Stefan Nemanya - Wikipedia
I Stefan Nemanya (təq. 1113[1] və ya 1114[2] – 13 fevral 1199) — serb Raşka dövlətinin böyük jupanı, Nemaniçlər sulaləsinin banisi.
Stefan Nemanya | |
---|---|
| |
1168 – 1196 | |
Əvvəlki | Tixomir Zavidoviç |
Sonrakı | Stefan Prvovençani |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1113[1] və ya 1114[2] |
Vəfat tarixi | 13 fevral 1199 |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər, hərbi lider[d] |
Atası | Zavida |
Anası | Anna Nemaniç |
Uşaqları | |
Ailəsi | Nemaniçlər |
Dini | ortodoks xristianlıq və Serb Pravoslav Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nemanya öz böyük qardaşı Tixomiri devirməyi və Raşkanın Bizans imperiyasından müstəqilliyini əldə etməyi bacardı. Sonralar Bizans imperatorlarının süzerini tanımaq məcburiyyətində qalmasına baxmayaraq, Nemanya ölkənin Balkan yarımadasında mövqeyini gücləndirməyi bacardı və onun dövründə həmçinin Kosovo, Duklya, Travuniya, Zahumye və Neretva çayı ətrafındakı torpaqlar kimi serblərin yaşadığı əraziləri ölkənin tərkibinə daxil oldu. Bundan başqa, o, Raşka daxilində mərkəzləşdirmə siyasəti yürüdürdü və boqomilləri təqib edirdi.
Nemanyanın hakimiyyəti serb mədəniyyətinin inkişaf dövrünə təsadüf etdi. Onun hökmranlığı monumental zadujbinaların inşası ilə həkk olundu, memarlıq sahəsində isə Raşka üslubunun çiçəklənməsi başladı, bunun ən parlaq nümunəsi 1171-ci ildə Nemanya tərəfindən açılan Curcevi stupovi monastırıdır. Nemanyanın iştirakı ilə Studenitsa və Hilandar monastırları da daxil olmaqla bir çox kilsə və monastır tikilib təmir edildi.
1196-cı ildə o, hakimiyyəti ortancıl oğlu Stefana təhvil verdi və Simeon adı altında rahibliyə girdi. 1199-cu ildə Hilandar monastırında öldü, qalıqları bu gün də saxlanılan Studenitsa monastırına köçürüldü.
Serb Pravoslav Kilsəsi tərəfindən müqəddəs Simeon Mirotoçivı adı verildi.
İstinadlar
redaktə- ↑ 1 2 http://genealogy.euweb.cz/balkan/balkan5.html.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118922459 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Lundy D. R. Stephen Nemanja // The Peerage (ing.).