Sperma - Wikipedia
Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir.
Spermanın içində irsi məlumatlar olur. Baş hissəsinin içində spermanın, yumurta hüceyrə pərdəsinin keçməsi üçün lazımlı fermentləri ehtiva edən akrozom adlı mayə olur. Sperma hüceyrəsi yumurtaya çatdığında akrozom membranının içində olan fermentlər atılaraq spermanın yumurta içinə daxil olması mümkün olur. İçəri girən N sayda kişi DNT materialı N sayda dişi DNT materialı ilə birləşərək 2N sayda DNT materialı yaradır (yaranan bu hüceyrəyə ziqot adı verilir). Sonra ziqotun içindəki hüceyrələr bölünərək çoxalmağa başlayır. Cinsiyyətin yaranmasında spermaların daşıdığı X və Y xromosomları təyin edici olur. Dişi çoxalma hüceyrəsi X xromosomun daşıyarkən, kişi çoxalma hüceyrələrinin yarısı X digər yarısı isə Y xromosomunu daşıyır. Əgər dişi çoxalma hüceyrəsini X xromosomu daşıyan sperma döllənmişsə xromosomlar XX formasında olur və fərdin cinsiyyəti dişi olur. Əgər Y daşıyan sperma döllənmişsə fərdin cinsiyyəti kişi olur. Lakin bəzi istisnalar var. Məsələn XXY, X0 kimi qalıcı xəstəliyə tutulmuş şəxslərdə ola bilər.
-
Sperma yumurtanı dölləyir.
-
45 yaşlı prostat hiperplazisi diaqnozu ilə izlənilən xəstənin sidik nümunəsində, çox miqdarda sperma hüceyrəsi.
-
Soldakı şəklin alındığı sidik nümunəsində, başqa bir sahəsinin görünüşü.