Imran Qasimov - Wikipedia
İmran Haşım oğlu Qasımov (25 noyabr 1918, Bakı – 20 aprel 1981, Bakı) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981)[1] 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı .
İmran Qasımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, ADR |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Atası | Həşim Qasımov |
Fəaliyyəti | yazıçı |
Janrlar | dram, cinayət |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri idi.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.[2]
Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.
İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir.
Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub.[3] Yazıçı 1981-ci il aprelin 20-də vəfat etmişdir.
Xatirəsi
redaktə28 iyun 2018-ci ildə Azərbaycan prezidenti İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[4]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 30 iyul 1979[5]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- Azərbaycan SSR Dövlət mükafatı — 1980[6]
- "Lenin" ordeni — 1 dekabr 1978[7]
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Filmoqrafiya
redaktəSsenari müəllifi olduğu filmlər
redaktə- Yeni horizont (film, 1940)
- Sovqat (film, 1942)
- Əbədi odlar ölkəsi (film, 1945)
- Bakıdan Göy-gölədək (film, 1947)
- Axşam konserti (film, 1948)
- Xəzər nefti (film, 1948)
- Böyük yol (film, 1949)
- Səhər nəğməsi (film, 1950)
- Sovet Azərbaycanı (film, 1950)
- Azərbaycanın müalicə ocaqları (film, 1951)
- Xəzər neftçiləri haqqında dastan (film, 1953)
- Quba bağlarında (film, 1953)
- Gənc metallurqlar (film, 1956)
- Onun böyük ürəyi (film, 1958)
- Uzaq sahillərdə (film, 1958)
- Dənizi fəth edənlər (film, 1959)
- Əsl dost (film, 1959)
- Əyri yolla qazanc (film, 1960)
- Şosedə hadisə (film, 1960)
- Azərbaycanın kurortlarında (film, 1961)
- Bizim küçə (film, 1961)
- Xəzərdə möcüzə (film, 1961)
- Mən Xəzər dənizçisiyəm (film, 1961)
- Bu, Qum adasında olmuşdur (film, 1962)
- Mənim dostum (film, 1963)
- Yollar və küçələrlə (film, 1963)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- O geri çəkilməlidir (film, 1966)
- İnsan məskən salır (film, 1967)
- Odlar yurdu (film, 1967)
- Hücumçu həmişə irəlidədir (film, 1968)
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili film)
- Mən Bakı fəhləsiyəm (film, 1970)
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
- Bakı arxipelaqı (film, 1971)
- Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
- Yazıçının bir günü (film, 1971)
- Qocaman Xəzərin gəncliyi (film, 1972)
- Zirvə buludu (film, 1972)
- Sekundantlar, rinq arxasına! (film, 1974)
- Şanlı partizan (film, 1975)
- Baharla birgə (film, 1978)
- L. İ. Brejnev Bakıda (film, 1979)
- Yaz harada, biz orada (film, 1984)
- Bais (film, 1985)
Haqqında çəkilən filmlər
redaktə- Kamillik (film, 1979)
- Ömür elə qısadır ki... İmran Qasımov (film, 2016)
Mənbə
redaktə- ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust.
- Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Tofiq Tağızadə (kinorejissor). "Əlbir işləyək" //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- ↑ "Görkəmli yazıçı, dramaturq, ssenarist: İmran Qasımov". Mədəniyyət. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-03.
- ↑ President.Az. "İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.06.2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
- ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il tarixli Qərarı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ Yazıçı İ.H.Qasımovun Lenin ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1978-ci il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı