Stiv Cobs - Wikipedia
Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955[1][2][…], San-Fransisko, Kaliforniya – 5 oktyabr 2011[3][4][…], Palo-Alto[d], Kaliforniya) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur.
Stiv Cobs | |
---|---|
ing. Steve Jobs | |
Doğum tarixi | 24 fevral 1955[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2011[3][4][…] (56 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[15][16] |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
Partnyoru | |
Atası | Əbdülfəttah Cəndəli[d][17] |
Anası | Coan Şeybl[d][18] |
Təhsili | |
Fəaliyyəti | sahibkar, ixtiraçı, dizayner, informatik, icraçı prodüser[d], film prodüseri, maliyyəçi |
Fəaliyyət illəri | 1974–2011 |
Partiyası | |
Üzvlüyü | |
apple.com/stevejobs | |
Vikianbarda əlaqəli mediafayllar |
XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompüteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün kompüter siçanı-nı təkmilləşdirir.
1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompüter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.
1986-cı ildə Lucasfilm Ltd-nin kompüter qrafikası bölməsini alır. 1995-ci ildə "Oyuncaqların hekayəsi" adlı cizgi filminin çəkiliş komandasında icraçı direktor kimi iştirak edir. O, həmin şirkətin 2006-cı ildə The Walt Disney Company tərəfindən alınana qədər direktoru və səhmlərinin 50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra yeni şirkətin 7 faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur.
Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniya'da 56 yaşında pankreatit xərçəngindən vəfat edir.
Uşaqlıq illəri
redaktəStiv Cobs San-Fransiskoda, amerikalı Coan Karol Sşieble və Suriya əsilli Əbdülfəttah Con Cəndəlinin oğlu olaraq dünyaya gəlmişdir.[19] Anası tələbə olduğuna və körpə uşağa baxa bilmədiyinə görə onu körpələr evinə verirlər. Doğulduqdan 1 həftə sonra Kaliforniyadan Pol Cobs və Klara Cobsun (qızlıq soyadı Akopyan) ailəsi tərəfindən övladlığa götürülmüşdür. Stivin əsl atası Suriyadan olan immiqrantlardan Əbdülfəttah Con Cəndəli sonradan Nevada Universitetinin politologiya üzrə professoru oldu, hal-hazırda isə Nevadanın Rino şəhərində Boomtown Hotel Casinonun vitse -prezidentidir. Anası isveç və alman ailəsindən çıxmış aspirant Coan Sşieble (sonradan yeni həyat yoldaşının soyadı ilə Simson) dil patoloananatomu olur. Əbdülfəttah Con Cəndəli və Coan Sşieble Coanın atası vəfat etdikdən sonra evlənirlər və onların 1956-cı ildə Mona adlı qızları olur. Onun bioloji ata-anası 1962-ci ildə ayrılırlar. Bacısı Mona sonradan atalığının soyadını götürərərk Mona Simpson olur və gələcəkdə ABŞ-nin məşhur roman yazıçısı olur.
Stiv və Mona ilk dəfə 1986-cı ildə görüşürlər və o vaxtdan yaxın münasibətləri olur. S.Jobs vaxtaşırı Manhettenə öz doğma anasının yanına gedir və hətta onu bir neçə dəfə öz tədbirlərinə də dəvət edib. Atası Cəndəli iddia edir ki, o oğlunu heç zaman övladlığa vermək istəmirdi, ancaq qızın valideynləri qızlarının suriyalı ilə əlaqələrini bəyənmirdilər. Cəndəlinin cəhdlərinə baxmayaraq Stiv heç zaman doğma atası ilə görüşmək istəməyib.
Stivi oğulluğa götürən Pol Cobs və Klara Cobs sonradan övladlığa Petti adlı bir qız da götürürlər. Pol Cobs elektronika şirkətlərinin birində mexanik idi və Stivə texnikanı öyrədirdi. Anası Klara mühasib işləyirdi. 1995-ci ildəki müsahibələrinin birində "uşaqlarınıza nə öyrətmək istərdiniz sualına" o demişdi: " Mən atam kimi onlara yaxşı ata olmaq istərdim. Mən bu barədə həyatımın hər günü düşünürəm". Ona valideynləri haqqında soruşanda o qətiyyətlə bildirmişdi " Pol və Klara Cobs mənim valideynlərimdir".
Təhsili və həyatda ilk addımları
redaktə1972-ci ildə Stiv Cobs Kaliforniyadakı Cupertino şəhərindəki Homestead High School orta məktəbinə gedir. Məktəbdən sonra Hewlett-Packard (HP)-a mühazirələr dinləməyə gedir, sonradan isə yay aylarında Stiv Voznyakla birgə orada mövsümi işçi kimi çalışır. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Oreqon ştatının Portlend şəhərindəki kollecə daxil olur. Orada cəmi bir semestr təhsil almağına baxmayaraq, o kollecdə mühazirlər dinləməkdə davam edir. Bu zaman o dostlarının yanında, yataqxanada döşəmədə yatır. Boş butulkaları yığıb təhvil verərək çörək pulu qazanır, yerli krişnait məbədindən hər həftə pulsuz yemək alırdı. Sonradan o deyirdi: "əgər o zaman mən kollecdə kalloqrafiya kurslarına yazılmasaydım, proporsional şriftlər olmayacaydı."
1974-cü ildə Cobs Atari, Inc, şirkətinə video-oyun istehsalı üzrə mexanik işinə düzəlir. Topladığı vəsait ilə o mənəvi zövq üçün Hindistan məbədlərinin birinə getməyi planlaşdırır.
Cobs Nim Karoli Babanı ziyarət etmək və mənəvi kamillik almaq üçün üçün Hindistana gedir. O oradan başı qırxılmış və hind geyimində qayıdır. Bu müddətdə hətta o bir neçə dəfə narkotiklərdən də istifadə edir. Sonradan o bildirdi ki, əgər ərafındakılar onun kontrmədəniyyət əqidəsini bölüşmürlərsə, onda onun düşüncəsini başa düşə bilməzlər.
Hindistandan sonra Cobs Atari, Inc şirkətinə qayıdır və onun qarşısına Breakout oyunları üçün lövhələr hazırlamaq vəzifəsi qoyulur. Şirkətin rəhbərliyi ona oyun maşınında fəaliyyəti pozulmadan götürülən hər çip üçün $100 vəd edirdi. Cobs bu işi görməyi dostu Voznyakdan xahiş edir və gəliri yarı bölməyi qərara alırlar. Voznyak 50 çipi götürməyə nail olur. Ancaq şirkət onlara gözlənilən 5 min dollar əvəzinə cəmi 700 dollar verir.
Stiv Cobs Voznyakla birlikdə 1975-ci ildən başlayaraq Homebrew Computer Clubun fəaliyyətində iştirak etməyə başlayır. O Polaroidin yaradıcısı və ani fotoşəkilin ixtiraçısı olan H. Edvinin yaradıcılığına valeh idi və onu təkrarlamağa çalışırdı.
İxtiraçı həyatı
redaktəApple dövrü
redaktə1976-cı ildə Cobs, Voznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar.
1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi.
1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-ci ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
Həmin il Apple yeni texnologiyalı, ancaq kommersiya cəhətcə uğursuz olan Apple Lisa brendini bazara çıxardı.
Növbəti il Apple Super Bowl finalı efirindəə Ridli Skott tərəfindən yaradılmış "1984" adlı reklam roliki buraxdı. 24 yanvar 1984-cü ildə Apple-nin səhmdarlarının illik ümumi yığıncağında emosional Cobs Macintoshun yeni versiyasını təqdim etdi. Yenilik böyük hay-küylə qarşılandı. Bu Macintosh kompüterinin ilk uğurlu kommersiya layihəsi oldu.
Cobs Applenin iradəli direktoru olsa da , o dövr əməkdaşları onu qeyri-müəyyən və emosional menecer kimi xarakterizə edirlər. 1984-cü ilin sonuna satış göstəricilərinin pisləşməsi Cobsla Skallinin münasibətlərini pisləşdirir və onlar liderlik uğurunda mübarizəyə başlayırlar. Şirkətdə böyük ixtisarlar başlayır və ümüdsüzlük üstünlük təşkil edir. Stiv Cobs gecə keçənə qədər işləyir və hətta bəzən görüşləri səhər 7:00-a təyin edir.
Skalli hesab edir ki, Cobsun fəaliyyəti Apple üçün uğurlu olmayacaq və 24 may 1985-ci ildə onu vəzifədən götürmək üçün direktorlar şurasının iclasını çağırır. İclas Skallinin tərəfini tutur və Cobs vəzifədən gedir. O Apple-dən getdikdən beş ay sonra elə həmin il NeXT Inc. şirkətini təsis edir.
Stiv Cobs 2005-ci ildə Stenford Universitetində bildirir ki, onun o dövrdə Apple şirkətindən getməsi çox düzgün addım idi. "Uğurlu insan dövrü yüngül beyin dövrü ilə əvəz edilmişdi. getməklə mən azad oldum və yenidən məhsuldar fəaliyyət dövrünə daxil oldum. əgər məni Appledən azad etməsəydilər digər uğurlar olmayacaqdı.
NeXT Computer dövrü
redaktəApple-dən getdikdən sonra Cobs 1985-ci ildə 7 milyon dollar kapitalla NeXT Computer şirkətini qurur. Bir ildən sonra Cobs pulsuz və perspektivsiz vəziyyətə düşür və vəsait axtarışına çıxır. Bir müddət sonra o milyarder Ross Peronun diqqətini cəlb edir və o Cobsun şirkətinə xeyli vəsait yatırdır. 1990-cı ildə NeXT işçi stansiyaları $ 9999 qiymtlə satışa çıxarılır. Apple Lisa kimi NeXT də texnoloji cəhətcə müasir idi, ancaq ondan elmi yeniliklərinə görə geri qalırdı. NeXT ilk növbədə sistemin proqramın proqram təminatı ilə güclü idi. Cobs NeXT məhsullarına yeni texnologiyaların təcrübəsi və innovasiyalı məhsul kimi baxırdı
İkinci nəsil təkmilləşdirilmiş NeXTcube də 1990-cu iləd buraxıldı. Cobs onu fərdi kompüteri əvəz edəcək məhsul kimi baxırdı. NeXTMail innovasiyasına görə yeni kompüter elektron poçt sistemi qurur və NeXTcube vasitəsilə elektron poçtla səs, təsvir, qrafika və video verirdi. Stiv Cobs bildirirdi ki, "bu kompüterlər insan kommunikasiyalarında və qrup işində inqilab yarada bilir". O eyni zamanda estetik təkmilləşməyə də böyük fikir verirdi. Bu NeXT-in apparat bölgüsünə də təsir edirdi. 1993-cü ildə artıq 5 min maşın satılır və NeXT NeXTSTEP / Intel-ə proqram təminatına çıxır. 1994-cü ildə şirkət ilk $ 1,03 milyon gəliri haqqında məlumat verir. В 1996-cı ildə NeXT Software, Inc veb-əlavələrin hazırlanması üçün WebObjects buraxır. NeXT Apple şirkəti tərəfindən 1997-ci ildə satın alındıqdan sonra , WebObjects Apple Store-nun qurulması və buraxılması üçün istifadə edilməyə başlandı.
Apple-a geri qayıdışı
redaktə1996-cı ildə Apple şirkəti Cobsu geri gətirmək üçün NeXT'i 429 milyon dollar qarşılığında satın aldı. Stiv Cobs 1997-ci ildə Applenin müvəqqəti CEO su seçilir.
NeXT'in satın alınması nəticəsində bir çox texnologiyası Apple məhsullarında istifadə edilməyə başlandı. Bunların arasında ən nəzərə çarpan nümunə, NeXTSTEP'in inkişaf etdirilən Mac OS Xin yazılması göstərilə bilər. Cobsun rəhbərliyində Apple, iMac'i bazara təqdim etməsiylə inanılmaz bir şəkildə satışları artırdı. O zamandan bəri ortaya qoyulan məhsullar gözalıcı dizaynları və marka qüvvətləndirmələri ilə Apple şirkətinə böyük faydalar qazandırdı.
Cobs şirkəti keçmiş illərdə personal kompüterlərə məhdud qalan məhsul yığımını kənarına atdı. iPod daşına bilər musiqi çalarının bazara çıxarılmasıyla birlikdə, iTunes rəqəmsal musiqi proqramı digər əməliyyat platformlarına uyğun halda bazara sürərək və iTunes online musiqi dükanını açaraq fərdi elektron məhsulları və online musiqi bazarlarına əl atdı.
Cobs Appleda ildə 1 dollar qarşılığında bir neçə il ərzində işləyib, bu ona eyni zamanda Ginnesin Rekordlar Kitabında "Ən Aşağı maaşlı CEO"su ünvanını qazandırdı. Apple-ın qazancları artığında və firma mənfiləri yerinə müsbətlər artmağa başlayanda, firma ünvanından "müvəqqəti"ni qaldırdı. Rəsmi olaraq Apple-dan maaşı hələ 1 $ olaraq davam etməkdədir, təbii ki, Apple firmasından bu vaxt hədiyyələr verilir. Məsələn: 1999-ci ildə 90 milyon $ dəyərində bir qayıq, və hissələrdən təxminən 30 milyon $-lıq bir pay.
Cobsun hər zaman mükəmməl razı etmə və alverçilik qabiliyyətlərinə görə hörmət edilir.
Pixar Animasiya studiyası
redaktə1986-cı ildə Cobs və Edvin Catmull müştərək Emeryville, Kaliforniyada animasiya studiyası olan Pixarı qurdular. Firma əslində Lucasfilmin kompüter qrafikləri hissəsi üzərinə quruldu. Cobs Lucasfilmin bu hissəsini 10 milyon $-a (istənilən miqdarın üçdə-birinə) Sahibi Corc Lukasdan almışdır. Firma az qala 10 il sonra partlayışını "Oyuncaqların hekayəsi" (Toy Story) ilə etmişdir. Ondan bəri 1998-ci ildə "Flikin macəraları" (A Bug's Life), 1999-cu ildə "Oyuncaqların hekayəsi 2" (Toy Story 2), "Sevimli Canavarlar" (Monsters, Inc.), 2003-cü ildə "Nemonun axtarışında" (Finding Nemo) və 2004-ci ildə "İnanılmaz Ailə" (The Incredibles) filmləri mükafatlara layiq görülmüşdür. 2006-ci ildə "Cars", iki nominasiyada Oskara namizəd göstərilmiş, 2007-ci ildə də Ratatuy, ən yaxşı animasiya nominasiyasında Oskar mükafatı qazanmışdır.
"Nemonun axtarışında" (Finding Nemo) və 2004-ci ildə "İnanılmaz Ailə" ( The Incredibles) filmləri akademiya mükafatlarında ən yaxşı animasiya film nominasiyasında mükafat qazanmışdır.
Şəxsi həyatı
redaktə18 mart 1991 ci il Cobs Lauren Pauell ilə evləndi, evliliklərindən üç uşaq sahibidilər. Eyni zamanda evlilik xarici olan bir qızı var, adı da Liza Cobs.
Cobs vegeterian idi lakin bəzi mənbələrdən alınan xəbərlərə görə zaman-zaman balıq da yeyir.
31 iyul 2004-cü ildə Cobs, pankreasında görülən xərçəng şişinin aldırtmak üçün əməliyyata girdi. Cobsda nadir olan bir pankreas xərçəngi tapılmışdı, elmi adı "Islet Hücrəsi Neurodocrine şişi" olaraq bilinir. Cobsda olan bu xərçəng tipində kemoterapiya və ya radiasiya terapiyasına ehtiyac qalmamışdır.
Stiv cobsun sonradan tapdığı və yaxşı münasibət saxladığı bioloji anası Coan Simpson ağır xəstə olduğuna görə Stivin ölümünü ona deyə bilmirlər.
Xatirəsi
redaktə19 oktyabr 2011-ci ildə Apple şirkətinin ABŞ-dəki firma mağazaları bir neçə saatlığa bağlanaraq Stiv Cobsun xatirəsini yad etdilər.
Maraqlı faktlar
redaktə- Stiv nömrəsiz Mercedes SL55 AMG maşını sürmüş və onu həmişə əlillər üçün parkinq yerində saxlamışdır. Çünki 2009-cu ildə ona qaraciyər köçürmüşlər.
- Cobsun Apple-də maaşı 1 ABŞ dolları olmuşdur.
- 2010-cu ildə Forbes jurnalda o, ən varlı adamların siyahısında 136-cı yerdə idi. 5,5 mlrd. ABŞ dolları var idi.
- Stivdə Apple-ın aksiyalardan 0,6 faizi var. Bu rəqəm az görünsə belə, Apple-ın aksiyalardan 0,6 faizinin qiyməti 1 mlrd. ABŞ dollarından çoxdur.
- ABŞ-nin nüfuzlu həftəlik "Taym" jurnalının versiyasına görə 2011-ci ilin adamı Stiv Cobs olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 Ayzekson V. Steve Jobs. 1 Simon & Schuster, 2011. S. 3. ISBN 978-1-4516-4853-9
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 http://apnews.excite.com/article/20111011/D9Q9T1D00.html.
- ↑ 1 2 Ayzekson V. Steve Jobs. 1 Simon & Schuster, 2011. S. 575. ISBN 978-1-4516-4853-9
- ↑ 1 2 https://www.townandcountrymag.com/society/money-and-power/g13733977/laurene-powell-jobs-facts/.
- ↑ The Sydney Morning Herald (ing.). Sydney: Fairfax Media, 1831. ISSN 0312-6315
- ↑ The Sydney Morning Herald (ing.). Sydney: Fairfax Media, 1831. ISSN 0312-6315
- ↑ Google Books (çd.). 2005.
- ↑ The New York Times (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 https://books.google.com/books?id=mXnw5tM8QRwC&pg=PA81&hl=de#v=onepage&q&f=false.
- ↑ Business Insider (ing.). / H. Blodget NYC: 2007.
- ↑ Business Insider (ing.). / H. Blodget NYC: 2007.
- ↑ 1 2 https://fortune.com/2015/08/06/steve-jobs-apple-girlfriend/.
- ↑ 1 2 Steve Jobs. Simon & Schuster, 2015. S. 16. ISBN 978-1-5011-2762-5
- ↑ Fraga K. Steve Jobs Tried To Treat His Cancer With Alternative Medicine — And It May Have Sent Him To An Early Grave (ing.). 2021.
- ↑ What was Steve Jobs' cause of death? (ing.). 2021.
- ↑ http://www.macworld.co.uk/feature/apple/who-is-steve-jobs-syrian-immigrant-father-abdul-fattah-jandali-3624958/.
- ↑ Steve Jobs. Simon & Schuster, 2015. S. 3. ISBN 978-1-5011-2762-5
- ↑ "İstənilməyən övlad "Apple"nin qurucusuna necə çevrildi?". 19-01-2024.