Sterilizasiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sterilizasiya — dezinfeksiyanın mühüm komponentlərindən biri sayılır. Sterilizasiya zamanı maddələrin və əşyaların mikroorqanizmlərdən tam azad olması, yəni patogen və qeyri-patogen törədicilərin vegetativ və spor formaları məhv edilir. Adətən, sterilizasiyadan əvvəl sterilizasiyaönü işləmə aparlır ki, onu mexanikləşdirilmiş və ya əl üsulu ilə həyata keçirirlər. Mexanikləşdirilmiş yuma iynə, şpris, müxtəlif alətlər üçün nəzərdə tutulan xüsusi təyinatlı yuyucu maşınlarda, əl üsulu ilə yuma yuyucu vasitələrdən istifadə etməklə aparılır. Bu zaman əvvəlcə alət 0,5 dəqiqə axar su altında yuyulur, sonra yuyucu məhlulda 15 dəqiqə 50 °C-də isladılır (yuyucu məhlullar hidrogen peroksidlə birlikdə), pambıq-tənzif tamponla və ya şotka vasitəsilə yuyulur, axar su və distillə olunmuş suda yaxalayır, quruducu sterilizatorlarda isti hava ilə 80–85 °C-də rütubət tam itənə qədər qurudurlar. Sterilizasiyaönü işləmənin keyfiyyətini qiymətləndirmək məqsədilə 1 %-ə qədər məmulatlar qalıq qan (benzidin, ortolidin, amiidopirin sınağı) və yuyucu vasitələrin qalığma (fenoftalein sınağı) görə yoxlanılır.
Sterilizasiyanın növü zərərsizləşdirilən obyektin keyfiyyətindən asılı olub, buxar, isti quru hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalar vasitəsilə aparılır. Ağların, sarğı materiallarının, cərrahi alətlərin, korroziyaya davamlı metal və xəlitələrdən hazırlanmış alət və cihazların hissələrinin, üzərində 200 °C yazılmış şprislərin, şüşə qabların, rezin məmulatların (kateter, zond, borucuq, əlcəklər) işlənməsi üçün buxar sterilizatorlarından istifadə edilir. Sterilizasiyadan əvvəl cərrahi ağlar və alətlər, sarğı materialı bikslərdə sərbəst şəkildə yığılır. Cərrahi və ginekoloji alətlərin, cihaz və aparatların hissə və detallarının, o cümlədən korroziyaya davamsız materiallardan hazırlanmış, üzərində 220 °C yazılmış şprislərin, kəsici alətlərin zərərsizləşdirilməsi üçün hava sterilizatorlarından istifadə edilir. Korroziyaya davamlı materiallardan hazırlanmış alətlər, rezin məmulatlar kimyəvi maddələrin məhlulları ilə zərərəsizləşdirilir. Bunun üçün işlənən material ağzı kip bağlanan və emal, şüşə və ya plastmas qablara yerləşdirilir, məhlulun içərisində (6%-li hidrogen peroksid məhlulu — 18 °C 6 saat ərzində, 50 °C-də — 3 saat ərzində və ya digər məhlulardan 1%-li dezok- son — 1 məhlulunda- 18 °C-də 45 dəqiqə ərzində) saxlanılır. Sterilizasiya başa çatdırıldıqdan sonra məmulatlar aralarında 5 dəq. interval olmaqla iki dəfə steril suya salınır, bundan sonra məmulatlar steril komsaq vasitəsilə içərisi steril ağla döşənmiş steril biksə keçirilir. Kimyəvi vasitələrlə işlənmiş alətlər həmin gün işlədilir.
Şüşədən və metaldan hazırlanmış alətlər "üçlü məhlulda" (2% fonnalin, 0,3% fenol, 1,5% natrium bikarbonat) 30 dəqiqə ərzində işlənir. Kəsici, deşici cərrahi alətlər, güzgülü səthə malik, optiki cihazlar, birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyalar və istiyədavamlı sintetik plastmas məmulatların zərərsizləşdirilməsi sterilizasiyanın qaz üsulu ilə apardır. Bu zaman etilen oksidi, onun metilbromid və formaldehidlə qarışığı işlədilir və proses qaz sterilizatorlarında ağzı kip qapalı halda həyata keçirilir. Sterilizasiya başa çatdırıldıqdan sonra məmulatlar bir neçə sutka ərzində havaya verilir.