Sovqat Film 1942 - Wikipedia
Sovqat_(film,_1942) - Haqqında Məlumat
Sovqat | |
---|---|
Janr | dram |
Rejissorlar |
Hüseyn Seyidzadə Niyazi Bədəlov |
Ssenari müəllifləri |
İmran Qasımov Ənvər Məmmədxanlı |
Baş rollarda |
Leyla Bədirbəyli — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski |
Operatorlar |
Əsgər İsmayılov Seyfulla Bədəlov |
Rəssam | Əlisəttar Atakişiyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1942 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 22 dəq. |
Ölkə | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1942 |
Texniki məlumatlar |
2 hissə 600 metr 35 mm |
Məzmun
redaktəFilmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir.
Film haqqında
redaktəFilmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir.[1] 1942-ci ildə iki film birləşdirilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov
- Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı
- Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov
- Quruluşçu rəssam: Əlisəttar Atakişiyev
- Səs operatoru: İlya Ozerski
- Rejissor assistenti: Məmməd Əlili
- Filmin direktoru: Teymur Hüseynov
Rollarda
redaktə- Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna
- Ələsgər Ələkbərov — Ayaz
- Əzizə Məmmədova
- Rza Darablı
- Əhməd Qəmərlinski
- Rəşid Atamalıbəyov
- Mirmahmud Kazımovski
- Möhsün Sənani
- İsmayıl Əfəndiyev
İstinadlar
redaktə- ↑ "Xalq" qəzeti, 9 iyul 1999-cu il
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 79-82.