Sivriyarpaq Agcaqayin - Wikipedia
Sivriyarpaq ağcaqayın | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Sivriyarpaq ağcaqayın |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəAvropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir.
Ekologiyası
redaktəMəhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür. Köçürməni və şəhər şəraitini yaxşı keçirir.
Azərbaycanda yayılması
redaktəBöyük və Kicik Qafqazda aşağı dağ yamaclarında rast gəlinir.
İstifadəsi
redaktəDekorativ bağçılıqda gözəl sıx çətirinə, qamətli gövdəsinə, yarpaqların rəngi, forması və s. yüksək xüsusiyyətlərinə görə bağ və parkların salınmasında istifadə edilir. Çох qədimdən mədəni şəraitdə becərilir.
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.
- Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.