdılar.
1820-ci illərdə Svaneti knyazlığı Dadeşkeliani sülaləsi ailələri arasındakı qan davası nəticəsində ikiyə bölündü. 1833-cü ildə Sameqrelo knyazlarının vasitəçiliyi sayəsində Dadeşkelian sülalə ailələri daha sonralar 1840-cı ildə Azad Svaneti klanlarının da qəbul etdiyi kimi Rusiya imperiyası himayəsini qəbul etdilər. Yenə də öz daxili işlərində müstəqil davranmağa davam edib bölgədə Rusiya imperiyası məmurları və kilsə missionerlərinə 1840-cı illərin sonlarına qədər giriş icazəsi vermədilər.
Dadeşkeliani sülaləsinin daxili qarışıqlığı davamında Rusiya imperiyasına müxalifəti və Krım müharibəsi boyunca yürütdüyü qərarsız siyasət Rusiyanın birbaşa müdaxiləsinə səbəb oldu. 1857-ci ildə Aleksandr Baryatinski Qafqaz canişinliyi tərəfindən Svanetiyə müdaxilə əmrini verdi. Şahzadə Konstantin Dadeşkeliani danışıqları seçdi, lakin İrəvana sürgün edilmədi qərarı verildi. Kutaisi şəhərindən ayrılarkən daha əvvəllər Krım müharibəsi və Qafqaz müharibəsində general olaraq xidmət etmiş yerli rus hakimi olan Aleksandr Qaqarin və 3 hərbçini mübahisə nəticəsində bıçaqlayaraq öldürdü. Şahzadə Konstantin məhkəmə tərəfindən edama məhkum edildi və edam edildi. 1858-ci ildə Svaneti knyazlığı ləğv edildi və Dadeşkeliani sülaləsinin bir çox üzvü müxtəlif imperiya bölgələrinə sürgün edildilər.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Cyril Toumanoff (1963). Studies in Christian Caucasian History, p. 257. Washington DC: Georgetown University Press.
- ↑ Cyril Toumanoff. Studies in Christian Caucasian History. Washington DC: Georgetown University Press. 1963. səh. 257.
- ↑ A Modern History of Georgia. David Marshall Lang. London: Weidenfeld and Nicolson. 1962. səh. 96-97.